Məhkəmə qərarları › İş №2(103)-1190/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1190/2023

09.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1190/2023 09.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-746/2022 saylı qərardadından Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-746/2022 saylı qətnaməsinə əsasən iddia ərizəsi qismən təmin edilərək İddiaçı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Xaqani küçəsi 42 saylı evinə köçürülməsi, Cavabdeh dövlət rüsumuna görə 50 manatın İddiaçı xeyrinə, İddiaçı iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 25 manatın dövlət nəfinə, Cavabdeh iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 25 manatın dövlət nəfinə tutulması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-746/2022 saylı qətnaməsindən Cavabdeh xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-7400\2022 saylı qərardadına əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-746/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilərək, müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-746/2022 saylı qərardadına əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-746/2022 saylı qətnaməsindən Cavabdeh xx.xx.2022-ci il tarixdə verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-746/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin ötürülməmiş hesab edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-746/2022 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-746/2022 saylı qətnaməsindən Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayəti vermə müddətinin ötürülməmiş hesab edilməsinə dair ərizəsi təmin edilməmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Hazırda Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 xx.xx.2022-ci il tarixli, 2(001)- 746/2022 saylı qərardadından şikayət verərək, onun ləğv edilməsini və apellyasiya şikayətinə baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət ərizənin məzmununa uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, o, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-746/2022 saylı qətnaməsindən apellyasiya şikayətini qanunla müəyyən olunmuş müddətdə versə də, mexaniki səhv edərək 50 manat əvəzinə 15 manat dövlət rüsumu ödəmiş, bu halı bildikdə isə 35 manat dövlət rüsumunu ödəyərək şikayətinə əlavə etmişdir. Hazırda cavabdeh apellyasiya şikayəti vermək hüququndan faktiki olaraq məhrum ola bilər. Apellyasiya şikayəti vermə müddətinin bərpa olunması zərurəti yaranmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-746/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-746/2022 saylı qətnaməsindən Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.3.-cü maddəsinə əsasən, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.4.-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. İş materiallarından müəyyən olunur ki, cavabdehin nümayəndəsi və vəkili ilk öncə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-746/2022 saylı qətnaməsindən apellyasiya şikayətini qanunla müəyyən olunmuş müddətdə vermişdir. Lakin səhvən 50 manat əvəzinə 15 manat dövlət rüsumu ödəmişdir. Daha sonra ona məlum olduğu vaxtdan nöqsanı aradan qaldıraraq (Ekpressbank ASC xx.xx.2022-ci il tarixli ********* saylı qəbz) apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi əlavə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Hazırda cavabdeh tərəfindən həmin hallar aradan qaldırılmaqla yenidən apellyasiya şikayəti verildiyindən və bu səbəbdən şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin ötürülməsini nəzərə alaraq, o cümlədən məhkəmə müdafiəsindən tam istifadə etmək hüquqlarının məhdudlaşdırılmasının qarşısının alınması məqsədilə məhkəmə kollegiyası hesab edir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-746/2022 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsinə görə buraxılmış prosessual müddət üzürlü hesab edilməklə bəpa edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-746/2022 saylı qərardadı ləğv edilsin. Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 ərizəsi təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-746/2022 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsinə görə buraxılmış prosessual müddət bərpa edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar