Məhkəmə qərarları › İş №2(103)-1192/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1192/2021

27.01.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1192/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1959/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun və mülkiyyət hüququna əsas olan əqdin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə dair xx.xx.2010-cu il tarixində Bakı şəhəri, 41 saylı dövlət notariat kontorunda 4Ə-821 reyestr nömrəsi üzrə X13 ilə Cavabdeh arasında bağlanmış bağışlama müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh tərəfindən həmin mənzilə dair alınan mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 mərhum nənəsi X6 adına olmuşdur. Nənəsi X13 xx.xx.2010-cu il tarixində Bakı şəhəri, 41 saylı dövlət notariat kontorunda 4Ə-821 reyestr nömrəsi üzrə ünvan 1-nı qızı Cavabdeh bağışlamışdır. Həmin bağışlanma müqaviləsi bağlanarkən notarius tərəfindən mənzil istismar sahəsindən verilmiş saxta 2-№- li formada arayış təqdim edilmiş və həmin arayışda anası X4 və onun adları yazılmayaraq əmlak hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmiş və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. ünvan 1 ünvana baxan mənzil istismar sahəsindən (MİS-in nömrəsi aydın görünmür) xx.xx.2010-cu il tarixində 794 nömrə üzrə verdiyi 2№-li forma arayışında X13, Cavabdeh, X25 və X24 adları göstərilmiş və yuxarıda qeyd etdiyi kimi onların adları yazılmamışdır. Eyni zamanda həmin 2№-li formada arayış 1 saylı hüquq məsləhətxanasına təqdim olunmaq üçün verilmişdir. O, bu barədə yalnız 2019-cu ilin aprel ayında məlumat almışdır. Belə ki, Cavabdeh mənzili satmaq istəyərkən, həmin mənzildə qeydiyyatda olanlar barədə mərkəzləşmiş internet bazasında onların adları çıxdığı üçün müqavilənin bağlanmasında onların imzaları tələb olunmuşdur. Bu səbəbdən Cavabdeh onlara müraciət etməli oldu. Həmçinin göstərir ki, həmin bağışlama müqaviləsi bağlanarkən X13 sağlam deyildi, ümumiyyətlə onun bağışlama müqaviləsini rəsmiləşdirməsi zamanı notariat kontorunda iştirakı şübhə doğurur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli 167 №-li Qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 49-cu bəndinin 2010-cu ildə olan tələbinə əsasən yaşayış evinin, mənzilin, bağın, bağ evinin özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq edilərkən notarius özgəninkiləşdirilən yaşayış evində, mənzildə, bağda və bağ evində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb edir və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Ümumi mülkiyyətdə olan əmlakın satılması və ya dəyişdirilməsi barədə müqavilələr təsdiq edilərkən hər bir mülkiyyətçinin razılığı tələb edilir. Təlimatın həmin bəndinin hal hazırkı forması yüngül dəyişikliyə uğrayaraq aşağıdakı formadadır: “Yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır”. Beləliklə yuxarıda göstərilənlər iddianın əsaslı olduğunu təsdiq edir. hesab edir ki, göstərilənlərə əsasən iddiası təmin edilməlidir: mübahisə obyekti olan mənzilə dair bağışlama müqaviləsi bağlanarkən, saxtalaşdırılmış 2№-li formada arayış təqdim edilmişdir, mənzil cavabdehə bağışlanarkən həmin mənzilə istifadə hüquqları olan şəxslərin razılığı alınmayıb, mübahisəli mənzilin bağışlanması müqaviləsi bağlanarkən onun nənəsi ağır xəstə idi və həmin dövrdə oğlunu itirmişdir, nəvəsi həbs edilmişdir bu səbəblərdən aparılan notariat əməliyyatının mahiyyətini tam dərk etməyib, 2№-li formada arayış 1 saylı hüquq məsləhətxanası üçün təqdim olunması nəzərdə tutulduğu halda 41 saylı notariat kontoru həmin ərizəni əsassız olaraq qəbul etmişdir, bağışlama müqaviləsinin mərhum nənəsi tərəfindən imzalanması şübhə doğurur, bağışlama müqaviləsi qanunvericiliyin tələblərini pozmaqla bağlanmışdır, bağışlama müqaviləsinin bağlanması üçün təqdim olunmuş 2№-li formada arayışda olan şəxslərin adlarından və həmin şəxslərin razılıq ərizələrindən görünür ki, həmin əqd qərəzli olaraq aldatma yolu ilə bağlanmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1959/2019 saylı, xx xxxxxxxx 2019cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun və mülkiyyət hüququna əsas olan əqdin ləğvi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnaməsnin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X9 apelyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunu səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İş üzrə İddiaçı məhkəmə kollegiyasının iclasına üzürlü səbəb olmadan gəlmədiyinə görə məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1959/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 2035 nömrəli Sərəncamından görünür ki, X6 1960-cı ildən 3 nəfər ailə üzvləri ilə Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, 24 saylı ev, yaşayış sahəsi 12 kv/metr olan, bir otaqlı 14 nömrəli mənzildə yaşamaları və uzun müddət sahəsi 14 kv/metr olan boş və qonşu otaqdan istifadə etdiyi üçün həmin otağın onun mənzilinə birləşdirilməsini xahiş etdiyindən, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının mənzil məsələlərinə dair komissiyasının xx xxxxxx 1997-ci il tarixli pr №34 rəyi təsdiq edilmiş və Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, 24 saylı evin yaşayış sahəsi 14,0 kv/metr olan otağı 14A nömrəli mənzilin sakini Qalina Hüseynovanın adına rəsmiləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 30.7.1998-ci il tarixli, 1208 nömrəli Sərəncamından görünür ki, X6 1960-cı ildən 3 nəfər ailə üzvləri ilə Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, 24 saylı ev, yaşayış sahəsi 26 kv/metr olan, iki otaqlı 14A nömrəli mənzildə yaşamaları və yaşadığı binanın həyətində yerləşən 1986-cı ildən istifadə etdiyi 9,0 və 6,5 kv/metrlik qeyri-yaşayış sahəsinin təsərrüfat məqsədi ilə ona verilməsini xahiş etdiyindən, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının mənzil məsələlərinə dair komissiyasının xx xxxx 1998-ci il tarixli /pr №20/ rəyi təsdiq edilmiş və Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, 24 saylı evin həyətində yerləşən 9,0 və 6,5 kv/metrlik qeyri-yaşayış sahəsinin təsərrüfat məqsədi ilə 14/A nömrəli mənzilin kirayəçisi X6 istifadəsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Seriya MH 163180 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, 24 saylı ev, 14a saylı mənzil xüsusi mülkiyyət kimi xx.xx.1998-ci ildən X6 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara dair və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, 1 mərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 26,0 kv/metr, ümumi sahəsi 59,5 kv/metr, 24 saylı evin, 14a saylı mənzili xx.xx.1998-ci il tarixli, 983 reyestr kitabının, 147693 səhifəsində qeyd edilmiş mənzil tam mülkiyyət hüququ üzrə X6 adına qeydiyyata alınmışdır. İş materiallarında olan 8 №li MİS tərəfindən verilmiş 2 №-li forma arayışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, 24 saylı ev, 14a saylı mənzil X8 məxsusdur və həmin mənzildə X13, Cavabdeh, X25 və X34 qeydiyyatdadırlar. - Bakı şəhəri 41 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2014-cü il tarixli «Mənzilin Bağışlanması Müqaviləsi»ndən görünür ki, X5 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, 24 saylı evdə yerləşən, ümumi sahəsi 59.5 kv/metr, yaşayış sahəsi 26.0 kv/metr olan, 2 (iki) otaqdan ibarət 14a saylı mənzili qızı Cavabdeh bağışlamış, Cavabdeh isə bağışlanan mənzili qəbul etmişdir. İş materiallarında olan X13 tərəfindən Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontoruna ünvanladığı xx.xx.2010-cu il tarixli ərizəsindən görünür ki, o, Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, 24 saylı evdə yerləşən 14a saylı mənzili əldə edərkən rəsmi nikahda olmamış və hal-hazırda da subaydır. Gələcəkdə bir mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan X34 tərəfindən Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontoruna ünvanladığı xx.xx.2010-cu il tarixli ərizəsindən görünür ki, o, X8 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, 24 saylı ev, 14a saylı mənzilin bağışlanmasına etiraz etməmişdir. İş materiallarında olan 0.11.2010-cu il tarixli etibarnamədən görünür ki, o, qeydiyyatda olduğu Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, 24 saylı ev, 14a saylı mənzilin qeydiyyat vəsiqəsini X6 adından, anası Cavabdeh adına rəsmiləşdirilməsinə etiraz etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MA seriyalı, ******* nömrəli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ümumi sahəsi 60,9 kv/metr, yaşayış sahəsi 26.0 kv/metr, yardımcı sahəsi 34,9 kv/metr 2 otaqlı olan Bakı şəhəri, Səbail rayonu, Ş.Şamil küçəsi, ev 24, 14A saylı mənzili xx.xx.2010-cu il tarixdə Cavabdeh adına ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət kimi qeydə alınmışdır. İş materiallarında olan “xxxx” ASC-nin və “xxxx” ASC-nin bildirişlərindən görünür ki, kommunal xidmət haqqı olan su və işıq puluna dair bildirişlər Cavabdeh adına göndərilmişdir. İş materiallarında olan Bakı şəhər X1 «cinayət işinin başlanılmasının rədd edilməsi haqqında» xx.xx.2019-cu il tarixli qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış 03-C-080/19 nömrəli yoxlama materialı üzrə cinayət işinin başlanılması rədd edilmiş və qərar barədə İddiaçı və digər maraqlı tərəflərə məlumat verilməklə onlara toplanmış materiallarla tanış olmaq hüququ, qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etməyin mümkünlüyü və qaydası, həmçinin müraciətinin mülki xarakterli olması və xx.xx.2010-cu il tarixli 4Ə-821 nömrəli bağışlama müqaviləsinin qanunsuz hesab edilməsinə dair müvafiq məhkəməyə müraciət etmək hüququnun olması rəsmi qaydada izah olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********33 nömrəli məkutubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ş.Şamil küçəsi, ev 24, 14A saylı mənzil 41 saylı DNK-nın xx.xx.2010-cu il tarixli 4Ə-821 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən xx.xx.2010-cu il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, Ş.Şamil küçəsi, ev 24, 14 saylı mənzilin 2 otağı 41 saylı DNK-nın xx.xx.2011-ci il tarixli 2V/1-10 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X4, 1 otağı isə X26 adlarına xx.xx.2011-cı il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. İş materiallarında olan Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, X28 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Onun vərəsələri Bakı şəhəri, Səbail rayonu, Ş.Şamil küçəsi, ev 24, 14A saylı mənzildə yaşayan arvadı X10, miras əmlakdan irs almalı şəxslərlə isə Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası TİMHQİnin xx.xx.1998-ci il tarixli, 30/911 nömrəli (kitab N°953, səhifə 143134) Qeydiyyat vəsiqəsinə və Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin BŞƏİ-nin xx.xx.2011-ci il tarixli, 11/3148 saylı Arayışına əsasən, paylı mülkiyyət hüququ əsasında miras qoyana məxsus, Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, 24 saylı evdə yerləşən, ümumi sahəsi 49.0 kvadrat metr, yaşayış sahəsi 27.5 kvadrat metr olan, 3 (üç) otaqlı, 14 saylı mənzilin 2 (iki) yaşayış otağından ibarətdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Aparatının Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 8 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2019-cu il tarixli, 0/51 saylı məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi 24 nömrəli evin, 14A nömrəli mənzilin istismar xərcləri (məişət tullantıları və istismar pulu) mülkiyyət sahibi Cavabdeh adına ödənilmişdir. Mənzilin şəxsi hesab maliyyə vərəqəsinə əsasən Hüseynova Lyudmila və İddiaçı Şeyx Şamil küçəsi 24 nömrəli evin 14A nömrəli mənzilində qeydiyyatda olması barədə məlumat olmayıb və yoxdur. Hal-hazırda X10 Şeyx Şamil küçəsi 24 nömrəli evin 14 nömrəli mənzilinin mülkiyyətçisidir və mənzilin şəxsi hesab vərəqəsinə əsasən X10 – özü, X29 – qızı, İddiaçı – oğlu, X17 - nəvəsi, X27 - nəvəsi və X20 - nəvəsi qeydiyyatdadırlar. Həmçinin göstərilmişdir ki, hal-hazırda vətəndaşların qeydiyyata düşməsi və çıxması “Asan” xidmət tərəfindən həyata keçirildiyi üçün qeyd olunan mənzildə əlavə kimin qeydiyyatda olması barədə heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2019-cu il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında 0xx/xx-6602/1№livə 0xx/xx- 6602№li arayışlardan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü İddiaçı Rabikoviç xx.xx.2002-ci il tarixdən, xx.xx.1961-ci il təvəllüdlü X10 xx.xx.2003-cü il tarixdən hal-hazıradək Bakı şəhəri,Ş.Şamil küç. ev 24. m. 14A-da qeydiyyatdadırlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 2035 nömrəli Sərəncamı ilə X6 1960-cı ildən 3 nəfər ailə üzvləri ilə Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, 24 saylı ev, yaşayış sahəsi 12 kv/metr olan, bir otaqlı 14 nömrəli mənzildə yaşamaları və uzun müddət sahəsi 14 kv/metr olan boş və qonşu otaqdan istifadə etdiyi üçün həmin otağın onun mənzilinə birləşdirilməsini xahiş etdiyindən, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının mənzil məsələlərinə dair komissiyasının xx xxxxxx 1997-ci il tarixli pr №34 rəyi təsdiq edilmiş və Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, 24 saylı evin yaşayış sahəsi 14,0 kv/metr olan otağı 14A nömrəli mənzilin sakini Qalina Hüseynovanın adına rəsmiləşdirilməsi, 3 nəfər ailə üzvü (özü, qızı, nəvəsi) ilə Ş.Şamil küç. 24 №li evin yaşayış sahəsi 26,0 kv.molan 2 otaqlı 14A mənzilin kirayəçisi hesab edilməsi qərara alınmışdır. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, 24 saylı ev, 14a saylı mənzil xüsusi mülkiyyət kimi xx.xx.1998-ci ildən X6 adına hüquqi qeydiyyatdan keçmişdir. Bakı şəhəri 41 saylı Notariat ofisində bağlanmış xx.xx.2010-cu il tarixli 4Ə-821 nömrəli bağışlama müqaviləsinə dair olan sənədlərlə müəyyən edilmişdir ki, xx.xx.1998-ci il tarixli 30/1476963 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 5 ünvanında yerləşən ev X6 mülkiyyətində olmuşdur. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinin xx.xx.2010-cu il tarixli 11/28045 saylı arayışı ilə mənzilin xx.xx.2010-cu il tarixə heç bir məhdudiyyət və yüklülüyünün olmaması müəyyən edilmişdir. Qalina Hüseynova tərəfindən 8 saylı MKİS-dən ünvan 5 ünvanında X6, Cavabdeh, X24 və X15 qeydiyyatda olmalarına dair xx.xx.2010-cu il tarixli 794 nömrəli forma 2 arayışı verilmiş, mənzildə qeydiyyatda olan şəxslərin mənzilin bağışlanılmasına dair razı olmaları haqqında ərizələr alınmış və bağışlama müqaviləsi bağlanmışdır. Bakı şəhər X1 «cinayət işinin başlanılmasının rədd edilməsi haqqında» xx.xx.2019-cu il tarixli qərarından görünür ki,araşdırma zamanı Bakı şəhəri 8 saylı MKİS-də vətəndaşların qeydiyyatıolan kitablara baxış keçirilmiş və müəyyən edilmişdir ki, 8 saylı MKİS-də Bakı şəhəri Şeyx Şamil küçəsində yaşayan sakinlərin qeydiyyatda alınmalarına dair hazırki vaxta qədər cəmi 3 ədəd kitab tərtib edilmişdir. Onlardan birincisi xx.xx.1993-cü ilədək tərtib olunmuş siyahını, ikincisi xx.xx.1993-cü ildən xx.xx.2002-ci ilədək tərtib olunmuş siyahını, üçüncüsü isə xx.xx.2002-ci ildən hazırki dövrə qədər tərtib olunmuş siyahını özündə əks etdirir. Birinci kitab 149 səhifədən ibarət olmaqla ilkin səhifədə ünvan 6 ünvanında qeydiyyatda olan şəxslərin siyahısı əks olunmuş, lakin həmin zamana aid Şeyx Şamil küçəsi ev 24 mənzil 14 ünvanı və həmin ünvanaaid olan sakinlərin qeydiyyatına dair heç bir məlumat qeyd edilməmişdir. Kitabda olan məlumata əsasən, həmin zaman 14A ünvanında X13, Hüseynov Robik, Cavabdeh, Hüseynova Lyudmila, İddiaçı, Hüseynova Yana və Hüseynov Emil qeydiyyatda olmuşlar, ikinci kitabda Şeyx Şamıl küçəsi 14 və 14A ünvanlarının ayrı-ayrılıqda olmaları müəyyən edildi. 14 ünvanında Hüseynov Robik, Hüseynova Lyudmila, İddiaçı və Hüseynova Yananın, 14A ünvanında isə X13, Cavabdeh, Hüseynov Emil və Cavabdeh əri X18 qeydiyyatda olmaları müəyyən edilmişdir. Üçüncü kitaba baxdıqda isə ikinci kitabda qeyd olunanların olduğu kim orada da əks olunması, Şeyx Şamil küçəsi ev 24 mənzil 14 ünvanında X17, X16 və xx.xx.2018-ci il tarixdən X11 da qeydiyyatda olmaları müəyyən edilmişdir. İzahatı alınan X12 bildirmişdir ki, 1996-cı il tarixdən Bakı şəhəri, Səbail rayonu, 8 saylı MKİS-də kargüzar, daha sonra hesabdar işləmişdir. Bakı şəhəri Şeyx Şamil küçəsi 24 mənzil 14 və 14A-da yerləşən evlər X8 məxsus olmuşdur. 2002-ci ilə aid kitaba əsasən, 14 ünvanında Hüseynov Robik, Hüseynova Lyudmila onların övladları İddiaçı və Hüseynova Yana qeydiyyatda olmuş, 14A ünvanında isə X13, Cavabdeh, Hüseynov Emil və Cavabdeh əri X31 qeydiyyatdadır. Bu səbəbdən xx.xx.2010-cu ildə X8 verdikləri 2№ forma arayışına MKİS-də olan sənədlərə əsasən həmin zaman Şeyx Şamil küçəsi ev 24 mənzil 14A-da X13, Cavabdeh, sonuncunun oğlu X21 və Leylanın əri X24 qeydiyyatda olmalarını qeyd edərək təqdim etmişlər. Həmin zaman MKİS-də kargüzar kimi işləmiş və arayışa o da imza etmişdir. Həmçinin qeyd etmişdir ki, vətəndaşların qeydiyyat məsələsini 1999-cu ildən Daxili işlər orqanları həyata keçirtdiyi üçün İddiaçı, Lyudmila Hüseynovanın, Yana Hüseynovanın hansı şəkildə Şeyx Şamil küçəsi ev 24 mənzil 14A-da qeydiyyatdan çıxmaları və mənzil 14 ünvanında qeydiyyata alınmaları haqqında heç bir məlumatı yoxdur. İzahatı alınan 8 saylı MKİS-in rəisi X2 Nərminə Hüseyn qızının bildirdiklərini təsdiq edərək, 1993-cü ildən 8 saylı MKİS-də işlədiyini və həmin zamandan ünvan 7 və 14A ünvanlarının Qalina Hüseynovaya məxsus olduğunu, onların əvvəl bir mənzilolduğunu və bölünmə sərəncamı ilə mənzili iki hissəyə bölərək birini ev 24 mənzil 14, digərini isə ev 24 mənzil 14A kimi qeydə aldırmışlar. Lakin onlardan əvvəl Ş.Şamil küçəsi ev 24 mənzil 14 ünvanının kimə məxsus olması barədə nə 8 saylı MKİS-də olan sənədlərdə heç bir qeyd yoxdur, nə də ki, onun bu barədə məlumatı olmamışdır. Yoxlama zamanı izahatı alınan 41 saylı notariat ofisinin notariusu Qazı-zadə Natiq Tariyel oğlu bildirmişdir ki, xx.xx.2010-cu il tarixdə vət. X5 müraciət edərək mülkiyyətində olan ünvan 8 ünvanındakı evi qızı Cavabdeh bağışlamaq istədiyini bildirmişdir. Onların təqdim etdikləri sənədlərdə Qalina Hüseynovanın mənzilin mülkiyyətçisi olduğunu göstərən xx.xx.1998-ci il tarixli 30/1476963 nömrəli qeydiyyat vəsiqəsi, əmlakın yüklü olmamasına dair alınmış ARƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinin xx.xx.2010-cu il tarixli 11/28045 saylı arayışı, mənzildə Qalina Hüseynova, Cavabdeh, həmçinin Emil Hüseynov və Mixail Raquzovun qeydiyyatda olmalarına dair Bakı şəhəri 8 saylı MKİS-dən alınmış forma 2 arayışı, həmçinin mənzilin bağışlanılmasına dair qeydiyyatda olan şəxslərin razılıq ərizələri olmuş, həmin sənədlərin tam şəkildə qaydada olduğunu gördüyü üçün xx.xx.2010-cu il tarixli 4Ə-821 nömrəli bağışlama müqaviləsini bağlamışdır. Bakı şəhər X1 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarından dahasonra görünür ki, araşdırma zamanı Bakı şəhəri Səbail RPİ-nin Qeydiyyat Məsələləri bölməsində olan sənədlərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, xx.xx.1961-ci il doğum tarixli X10 və xx.xx.1984-cü il doğum tarixli İddiaçı fərdi uçot kartoçkaları bölmədə saxlanılır. Həmin sənədlərə əsasən onlar ünvan 8-da qeydiyyatdadırlar. Lakin müəyyən edildi ki, həmin şəxslərin qeyd olunan mənzildə qeydiyyata alınmalarına dair əsas olan sənədlərin saxlanma müddəti keçdiyi üçün, sənədlər məhv edilmişdir. Bundan sonra bölmədə olan kompüter vasitəsilə qeyd olunan şəxslərin şəxsiyyət vəsiqələri “X36”ndə yoxlanıldı və İddiaçı iki dəfə, xx.xx.2002-ci ildə və xx.xx.2010-cu ildə, X4 isə xx.xx.2003-cü ildə və xx.xx.2012-ci ildə şəxsiyyət vəsiqələri almaları və hər iki şəxsiyyət vəsiqələrində onların ünvan 5-da qeydiyyatda alınmaları müəyyən edilmişdir. Beləliklə, aparılmış araşdırma zamanı 41 saylı notarius Qazı-zadə Natiq Tariyel oğlu tərəfindən 23.1 1.2010-cu il tarixli 4Ə-821 nömrəli bağışlama müqaviləsinin bağlanmasında və Bakı şəhəri 8 saylı MKİS tərəfindən verilmiş forma 2 arayışında ünvan 8-da X6, Cavabdeh, X24 və X15 qeydiyyatda olmalarına dair verdiyi arayışın tərtib olunmasında hər hansı bir cinayətin tərkib əlamətləri müəyyən edilməmişdir. Belə ki, araşdırma zamanı 8 saylı MKİS-də olan vətəndaşların qeydiyyatlarına dair xx.xx.1993-cü ildən xx.xx.2002-ci ilədək, həmçinin 25.05,2002-ci ildən hazırki dövrə qədər müddəti əks etdirən kitablara əsasən, ünvan 8 ünvanında X6, Cavabdeh, X24 və X15 qeydiyyatda olmaları, İddiaçı isə ev 24 mənzil 14 ünvanında qeydiyyatda olması müəyyən edilmişdir. 8 saylı MKİS tərəfindən tərtib olunmuş xx.xx.2010-cu il tarixli 794 nömrəli arayış həmin kitablarda əks olunan məlumatlar əsasında tərtib olunmuş və 41 saylı notarius tərəfindən isə 23.11,2010-cu il tarixli 4Ə-821 nömrəli bağışlama müqaviləsinin bağlanması zamanı evdə qeydiyyatda olan şəxslərin dairəsi isə təqdim edilmiş forma 2 arayışı ilə müəyyən edilmişdir. Lakin araşdırma zamanı Səbail RPİ-nin Qeydiyyat Məsələləri Bölməsindən götürülmüş xx.xx.2019-cu il tarixli arayışla müəyyən edilmişdir ki, İddiaçı qeydiyyata alınmasına dair sənədlərin əsasları məhv edildiyindən, onun ünvan 5 ünvanına hansı sənədlərlə qeydiyyata düşməsini müəyyən etmək mümkün olmamışdır. Odur ki, 41 saylı notarius Qazı-zadə Natiq Tariyel oğlunun, həmçinin 8 saylı MKİS-də xx.xx.2010-cu il tarixli 794 nömrəli forma 2 arayışına imza etmiş, həmin zaman MKİS-in rəisi işləyən M.Seyidovun, kargüzar N.Məmmədovanın və hesabdar E.Həsənovanın əməllərində hər hansı bir cinayətin tərkib əlamətləri müəyyən edilmədiyindən barələrində cinayət işinin başlanması rədd olunmalıdır. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Ş.Şamil küçəsi, ev 24, 14və 14A ayrı-ayrı mənzillər olmaqla 14 saylı mənzil paylı mülkiyyətdədir. İşin bu halı işmateriallarında olan Cavabdeh adına və X4, eləcə də X26 adlarına olan çıxarışların (sonuncular 14 saylı mənzildə paylı mülkiyyətçilərdir) surətləri ilə təsdiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfin mülkiyyətçi X14 hələ 1998-ci ildə mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Ş.Şamil küçəsi 24 saylı evin 14 nömrəli mənzilini özü ilə oğlu, yəni hazırkı iddiaçının atası Hüseynov Robiklə arasında bölərək Bakı şəhəri, Səbail rayonu, Ş.Şamil küçəsi 24 saylı evin 14 nömrəli mənzili oğlu Hüseynov Robikə, Bakı şəhəri, Səbail rayonu, Ş.Şamil küçəsi 24 saylı evin 14A nömrəli mənzili isə özünün adına rəsmiləşdirməsi, elə həmin tarixlərdə də hər ikisinin öz adlarına göstərilən mənzillərə mülkiyyət hüquqlarını təsdiq edən şəhadətnamələr almalarına dair izahatları işin araşdırılmış halları ilə tam uyğunluq təşkil edir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə»dən də aydın görünür ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X19vərəsəsiX10ya hazırki Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası TİMHQİ-nin xx.xx.1998-ci il tarixli, 30/911 nömrəli (kitab №953, səhifə 143134) Qeydiyyat vəsiqəsinə və Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin BŞƏİ-nin 15,02.2011-ci il tarixli, 11/3148 saylı arayışına əsasən, paylı mülkiyyət hüququ əsasında miras qoyana məxsus, Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, 24 saylı evdə yerləşən, ümumi sahəsi 49.0 kvadrat metr, yaşayış sahəsi 27.5 kvadrat metr olan, 3 (üç) otaqlı, 14 saylı mənzilin 2 (iki) yaşayış otağından ibarətdir. İşin mübahisəli halı mərhum X19 həyat yoldaşı X4 və onların övladı olan İddiaçı Bakı şəhəri, Səbail rayonu, Ş.Şamil küçəsi, ev 24, 14A saylı mənzilində qeydiyyatda olmalarına dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2019-cu il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında 0xx/xx-6602/1№livə 0xx/xx-6602№li arayışlarında onun xx.xx.2002-ci il tarixdən, anası X4 isə xx.xx.2003-cü il tarixdən Bakı şəhəri, Ş.Şamilküç. Ev

24. m. 14A-da qeydiyyatda olmaları ilə bağlıdır və iddiaçı iddia edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli 167 №-li Qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 49-cu bəndinə əsasən mənzil bağışlanarkən onların razılığı alınmalı idi. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən Təlimatın həmin bəndinin 2010-cu ildə olan redaksiyasına əsasənyaşayış evinin, mənzilin, bağın, bağ evinin özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq edilərkən notarius özgəninkiləşdirilən yaşayış evində, mənzildə, bağda və bağ evində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb edir və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Ümumi mülkiyyətdə olan əmlakın satılması və ya dəyişdirilməsi barədə müqavilələr təsdiq edilərkən hər bir mülkiyyətçinin razılığı tələb edilir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçının və onun anasının 14a saylı mənzildə qeydiyyatda olmalarına baxmayaraq bu qeydiyyatın hüquqi əsasları müəyyən edilmədiyindən (olmadığından), eləcədə anasının vərəsə kimi məhz onun atasından miras qalmış 14 saylı mənzili miras əmlak kimi qəbul edərək hazırda X38 ilə paylı mülkiyyətçisi olması faktı müəyyən edildiyindən ünvan 1 ünvanında yerləşən mənzilə dair xx.xx.2010-cu il tarixində Bakı şəhəri 41 saylı dövlət notariat kontorunda 4Ə-821 reyestr nömrəsi üzrə X13 ilə Cavabdeh arasında bağlanmış bağışlama müqaviləsinin rəsmiləşdirilməsi zamanı istər 8 saylı MKİS-nin, istərsədə 41 saylı Notariat Kontoru tərəfindən hər hansı qanun pozuntusuna yolverilməsi hallarının olması faktları öz təsdiqini tapmamışdır. Belə ki, 8 saylıMKİS-də olan 2002-ci ilə aid kitaba əsasən, 14 ünvanında Hüseynov Robik, Hüseynova Lyudmila onların övladları İddiaçı və Hüseynova Yana qeydiyyatda olmuş, 14A ünvanında isə X13, Cavabdeh, Hüseynov Emil və Cavabdeh əri X31 qeydiyyatdadır. Bu səbəbdən xx.xx.2010-cu ildə X8 verdikləri 2№ forma arayışına MKİS-də olan sənədlərə əsasən həmin zaman Şeyx Şamil küçəsi ev 24 mənzil 14A-da X13, Cavabdeh, sonuncunun oğlu X21 və Leylanın əri X24 qeydiyyatda olmalarını qeyd edərək təqdim etmişlər. Məhkəmə həmçinin haqlı olaraq hesab etmişdir ki, işin bu halları Bakı şəhər X1 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarının və Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Aparatının Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 8 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2019-cu il tarixli, 0/51 saylı məktubunun məzmunları ilə də təsdiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, 14 saylı mənzilin paylı mülkiyyətçisi xx.xx.1961-ci il təvəllüdlü X10 (iddiaçının anası) xx.xx.2003-cü il tarixdən hal-hazıradək 14a saylı mənzildə qeydiyyatda olmasına baxmayaraq o, oğlundan fərqli olaraq hazırki vaxta kimi bağışlama müqaviləsinin qanuniliyini mübahisələndirməmişdir. Məhkəmə mübahisələndirilən bağışlama müqaviləsinin ləğvi ilə bağlı iddiaçının irəli sürdüyü dəlillərinə münasibətdə haqlı olaraq hesab etmişdir ki, iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi hallardan biri olan 14a saylı mənzildə qeydiyyatda olmasına dair xüsusatı ciddi hüquqi əhəmiyyət kəsb etməməklə, özünün faktiki olaraq 14 saylı mənzilə aidiyyatı tam sübut olunduğu halda, 14a saylı mənzilə qeydiyyatın qanuni əsaslarla olması müəyyən edilmədiyindən bu formal qeydiyyat qanuni əsaslarla bağlanmış bağışlama müqaviləsinin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və yamüqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərərnəticəsində o, müqavilə bağlanarkən ümidetməyə haqqı çatanlardan xeyli dərəcədə mərhum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından bir tərəfli imtina edildikdə və belə imtinaya bu məcəllə ilə və ya tərəflərin razılaşması ilə yolverildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən müqavilənin ləğv edilməsi dedikdə onun hüquqi qüvvəsinə xitam verilməsi başa düşülür. Müqavilənin ləğv edilməsi ilə öhdəliyin məzmununun (tərəflərin hüquq və vəzifələrinin) mövcudluğuna son qoyulur və öhdəliyə xitam verilir. Öhdəliyin elementlərindən birinin mövcudluğuna son qoyulması tərəflər arasında hüquqi əlaqənin itməsinə və kəsilməsinə səbəb olur. Bunun nəticəsində hüquq və vəzifələrindən ibarət olan öhdəliyin məzmunu ləğv edilir. Öhdəliyə xitam verilməsi dedikdə, öhdəliyin məzmununun ləğv edilməsi başa düşülür. Müqavilə ləğv edilməklə tərəflərin öhdəliklərinə xitam verilir. Bu andan etibarən tərəflər öhdəlik əsasında onlara məxsus olan hüquqdan məhrum olurlar və həvalə olunmuş vəzifəni daşımaqdan azad edilirlər. Lakin qanunverici müqavilənin ləğv edilməsinin əsaslarını tətbiq etmək üçün buna tərəflərdən birinin təşəbbüsünün olmasını şərtləndirir ki, hazırki iş üzrə də iddiaçı mübahisələndirdiyi müqavilə üzrə tərəf olmamışdır. Həmçinin məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə münasibətdə haqlı olaraq hesab etmişdir ki, iddiaçının mubahisələndirilən müqavilənin etibarsızlığını deyil, ləğvini tələb etdiyi üçün məhkəmə hazırki mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354-cü maddəsinin müddəalarına əsasən iddia müddətinin tətbiqini mümkün saymır. Məhkəmə iddiaçının hazırki mübahisəyə subyektiv hüququnun olmaması ilə bağlı cavabdeh tərəfin mövqeyi ilə bağlı düzgün olaraq qeyd etmişdir ki, iddiaçının hazırda formalda olsa 14a saylı mənzildə qeydiyyatda olması faktı hazırki iddianı qaldırmasına bir növ hüquqi əsas yaratdığı üçün məhkəmə onun subyektiv hüquqa malik olmayan şəxs kimi qiymətləndirmir və irəli sürdüyü iddianın əsaslılığına qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verilməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin Cavabdeh tərəfindən həmin mənzilə dair alınan mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair hissəsi üzrə haqlı olaraq hesab etmişdir ki, iddia tələbinin həmin hissəsi törəmə tələb olub, X13 ilə Cavabdeh arasında bağlanmış bağışlama müqaviləsinin ləğvi tələbindən yarandığından və həmin müqavilə qanuni, eləcə də əsaslı bağlanmış hesab olunduğu üçün, iddianın Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv olunması barədə hissəsinə hüquqi qiymət verilməsinə zərurət qalmır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçının bağışlama müqaviləsi üzrə irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı üçün əlavə olaraq irəli sürülən dəlillərin, yəni, iddiaçının mənzilin bağışlanması müqaviləsinin bağlanarkən nənəsinin ağır xəstə olmasıvə həmin dövrdə oğlunu itirməsi, nəvəsininisə həbs edilməsi səbəbləri aparılan notariat əməliyyatının mahiyyətini tam dərk etməməsi, bununla da bağışlama müqaviləsinin mərhum nənəsi tərəfindən imzalanması şübhə doğurması, bağışlama müqaviləsinin bağlanması üçün təqdim olunmuş 2№-li formada arayışda olan şəxslərin adlarından və həmin şəxslərin razılıq ərizələrindən həmin əqdin qərəzli olaraq aldatma yolu ilə bağlanmasına dair dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunların heç bir əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası iddiaçının mənzilin bağışlanması müqaviləsi bağlanarkən qanun pozuntularının olmasına dair dəlillərinin heç bir mötəbər sübut növləri öz təsdiqini tapmadığı üçün bunları iddiaçının subyektiv mülahizəsi kimi də qiymətləndirir və qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 -ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apelyasiya şikayətlərində göstərilən dəlillə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilənlərlə və iş materialları ilə təkzib edildiyindən əsaslı sayıla və təmin edilə bilməz. Beləliklə, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla apelyasiya şikayətinin dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1959/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qət etdi:

İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1959/2019 saylı, xx xxxxxxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar