Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11964/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı cavabdehlər Bakı şəhər İH-nin 06 saylı X2, Bakı şəhər İcra Hakimiyyətinə qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-150/2021 saylı iş üzrə qəbul etdiyi 12 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh Bakı şəhər İH-nin 06 saylı X1 vəkili Vəkil tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhər İH-nin 06 saylı X2, Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş maddi zərərin əvəzi olaraq 5000 manat pul vəsaitinin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-150/2021 saylı iş üzrə qəbul etdiyi 12 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Bakı şəhər İcra Hakimiyyətindən İddiaçı xeyrinə 1672 (min altı yüz yetmiş iki) manat borcun tutulması, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində pul vəsaitinin müştərək qaydada İddiaçı, cavabdeh Bakı şəhər İcra Hakimiyyətindən tutularaq Dövlət büdcəsinə köçürülməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Bakı şəhər İH-nin 06 saylı X1 vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. İş materiallarından göründüyü kimi, apellyasiya şikayəti cavabdeh Bakı şəhər İH-nin 06 saylı X1 vəkili Vəkil tərəfindən verilmiş, lakin səlahiyyəti olmasına dair sənədi (etibarnamə işə əlavə olunsa da, onun müddəti isə 01.10.2020-ci il tarixdə bitmişdir. i.v 29) məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə görə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 68.3-cü maddəsinə əsasən isə işdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir. Hazırki işdə cavabdehin vəkilə vəkalət verdiyi də müəyyən edilməmişdir. Beləliklə, apellyasiya şikayəti hüququ olmayan şəxs tərəfindən imzalandığından apellyasiyanın mümkünlüyü üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1 və 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-150/2021 saylı iş üzrə qəbul etdiyi 12 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh Bakı şəhər İH-nin 06 saylı X1 vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-11964/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11964/2021
30.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver