Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1198/2023 28.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı "maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 201/2022 saylı işi üzrə 10 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı evinə vurulmuş zərərin əvəzi olaraq 2600 manatın, 10000 manat mənəvi ziyanın, ödənilmiş 31 manat dövlət rüsumunun və vəkilə ödənilmiş 100 manatın cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması, cavabdehlərin yaşadıqları ünvan 1 ünvanında çirkab sularının həyətdə qazıdılmış quyuya (şamboya) axıdılmasının cavabdehlərə qadağan edilməsi, həmin ünvanda çirkab sularının axıdılması üçün qazılmış quyunun (şambonun) cavabdehlərin vəsaiti hesabına tam bağlanılaraq (tam örtülərək) ləğv edilməsi, axıdılan çirkab sularının cavabdehlərin vəsaiti hesabına həmin evə yaxın olan mərkəzləşdirilmiş kanalizasiya xəttinə qoşulması vəzifəsinin cavabdehlərin öhdələrinə qoyulması barədə iddiası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, ekspertiza xərcini təşkil edən 100 manat məbləğində pulun İddiaçı tutularaq X1 hesabına köçürülməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsini ləğv edərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 qarşı tərəflə mübahisənin barışıq yolu ilə həll edildiyini qeyd etmiş, iddia tələblərindən imtina etdiklərini bildirərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmiş və bu barədə ərizə təqdim etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddiaçı tərəflə barışıq əldə etdiklərini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh2 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.1, 52.5, 191.1, 191.2, 261.0.4, 262-ci maddələrinə uyğun ərizəni nəzərdən keçirib və etirazın daxil olmadığını nəzərə alaraq hesab edir ki, tərəfin iddiadan imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir (digər) şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, habelə imtinanın qəbul edilməməsi üçün əsaslar olmadığından mülki işin icraatına xitam verilməlidir. Belə ki, Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraaa xitam verir. Məcəllənin 384.0.5-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Məcəllənin 107-125-ci maddələrinə əsasən kollegiya hesab edir ki, məhkəmələrə müraciətlərlə bağlı ödənilmiş dövlət rüsumları onları ödəyən şəxslərə, ekspertiza xərci iddiaçıya aid edilməlidir. Diqqətə çatdırılmalıdır ki, iddiadan imtina edilməsi və bunların qəbul edilməsi, bütövlükdə digər prosessual əsaslarla işin icraatına xitam verilməsinə səbəb olduğundan apellyasiya şikayətinə qiymət verilməsinə zərurət qalmır. Şərh olunanlara əsasən və Mülki Prosesual Məcəllənin 370, 377, 384, 402-406-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-201/2022 saylı işi üzrə 10 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı "maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsindən imtinası qəbul edilsin və mülki işin icraatına xitam verilsin. Ekspertiza xərcini təşkil edən 100 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1198/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1198/2023
28.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver