Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1203/2021 29.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1300/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli qərardaddan İddiaçı verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Arjomandi Touraja qarşı irəli sürdüyü “maddi və mənəvi ziyanın ödənilməsi tələbi” barədə iddiasına dair mülki işə baxmış Nəsimi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini qət etmişdir. Cavabdeh Arjomandi Touraj qətnaməndən apellyasiya şikayəti vermişdir. Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti dövlət rüsumunun ödənilməməsi səbəbindən geri qaytarılmışdır. Qərardadda qeyd edilən nöqsanı aradan qaldırmış Arjomandi Touraj xx.xx.2020-ci il tarixdə yenidən apellyasiya şikayəti vermişdir. O, həmçinin ərizə ilə Rayon Məhkəməsinə ərizə təqdim edərək qətnaməndən apellyasiya şikayəti verilməsi üçün onun tərəfindən buraxılmış prosessual müddətin ötürülməsini üzürlü hesab edilərək müddətin bərpa edilməsini xahiş etmişdir. “Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə onunla əsaslandırmışdır ki, X1 İslam Respublikasının vətəndaşı olduğundan apellyasiya şikayətinin verilməsi zamanı dövlət rüsumunu ödəməli olduğundan xəbərsiz olmuş, buna görə də dövlət rüsumunu ödəməmişdir. Apellyasiya şikayətinin qaytarılması barədə qərardadı xx.xx.2020-ci il tarixdə poçt vasitəsilə alıb qərardadla tanış olduqdan sonra bilmişdir ki, dövlət rüsumunu ödəməlidir. Bunu bildikdən sonra o, nöqsanını aradan qaldırmış, dövlət rüsumunu ödəmişdir. “Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizəni təmin etmiş, prosessual müddətin ötürülməsi səbəbini üzürlü hesab edərək, müddəti bərpa etmiş və Arjomandi Touraj tərəfindən verilmiş apellyasiya şikayətini baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsi və “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” Arjomandi Tourajın ərizəsinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Arjomandi Touraj qətnaməni vaxtında almış, qətnamənin qanuni qüvvəyə mindiyindən də məlumatlı olmuşdur. Qətnamənin icrası ilə əlaqədar Nəsimi Rayon İcra və Probasiya Şöbəsində olmuş və həmin vaxtı qeydiyyatının Səbail rayonunda olması ilə əlaqədar icra işinin Səbail Rayon İcra və Probasiya Şöbəsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh Arjomandi Touraj prosessual müddəti üzrsüz səbəbdən ötürmüşdür. Prosessual müddətin bərpa edilməsi üçün hər-hansı üzrlü səbəb mövcud olmamış, lakin Rayon Məhkəməsi işin bu halını nəzərə almamışdır. Şikayətə baxmış Rayon Məhkəməsi qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi qəbul edildikdən sonra 1 ay müddətində verilə bilər bu müddət birinci instansiya məhkəməsi tərəfindən qətnamə tərəfə verildiyi vaxtdan hesablanır. İşdə olan sənədlərdən görünür ki, xx.xx.2020-ci il tarixli qətnamədən prosessual müddətin bitməsinə 12 gün qalmış, yəni xx.xx.2020-ci il tarixdə cavabdeh Arjomandi Touraj tərəfindən ilk dəfə apellyasiya şikayəti verilmişdir. Həmin apellyasiya şikayəti Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə dövlət rüsumunun ödənilməməsinə görə qaytarılmışdır. Rayon Məhkəməsinin sözügedən qərardadını Arjomandi Touraj xx.xx.2020ci il tarixdə almış, qərardadda qeyd edilən nöqsanı aradan qaldıraraq, 8 gün sonra, yəni xx.xx.2020-ci il tarixdə yenidən apellyasiya şikayəti vermişdir. Bu hal və Arjomandi Tourajın Azərbaycan Respublikasının deyil, İran İslam Respublikasının vətəndaşı olması nəzərə alındıqda müəyyən edilir ki, Arjomandi Tourajın hərəkətlərində hüquqdan sui-istifadənin əlamətləri yoxdur, prosessual müddət üzürlü səbəbdən ötürülmüşdür. MPM-nin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizənin təmin edilməsi barədə qərardadı qəbul etməklə, habelə həmin qərardaddan verilmiş şikayəti təmin etməməklə Rayon Məhkəməsi iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri əsassızdır. MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-1203/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1203/2021
29.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver