Məhkəmə qərarları › İş №2(103)-12067/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12067/2021

09.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12067/2021 09.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Sabunçu Rayon Polis İdarəsinə qarşı vəzifəli şəxsin hərəkətlərindən şikayətə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2- 2371/2004 saylı, 01 dekabr 2004-cü il tarixli qətnaməsindən iş üzrə Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, arvadı X2, uşaqları X3 və X4 ilə birlikdə Bakı şəhəri, Zabrat-2 qəsəbəsi, X.Vəliyev küçəsində yerləşən 17 «a» saylı evə pasport qeydiyyatına alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-2371/2004 saylı, 01 dekabr 2004-cü il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, Ərizəçi arvadı X2, uşaqları X3 və X4 ilə birlikdə Bakı şəhəri, Zabrat-2 qəsəbəsi, X.Vəliyev küçəsində yerləşən 17 “A” saylı evə pasport qeydiyyatın alınması qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Maraqlı şəxs apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-2371/2004 saylı, 01 dekabr 2004-cü il tarixli qətnaməsi rəsmi olaraq işdə iştirak edən şəxslər Ərizəçi və Sabunçu Rayon Polis İdarəsinə 06.12.2004-cü il tarixdə göndərilmişdir. Daha sonra Bakı İnzibati Məhkəməsinin 29.06.2021-ci il tarixli məktubu ilə iddiaçı Maraqlı şəxs cavabdeh Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinə (üçüncü şəxs Ərizəçi və digərləri) qarşı “qeydiyyatdan çıxarma öhdəliyinin qoyulması” tələbi üzrə inzibati iş məhkəmənin icraatında olduğundan, yaranmış zərurətlə əlaqədar Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-2371/2004 saylı mülki iş tələb edilmiş və zərurət aradan qalxdıqdan sonra 02.09.2021-ci il tarixdə iş geri qaytarılmışdır. 30 avqust 2021-ci il tarixdə isə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2- 2371/2004 saylı, 01 dekabr 2004-cü il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Göründüyü kimi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-2371/2004 saylı, 01 dekabr 2004-cü il tarixli qətnaməsinin rəsmi olaraq Maraqlı şəxs tərəfindən nə zaman əldə edildiyi barədə sübut iş materialları ilə müəyyən edilməmişdir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Mülki Prosessual Məcəllənin 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Mülki Prosessual Məcəllənin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Azərbaycan Respublikası MPM-nin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Bundan başqa, qeyd edilməlidir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2- 2371/2004 saylı, 01 dekabr 2004-cü il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti MPM-nin 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). Həmin məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin məcəllənin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Həmin məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs tərəfindən tərəfindən verilmiş apellyasiya şikayəti mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq verilmədiyindən qeyri-mümkün hesab edilməli və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 360, 363,366.4 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-2371/2004 saylı, 01 dekabr 2004-cü il tarixli qətnaməsindən iş üzrə Maraqlı şəxs tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar