Məhkəmə qərarları › İş №2(103)-1212/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1212/2022

07.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1212/2022 07.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 avqust 2021-ci il və 13 sentyabr 2021-ci il tarixli qərardadlarından Cavabdeh1 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 məxsus olan və etibarnamə əsasında Cavabdeh2 tərəfində idarə olunan **-NM-*** dövlət qeydiyyat nişanlı, “Ford Cargo” markalı yükdaşıyan avtomobilinin ona məxsus olan və həmin vaxt yolun kənarında dayanmış 99 TR-999 dövlət qeydiyyat nişanlı, “Rolls-Royce Wraith” markalı avtomobil ilə toqquşması nəticəsində ona vurulmuş cəmi 258.944,06 manat məbləğində ziyanın cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı, “müvəqqəti təminat tədbirinin görülməsi barədə” ərizələr ilə Rayon Məhkəməsinə müraciət edərək, iddiasına məhkəmədə baxılıb qurtaranadək, Cavabdeh1 məxsus olan **-TJ-*** dövlət qeydiyyat nişanlı “Ford Cargo” markalı avtomobilin, **-XD-*** dövlət qeydiyyat nişanlı “Audi A6” markalı avtomobilin, **-UE-*** dövlət qeydiyyat nişanlı “ZAZ Sens TF488P63” markalı avtomobilin, **-VM-*** dövlət qeydiyyat nişanlı “Nissan Maxima” markalı avtomobilin, **-EY-*** dövlət qeydiyyat nişanlı “Daewoo Gentra” markalı avtomobilin, **-RY-*** dövlət qeydiyyat nişanlı “Toyota Auris” markalı avtomobilin, **-MZ-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E320” markalı avtomobilin, **-MX-*** dövlət qeydiyyat nişanlı “İnfiniti FX-35” markalı avtomobilin, **-MH- *** dövlət qeydiyyat nişanlı “X1” markalı avtomobilin, **-ZY-*** dövlət qeydiyyat nişanlı “Tofaş Şahin” markalı avtomobilin, **-XX-*** dövlət qeydiyyat nişanlı “Tofaş Şahin” markalı avtomobilin, **-DY-*** dövlət qeydiyyat nişanlı “Ford Cargo” markalı avtomobilin, **-OJ-*** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı avtomobilin, **-MX-*** dövlət qeydiyyat nişanlı “Hyundai Accent” markalı avtomobilin, **-CO-*** dövlət qeydiyyat nişanlı “İnfiniti FX-352 markalı avtomobilin və **-ZN-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobilin üzərinə həbs qoyulmaqla cərimə meydançasına yerləşdirlməsi, avtomobillərin özgəninkiləşdirilməsinin və ya hər hansı formada yüklü edilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. “Müvəqqəti təminat tədbirinin görülməsi barədə” ərizələrə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 24.08.2021 və 13.09.2021-ci il tarixli qərardadlar ilə Cavabdeh1 məxsus olan **-TJ-*** dövlət qeydiyyat nişanlı “Ford Cargo” markalı avtomobilin, **-XD-*** dövlət qeydiyyat nişanlı “Audi A6” markalı avtomobilin, **-UE-*** dövlət qeydiyyat nişanlı “ZAZ Sens TF488P63” markalı avtomobilin, **-VM-*** dövlət qeydiyyat nişanlı “Nissan Maxima” markalı avtomobilin, **-EY-*** dövlət qeydiyyat nişanlı “Daewoo Gentra” markalı avtomobilin, **-RY-*** dövlət qeydiyyat nişanlı “Toyota Auris” markalı avtomobilin, **-MZ-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E320” markalı avtomobilin, **-MX-*** dövlət qeydiyyat nişanlı “İnfiniti FX-35” markalı avtomobilin, **-MH- *** dövlət qeydiyyat nişanlı “X1” markalı avtomobilin, **-ZY-*** dövlət qeydiyyat nişanlı “Tofaş Şahin” markalı avtomobilin, **-XX-*** dövlət qeydiyyat nişanlı “Tofaş Şahin” markalı avtomobilin, **-DY-*** dövlət qeydiyyat nişanlı “Ford Cargo” markalı avtomobilin, **-OJ-*** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı avtomobilin, **-MX-*** dövlət qeydiyyat nişanlı “Hyundai Accent” markalı avtomobilin, **-CO-*** dövlət qeydiyyat nişanlı “İnfiniti FX-352 markalı avtomobilin və **-ZN-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobilin özgəninkiləşdirilməsinin və ya hər hansı formada yüklü edilməsinin cavabdehlərə və digər şəxslərə hazırki işə mahiyyəti üzrə baxılıb qurtaranadək qadağan edilməsini qərara almışdır. Cavabdeh1 həmin qərardadlardan Rayon Məhkəməsinə şikayət verərək, qərardadların ləğv edilməsini və “müvəqqəti təminat tədbirinin görülməsi barədə” ərizələrin rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, yol nəqliyyat hadisəsi baş verən zaman iddiaçıya məxsus olan avtomobil iddiaçı tərəfindən deyil başqa şəxs – İraq Respublikasının vətəndaşı tərəfindən idarə edilirdi. Bundan başqa iddianın Cavabdeh1 qarşı irəli sürülməsi əsassızdır. Daha sonra nəzərə alınmalıdır ki, iddiaçı ona dəymiş zərərin məbləğini şişirtmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 14.12.2021-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün, şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 157.1-ci maddəsinə görə, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. MPM-nin 157.2-ci maddəsinə görə, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. MPM-nin 158.1-ci maddəsinə görə, aşağıdakı müvəqqəti təminat tədbirlər görülə bilər: cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda debitor borcların xüsusi hesaba ödənilməsini və orada saxlanılmasını təmin etmək. MPM-nin 158.2-ci maddəsinə görə, məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər. Məhkəmə qeyd edir ki, iddianın gələcəkdə rədd edilməsi ehtimalı istisna edilmədiyi kimi, təmin edilməsi ehtimalı da istisna edilmir. İddiaçının cavabdehlərə qarşı irəli sürdüyü iddia tələbinin əsaslılığına dair ilkin sübutlar mövcuddur. Cavabdeh1 şikayətində göstərilən dəlillər ilə bağlı isə Məhkəmə qeyd edir ki, həmin dəlillərin əsaslı olub-olmamasını işin hazırki mərhələsində yoxlanılması qeyri-mümkündür; həmin dəlillərin əsaslılığı işə mahiyyəti üzrə baxılan zaman araşdırıla bilər. Belə olan halda hesab edilməlidir ki, Rayon Məhkəməsi “müvəqqəti təminat tədbirinin görülməsi barədə” ərizələrin yuxarıda qeyd edilən qaydada qismən təmin edilməsi barədə qərardadlar qəbul etməkdə və həmin qərardadlardan cavabdehin verdiyi şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şikayət əsassızdır. Qərardadların ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki Məhkəmə, MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri və MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Cavabdeh1 şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 avqust 2021-ci il və 13 sentyabr 2021-ci il tarixli qərardadlar dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar