Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1215/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-yə qarşı ("xxxx" Sığorta və ƏƏSMN yanında DƏMX müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-yə qarşı ("xxxx" Sığorta və ƏƏSMN yanında DƏMX müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) "vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3731/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair məlumatın verilməsi ilə elektron çıxarışdan görünür ki, İddiaçı Sayıbəyli oğlunda onurğa beyni travmasının nəticələri, qapalı ağır dərəcəli onurğa beyin travması, onurğa beynin ağır dərəcəli zədələnməsi diaqnozu ilə birinci dərəcəli əlillik müəyyən edilmiş, əlillik səbəbi istehsalat zədəsidir. Əmək qabiliyyətsizdir.
2. "xxxx" Sığorta Şirkəti ilə Cavabdeh MTK arasında bağlanılmış 02 noyabr 2019-cü il tarixli, **********84 saylı X5lər və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsindən və ona əlavədən görünür ki, X2 müvafiq icbari sığorta növündə sığorta olunmuşdur.
3. DƏMX-nın rəis müavini Orxan Hüseynzadə tərəfindən tərtib edilmiş MN seriyalı, ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh MTK-nin sədri X3 08 iyun 2020-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə barədə işəgötürən Ş.Hacıyev tərəfindən DƏMX-ya hadisə baş verən gün məlumat verilməməsinə görə AR İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən təqsirli bilinirək, inzibati məsuliyyətə cəlb edilmişdir.
4. Cavabdeh MTK tərəfindən tərtib edilmiş “İZ” formalı “X5 haqqinda” №01/2023 saylı AKT-ın 11.1-ci bəndində bədbəxt hadisənin səbəbləri kimi: Cavabdeh ilə İddiaçı oğlu arasında bağlanılmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin “Əməyin mühafizəsi üzrə” bölməsinin 4.13-cü bəndinin (işçi özünün və iş yoldaşlarının həyat və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi qaydalarına və normalarına əməl etməyə borcludur) tələblərinə və Cavabdeh rəhbərliyi tərəfindən təsdiq edilmiş fəhlənin vəzifə təlimatının “Məsuliyyət” bölməsinin 13.3-cü bəndinin (daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə məsuliyyət daşıyır) tələblərinə riayət edilməməsi. 12-ci bəndində əmək qanunvericiliyi pozuntusuna yol vermiş şəxslər: zərərçəkən – İddiaçı cavabdehliyi olduğu qeyd edilmişdir.
5. Milana VİP Hospitaldan çıxarışdan görünür ki, xx xxxxx 1980-cı il təvəllüdlü İddiaçı 08 iyun 2020-ci il tarixdə klinikaya başqa mərkəzdən ambulansla transfer edilmişdir.Özünün və yaxınlarının deməsinə gora təqribən 2 metr hündürlükdən yıxılaraq xəsarət almışdır. Daxil olarkən şikayəti aşağı ətraflarda hərəkətsizlikdəndir. TH 7-8 laminekiomiya, sümük fraqmentlərinin onurğa kanalından təmizlənməsi əməliyyatı icra olundu.
6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin xx.xx.2022-ci il tarixli **********4 nömrəli əmri ilə təyin edilmiş tərkibində sədr, X11 - X10 Xidmətinin baş məsləhətçisi - baş əmək müfəttişi və üzvlər, Nümayəndə1 - Cavabdeh hüquqşünası, X6 - "Selenium Residence” Mənzil-Tikinti Kooperativinin baş mühasibi olan komissiya tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək bədbəxt hadisənin Təhqiqat aktından görünür ki, İddiaçı X5lər və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından "Atəşgah Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində icbari sığorta edilmişdir.
7. "xxxx" Şirkəti tərəfindən İddiaçı Sayıbəyli oğluna ünvanlanmış 21 may 2024-cü il tarixli sığorta ödənişinin verilməsindən imtina məktubunda qeyd olunur ki, “...Siz hadisədən 4 il keçdikdən sonra sığorta şirkətinə sığorta tələbi ilə müraciət etmisiniz. Bununla Siz sığorta şirkətindən sığorta ödənişini tələb etməklə bağlı müddəti ötürmüsünüz. Belə ki, Sizin sığorta tələbiniz **********84 saylı sığorta müqaviləsinə əsaslanır. Mülki Məcəllənin 372.1-ci maddəsinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil ediilr. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Beləliklə, sığortalı və Siz sığorta ödənişini tələb etməklə bağlı hüququnuzu qanunvericiliklə müəyyən olunmuş müddətdə reallaşdırmadığınıza görə hazırda tələbinizlə bağlı sığortaçının sığorta ödənişi vermək öhdəliyi yaranmır. Bununla belə, Əmək Məcəlləsinin 296-ct maddəsinin 4cü bəndinə əsasən, işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Odur ki, Sizin həyat və sağlamlığınıza vurulmuş zərərin ödənilməsi üçün birbaşa Sığortalıya (işəgötürən Silenium Residence MTK-ya) müraciət etmək hüququ vardır...”
8. Nəsimi rayon prokurorluğunun 21 iyun 2022-ci il tarixli Cinayət işi başlanmasının rədd edilməsi haqqında görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə iş yerində xəsarət alması ilə əlaqədar kənar şəxslərin əməllərində hər-hansı bir cinayətin tərkibi olmadığından toplanmış materiäl üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərardan görünür ki, İddiaçı iş yerində xəsarət alması ilə nəticələnən bədbəxt hadisənin baş verməsinə səbəb onun özünün ehtiyyatsızlıq etməsi olmuşdur. İddiaçı xəsarət almasına səbəb, onun ehtiyatsızlıq edərək söküntü işləri ilə əlaqədar işlədiyi birmərtəbəli tikilinin üstündən pilləkanla deyil, budaqları tikilinin üstünə əyilmiş yabanı bitmiş ağacdan istifadə edib yerə düşməyə cəhd etməsi və bu zaman ağacın budağının sınması olmuşdur.
9. "xxxx" Şirkəti tərəfindən İddiaçı Sayıbəyli oğluna ünvanlanmış 23 may 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, "Atəşgah Həyat” Sığorta Şirkətinə daxil olmuş xx.xx.2024-cü il ərizəyə və şifahi telefon danışığı zamanı verdikləri suala cavab olaraq bildirir ki, “X5lər və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta" haqqında AR Qanununun 7.3-cü maddəsinə əsasən, sığorta etdirmək vəzifəsi daşıyan Sığortalı Silenium Residence MTK həmin vəzifəni lazımınca yerinə yetirmədiyinə görə bu Qanuna uyğun olaraq xeyrinə sığorta müqaviləsi bağlanmalı şəxs kimi onun qarşınızda azı bu Qanunla müəyyən edilmiş sığorta təminatı həcmində, yəni en azı 33 656.31 AZN məbləğində öhdəlik daşıyır.
Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı "xxxx" Sığorta və ƏƏSMN yanında DƏMX müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh MTK-yə qarşı iddia ilə məhkəməyə müraciət edərək, hadisə nəticəsində aldığı xəsarətə görə ödənilməli olan 33656.31 manat pulun, mənəvi zərərə görə 10000 manat pulun, pulu ödəməkdən boyun qaçırdığına görə 2440 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 229 manat pulun, cəmi 46325.31 manatın işəgötürənim "xxxx" MTK-dan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, İddiaçı 08 iyun 2020-ci il tarixində saat 17:00-da Cavabdeh MTK-ya məxsus “Bakı Çay Fabriki” adlanan ərazidə söküntü işləri apararkən hündürlükdən yıxılaraq ağır xəsarət almışdır. Belə ki, 30 yanvar 2020-ci il tarixdən Cavabdeh MTK ilə bağlanmış əmək müqaviləsi əsasında hadisənin baş verdiyi ərazidə fəhlə kimi çalışmağa başlamışdır. Hadisənin baş verdiyi gün, yəni 08 iyun 2020-ci il öz əmək funksiyalarımı icra etmək üçün iş yerinə getdi, müəyyən müddət işlədikdən sonra saat 17:00-da təxminən 3 metr hündürlükdən yıxılıb ağır xəsarət aldı. İşlədiyi binanın uzunluğu təxminən 20-25 metr, eni isə 7-8 metr olardı. Xəsarət aldıqdan sonra iş yoldaşları ona kömək edib iş icraçısı Şahid1 maşınına mindirib Semaşko adlanan xəstəxanaya apardılar. Daha sonra isə Milano hospitala yerləşdirilib orada onurğasından əməliyyat olundu və 3 gün həmin xəstəxanada qaldı. 11 iyun 2020-ci ildən isə ev şəraitində müalicə alır. Cavabdeh MTK-nin vəzifəli şəxsləri hadisədən sonra heç bir orqana hadisə ilə bağlı müraciət etməyə ehtiyac olmadığını, ona dəyən zərəri ödəyəcəklərini, bütün müayinə və müalicə xərclərini ödəyəcəklərini, bir sözlə o ayağa qalxana qədər onun yanında olacaqlarını söz verdilər. Əmək müqaviləsi bağlanarkən bədbəxt hadisələrdən icbari sığorta olunduğunu bilsə də, o, onların vədlərinə inanaraq, heç bir orqana, o cümlədən sığorta şirkətinə müraciət etmədi, hadisə ilə bağlı məlumat vermədi. Lakin buna görə çox təəssüf edir. Belə ki, onlara inandığına görə qanunvericiliklə müəyyən olunmuş müddətləri də ötürmüş oldu. Hadisədən sonrakı 2 il ərzində Cavabdeh MTK-nın və onun vəzifəli şəxslərinin ona verdiyi sözlərə əməl etmədiklərini görüb prokurorluğa müraciət etdi, iş yenidən araşdırıldı, əmək müfəttişliyi araşdırmaya cəlb edildi. Hətta Cavabdeh MTK-nin rəhbərliyinin hadisə baş verən günü məlumat verməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən, Cavabdeh MTK-nin təsisçisi və direktoru X3 barəsində “İnzibati tənbeh vermə haqqında” Qərar qəbul edilmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. 02 fevral 2024-cü il tarixində sığorta ödənişi almaq üçün sığorta şirkətinə müraciət etsə də, ona 21 may 2024- cü il tarixli O-H-2024-0252 saylı məktubla sığorta ödənişindən imtina edilmişdir. Buna səbəb kimi hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya məlumat verilməməsi, sığortaçının sığorta hadisələrinin araşdırılmasında iştirak etmək hüququndan məhrum edilməsi və bədbəxt hadisənin təhqiqi və uçota alınmasının zəruri sənədlər olmadan aparılması, bir sözlə qanunla vəzifəsi müəyyən edilmiş şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində sığortaçı hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum edilməsi olmuşdur. Bundan əlavə məktubda bildirilmişdir ki, “hadisə 08 iyun 2020ci il tarixində baş verməyinə baxmayaraq nə Siz, nə "xxxx" MTK hadisədən xəbər tutduqdan dərhal sonra və va mümkün olan ən qısa müddət ərzində sığortaçıya məlumat verilməli olduğu halda, bunu etməmiş və hadisədən 4 ildən çox müddət keçdikdən sonra sığorta şirkəti bu barədə məlumatlandırılmışdır.” Sığorta şirkətindən imtina aldıqdan sonra həyat yoldaşı və dayıı Cavabdeh MTK-ya gedərək rəhbərliklə görüşmək istəmiş, lakin saatlarla gözləmələrinə baxmayaraq rəhbərlik onları qəbul etməmiş, nəhayət özünü baş mühasib kimi təqdim edən Cəmilə xanım onlarla görüşərək ona heç bir ödəniş etməyəcəklərini bildirmişdir. Qanunvericiliklə işəgötürənlərin üzərinə X5lər nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta etdirmək vəzifəsi qoyulur, bu isə hadisə baş verdikdə işçilərin həyatına və sağlamlığına dəyən zərər nəticəsində pul ödənişinin verilməsi məqsədilə edilir. Buna baxmayaraq, Cavabdeh MTK ona münasibətdə sığorta etdirmək vəzifəsinin sadəcə bir hissəsi olan sığorta müqaviləsini formal cəhətdən bağlamış olsa da, qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməmiş (lazımınca yerinə yetirməmiş) və nəticədə, o zəruri sığorta təminatı almaq hüququndan məhrum etmişdir, başqa sözlə sığorta etdirmək vəzifəsini lazımınca yerinə yetirməmişdir. Qanunvericiliklə birbaşa müəyyən olunur ki, Cavabdeh MTK sığorta etdirmək vəzifəsini lazımınca yerinə yetirmədiyinə görə ən azı qanunla müəvvən edilən sığorta təminatı həcmində öhdəlik daşıyır. Qeyd edilənlərə baxmayaraq işəgötürənin Cavabdeh MTK istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində aldığım xəsarətimə görə ona qanunvericiliklə müəyyən olunmuş pul məbləğini ödəməli olduğu halda ödəmir. İş materialları ilə də təsdiq edilir ki, o əmək Müqaviləsi əsasında vəzifə öhdəliklərini verinə yetirən zaman xəsarət almışdır. Belə ki, hadisə 25 yanvar 2023-cü il tarixli “Təhqiqat Aktına” əsasən, istehsalatla əlaqəli hesab edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 №-li qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na əsasən “İZ” formalı aktla rəsmiləşdirilərək Cavabdeh MTK tərəfindən uçota alınmışdır. Bir sözlə, onun xəsarəti istehsalatla əlaqəlidir, bunu səlahiyyətli orqan da təsdiq edir. Hazırda onun müalicəyə ehtiyacı var, maddi imkan səviyyəsi isə bunu qarşılamağına yetmir. Cavabdeh MTK-ya dəfələrlə müraciət etmiş, imkan səviyyəsi, müalicəyə ehtiyacının olmasını bildirmiş, buna baxmayaraq işəgötürənin Cavabdeh MTK ona verilməli olan, qanunla haqqı olan pulu vermir, hər dəfəsində bəhanələr gətirərək, boynundan ataraq onu sığorta şirkətinə yönləndirir. Məhkəmənin diqqətinə çatdırır ki, ona sığorta ödənişi verilsəydi, ödənilməli olan məbləğin öyrənilməsi üçün sığorta şirkətinə müraciət etmiş və 23 may 2024-cü il tarixli, O-H-2024-0253 saylı məktubla ona çatası sığorta ödənişinin 33656.31 manat təşkil etdiyi barədə sığorta şirkəti məlumat vermişdir. O, hazırda yataq xəstəsidir, 44 yaşındadır, 1-ci qrup əlildir, 3 övladı var, 16 ildir ünvan 1 ünvanında şəraitsiz, nəmişlik vəziyyətdə yaşayır. Pula ehtiyacı var. Hətta əmək müqaviləm xitam edildikdən sonra sonuncu əmək haqqım da ödənilməyib. Heç kimə onun kimi əlil, yataq xəstəsi olmağı arzu etmir. Canlı ölüdür, yataqda qaldığı üçün bədənində yaralar əmələ gəlib. Bu səbəbdən ona vurulmuş mənəvi zərərə görə də 10.000 manat pul məbləğini də Cavabdeh MTK-dən tələb edir. Bununla bərabər Cavabdeh MTK mənə çatası pulu ödəməkdən boyun qaçırdığına, Pul öhdəliyini icra etmədiyinə görə məsuliyyət kimi 2440 manat da əlavə olaraq ödəməlidir.
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3731/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh MTKdan maddi ziyana görə 18656,31 manat, mənəvi zərərə görə 2000 manat məbləğində pul olmaqla, cəmi 20656,31 manat məbləğində pulun və ödənilmiş 151,97 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X1 qızı)
13. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, "xxxx" MTK sığorta müqaviləsi üzrə üzərinə düşən vəzifəni yalnız formal olaraq, yerinə yetirmişdir. Belə ki, MN seriyalı, ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh MTK-nin sədri X3 08 iyun 2020-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə barədə işəgötürən Ş.Hacıyev tərəfindən DƏMX-ya hadisə baş verən gün məlumat verilməməsinə görə AR İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən təqsirli bilinirək, inzibati məsuliyyətə cəlb edilmişdir. Odur ki, məhkəmə iddia tələbini maddi zərərə dair hissədə 18656,31 manat məbləğində (sığorta təminatından 15.000 çıxmaqla) təmin edilməsini məqbul sayır. Habelə, məhkəmə iddiaçının əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar keçirdiyi mənəvi sarsıntı və iztirabla əlaqəli iddia tələbini mənəvi zərər hissəsində 2000 manat məbləğində təmin edilməsini məqsədəmüvafiq sayır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MTKdan maddi ziyana görə 18656,31 manat, mənəvi zərərə görə 2000 manat məbləğində pul olmaqla, cəmi 20656,31 manat məbləğində pul və ödənilmiş 151,97 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli; iddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir.
14. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 1096.1-ci, 1096.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 88-ci, 106-1-ci, 217.4-cü maddələrinə, Əmək Məcəlləsinin 217.1-ci, 225.1-ci, “X5lər və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunun 7.2.6-cı, 7.3-cü maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına, “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, məhkəmə iddianı sığorta təminatı həcmində deyil, qismən təmin etməklə, maddi normaların tətbiqində və təfsirində səhvə yol vermişdir. “İcbari sığortalar haqqında” AR Qanunun19.1-ci maddəsinə əsasən, Sığortaçı sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına dəymiş zərərin əvəzini digər şəxsi sığortaya aid sığorta növləri və (və ya) sosial sığorta üzrə verilən sığorta ödənişlərini, həmçinin fərdi qəza sığortası üzrə zərərvuran şəxs tərəfindən ödənilən hər hansı vəsaiti nəzərə almadan bu Qanunda nəzərdə tutulmuş qaydada ödəyir. Göründüyü kimi, şəxsin sağlamlığına dəymiş zərərin əvəzi digər ödənilən hər hansı vəsait nəzərə alınmadan Qanunda nəzərdə tutulmuş qaydada ödənilir.
17. Qətnamədən Cavabdeh MTK apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədəyeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarındaolan Nəsimi rayon prokurorluğunun “cinayət işi başlanmasının rəddedilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarında göstərilir ki, xx.xx.2020-ci il tarixdə iddiaçının xəsarəti öz səhlənkarlığı nəticəsində baş verib və o, bu barədə işəgötürənə, yəni cavabdeh "xxxx"MTK-ya məlumat verməyib. Bunu iddiaçı özizahatı ilə də təsdiq edib. Eyni zamanda məhkəmə qətnaməsində göstərilir ki, şahidlər Şahid1 və Şahid2 İddiaçı bütün əməliyyat xərclərini 3000,7000,3000 manat ödəmiş, habelə əlavə olaraq iddiaçıya 17.000 manat pul da vermişdir. Şahidlər məhkəməyə verdikləri ifadələrində hadisədən sonra İddiaçı üçün mənzil kirayədiklərini, onun bütün məsrəflərinin də ödənildiyini bildiriblər. Məhkəmə iclasında iştirak edən iddiaçı göstərilənləri təkzib etməyib. Lakin bütün bunlar məhkəmə qətnaməsində əksini tapmayıb. Hadisədən bir müddət sonra iddiaçı hər hansı iddiası, tələbi olmadan öz xahişi ilə işdən azad olunub. Qeyd olunan qərardan o da müəyyən olunur ki, iddiaçı aldığı xəsarətə görə tibbi əməliyyat və müalicə xərclərindən əlavə 17000 manat pul vəsaiti alıb. Hesab edirlər ki, məhkəmənin heç bir sübuta söykənməyən, formal, şəxsi mülahizəsi əsasında gəldiyi nəticə əsassızolmaqla bərabər, qeyri-qanunidir.
a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili öz apellyasiya şikayətlərinin məzmununa uyğun izahat verərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir.
21. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili öz apellyasiya şikayətlərinin məzmununa uyğun izahat verərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin:
192.1-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. 192.2-ci maddəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.
215-ci maddəsinə əsasən müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər: əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini; binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini; bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmasını; işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkilini; əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini; normal əmək və istirahət rejiminə riayət edilməsini; işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini; işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini; kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaları daxil etməyi və onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsini; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməsini.
216-cı maddəsinə əsasən əməyin mühafizəsi üzrə işçilərin vəzifələrinə aşağıdakılar daxildir: əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək; əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı təqdirdə icra etmək, şəxsi buraxılışı olmadan qurğularda, dəzgahlarda, partlayış və həyat üçün təhlükəli digər mənbələrdə iş görməmək; verilmiş xüsusi geyimdə və ayaqqabıda işləmək, texnoloji prosesdə, əməyin mühafizəsi üzrə normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək; əməyin mühafizəsi qaydalarının bütün pozuntuları haqqında, həmçinin baş vermiş qəzalar və bədbəxt hadisələr haqqında işəgötürənin nümayəndələrinə dərhal məlumat vermək; müntəzəm olaraq əməyin mühafizəsi normaları və qaydaları barədə biliklərini artırmaq; əməyin mühafizəsi məsələləri ilə əlaqədar işəgötürənin, iş yeri üzrə rəhbərinin, mütəxəssislərin tapşırıqlarına, məsləhətlərinə, tövsiyələrinə əməl etmək.
217.1-ci maddəsinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. 2170.2-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və onun təhqiqatının aparılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır və baş vermiş bədbəxt hadisənin təhqiqatının aparılmasını təşkil edir. 217.3-cü maddəsinə əsasən bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. 217.4-cü maddəsinə əsasən bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. 217.5-cü maddəsinə əsasən bədbəxt hadisələrin araşdırılmasının, uçotunun aparılması bu maddədə nəzərdə tutulmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktla tənzimlənir. 239.1-ci maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. 239.2-ci maddəsinə əsasən işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
25. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
26. Hazırkı apellyasiya şikayətlərində iddia tələbinin həm təmin olunan, həm də təmin olunmayan hissələri mübahisələndirildiyindən, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən Cavabdeh MTK-nın apellyasiya şikayəti təmin edilməli, İddiaçı apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh MTK-ya qarşı "vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiası təmin edilməməlidir.
28. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
29. Hazırkı işin faktiki hallarına əsasən İddiaçı xx.xx.2020-ci il tarixdə iş yerində xəsarət alması ilə nəticələnən bədbəxt hadisənin baş verməsinə səbəb onun özünün ehtiyyatsızlıq etməsi olmuşdur. İddiaçı xəsarət almasına səbəb, onun ehtiyatsızlıq edərək söküntü işləri ilə əlaqədar işlədiyi birmərtəbəli tikilinin üstündən pilləkanla deyil, budaqları tikilinin üstünə əyilmiş yabanı bitmiş ağacdan istifadə edib yerə düşməyə cəhd etməsi və bu zaman ağacın budağının sınması olmuşdur.
30. İş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müaviləsinin 4.13-cü bəndinə əsasən işçi, yəni iddiaçı həyatının və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi qaydalarına əməl etməyə borcludur. Eyni zamanda, CavabdehMTK-nın fəhlənin vəzifə təlimatının 13.3-cü bəndinə görə iddiaçı daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə məsuliyyət daşıyır.
31. Bundan başqa, iş materiallarında olan Nəsimi rayon prokurorluğunun “cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tairxli qərarında göstərilirki, xx.xx.2020-ci il tarixdə iddiaçının xəsarəti öz səhlənkarlığı nəticəsində baş verib və o, bu barədə işəgötürənə, yəni cavabdeh "xxxx" MTK-ya məlumat verməyib. Bunu iddiaçı öz izahatı ilə də təsdiq edib.
32. Eyni zamanda iş materiallarına əlavə edilmiş Cavabdeh MTK tərəfindən tərtib edilmiş “İZ” formalı “X5 haqqinda” №01/2023 saylı AKT-ın 11.1-ci bəndində də görünür ki, bədbəxt hadisənin səbəbləri kimi Cavabdeh ilə İddiaçı oğlu arasında bağlanılmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin “Əməyin mühafizəsi üzrə” bölməsinin 4.13-cü bəndinin (işçi özünün və iş yoldaşlarının həyat və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi qaydalarına və normalarına əməl etməyə borcludur) tələblərinə və Cavabdeh rəhbərliyi tərəfindən təsdiq edilmiş fəhlənin vəzifə təlimatının “Məsuliyyət” bölməsinin 13.3-cü bəndinin (daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə məsuliyyət daşıyır) tələblərinə riayət edilməməsi. 12-ci bəndində əmək qanunvericiliyi pozuntusuna yol vermiş şəxslər: zərərçəkən – İddiaçı cavabdehliyi olduğu qeyd edilmişdir.
33. Aktdan da göründüyü kimi hadisənin səbəbi kimi İddiaçı təhlükəsizlik texnikası qaydalarına düzgün riayət etmədiyi göstərilmişdiir, yəni iddiaçı əməyin təhlükəsizliyi qaydalarına düzgün riayət etməyib və hadisə də bu səbəbdən baş verib. Hadisənin baş verməsində işəgötürənin hər hansı təqsiri müəyyən edilməyib. Həmçinin iddiaçı bu Aktda göstərilənlərlə razılaşıb, Aktı ümumiyyətlə mübahisələndirməyib və qeyd edilənlərlə bağlı həmkarlar ittifaqı komitəsinə müraciət etməyib.
34. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, müəssisənin təqsirkar olması zəruri şərtdir və qüvvədə olan Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında da göstərilmişdir ki, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyət yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyət yaranması üçün vacib hesab edir. Əməyin mühafizəsi qaydalarının pozulmasına görə maddi məsuliyyətə gəldikdə isə qanunverici bu prinsipi nəzərə alaraq, Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununu müəyyən etmişdir. Belə ki, həmin maddənin birinci hissəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Mülki Məcəllə ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.
35. Göründüyü kimi, əməyin mühafizəsi qaydalarının pozulmasında yalnız təqsiri sübuta yetirilən işəgötürən məsuliyyətə cəlb oluna bilər. Qanunverici təqsiri maddi məsuliyyətin yaranmasının vacib şərti kimi göstərməklə təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini də müəyyən edib. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə əsasən, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti ilə bağlı məsələlərdə qanunvericilikdə təqsirlilik prezumpsiyası prinsipi nəzərdə tutulub. Həmin prinsipə əsasən, işəgötürən öz təqsirsizliyini sübuta yetirə bilmədiyi hallarda təqsirli sayılır.
36. Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununa müvafiq olaraq işəgötürənin təqsiri oldugu halda təqsirin dərəcəsindən asılı olmayaraq, o, tam məsuliyyət daşıyır. Beləliklə məhkəmə kollegiyası işin hallarını nəzərə alıb düzgün olaraq qeyd edir ki, işəgötürənin məsuliyyəti yalnız təqsirli olduğu halda yaranır. Hazırki halda işəgötürənin təqsiri mülki iş materialları ilə müəyyən edilmir və sözügedən Aktdan görünür ki, hadisə işçinin təhlükəsizlik qaydalarına riayət etməməsi səbəbindən baş verib. Belə olan halda işəgötürənin iddiaçı qarşısında hər hansı öhdəliyi yaranmayıb. Eyni zamanda cavabdehin təqsiri olmamaqla ona hər hansı maddi zərər vurulmadığından mənəvi zərər hissə də də iddia əsaslı hesab edilə bilməz. Bu səbəbdən də iddiaçının hazırki tələbi (maddi və mənəvi) əsassız olduğundan təmin edilməməlidir.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh MTK-nın apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3731/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməməlidir.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh MTK-nın apellyasiya şikayəti təmin edilsin. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3731/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh MTK-yə qarşı "vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.