Məhkəmə qərarları › İş №2(103)-12150/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12150/2021

10.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12150/2021 10.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi və məruzəsilə, Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 2(001)-1035/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 2 saylı mənzilinə görə ödənilmiş 32500 manat məbləğində pulun, 2018-ci ildən hal-hazırkı vaxtadək ona məxsus evin başqa şəxsə satılması və bunun nəticəsində kirayə yaşamaq məcburiyyətində qaldığından, 30000 manat maddi ziyan və dəymiş mənəvi ziyanın əvəzi olaraq 10000 manat məbləğində pulun alınaraq ona ödənilməsi; Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 2 saylı mənzilinə dair Cavabdeh1 ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 2 otaqlı, 2 saylı mənzilinin Cavabdeh1 mülkiyyətinə verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 3085 nömrəli reyestr kitabının 288049 nömrəli vərəqində qeydiyyata alınmış 08.07.2019cu il tarixli çıxarışın ləğv olunması, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 2 otaqlı, 2 saylı mənzilin qanunsuz sahiblikdən geri alınması və onun həmin mənzilə istifadə hüququn bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 2(001)- 1035/2021 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh2 mənzilin alınması üçün ödənilmiş 24000 manat məbləğində pul, 5400 manat dəymiş maddi ziyanın və 3000 manat dəymiş mənəvi ziyanın əvəzi, cəmi 32400 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, Cavabdeh3 2500 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada dövlət nəfinə tutulması, iş üzrə aparılmış qiymətləndirmə üzrə xidmət haqqı – 200 manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti vermişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apelyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin maddəyə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İddiaçı isə apelyasiya şikayətini qanunla müəyyən edilmiş qaydaya (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) əməl etmədən vermişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən hallara diqqət yetirməmişdir. Halbuki, məhkəmə aktlarından apelyasiya şikayəti verildiyi halda MPM-in 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aiddir. Azərbaycan Respublikası MPM-nin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 402, 405-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 2(001)- 1035/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və apelyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar