Məhkəmə qərarları › İş №2(103)-1216/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1216/2023

07.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1216/2023 07.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 Fikrət oğlu və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-346/2022 saylı 06 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 07 fevral 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərtər Hərbi Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 1207 saylı məktubundan müəyyən edilir ki, xx.xx.N9-cu il tarixli 1(09N)-7/N9 saylı, xx.xx.N9-cu il tarixli 1(09N)- 9/N9 saylı və xx.xx.2020-ci il tarixli 1(09N)-6/2021 saylı cinayət işləri Azərbaycan Respublikası Baş Prokurorluğunun 06 oktyabr 2021-ci il tarixli 01/756 saylı məktubuna əsasən 07 oktyabr 2021-ci il tarixli 1147 saylı məktubla Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir.

2. Tərtər Hərbi Məhkəməsinin 31 yanvar N9-cu il tarixli 1(09N)-7/N9 saylı hökmündən; Tərtər Hərbi Məhkəməsinin 13 mart N9-cu il tarixli 1(09N)-9/N9 saylı hökmündən; Tərtər Hərbi Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli 1(09N)-6/2020 saylı hökmündən; Cinayət işi üzrə icraata xitam verilməsi haqqında 30 iyun 2022-ci il tarixli qərarlardan görünür ki, iddia ərizəsində iddiaçılar İddiaçı2 və İddiaçı1 qeyd etdikləri xüsusatlar doğrudur.

3. Tərtər Hərbi Məhkəməsinin 31 yanvar N9-cu il tarixli 1(09N)-7/N9 saylı hökmündən müəyyən edilir ki, Məhkəmə-tibb ekspertizasının xx.xx.N7-ci il tarixli rəyinə əsasən İddiaçı2 bədənində döş qəfəsinin arxa səthində 7 ədəd, yuxarı ətraflarında 3 ədəd və aşağı ətraflarında 10 ədəd piqmentasiya sahələri aşkar edilmişdir, hansılar ki, həmin nahiyələrdə olmuş qançırların izləri ola bilər. Xarakterinə görə bu xəsarətlər bərk küt əşyaların təsirindən törənməklə, əmələ gəlmə müddətləri ekspertizanın keçirildiyi vaxtdan təxminən 1-2 ay əvvələ uyğun gələ bilər və dərəcəsinə görə istər ümumilikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən xəsarətlərə aiddirlər.

4. Həmçinin müəyyən edilir ki, Məhkəmə-tibb ekspertizasının xx.xx.N7-ci il tarixli rəyinə əsasən İddiaçı1 bədənində başın arxa-təpə nahiyəsində aşkar edilmiş çapıqpiqmentasiya və piqmentsizləşmiş sahələr həmin nahiyələrdə olmuş qançır və sıyrıqların izləri ola bilər. Bu xəsarətlər bərk küt əşyaların təsirindən törənməklə, müddətləri ekspertizanın keçirildiyi vaxtdan təxminən 1-2 ay əvvələ uyğun gələ bilər və dərəcələrinə görə istər ümumilikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir.

5. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında 30 iyun 2022-ci il tarixli qərara əsasən İddiaçı2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir.

6. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında 30 iyun 2022-ci il tarixli qərara əsasən İddiaçı1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1 və 329.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir.

7. XN tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Psixoterapevtik müayinə haqqında Rəyə görə İddiaçı1 xx.xx.2021-ci il tarixində psixoterapevtik müayinə üçün ona müraciət etmiş və tərəfindən müayinə edilmişdir. Müayinə zamanı aşkarlandı ki, İddiaçı1 həm həbs müddətində, həm də həbs müddəti başa çatdıqdan sonra, getdikcə psixoloji vəziyyəti ağırlaşmış; yuxuları pozulmuş, yaxın və doğma insanları ilə münasibətdə aqressiv davranışları artmışdır. Halhazırda ünsiyyət sahəsində çətinlik yaşamaqdadır, emosional vəziyyəti stabil deyil, qəzəbli reaksiyalarına nəzarətində çətinliklər yaşayır. Həbs olunduğu dövrdə yaşadığı hadisələrin xatirələri onu narahat edir. Həmçinin, yaşadığı hadisələrin detallarını dəqiqliklə xatırayır və həmin hadisələri danışdıqda oyanıq emosional reaksiyalar verir. Bu psixi travmanın kəskin stres mərhələsində olduğunu və psixoloji cəhətdən təbii sağalma mərhələlərinin getmədiyini göstərir. Bütün bunları nəzərə alaraq demək olar ki, davamlı psixoloji reabilitasiyaya ehtiyac var.

8. XN tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Psixoterapevtik müayinə haqqında Rəyə görə İddiaçı2 xx.xx.2021-ci il tarixində psixoterapevtik müayinə üçün ona müraciət etmiş və tərəfindən müayinə edilmişdir. Müayinə zamanı aşkarlandı ki, İddiaçı2 aldığı işgəncələrdən sonra kəskin formada əsəb sistemi pozulub, tez-tez əsəbləşir, hirslənir, qorxulu yuxular gördüyü üçün tez-tez oyanır. Yuxusu natamamdır. Əhvalruhiyyəsi sabit deyil. Əsəbləşəndə aqressiv ola bilir. Emosional davamsızdır. Həyəcan, təşviş keçirir. Bütün bunları nəzərə alaraq demək olar ki, davamlı psixoloji reabilitasiyaya ehtiyac var.

9. "xxxx" ASC Şəki rayon filialından ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı2 aylıq maaşı ortalama 1200 manat təşkil edir.

10. "xxxx" ASC-dən ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı1 aylıq maaşı təxmini ortalama N00 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş mənəvi zərərə görə onların hər birinə 70.000 manat; İddiaçı3 vurulmuş maddi zərərə görə 43.NN0 manat; İddiaçı4 vurulmuş maddi zərərə görə 45.350 manat; İddiaçı5 vurulmuş maddi zərərə görə 17.600 manat; İddiaçı1 vurulmuş maddi zərərə görə 37.400 manat və İddiaçı2 vurulmuş maddi zərərə görə 159.000 manat məbləğində kompensasiyanın cavabdehdən alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

12. İddia tələbi belə əsaslandırılmışdır ki, 07 may N7-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yayıb. Bəyanatda aşağıdakılar göstərilib: «Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçular və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər». Bəyanatdan məlum olub ki, Azerbaycan Respublikası Hərbi Prokurorluğu dövlətə xəyanət və hərbi xidmət əleyhinə olan digər cinayət faktları üzrə 03 may N7-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlayıb. Sonradan məlum olub ki, bu cinayət işi üzrə məhkəmələrin hökmü ilə 25 nəfər təqsirləndirilən şəxs 7 ildən 20 ilədək müddətə azadlıqdan məhrum edilib. Həmçinin yüzlərlə əsgər və zabit bu cinayət işinin istintaqı çərçivəsində istintaq dövründə cəlb edilib, amansız işgəncələrə məruz qalıb və ən azı 11 nəfər istintaq dövründə verilən işgəncələr nəticəsində ölüb. İddiaçılar da sözügedən cinayət işi çərçivəsində müddətdən artıq hərbi xidmət hərbi qulluqçuları kimi hərbi xidmətdə olarkən N7-ci ilin may və iyun aylarında saxlanılıb və işgəncələrə məruz qalıblar. İddiçıların qanunsuz azadlıqdan məhrum edilməsi və ağır işgəncələrə məruz qalması Tərtər Hərbi Məhkəməsinin 3 hökmü - Tərtər Hərbi Məhkəməsinin 1(09N)-7/N9 saylı, 31 yanvar N9-cu il tarixli, Tərtər Hərbi Məhkəməsinin 1(09N)-9/N9 saylı, 13 mart N9-cu tarixli və Tərtər Hərbi Məhkəməsinin 1(09N)-6/2020 saylı, 29 yanvar 2020-ci il tarixli hökmləri ilə təsdiq olunur. İddiçılardan 5-nin də - İddiaçı3, İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı5 zərərçəkmiş şəxs qismində tanındığı birinci iş üzrə N saylı hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi, ədliyyə mayoru X16, N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu, baş gizir X9 və N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu, kiçik gizir X6 Azərbaycan Respublikası CM-nin 125, 126.2.1, 126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 134, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirləndirilərək, məhkum edilib. Tərtər Hərbi Məhkəməsinin (X20 oğlunun sədrliyi ilə) 31 yanvar N9-cu il tarixli hökmü ilə Fuad Ağayev 10 il, Qurban Cümşüdov və Cavid Ağadadaşov isə hər biri isə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. İddiçılardan birinin - İddiaçı4 zərərçəkmiş şəxs qismində tanındığı ikinci cinayət işi üzrə N nömrəli hərbi hissənin hərbi qulluqçusu, leytenant X1, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir X10, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir X7, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş gizir X3 və N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir X13 Azərbaycan Respublikası CM-nin 125, 126.2.1, 126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirləndirilərək məhkum edilib. Tərtər Hərbi Məhkəməsinin 13 mart N9-cu tarixli hökmünə əsasən (X20 oğlunun sədrliyi ilə) X1 6 il, X10 6 il, X7 5 il 6 ay, X3 6 il, X13 isə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. İddiaçılardan birinin - İddiaçı2 zərərçəkmiş şəxs qismində tanındığı üşüncü cinayət işi üzrə N nömrəli hərbi hissənin sabiq komandiri, ehtiyatda olan polkovnik X11 Azərbaycan Respublikası CM-nin 331.2, 331.3 və 341.1-ci maddələri ilə təqsirləndirilərək məhkum edilib. Tərtər Hərbi Məhkəməsinin 29 yanvar 2020-ci tarixli hökmünə əsasən X11 1.000 manat cərimə və 5 il müddətinə azadlığın məhdudlaşdirılması cəzasına məhkum edilib. Birinci iddiaçı - İddiaçı3 N6-cı ilin aprel döyüşlərindən sonra müddətdən artıq hərbi qulluqçu kimi xidmət etmək üçün Bərdə korpusuna müraciət etmiş, həmin ilin avqust ayında N saylı hərbi hissənin ikinci taborunda sürücü kimi xidmətə başlamışdır. İlkin mərhələdə ona «Qazel» markalı avtomobilin idarə edilməsi həvalə olunmuşdur. Daha sonra «UAZ» markalı avtomobil verilib, hadisələr baş verənə qədər ikinci taborun komandiri, polkovnik-leytenant Seymur Hidayətovun sürücüsü kimi xidmətini davam etdirib. N7-ci ilin may və iyun ayının əvvəllərində Tərtər rayonunun Marquşevan və N saylı hərbi hissənin Mingəçevirdəki köhnə qərargah binasında ağır işgəncələrə məruz qalıb. O, mütəmadi olaraq taxta parçaları, plastik borularla döyülüb, bədənin müxtəlif nahiyələrinə elektrik cərəyanı verilib, uzun müddət dizüstə dayanmağa məcbur edilib və s. (31 yanvar N9-cu il tarixli hökmün 206-207-ci səhifələri). Məhkəmətibbi ekspertizasının 24 may NN-ci il tarixli 1264 saylı rəyindən görünür ki, İddiaçı3 bədən səthində hər hansı xəsarət və xəsarət izi aşkar olunmamışdır (31 yanvar N9-cu il tarixli hökmün 412-ci səhifəsi). İkinci iddiaçı - İddiaçı4 3 illik müqavilə bağlayaraq N6cı ildə aprel döyüşlərindən sonra müddətdən artıq hərbi qulluqçu olaraq aşbaz vəzifəsində xidmət keçmək üçün könüllü olaraq yaşadığı ərazi üzrə Bərdə korpusuna müraciət edib, 45 günlük kursdan sonra Tərtərdə yerləşən N saylı hərbi hissənin ikinci taborunda aşbaz vəzifəsinə təyinat alaraq xidmətə başlayıb. N7-ci ilin may ayının 5-31-i tarixlərində ermənilərə işləmək ittihamı adı altında Tərtər rayonunun Marquşevan kəndlərində və N saylı hərbi hissənin Mingəçevirdəki köhnə qərargah binasının ikinci mərtəbəsində, həmçinin dəhlizdə əynində olan paltarı cırıb soyundurularaq ağır işgəncələrə məruz qalıb. O, günün müxtəlif saatlarında, o cümlədən gecə vaxtı arada fasilələr verilməklə davamlı şəkildə müxtəlif predmetlər, şlanq, plastik boru, o cümlədən əl və ayaq zərbələri ilə davamlı şəkildə döyülüb, bədəninə elektrik cərəyanı verilib, uzun müddət dizüstə dayanmağa məcbur edilib və s. Daha sonra isə 31 may N7-ci ildə xidməti uyğunsuzluq adı altında hərbi xidmətdən tərxis edilib (31 yanvar N9-cu il tarixli hökmün 197-19N-ci səhifələri). Məhkəmə-tibbi ekspertizasının 11 may NN-ci İl tarixli, 1153 saylı rəyindən görünür ki, «İddiaçı4 bədənində sağ qaşaltı nahiyənin və hər iki bilək nahiyəsinin yaralarının sağalmış izləri olan çapıq toxumaları aşkar edilmişdir. Sözügedən hadisələrdən uzun müddət keçdiyindən və bu xəsarətlərlə bağlı heç bir tibbi sənəd olmadığından onların yetirilmə aləti və əmələ gəlmə müddəti barədə dəqiq fikir söyləmək mümkün deyildir. Lakin saxlanılmış bəzi morfoloji əlamətlərə əsasən, sağ qaşaltı nahiyənin yarasının sağalmış izi olan çapıq toxumanın bərk küt əşyanın (əşyaların), digər xəsarətlərin isə yüksək hərarətin yerli təsirindən, qərarın təsviri hissəsində göstərilən tarixlərdə və piqmentasiya sahələri bərk küt əşyanın (əşyaların), digərləri isə elektrik naqillərinin yerli kontakt termiki təsirindən törənə bilərdilər, şəxsin ekspertiza zamanı özünün göstərdiyi, həmçinin qərarın təsviri hissəsində qeyd edilən tarixdə və şəraitdə yetirilmələri də mümkündür, sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir» (31 yanvar N9-cu il tarixli hökmün 411-ci səhifəsi). Üçüncü iddiaçı - İddiaçı5 xx.xx.2007-ci tarixdə öz istəyilə ehtiyat zabit hazırlıq kursuna getmiş, müvafiq təlimləri alıb kursu bitirdikdən sonra leytenant rütbəsi alıb xidmətə başlamışdır. Bir sıra hərbi hissələrdə xidmət etmişdir, N il ərzində birinci ordu korpusuna tabe olan hərbi hissələrdə, o cümlədən N2-N4-cü illərdə Ağdamda yerləşən hərbi hissədə xidmətdə olmuşdur. N7-ci ilin may ayında işgəncə hadisələri baş verandə kapitan rütbəsində ikinci ordu korpusunun tabeçiliyində olan N saylı hərbi hissənin 3-cü taborunda tabor komandirinin şəxsi heyət üzrə müavini vəzifəsində işləyib. 10 may N7-ci ildən etibarən may ayı boyunca N saylı köhnə hərbi hissədə müəyyən fasilələr verməklə, lakin davamlı şəkildə, ilk öncə əllərini və görməməsi üçün gözlərini bağlayaraq əynindəki paltarları cıraraq soyundurulub, taxta parçası və rezin borularla, əl və ayaq zərbələri ilə günlərlə döyülüb, mütəmadi boğazına su tökülməklə boğulub, belinə maye tökülüb, bədəninə davamlı elektrik cərəyanı verilib və s. (31 yanvar N9-cu il tarixli hökmün 159-160-cı səhifələri). Məhkəmə-tibbi ekspertizasının 16 may NN-ci İl tarixli, 11N9 saylı rəyindən görünür ki, «İddiaçı5 Məhərrəm oğlunun hər iki mil-bilək oynağı, sol said, hər iki ayaq pəncəsi, sol diz və sol baldır nahiyələrində termik yaralarının sağalmış izləri olan çapıq toxumaları aşkar edilmişdir. Tibb sənədlərində bu xəsarətlər barədə hər hansı qeydiyyat olmadığı üçün həmin izlərin əmələgəlmə mexanizmi və müddəti barədə dəqiq fikir söyləmək münkün deyildir. Lakin saxlanılmış bəzi morfoloji əlamətlərə əsasən demək olar ki, onlar elektrik naqillərinin yerli kontakt termiki təsirindən törənə bilərdilər, şəxsin ekspertiza zamanı özünün göstərdiyi, həmçinin qərarın təsviri hissəsində qeyd edilən tarixdə və şəraitdə yetirilmələri də mümkündür, sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir» (31 yanvar N9-cu il tarixli hökmün 412-ci səhifəsi). Dördüncü iddiaçı - İddiaçı1 N7-ci ilin 7 mayında Azərbaycan Resublikası CM-nin 274-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, DTX-nın istintaq təcridxanasında, 1 saylı Bakı istintaq təcridxanasında, Gəncədəki 2 saylı istintaq təcridxanasında saxlanıb. NN-ci ilin yanvar ayında CM-nin 274-cü maddəsi ilə irəli sürülmüş ittihama xitam verilib, lakin CM-nin 331.3 cü maddəsi ilə təqsirləndirilib. Tərtər Hərbi Məhkəməsinin NN-ci ilin martında çıxarılmış hökmü əsasında həmin maddə ilə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub və NN-ci ilin may ayının 4-də cəzanın çəkilməsi müddətinin bitməsi səbəbilə azadlığa çıxıb. 05 may - 07 may N7-ci il tarixləri arasında N saylı köhnə hərbi hissədə müəyyən fasilələr verməklə, lakin davamlı şəkildə, ilk öncə əllərini və görməməsi üçün gözlərini bağlayaraq əynindəki paltarları cıraraq soyundurulub, taxta parçası və rezin borularla, əl və ayaq zərbələri ilə günlərlə döyülüb, mütəmadi boğazına su tökülməklə boğulub, belinə maye tökülüb, bədəninə, xüsusilə ayaqlarına və cinsiyyət orqanına davamlı və dəfələrlə elektrik cərəyanı verilib və s. (31 yanvar N9-cu il tarixli hökmün 200-N-ci səhifələri). Nəticədə İddiaçı1 bu işgəncələr qarşısında yuxarıda qeyd olunan cinayət əməllərini ona istinad edilməsinə şərait yaradan «etirafedici» ifadəni imzalamağa məcbur qalmışdır. Məhkəmə-tibbi ekspertizasının 07 iyul N7-ci İl tarixli, 256/42 saylı rəyindən görünür ki, «İddiaçı1 bədənində başın arxatəpə nahiyəsində aşkar edilmiş çapıq-piqmentasiya və piqmentsizləşmiş sahələr həmin nahiyələrdə olmuş qançır və sıyrıqların izləri ola bilər. Bu xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənməklə, müddəti ekspertizanın keçirildiyi vaxtdan təxminən 1-2 ay əvvələ uyğun gələ bilər. İstər birlikdə, istərsə də ayrı-ayrılıqda isə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir» (31 yanvar N9-cu il tarixli hökmün 41N-ci səhifəsi). Beşinci iddiaçı - İddiaçı2 N2-ci ildə Ali Hərbi məktəbi bitirdikdən sonra N saylı hərbi hissədə 4-cü tabor, 12-ci bölükdə motoatıcı tağım komandiri olaraq xidmətə başlayıb. 6 ay burada xidmət etdikdən sonra N saylı hərbi hissənin N-ci bölüyündə xidmətini davam etdirib. N6-cı ilin aprel döyüşlərində iştirak edib. Həmin il onu xidmətini davam etdirmək üçün N sayılı hərbi hissəyə göndəriblər, birinci taborun ikinci bölüyündə tağım komandiri vəzifəsinə təyin olunub. Daha sonra N saylı hərbi hissənin ikinci taborunun 6-cı bölüyündə bölük komandiri vəzifəsində xidmət edib. N5-ci ildə baş leyterant rütbəsini alıb. İddiaçı2 N7-ci ilin may ayının 6-dan 12-dək Tərtər rayonu Marquşevan kəndindəki N saylı hərbi hissənin köhnə qərargah binasında və N saylı hərbi hissənin Mingəçevirdəki köhnə binasında amansız işgəncələrə məruz qalıb. Onu ermənilərə işləməsini etiraf etməsi tələbi ilə mütəmadi olaraq müxtəlif predmetlərlə, o cümlədən şlanq, plastmas boru, qamçı, eləcə də əl-ayaq zərbələri ilə döyüblər, xüsusilə ayağının altına çoxlu zərbələr endiriblər, bədəninin müxtəlif yerlərinə xüsusilə, sinəsinə, cinsiyyət orqanına, dodağına, ayağına elektrik cərəyanı veriblər, sağ ayağının baldırına N yerdən 100-lük mismar batırıblar, bir neçə dəfə huşunun getməsinə baxmayaraq ayıldıb yenidən işgəncəyə davam ediblər (31 yanvar N9-cu il tarixli hökmün 203-204-cü səhifələri). N7-ci ilin 14 mayında Azərbaycan Respublikası CM-nin 274-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, DTX-nın hospitalında (iddiaçının vəziyyəti ağır olduğu üçün o DTX-nin hospitalına aparılıb, burada bir neçə dəfə əməliyyat olunub və müalicə edilib), istintaq təcridxanasında, 1 saylı Bakı İstintaq Təcridxanasında, Gəncədəki 2 saylı İstintaq Təcridxanasında saxlanılıb. NN-ci ilin yanvar ayında CM-nin 274-cü maddəsi ilə irəli sürülmüş ittihama xitam verilib, lakin CM-nin 331.3-cü maddəsi ilə təqsirləndirilib. Tərtər Hərbi Məhkəməsinin (sədrlik edən Əhməd Sarıyev) 0N aprel NN-ci il tarixli hökmü əsasında həmin maddə ilə 11 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub və NN-ci ilin aprel ayının 14-də cəzanın çəkilməsi müddətinin bitməsi səbəbilə azadlığa çıxıb. Məhkəmə-tibbi ekspertizasının 24 iyun N7-ci il tarixli, 255/12 nömrəli rəyindən görünür ki, «İddiaçı2 bədənində döş qəfəsinin arxa səthində 7 ədəd, yuxarı sahələrdə 3 ədəd və aşağı ətraflarında 10 ədəd piqmentasiya sahələri aşkar edilmişdir, hansılar ki, həmin nahiyələrdə olmuş qançırların izləri ola bilər. Xarakterinə görə bu xəsarətlər bərk küt əşyaların təsirindən törənməklə, əmələ gəlmə müddətləri şəxsin məhkənə-tibbi ekspertizasından 1-2 ay əvvəl törənməyə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə və ayrıayrılıqda isə sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur» (31 yanvar N9-cu il tarixli hökmün 417-ci səhifəsi). Göründüyü kimi, şərti adı «Tərtər işi» adlanan cinayət işi çərçivəsində iddiaçılar qanunsuz və əsassız cinayət təqibinə məruz qalıb, qanunsuz azadlıqdan məhrum edilib və N7-ci ilin may - iyun aylarında, bəzən isə sonrakı tarixlərdə də onlara amansız işgəncələr verilib, daha sonra isə qanunsuz olaraq hərbi xidmətdən tərxis olunublar. Bununla da iddiaçılar fiziki, maddi və mənəvi ziyana məruz qalıb, peşəkar hərbçi karyerasından məhrum edilib, özləri və ailələri hazırda da stress və sarsıntı keçirir, hər hansı maddi gəlir və iş yerləri yoxdur. Bu səbəbdən, yəni təhqiqat və istintaq orqanının qanunsuz hərətəkətləri nəticəsində onlara vurulmuş mənəvi, fiziki və maddi ziyana görə iddiaçılar kompensasiya almalıdır. İddiaçılar onlara vurulmuş maddi və mənəvi ziyana görə kompensasiya tələb edirlər. Maddi ziyana görə isə iddiaçıların hər biri aşağıdakı təzminat məbləği tələb edirlər: Birinci İddiaçı3 xidmət dövrünün son ayı üzrə 673 manat əmək haqq alıb. Onun MAXE olaraq bağladığı müqavilənin müddəti N9-cu ilin avqust ayında bitəcəkdi. Ancaq, N7-ci ilin may ayında amansız işgəncələrə məruz qalmasından sonra N7-ci ilin avqust ayında hərbi xidmətə uyğunsuzluq bəhanəsi ilə tərxis edilib. Son əmək haqqını N7-ci ilin avqust ayında alıb. Beləliklə o, N7-ci ilin avqust ayından N9-cu ilin avqust ayına kimi, ümumilikdə 24 aylıq qazancından məhrum olub. Bu isə 16.152 manat edir (24 ay x 673 = 16.152). Eyni zamanda, iddiaçı növbəti 3 illik müqavilə bağlanmasından və N9-2022-ci illər arasında əldə edə biləcəyi potensial qazancından da məhrum olub. Bu isə, 24.22N manat edir (36 ay x 673 = 24.22N). O, hərbi xidmətdən tərxis olunduqdan sonra səhhətində yaranmış problemlərlə (bədənindəki yaralar, cinsəl problemlər, ürək xəstəliyi, davamlı əsəb pozuntuları və s.) bağlı müalicə almalı olsa da, maddi imkanın çatışmazlığı səbəbilə bunu həyata keçirə bilməyib. Hal-hazırda sırf cinsi xəsarətlərinin müalicəsinə 3.500 manat tələb olunur. Bəzi kiçik müalicə xərclərini özü təmin edə bilib. Bununla bağlı sənədləri məhkəməyə təqdim edəcək. İddiaçı hazırda başına gətirilən işgəncə səbəbilə taksi sürücülüyündən başqa digər növ əmək fəaliyyətləri ilə məşğul ola bilmir. Anası və atası onun başına gətirilənlərdən sonra ağır psixoloji zərbə alıblar. Həyat yoldaşı və uşaqları psixoloji gərginlik keçirib; iddiaçının ümumi maddi ziyana görə tələbi 43.NN0 manat təşkil edir. İkinci İddiaçı4 müddətdən artıq hərbi xidmət hərbi qulluqçu kimi 3 illik müqavilə bağlayıb. Müqaviləsinin müddəti N9-cu ilin avqust ayına kimi idi. Aylıq əmək haqqı məbləği N90 manat təşkil edib. O, sonuncu dəfə N7-ci ilin aprel ayının əmək haqqını alıb. Beləliklə, amansız işgəncələr səbəbilə xidməti uyğunsuzluq adı altında tərxis olunması səbəbilə 15 aylıq qazancından məhrum olub. Bu isə 13.350 manat edir (15 ay x N90 = 13.350). Eyni zamanda, o, hərbi sistemdə qalıb xidmətini davam etdirmək istəyirdi. Bununla da, iddiaçı növbəti 3 illik müqavilə bağlanmasından və N9-2022-ci illər arasında əldə edə biləcəyi potensial qazancından da məhrum olub. Bu isə, 32.040 manat edir (36 ay x N90 = 32.040). İddiaçı maddi imkan yetərsizliyi səbəbindən müalicəni ev şəraitində alıb. Hal-hazırda onda əsəb pozğunluğu, davamlı şəkildə əllərin əsməsi, yaddaş zəifliyi yaranıb. Anası və atası onun başına gətirilənlərdən sonra ağır psixoloji zərbə alıblar. Həyat yoldaşı və uşağı psixoloji gərginlik keçirib; iddiaçının ümumi maddi ziyana görə tələbi 45.350 manat təşkil edir. Üçüncü İddiaçı5 2007-ci ildən 2027-ci ilə qədər müddəti olan müqavilə ilə zabit kimi xidmət etmişdir. Ona qarşı cinayət əməlindən öncə son əmək haqqını N7-ci ilin aprel ayında alıb və bu 1.N00 manat təşkil edib. N7-ci ilin may ayında aldığı əmək haqqının məbləği isə cəmi 200 manat olub ki, bu da nəticə etibarilə həmin ay üçün əmək haqqının 1600 manatlıq hissəsindən məhrum edilmə deməkdir. Məruz qaldığı işgəncələr səbəbilə səhhəti ilə bağlı N.000 manat məbləğində müalicə alıb. Bu məbləği yaxınlarından borc kimi əldə etdiyindən sonrakı müddətlərdə həmin borcun qaytarılması üçün bankdan kredit götürmək məcburiyyətində qalıb və bunun nəticəsində ona dəymiş maddi ziyan iki qat - yəni 16.000 manat civarında olub. 2020-ci il 44 gün davam edən Vətən müharibəsində iştirak edərək yaralanıb. Hal-hazırda 1N1 saylı hərbi hissənin mayor rütbəli zabiti olaraq Şuşada xidmət edir. İddiaçının ümumi maddi ziyana görə tələbi 17.600 manat təşkil edir. Dördüncü İddiaçı1 - hadisələr baş verən zaman iddiaçı MAXE olaraq xidmət müqaviləsi əsasında xidmət göstərirdi. Aylıq əmək haqqı məbləği 1.250 manat idi. Ən son əmək haqqını N7-ci ilin aprel ayında almışdır. İddiaçı həmin tarixdən etibarən NN-ci ilin avqust ayına qədər (N saylı hərbi hissədə yenidən xidmətə başlayana qədər) yəni, 16 aylıq faktiki qazancından məhrum olmuşdur. Bu isə 20.000 manat edir. Məruz qaldığı işgəncələrlə bağlı azadlığa çıxdıqdan sonra çəkdiyi müalicə xərcləri 1.500 manat təşkil edir. Valideynləri ağır psixoloji iztirab keçirib, xüsusilə anası 2 dəfə infarkt keçirdikdən sonra 26 oktyabr NN-ci ildə dünyasını dəyişib. Amansız işgəncələr səbəbilə imza etdiyi etirafedici ifadə ilə qanunsuz olaraq 1 il müddətində azadlıqdan məhrum olunub. Həbsi ilə əlaqədar, sələmçidən 15.000 manat borc alıb. Həmçinin azadlıqdan məhrum edildiyi üçün «Azərbaycan Beynəlxalq Bankı» Tərtər filialına və «Molbulak» BOKT-yə olan kredit borclarını vaxtında ödəyə bilməmiş və həbsi ilə əlaqədar səlahiyyətli dövlət orqanları bankı məlumatlandırmadığı üçün kredit borcu üzərinə 900 manat faiz yaranıb. Kreditlə əlaqədar sənədlərini məhkəmə iclasında təqdim edəcək. İddiaçının ümumi maddi ziyana görə tələbi 37.400 manat təşkil edir. Beşinci İddiaçı2 - zabit olaraq 200N-202N-ci illəri əhatə edən 20 illik müqavilə əsasında xidmət göstərirdi. Vəzifəsi üzrə aylıq əmək haqqı 1.200 manat təşkil edirdi. Son dəfə əmək haqqını N7-ci ilin aprel ayında alıb. Məruz qaldığı işgəncələrin onda yaratdığı psixoloji, fiziki və mənəvi sarsıntıları səbəbilə o, işə geri dönmək istəməmişdir. Belə ki, o azadlığa çıxdıqdan sonra Müdafiə Nazirliyindən nümayəndələr gəlib Xəlilova işə dönməsini təklif etmişlər. İddiaçı yaşadığı amansız işgəncələrdən sonra bildirmişdir ki, «siz məni elə hala saldınız ki, məni o formadan iyrəndirdiniz, mən xidmətində fərqlənmiş bir hərbçi idim, verdiyiniz qiymət bu oldu». Bundan sonra sənədlərini hazırlayıb xidməti uyğunsuzluq adı ilə təxris etmişlər. Kadrlar şöbəsi Xəlilovu təhdid edərək qarşısına şərt qoyub ki, ya hərbi biletdə yazacaqlar ki, tutulduğuna görə tərxis edilir, ya da sadəcə xidməti uyğunsuzluq səbəbini qeyd edəcəklər. O isə çarəsizlikdən xidməti uyğunsuzluğu seçmişdir. Heç şübhəsiz ki, ona qarşı bu cinayət baş verməsə idi, ömrünün geri qalanını hərb sahəsində keçirməyə razı idi. O, 11 illik (132 aylıq) qazancından məhrum olub. Bu isə 15N.400 manat edir (132 ay x 1.200 = 15N.400). İşgəncə səbəbilə 500 manat müalicəsinə xərcləyib. İddiaçının ümumi maddi ziyana görə tələbi 15N.900 manat təşkil edir. İddiaçılara fiziki, maddi və mənəvi zərər vuran şəxslərdən bəziləri müəyyən edilib, həbs edilib, məhkum edilsə də, qalan əhəmiyyətli hissəsi bu günədək azadlıqdadır. Zərər çəkmiş şəxs qismində tanındıqları cinayət işləri üzrə məhkum olunan şəxslər onlara və bu iş üzrə digər hərbçilərə işgəncə verən zaman dövləti təmsil ediblər, yəni adi mülki vətəndaş kimi yox, müvafiq hərbi hissələrin vəzifəli şəxsləri kimi çıxış ediblər, təhqiqat və ibtidai istintaq orqanının funksiyalarını həyata keçiriblər, dövlətə xəyanət və digər cinayət faktlarının araşdırılması üçün bir sıra həbi hissələrin əraziləri (N saylı hərbi hissənin Marquşevan ərazisindəki köhnə qərargah binası, N saylı hərbi hissənin Mingəçevirdəki köhnə binası və s.), hərbi hissələrin qulluqçuları (məsələn, N saylı hərbi hissə və s.) onların ixtiyarına verilib. Bu səbəbdən də, onların gördüyü qanunazidd fəaliyyətə görə məsuliyyətinin dövlətin üzərinə düşməsi də qanuni və məntiqlidir.

13. İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı5 nümayəndəsi və vəkili Nümayəndə2 məhkəməyə ərizə ünvanlayaraq mülki işi baxılmamış saxlayıb, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmiş, mülki iş onlara dair hissədə Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə uyğun olaraq Məhkəmənin 2(006)-346/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmışdır.

14. Sonradan iddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı2 vurulmuş mənəvi zərərə görə 100.000 manat, vurulmuş maddi ziyana görə 175.200 manat, cəmi 275.200 manat məbləğində kompensasiyanın cavabdehdən alınaraq ona, digər İddiaçı1 vurulmuş mənəvi zərərə görə 100.000 manat, vurulmuş maddi ziyana görə 10.400 manat, cəmi 110.400 manat cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 06 oktyabr 2022-ci il tarixli 2(006)-346/2022 saylı qətnaməsi ilə (hakim Səməd Cəfərov) iddia qismən təmin edilmiş, İddiaçı2 vurulmuş mənəvi zərərə görə 20.000 manat məbləğində pul və 13200 manat maddi ziyan; İddiaçı1 vurulmuş mənəvi zərərə görə 20.000 manat məbləğində pul və 10400 manat maddi ziyanın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

16. Məhkəmə göstərmişdir ki, hər iki iddiaçı təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barələrində həbs qətimkan tədbiri seçilmiş, iddia ərizəsində qeyd etdikləri kifayət qədər uzun müddət ərzində əsassız yerə həbsdə saxlanılmış, həmçinin onlara qarşı irəli sürülmüş ittihamlarla bağlı ordu sıralarından tərxis olunmuşlar. İddiaçılara bununla bağlı həm mənəvi, həmçinin işsiz qaldıqları dövr ərzində hər ay aldıqları əmək haqqı miqdarında maddi ziyan vurulmuşdur.

17. Məhkəmə iddiaçıların hər birinə ödənilməli mənəvi ziyanın həcmini 20.000 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə almasını göstərmişdir. İddiaçılara vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etmişdir ki, təqdim edilmiş sənədlərə əsasən İddiaçı2 tərxis olunmamışdan öncə ortalama 1200 manat əmək haqqı, İddiaçı1 isə hər ay ortalama N00 manat əmək haqqı almışdır. Göründüyü kimi, iddiaçılar iş yerindən və aylıq stabil gəlirdən məhrum olmuşlar. Həbsdə qaldıqları müddət nəzərə alınaraq oğluna 13200 manat (1200*11), İddiaçı1 isə 10400 manat (N00*13) məbləğində maddi ziyan dəymişdir.

18. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1096, 1100, 1101.1, 1101.2, Cinayət Prosessual Məcəllənin 57.1, 5N.1, 5N.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4 maddələrinə, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanuna və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

19. Qətnamədən cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

20. Apelyasiya şikayətində göstərilmişdir ki, sözügedən məhkəmə işi üzrə Maliyyə Nazirliyi deyil, aidiyyəti pozuntunu törədən orqan cəlb olunmalıdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya heç bir ziyan vurmadığı halda iddiaçının kompensasiya tələbinin Maliyyə Nazirliyinə qarşı yönəltməsinin heç bir hüquqi əsası yoxdur.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər.

23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu

24. Maddə 4. Cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır.

25. Maddə 5. Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya suiistifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.

26. Maddə 6. 1-ci bəndi. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

27. Maddə 7. 1-ci bəndi. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

28. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

29. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

30. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdı.

31. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır.

32. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

33. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

34. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 200N-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın N-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

35. Həmin Qərarın 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyələri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 3N4.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

39. Maddə 3N5.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apelyasiya baxışının hədləri

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

42. Qətnamə tam yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. İşin mübahisəsiz halıdır ki, hər iki iddiaçı təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barələrində həbs qətimkan tədbiri seçilmiş, kifayət qədər uzun müddət ərzində əsassız yerə həbsdə saxlanılmış, həmçinin onlara qarşı irəli sürülmüş ittihamlarla bağlı ordu sıralarından tərxis olunmuşlar, həmçinin işsiz qaldıqları dövr ərzində hər ay aldıqları əmək haqqından məhrum olmuşlar. Bu müddət ərzində ailələrindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, nüfuzlarına xələl gəlmiş, barələrində mənfi fikir formalaşmışdır.

45. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin dəlillərini qəbul etməyərək qeyd edir ki, fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə Azərbaycan Respublikası ödəyir və vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

46. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3N2, 3N4, 3N5, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-346/2022 saylı iş üzrə 06 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar