Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-122/2021 27.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İlk iddia üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3, İlk iddia üzrə Cavabdeh1 Yədulla oğlunun nümayəndəsi-vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Yədulla oğluna, Cavabdeh3, X5 və Cavabdeh2 qarşı “cavabdehlər tərəfindən mülkiyyətə qəsd edilməsi hərəkətinin qanunsuz hesab edilməsi və bu cür hərəkətlərə son qoyulması, mülkiyyətdə olan torpaq sahəsində inşa olunmuş tikililərdən cavabdehlərin çıxarılması və qeyd-şərtsiz təhvil verilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ilk və qarşılıqlı iddiaçı Cavabdeh1 Yədulla oğlunun cavabdeh İddiaçı qarşı “torpaq sahəsində inşa edilmiş tikililərə sərf olunmuş vəsaitin geri qaytarılması, mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 fevral 2019-cu il tarixli, 2(003)-58/2019 saylı qətnaməsindən ilk İddiaçı, qarşılıqlı iddiaçı Cavabdeh1 Yədulla oğlu və ilk iddia üzrə Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1293 saylı bağ sahəsinə cavabdehlər tərəfindən qəsd edilməsi hərəkətlərinin qanunsuz hesab edilməsi və bu cür hərəkətlərə son qoyulması, mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1293 saylı bağ sahəsində yerləşən tikililərdən və həmin tikililərin yerləşdiyi torpaq sahəsindən cavabdehlərin (onlarla yaşayan digər şəxslər daxil olmaqla) çıxarılması və qeyd-şərtsiz təhvil verilməsi, 10.000 manat maddi və 5.000 manat mənəvi zərərin cavabdehlərdən birgə qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərin İddiaçı qarşı bilə-bilə qanunsuz hərəkətlərinə və mülkiyyətində olan torpaq sahəsinə edilmiş təcavüzə məruz qalmışdır. Onlar tərəfindən mülkiyyətində olan torpaq sahəsi üzərindəki hüquqlarına qarşı edilmiş qəsdin və mülkiyyətində olan torpaq sahəsindən qanunsuz istifadə olunması nəticəsində iddiaçıya külli miqdarda maddi və mənəvi ziyan dəymiş və dəyməkdə davam edir. Belə ki, cavabdehlər iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikililərdən və torpaq sahəsindən onun icazəsi olmadan istifadə edirlər. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1293 saylı bağ sahəsini İddiaçı Cavabdeh1 Yədulla oğlunun vasitəsi ilə X6 əvəzi ödənilməklə, notarial qaydada təsdiq edilmiş alqısatqı müqaviləsi ilə əldə etmişdir. Alqı-satqı əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən iddiaçıya 06 sentyabr 2016-cı il tarixli Torpaq sahəsinin plan və ölçüsü, həmçinin dövlət reyestrində qeydə alınmış 07 sentyabr 2016-cı il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış təqdim edilmişdir. Göstərilənlərlə yanaşı, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya həm maddi, həm də mənəvi ziyan dəymişdir. Həmçinin, Cavabdeh1 Yədulla oğlu qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1293 saylı bağ sahəsində 7 ədəd evin tikintisinə sərf etdiyi 51.500 manat pulun və ödədiyi 30 manat məbləğində dövlət rüsumunun, ona vurulmuş 10.000 manat məbləğində mənəvi zərərin cavabdeh İddiaçı alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərin ona qarşı bilə-bilə qanunsuz hərəkətlərinə və mülkiyyətində olan torpaq sahəsinə edilmiş təcavüzə məruz qalmışdır. Onlar tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərindəki hüquqlarına qarşı edilmiş qəsdin və mülkiyyətində olan torpaq sahəsindən qanunsuz istifadə olunması nəticəsində ona külli miqdarda maddi və mənəvi ziyan dəymiş və dəyməkdə davam edir. Məlumat üşün qeyd edir ki, ünvan ni cavabdeh-Cavabdeh1 Yədulla oğlunun (həmin şəxs makler fəaliyyəti ilə məşğul olur) vasitəsi ilə X7 əvəzi ödənilməklə, notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə əldə etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 25 fevral 2019-cu il tarixli, 2(003)-58/2019 saylı qətnaməsi ilə ilk iddia qismən təmin olunmuş, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ünvan ndə yerləşən tikililərdən və həmin tikililərin yerləşdiyi İddiaçı mülkiyyətində olan torpaq sahəsindən çıxarılmaları, ünvan ndə yerləşən tikililər və həmin tikililərin yerləşdiyi torpaq sahəsinin İddiaçı qaytarılması qət edilmişdir, iddia tələbi qalan hissədə əsassız olduğundan rədd edilmişdir. Həmçinin, qarşılıqlı iddiaçı Cavabdeh1 Yədulla oğlunun cavabdeh İddiaçı qarşı torpaq sahəsində inşa edilmiş tikililərə sərf olunmuş vəsaitin geri qaytarılması, mənəvi zərərin ödənilməsi barədə qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd edilmiş, iş üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərcinin Cavabdeh1 Yədulla oğlundan tulması qət edilmişdir. Qətnamədən narazı qalan ilk İddiaçı, qarşılıqlı iddiaçı Cavabdeh1 Yədulla oğlu və ilk iddia üzrə Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin mübahisələndirilən qətnaməsi çıxarılarkən hazırda şikayət olunan hissədə bir sıra maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, birinci instansiya məhkəməsi tərəfindən hüquqi məsələlər düzgün qiymətləndirilməmiş, məhkəmə işdə iştirak edən tərəflərin bərabərliyinin pozulması şəraitində aparılmaqla sübutlara ədalət mühakiməsinin zəruri şərtlərinə uyğun qiymət verməmiş, eyni zamanda, məhkəmə tərəfindən işin faktiki halları nəzərə alınmamış və təqdim edilən sübutların bəzilərinin nə üçün qəbul edilmədiyi qətnamədə öz ifadəsini tapmamışdır. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən ilk iddia tələbinin rədd olunan hissəsi formal mülahizə və fərziyyələrə əsaslandırılmış və həmin hissədə qətnamə ədalətsiz və qərəzli çıxarılmışdır. İşin mübahisəsiz halıdır ki, onun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvalan qəsəbəsində yerləşən 1293 saylı Bağ sahəsinin torpaq sahəsində inşa edilmiş 7 ədəd yaşayış evlərinin birində Cavabdeh3 ailəsi ilə birlikdə və digər birində Cavabdeh2 öz ailəsi ilə (yəni digər şəxslərlə) birlikdə yaşayırlar. Hətta, məhkəmə tərəfindən də müəyyən edilmişdir ki, həmin bağ sahəsi İddiaçı mülkiyyətindədir. Həmin torpaq sahəsində inşa edilmiş 7 ədəd fərdi yaşayış evinin ikisində Cavabdeh3 və Cavabdeh2 yaşayır. Həmin fərdi yaşayış evləri İddiaçı mülkiyyətində olan torpaq sahəsində inşa olunduğundan o, həmin fərdi yaşayış evlərinə münasibətdə potensial mülkiyyətçi hesab olunur. Cavabdehlər iddiaçının mülkiyyətində olan torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evlərində yaşamaları nəticəsində iddiaçının torpaq üzərində mülkiyyət, fərdi yaşayış evləri üzərində isə sahiblik və istifadə hüquqları pozulmuşdur. Deməli, həmin yaşayış evlərindən cavabdehlər Cavabdeh3 ilə və Cavabdeh2 ilə birlikdə yaşayan ailə üzvləri (digər şəxslər) çıxarılmadığı təqdirdə, həmin şəxslərin müvafiq olaraq həmin evlərdə yaşamasına məhkəmə tərəfindən əsassız və qanunsuz olaraq şərait yaradılmışdır. Eyni zamanda, məhkəmə iddia tələbinin evlərin qeyd-şərtsiz təhvil verilməsi hissəsini də rədd edərkən, kobud qanun pozuntusuna yol vermişdir. Belə ki, bir tərəfdən məhkəmə həmin fərdi yaşayış evlərinə münasibətdə onu potensial mülkiyyətçi hesab edir, digər tərəfdən heç bir hüquqi əsas olmadan iddia tələbini dəyişərək, yəni «evlərin qeydşərtsiz təhvil verilməsi» tələbini dəyişərək, «qaytarılması» ilə əvəz etmişdir. Bundan başqa, məhkəmə iddia tələbinin yuxarıda qeyd olunan hissəsini Cavabdeh1 Yədulla oğluna münasibətdə rədd edərkən haqlı olmamışdır. Çünki, iddia predmetinin obyektini təşkil edən 7 ədəd yaşayış evlərindən digər 3-nün giriş qapılarının açarı, eyni zamanda ümumi darvazanın açarı Cavabdeh1 Yədulla oğlunda olmaqla, həmin şəxs istədiyi vaxt həmin sahəyə gəlib gedir, hətta həmin boş olan yaşayış evlərinin satışını həyata keçirməyə cəhd edir. Hesab edir ki, məhkəmə tərəfindən iddia tələbinin qeyd olunan hissəsi heç bir hüquqi əsası olmadan, qanunsuz olaraq rədd olunmuşdur. Hesab edir ki, iddia tələbi Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1293 saylı bağ sahəsinə cavabdehlər tərəfindən qəsd edilməsi hərəkətlərinin qanunsuz hesab edilməsi və bu cür hərəkətlərə son qoyulması hissəsi də tam əsaslı və qanuni olmuşdur. Bundan başqa, hesab edir ki, iddia tələbi 10 000 manat maddi və 5 000 manat mənəvi zərərin cavabdehlərdən müştərək qaydada tutulmaqla ona ödənilməsi hissəsi də tam əsaslı və qanuni olduğundan məhkəmə iddianı həmin hissədə əsassız olaraq təmin etməmişdir. Göstərilənlərə əsasən iddiaçı Bakı şəhər Xəzər rayon məhkəməsinin 2(003)-58/2019 saylı, 25.02.2019-cu il tarixli qətnaməsinin qismən, yəni ilk iddianın rədd olunması hissəsində ləğv edilməsinə və İlk iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən işə baxılarkən və qətnamə çıxarılarkən İddiaçı iddia ərizəsində iddia tələbinin, onun öz tələblərini əsaslandırdığı halların, bir neçə cavabdehə qarşı iddia verildiyindən onların hər birinə qarşı yönələn konkret tələblərin göstərilməməsinə qiymət verilməmiş, işin bu kimi əhəmiyyət kəsb edən hallarıı kifayət qədər araşdırılmadan səthi qətnamə çıxarılmışdır. Məhkəmə İddiaçı ona məxsus torpaq sahəsinin hansı həcmdə sahəsinin zəbt olunmasını, tikilmiş neçə evə dair tələb irəli sürməsini, ümumiyyətlə ona məxsus torpaq sahəsinin ümumi sahəsinin nə qədər olmasını və torpaq sahəsinin neçə sot təşkil etməsini, torpağa dair torpaq sahəsinin çıxarışını nə vaxt almasını, çıxarış alarkən həmin torpaq sahəsində mövcud evlərin olub-olmamasını aydınlaşdırmamışdır. Belə ki, iş materialları ilə təsdiq olunur ki, Cavabdeh1 tərəfindən evlər 2014-2016-cı ilin birinci yarısında tikildiyi halda çıxarış 07.09.2016-cı il tarixdə verilmişdir. Bununla da tam sübut olunur ki, İddiaçı torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarış alarkən torpaq sahəsi yüklü olmuşdur və İddiaçı həmin torpaq sahəsində fərdi yaşayış evinin olmasını və evdə onun yaşamağını bilmiş, bununla faktiki olaraq razılaşmışdır. Hazırki vəziyyətdə isə İddiaçı onun yaşadığı fərdi yaşayış evinə hər hansı bir hüququ olmadığı halda, həmin evə münasibətdə öz adına hər hansı hüquqmüəyyənedici sənədi olmadığı halda, onun həmin evdən çıxarılmağını tələb etməsinə ümumiyyətlə subyektiv hüququ mövcud olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən isə işə baxılıb qətnamə çıxarılarkən işin bu kimi əhəmiyyət kəsb edən halına da qiymət verilməmişdir. Göstərilənlərə əsasən qətnamənin ləğv edilməklə, İddiaçı iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh1 Yədulla oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən iddianın əsassız olması barədə iş materiallarında olan ifadələrə, sənədlərə, arayışlara hüquqi qiymət vermədən mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Eyni zamanda cavabdehlərin ifadələrinə düzgün hüquqi qiymət verilməməmişdir. İlkin iddiaçının polisə müraciətində göstərdiyi guya onun torpağında qanunsuz zəbt edilməsini bildirdiyi halda sonra evlərin onun verdiyi pulla tikilməsi ilə bağlı preyudisial polis qərarı olmasına hüquqi qiymət verilmədən qətnamə qəbul edilmişdir. Məhkəmə qətnaməsində əsassız olaraq İddiaçı Xəzər RPl-nə verdiyi ərizədə göstərdiyindən fərqli olaraq, guya Cavabdeh1 120 min manat verdiyi göstərilib. Bu tamamilə əsassızdır. Cavabdeh1 tərəfindən 130.000 manatdan artıq pul xərclənməklə 7 ev tikilmişdir. Bununla əlaqədar təkrar ekspertiza keçirilməsi haqqında məhkəməyə vəsatət verilsə də, məhkəmə heç bir əsas göstərmədən ekspertiza təyin edilməsindən imtina etmişdir. Eyni zamanda məhkəmə ekspertiza rəyində göstərilmiş iş üçün xüsusi əhəmiyyət daşıyan hallara da düzgün hüquqi qiymət verməmişdir. Göstərilənlərə əsasən Bakı şəhəri Xəzər rayon məhkəməsinin 25 fevral 2019-cu il tarixli iş 2(003)-58/2019 saylı qətnaməsinin ləğv edilərək ilk iddianın tamamilə rədd olunması, qarşılıqlı iddianın isə təmin olunması haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən ilk İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinə etiraz etmiş və rayon məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, ilk iddianın tam təmin olunması, qarşılıqlı iddianın təmin olunmamasına dair hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh1 Yədulla oğlunun nümayəndəsi-vəkili X9 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinici instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə, İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, evi Cavabdeh1 30.000 manata almış və hazırda həmin evdə yaşayır. Həmçinin bildirmişdir ki, o, evi alanda Fuad ona evin ona məxsus olduğunu bilidrmişdir. Bütün bunları nəzərə alaraq o, apellyasiya şikayətinin təmin edilməsini, birinici instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə, İddiaçı iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh3 bildirmişdir ki, evi 2015-ci ilin avqust ayında 30 minə danışaraq Fuaddan almışdır. Fuad çıxarışın alınmasının 2-3 ay çəkəcəyini demişdr. İddiaçı atası hərdənbir ora gəlib gedirmiş, amma 2 ildən sonra evi satmağa adam gətirəndə bilmişdir ki, ev və torpaq sahəsi onun adınadı. Bütün bunları nəzərə alaraq o, cavabdehlərin verdiyi apellyasiya şikayətlərinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır Belə ki, Mülki-Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarına əlavə edilmiş Bakı şəhəri İcra Hakimiyyəti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə X14 arasında bağlanmış 26 dekabr 2006-cı il tarixli 39424 saylı Müqavilənin surətindən görünür ki, Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu Şüvəlan bağlar massivi ərazisində 0,12 ha torpaq sahəsi X10 istifadəsinə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli 17 avqust 2016-cı il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,114 ha torpaq sahəsindən ibarət 1293 saylı bağ sahəsi X10 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli 17 avqust 2016-cı il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,114 ha torpaq sahəsindən ibarət 1293 saylı bağ sahəsi X10 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 7 saylı notariat kontorunda təsdiq edilmiş AN-İ seriyalı ******* nömrəli, 31 avqust 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, X14 ünvan ünvanında yerləşən 0,114 ha torpaq sahəsini İddiaçı satmışdır. Həmin müqaviləni satıcının adından etibarnamə əsasında X15 imza etmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli 07 sentyabr 2016-cı il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,114 ha torpaq sahəsindən ibarət 1293 saylı bağ sahəsi İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 5 saylı ASAN xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu A.S.Abbasov tərəfindən təsdiq edilmiş AN-İ seriyalı ******* nömrəli, 26 fevral 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, X16 ünvan ünvanında yerləşən 0,0116 ha torpaq sahəsini İddiaçı almışdır. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış və notarial qaydada təsdiq olunmuş 28 fevral 2017-ci il tarixli ərizənin surətindən görünür ki, ünvan ndə yerləşən 1024 kv.m torpaq sahəsindən 180 kv.m sahənin yola verilməsinə etiraz etmir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli 10 mart 2017-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,0644 ha torpaq sahəsindən ibarət 1293 saylı bağ sahəsi İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli 10 mart 2017-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsindən ibarət 1293X saylı bağ sahəsi İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş “Retro Dizayn” firması tərəfindən tikinti sahibi kimi X2 adına tərtib edilmiş “Hesabat cədvəli”ndən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağlar massivində yerləşən fərdi yaşayış evinin inventar dəyəri 15.000 manatdır. İş materiallarına əlavə edilmiş “Retro Dizayn” firması tərəfindən tikinti sahibi kimi X4 adına tərtib edilmiş hesabat cədvəlindən görünür ki, Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağlar massivində yerləşən fərdi yaşayış evinin inventar dəyəri 15.000 manatdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 dekabr 2018-ci il tarixli, 11758 saylı rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, İddiaçı mülkiyyətində olan 1293 saylı bağ torpaq sahəsində inşa edilmiş 7 ədəd fərdi yaşayış evinin inşa olunması və təmiri, sahəsinin daş hasara alınması və digər işlərinin aparılması üçün yerinə yetirilmiş müxtəlif növ tikinti-quraşdırma işlərinin ümumi dəyəri 2015-2016-cı illərdə mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq təqribən 76.563 manat təşkil edir. İş materiallarına əlavə edilmiş 08 fevral 2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, X1 Fuad Yədulla oğluna 10 iyun 2016-cı il tarixədək 15.200 manat məbləğində borc pul vermişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 15 oktyabr 2017-ci il tarixli qərardan görünür ki, Cavabdeh1 oğunun barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş və İddiaçı ərizəsi mülki xarakter daşıdığından onlara mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin qərarın məzmunundan görünür ki, barəsində şikayət edilmiş Cavabdeh1 izahatında X8 torpaq sahəsi almaq və orada hasar və 3 ədəd ev inşa etmək üçün 72.500 manat pul aldığını, bu ula 2015-ci ilin fevral ayında bağ torpaq sahəsi alaraq orada 3 ədəd ev inşa etdiyini, evləri sataraq 72.000 manat pul əldə etdiyini, bu puldan 3000 manatını özü üçün zəhmət haqqı kimi götürdüyünü, 20.000 manatını Fərhad Xəlilova verdiyini, qalan 49.000 manat isə həmin torpaq sahəsində daha 4 ədəd ev inşa etdiyini bildirmişdir. İş materialları və tərəflərin verdikləri izahatlar müəyən edilmişdir ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Şüvəlan bağlar massivində yerləşən 0,114 ha torpaq sahəsi X10 istifadəsinə ayrılmış, həmin torpaq sahəsi 17 avqust 2016-cı il tarixdə sonuncunun mülkiyyəti kimi daşınmaz əmlakın Dövlət reyestrində qeydiyatdan keçmiş, 30 avqust 2016cı il tarixdə həmin torpaq sahəsi İlham Ağayev tərəfindən hazırkı iş üzrə İddiaçı satılmış, bu barədə daşınmaz əmlakın Dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. Qeyd edilən torpaq sahəsi özəlləşdirilməmişdən əvvəl onun üzərində 2015-2016-cı illər ərzində ümumilikdə 7 ədəd fərdi yaşayış evi inşa edilmiş, evlərdən ikisi hazırkı iş üzrə qarşılıqlı iddiaçı olan Cavabdeh1 tərəfindən digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qeyrirəsmi olaraq satılmışdır. Hal-hazırda cavabdehlər Cavabdeh2 və Cavabdeh3 öz ailə üzvləri ilə qeyd edilən evlərdə yaşamaqla, oradan və bu evlərin yerləşdiyi torpaq sahəsindən istifadə etməkdədirlər. İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 158.1 və 158.2.2-ci maddələrinin tələblərinə görə mülkiyyət hüququ ilə yanaşı, əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.2 və 158.4-cü maddələrinə görə əmlak hüquqları həmin əmlakın müİkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Birinci instansiya məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəbəsində yerləşən 1293 saylı bağ sahəsində inşa edilmiş 7 ədəd fərdi yaşayış evinin ikisində Cavabdeh3 və Cavabdeh2 yaşayır və həmin fərdi yaşayış evləri İddiaçı mülkiyyətində olan torpaq sahəsində inşa olunduğundan o, həmin fərdi yaşayış evlərinə münasibətdə potensial mülkiyyətçi hesab olunur. Cavabdehlər iddiaçının mülkiyyətində olan torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evlərində yaşamaları nəticəsində iddiaçının torpaq üzərində mülkiyyət, fərdi yaşayış evləri üzərində isə sahiblik və istifadə hüquqları pozulmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, həmin cavabdehlərin Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1293 saylı bağ sahəsində yerləşən tikililərdən çıxarılması, tikililərin və onların yerləşdiyi torpaq sahəsinin İddiaçı qaytarılmalı olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə də əsaslı olmuşdur. Bununla yanaşı, məhkəmə kolltgiyası hesab edir ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsində olan tikinti materiallarının yoxa çıxması nəticəsində ona 10000 manat məbləğində maddi ziyan dəydiyini bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İlk iddia tələbiin 5000 manat mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı da məhkəmə kollegiyası bu qənaətə gəlir ki, ilk iddiaçı həmin tələbinin kifayət qədər əsaslı olmasını məhkəmə iclasılarında sübut edə bilməmişdir. Bundan başqa, ilk iddia tələbinin cavabdehlər tərəfindən iddiaçıya məxsus bağ sahəsinə qəsd edilməsi hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin hərəkətlərə son qoyulmasına dair hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyətə qəsd edilməsi anlayışı başqasının mülkiyyətində olan əmlaka hər hansı şəkildə zərər vurulmasını ehtiva edir. Lakin hazırkı iş üzrə araşdırma zamanı cavabdehlər tərəfindən iddiaçıya məxsus əmlakın zədələnməsinə və ya yararsız hala salınmasına dair hər hansı sübut təqdim edilməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi ilk iddianı həmin hissədə təmin etməməklə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericilivin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respubilkası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 8-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respubilkası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizlıklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mənəvi əzab çəkməsi, psixi və fiziki sarsıntı keçirməsi, onlarin cavabdehlərin hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi məhkəmə iclası zamanı sübuta yetirilmədiyindən iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsində rədd olunması da qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası Cavabdeh1 Yədulla oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək onları əsassız hesab edir. Belə ki, Cavabdeh1 onun tərəfindən ilk iddiaçının mülkiyyətində olan torpaq sahəsində birinci dəfə 3 evin tikintisi üçün 21.500 manat, ikinci dəfə 4 evin tikintisi üçün isə 30.000 manat pul xərcləndiyini bildirsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, iş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, araşdırma zamanı qarşılıqlı iddiaçı mübahisəli torpaq sahəsində olan fərdi yaşayış evlərinin onun tərəfindən X11 vəsaiti hesabına inşa edildiyini bildirmişdir. Bundan başqa Cavabdeh1 Yədulla oğlunun mənəvi əzab çəkməsi, psixi və fiziki sarsıntı keçirməsi, bunların İddiaçı hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi də məhkəmə iclası zamanı sübuta yetirilməmişdir. İş üzrə Cavabdeh2 vermiş olduğu apellyasiya şikayətinin dəlillərini müzakirə edərək onları da əsassız hesab edir. Belə ki, cavabdeh onun 30.000 manat pul ödəyərək fərdi yaşayış evini aldığını, həmin evin ilk İddiaçı hər hansı aidiyyətinin olmadığını, bu səbəbdən onun hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmadığını bildirsə də, işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, həmin fərdi yaşayış evi iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşməklə, onun vəsaiti hesabına inşa edilmişdir. Həmçinin, Cavabdeh2 özü də həmin fərdi yaşayış evini İddiaçı deyil, həmin torpaq sahəsinə hər hansı aidiyyatı olmayan Cavabdeh1 pul ödəyərək aldığını bildirmişdir. Ona görə də, ilk İddiaçı hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin ilk iddianı qismən təmin edilməsi, qarşılıqlı iddianın isə təmin edilməməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası izah edir ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələrə əsaslanmaqla məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas deyildir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 fevral 2019-cu il tarixli, 2(003)-58/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-122/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-122/2021
27.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver