Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12209/2021 23.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehxan oğluna qarşı cinayət əməlinin törədilməsi nəticəsində vurulmuş zərərin əvəzinin tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-707/2021 saylı, 29 oktyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Nəsimi Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdehxan oğlundan cinayət əməli nəticəsində vurduğu maddi zərərə görə 1.050.000 ABŞ dolları və mənəvi zərərə görə 5.000 manat tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 qətnamədən apellyasiya şikayəti vermiş və eyni zamanda ərizə təqdim edərək buraxılmış prosessual müddətin üzrlü hesab edilməklə bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamə rəsmi qaydada təqdim edilmədiyi üçün apellyasiya şikayəti verilə bilməmişdir. Qətnamənin icraya yönəlməsindən Nəsimi rayon İcra Şöbəsindən şifahi bildiriş əsasında məlumatı olmuşdur. Qətnamə cavabdehin nümayəndəsinə 12.10.2021-ci il tarixdə təqdim edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək müddət bərpa olunmuş, apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, cavabdehin vəkili (nümayəndəsi) Vəkil2 04.10.2021-ci il tarixdə ərizəsində bildirir ki, Cavabdeh yaşayış yerini dəyişmişdir. Lakin nə Cavabdeh, nə də ki, Vəkil2 bu barədə Nəsimi Rayon Məhkəməsinə məlumat verməmiş, yeni ünvanını məhkəməyə təqdim etməmişdir. Halbuki, cavabdeh işə birinci instansiyada vəkil və nümayəndə ilə təmsil olunmuş, 03.03.2021-ci il tarixdə qətnamə elan edilərkən də həmin məhkəmə iclasında iştirak etmişdir. Yəni, cavabdeh tərəf onun ziyanına qətnamə qəbul edilməsi barədə məlumatlı olmuşdur. Cavabdehin vəkili (nümayəndəsi) 04.10.2021ci il tarixli ərizəsində qətnamə qəbul edildikdən sonra cavabdehin ünvanını dəyişməsini qeyd etsə də, cavabdehin adından verilmiş apelyasiya şikayətində cavabdehin ünvanı kimi iş materiallarında olan ünvan 2muşdur. Bu da ona dəlalət edir ki, cavabdeh məhkəmə qətnaməsini icra etməmək üçün məhkəmələrə düzgün olmayan məlumatlar təqdim edir. Cavabdeh hazırki iş üzrə verdiyi apelyasiya şikayətinə əlavə olunmuş qəbzdən görünür ki, cavabdeh cəmi 15 manat məbləğində dövlət rüsumu ödənişdir ki, bu da “Dövlət rüsumu haqqında” Qanunda olan və 01.10.2021-ci il tarixdən qüvvəyə minən dəyişikliklərin tələblərinə uyğun deyil. Nəsimi Rayon Məhkəməsinin 22 noyabr 2021-cu il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mübahisələndirilən qətnamə cavabdehin nümayəndəsi-vəkilinin rəsmi müraciəti əsasında ərizəçiyə 12 oktyabr 2021-ci il tarixdə təqdim edilməklə, ərizəçi tərəfindən 24 oktyabr 2021-ci il tarixində apellyasiya şikayəti verilmişdir Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsini mübahisəyə tətbiq edərək hesab etmişdir ki, apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. MPM-ə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Kollegiya hesab edir ki, cavabdehin nümayəndəsi və vəkili məhkəmənin qətnaməsi ona rəsmi qaydada təqdim olunmadığına görə apellyasiya şikayəti verə bilməmiş, müddət ərizəçinin özündən asılı olmayan səbəblərdən ötürülmüşdür. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmişdir, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-707/2021 saylı, 29 oktyabr 2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-12209/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12209/2021
23.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver