Məhkəmə qərarları › İş №2(103)-1223/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1223/2022

26.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1223/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinov və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Binnəqədi Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, e-2(001)- 6203/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, ev 63F, mənzil 18, giriş 1 ünvanındakı mənzildən Cavabdeh çıxarılması, mənzilin Cavabdeh qeyriqanuni sahibliyindən götürülərək ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, ev 63F, mənzil 18, giriş 1 ünvanında yerləşən 72,7 kv.metr sahəli mənzil iddiaçının mülkiyyətindədir. İddiaçı Şəki şəhərində yaşayır və həmin mənzili dəllal vasitəsilə kirayə verir. Cavabdeh də mənzilin kirayəşinidir. Belə ki, cavabdeh həmin mənzili 2019-cu ilin dekabr ayından kirayə götürmüş, həmin vaxt iddiaçı Şəki şəhərində olduğundan və sonradan pandemiya şəraiti olduğundan tərəflər arasında kirayə müqaviləsi bağlanmamışdır. Cavabdeh ilk 5 ay hər ayı 450 manata, sonradan 4 ay pandemiya dövründə hər ayı 350 manata evdə yaşamış, 2020-ci ilin avqust ayından isə heç bir ödəniş etməmişdir. Cavabdehdən kirayə haqqını iddiaçının qohumu X1 götürüb iddiaçıya göndərmişdir. İddiaçı Elşad Məmmədov vasitəsilə cavabdehin ona məxsus evi tərk etməsini tələb etsə də, cavabdeh indiyədək mənzildə qeyri-qanuni yaşamaqdadır. İddiaçının övladı Bakı şəhərində ali təhsil müəssisəsinə daxil olmuş, Bakı şəhərində daimi yaşayış yerinə ehtiyac duymuş, iddiaçı isə öz mülkiyyətində olan həmin mənzili cavabdehin oranı zəbt etməsi səbəbindən övladına verə bilməmişdir. Sonda Nümayəndə məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, e-2(001)- 6203/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, ev 63F, mənzil 18, giriş 1 ünvanında yerləşən İddiaçı məxsus mənzildən çıxarılması, həmin mənzilin İddiaçı qaytarılması, dövlət rüsumunun əvəzi kimi 10 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6203/2021 saylı iş üzrə 27.10.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və İddiaçı iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, iddiaçının nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, iddiaçı Şəki şəhərində yaşayır və həmin mənzili kirayə verir. Cavabdeh də mənzilin kirayəşinidir. Cavabdeh həmin mənzili 2019-cu ilin dekabr ayından kirayə götürmüş, həmin vaxt iddiaçı Şəki şəhərində olduğundan və sonradan pandemiya şəraiti olduğundan tərəflər arasında kirayə müqaviləsi bağlanmamışdır. Cavabdeh ilk 5 ay hər ayı 450 manata, sonradan 4 ay pandemiya dövründə hər ayı 350 manata evdə yaşamış, 2020-ci ilin avqust ayından isə heç bir ödəniş etməmişdir. Cavabdehdən kirayə haqqını iddiaçının qohumu X1 götürüb iddiaçıya göndərmişdir. İddiaçı Elşad Məmmədov vasitəsilə cavabdehin ona məxsus evi tərk etməsini tələb etsə də, cavabdeh indiyədək mənzildə qeyri qanuni yaşamaqdadır. İddiaçının övladı Bakı şəhərində ali təhsil müəssisəsinə daxil olmuş, Bakı şəhərində daimi yaşayış yerinə ehtiyac duymuş, iddiaçı isə öz mülkiyyətində olan həmin mənzili cavabdehin oranı zəbt etməsi səbəbindən övladına verə bilməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının tam əsassız olan iddia tələbinin təmin edilməsi barədə qanunsuz qətnamə qəbul edildiyini bildirmişdir. Hesab edir ki, həmin qətnamə maddi və prоsessual hüquq nоrmalarının kobud şəkildə pоzulması, düzgün tətbiq edilməməsi ilə qəbul edilmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır.Cavabdeh mənzilin 2021-ci ilin noyabr ayınadək kirayə haqqını Elşad adlı şəxsə əvvəlcədən ödəniş etmiş, iddiaçını ümumiyyətlə tanımamışdır. Elşad adlı şəxslə aralarında kirayə müqaviləsi də vardır, mənzilin kirayə haqqını 2021-ci ilin noyabr ayınadək ödəməsini təsdiq edəcək şahidləri də vardır. Yalnız həmin tarixdə evi tərk edə biləcəyini qeyd etmişdir. Bu günə qədər kirayə haqqına görə 16750 manat pul ödədiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəlillərinə istinad edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.Əlavə olaraq bildirmişdir ki, cavabdeh mənzilin boşaldılmasını gecikdirməsin deyə ona qarşı mənzilin ödəmədiyi kirayə haqqını tələb etmirlər.Cavabdeh mənzilin kirayə haqqını 2021-ci ilin noyabr ayınadək ödəməsini qeyd etsə də, hətta hal-hazırdada da, mənzili boşaltmır.Halbuki, doğru olmasa da belə cavabdehin dediyi vaxtdan da 3 ay müddət ötmüşdür.Cavabdehin məqsədi məhkəmə prosessini süni şəkildə uzatmaqla kirayə haqqı ödəmədən iddiaçının mülkiyyətində olan mənziıldən istifadə etməkdir.Bu isə iddiaçının mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasıdır. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Cavabdeh ərizə ilə 26 yanvar 2022-ci il tarixdə “Elektron Məhkəmə Sistemi” vasitəsilə müraciət edərək bildirmişdir ki, məhkəmə iclasında üzrlü səbəblərdən (Koronavirus infeksiyasının əlamətlərinə görə) iştirak edə bilməyəcəyini, səhhətində yaranan narahatçılığa görə və müayinə cavabını gözlədiyinə görə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.Qeyd edilənlərlə bağlı sübut əlavə edilmədiyindən Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”dan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, ev 63F, mənzil 18, giriş 1 ünvanında yerləşən 72,7 kv.metr sahəli mənzil İddiaçı mülkiyyətindədir. İş materiallarının 19-cu vərəqindən görünür ki, Cavabdeh Bakı şəhəri Binəqədi rayon məhkəməsinin hakimi Etibar Mustafayevə ərizə ilə müraciət edərək şəxsi işi ilə bağlı 11.08.2021-ci il tarixli məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, qarşılıqlı iddia ərizəsi və bəzi sübutların təqdim olunması üçün ona şərait yaradılaraq məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. İş materiallarının 31-32-ci vərəqində olan Məhkəmə iclasının protokolundan görünür ki, Cavabdeh Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 06.09.2021-ci il tarixli məhkəmə baxışı iclasında iştirak edə etmişdir. İş materiallarının 33-cü vərəqində olan məhkəmə bildirişinin kötüyündən görünür ki, Cavabdeh Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 06.10.2021-ci il tarixli məhkəmə baxışı iclası barədə xəbərdar olunması barədə bildirişinin kötüyünə 06.09.2021-ci il tarixli imza etmişdir. İş materiallarının 40-42-ci vərəqində olan Məhkəmə iclasının protokolundan görünür ki, Cavabdeh Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 06.10.2021-ci il tarixli məhkəmə baxışı iclasında iştirak edə etmişdir və izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir.Mənzil kirayə müqaviləsi var növbəti məhkəmə iclasında gətirəcək.Mənzili götürməzdən əvvəl Moskvada yaşamış və 4-5 ay sonra mübahisəli mənzilə köçmüşdür.Moskvadan pulu daim Elşadın göndərdiyi adamlara köçürmüşdür.Pandemiya başlayanda xahiş etmişdir mənzilə kirayə 350 manat ödəsin, Elşad isə razılaşmayıb 400 manat ödəyəcəyini bildirmişdir.2021-ci ilin 20 noyabrına kimi mənzilin pulunu əvvəlcədən ödəmişdir və həmin tarixdən sonra evdən çıxa bilər.Mənzilin pulunu əvvəlcədən ödəməsi barədə şahidləri var. İş materiallarının 44-cü vərəqində olan məhkəmə bildirişinin kötüyündən görünür ki, Cavabdeh Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 27.10.2021-ci il tarixli məhkəmə baxışı iclası barədə xəbərdar olunması barədə bildirişinin kötüyünə 06.10.2021-ci il tarixli imza etmişdir. İş materiallarının 47-49-cu vərəqində olan Məhkəmə iclasının 27.10.2021-ci il tarixli protokolundan görünür ki, şahid X1 ifadəsində bildirmişdir ki, iddiaçı onun qaynı arvadıdır, Zaur bir neçə ayın kirayə haqqını bir dəfəyə ödəməmiş, arvadı ilə birgə Zaurun yaşadığı mənzilə gedib mənzili boşaltmasını tələb etdikdə Zaur onlara hücum etmiş və onlar dərhal oradan uzaqlaşmışlar. Beləliklə, iş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsinin araşdırılması zamanı Cavabdeh izahatında İddiaçı tanımadığını bildirsə də, iddia ərizəsində göstərilən evdə faktiki olaraq yaşadığını etiraf etmişdir. Buna görə də, məhkəmə kollegiyası cavabdehin iddiaçıya məxsus mənzildə faktiki olaraq yaşamasına işin mübahisələndirilməyən halı kimi qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf məhkəmədə istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, iş materiallarının 19-cu vərəqindən göründüyü kimi, Cavabdeh Bakı şəhəri Binəqədi rayon məhkəməsinin hakimi Etibar Mustafayevə ərizə ilə müraciət edərək şəxsi işi ilə bağlı 11.08.2021-ci il tarixli məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, qarşılıqlı iddia ərizəsi və bəzi sübutların təqdim olunması üçün ona şərait yaradılaraq məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir.İş materiallarının 31-32-ci vərəqində olan Məhkəmə iclasının protokolundan görünür ki, Cavabdeh Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 06.09.2021-ci il tarixli məhkəmə baxışı iclasında iştirak edə etmişdir, lakin nə qarşılıqlı iddia ərizəsi, nə kirayə müqaviləsi, nə də hər hansı sübutlarını təqdim etməmişdir.Daha sonra iş materiallarının 40-42-ci vərəqində olan Məhkəmə iclasının protokolundan görünür ki, Cavabdeh Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 06.10.2021-ci il tarixli məhkəmə baxışı iclasında iştirak edə etmişdir və izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir.Mənzil kirayə müqaviləsi var növbəti məhkəmə iclasında gətirəcək.Mənzili götürməzdən əvvəl Moskvada yaşamış və 4- 5 ay sonra mübahisəli mənzilə köçmüşdür.Moskvadan pulu daim Elşadın göndərdiyi adamlara köçürmüşdür.Pandemiya başlayanda xahiş etmişdir mənzilə kirayə 350 manat ödəsin, Elşad isə razılaşmayıb 400 manat ödəyəcəyini bildirmişdir.2021-ci ilin 20 noyabrına kimi mənzilin pulunu əvvəlcədən ödəmişdir və həmin tarixdən sonra evdən çıxa bilər.Mənzilin pulunu əvvəlcədən ödəməsi barədə şahidləri var.Lakin bu dəfə də cavabdeh nə qarşılıqlı iddia ərizəsi, nə kirayə müqaviləsi və ödənişi təsdiq edən hər hansı sübutlarını, habelə şahidlərini təqdim etməmişdir.İş materiallarının 44-cü vərəqində olan məhkəmə bildirişinin kötüyündən görünür ki, Cavabdeh Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 27.10.2021-ci il tarixli məhkəmə baxışı iclası barədə xəbərdar olunması barədə bildirişinin kötüyünə 06.10.2021-ci il tarixli imza etmişdir, lakin 27.10.2021-ci il tarixli məhkəmə baxışı iclasında iştirak etməmişdir.İş materiallarının 47-49-cu vərəqində olan Məhkəmə iclasının 27.10.2021-ci il tarixli protokolundan isə görünür ki, şahid X1 ifadəsində bildirmişdir ki, iddiaçı onun qaynı arvadıdır, Zaur bir neçə ayın kirayə haqqını bir dəfəyə ödəməmiş, arvadı ilə birgə Zaurun yaşadığı mənzilə gedib mənzili boşaltmasını tələb etdikdə Zaur onlara hücum etmiş və onlar dərhal oradan uzaqlaşmışlar. Beləliklə, cavabdeh iddia ərizəsində göstərilən mənzillə bağlı Elşad adlı şəxslə aralarında kirayə müqaviləsi bağlandığını, habelə, mənzildə kirayə qalması ilə bağlı 2021ci ilin noyabr ayınadək kirayə haqqını ödədiyini bildirsə də, növbəti məhkəmə iclasında iştirak etməmiş, iştirak etdiyi məhkəmə iclaslarında isə izahatında göstərilənlərlə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İşin müəyyən edilən hallarına görə iddiaçı ilə cavabdeh arasında hər hansı müqavilə olmamış, iddiaçı cavabdeh qarşısında heç bir öhdəlik götürməmişdir. Bu halda Kollegiya xüsusi olaraq onu da qeyd edir ki, cavabdeh iddiaya etirazının, həmçinin apellyasiya şikayətinin dəlillərini təsdiq edəcək sübutları nə birinci instansiya, nə də apellyasiya instansiyasına təqdim etməmiş, onun dəlilləri formal mülahizələrdən ibarət olmuşdur. Həmçinin, Kollegiya onu da qeyd edir ki, cavabdeh etirazında və izahatında 2021-ci ilin 20 noyabrına kimi mənzilin pulunu əvvəlcədən ödəmiş olduğunu və həmin tarixdən sonra evdən çıxa biləcəyini bildirmiş olsa da, hətta 2021-ci ilin 20 noyabrından 3 ay müddət ötmüş, cavabdeh yenə kirayə haqqı ödəmədən iddiaçının mülkiyyətində olan mənziıldən istifadə etməkdədir.Bu isə iddiaçının mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. - 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddiasının təmin olunması, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, ev 63F, mənzil 18, giriş 1 ünvanında yerləşən İddiaçı məxsus mənzildən çıxarılması, həmin mənzilin İddiaçı qaytarılması, dövlət rüsumunun əvəzi kimi 10 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməsi ilə bağlı birinci instasiya məhkəməsinin qənaəti düzgündür. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, e-2(001)-6203/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar