Məhkəmə qərarları › İş №2(103)-1227/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1227/2024

12.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1227/2024 12.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli qərardadından İddiaçı Müslüm oğlu tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2(001)- 4140/2023 saylı qətnaməsi ilə İddiaçı Müslüm oğlunun Cavabdeh qarşı “cavabdehin ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Yeni yaşayış massivi, “Oba” marketin yanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna vaxt müəyyən olunmadan xitam verilməsi, cavabdehin himayəsində olan 07 sentyabr 2008-ci il təvəllüdlü X3 və 16 may 2011-ci il təvəllüdlü X2, habelə cavabdehə məxsus əşyalarla birlikdə həmin evdən çıxarılması” tələbinə dair iddiası qismən təmin edilmişdir. 05 dekabr 2023-cü il tarixdə Cavabdeh apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-4140/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. İddiaçı qərardaddan şikayət vermiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə cavabdehin nümayəndəsi və vəkilinin elektron kabinetinə yükləndiyi gündən 35 gün sonra apellyasiya şikayəti verilmişdir. Şikayətin vaxtında verilməməsində cavabdeh öz nümayəndəsi və vəkili Vəkil1 günahkar hesab edirsə o, buna dair məhkəməyə sübutlar təqdim etməkdə borclu idi. Bundan əlavə, əgər cavabdeh öz şikayətini onunla əsaslandırırsa ki, o, şikayətin verilməsi üçün nümayəndəsi və vəkili Vəkil1 müraciət etmişdir, demək ki, cavabdeh bununla da bir daha sübut edir ki, məhkəmə qətnaməsindən vaxtında rəsmi qaydada xəbəri olmuş, onun hüquqi nəticələri barədə xəbərdar olmuşdur. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). İşdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2(001)-4140/2023 saylı qətnaməsi xx.xx.2023-cü il tarixdə cavabdehin vəkili Vəkil1 elektron kabinetinə göndərilmişdir. Eləcə də, qətnamənin surəti xx.xx.2023-cü il tarixdə rabitə müəssisəsi vasitəsilə cavabdehin ünvanına göndərilmişdir. Cavabdeh qətnamənin surətini almadığını əsas gətirərək xx.xx.2023-cü ildə məhkəmə qəbzinə imza etməklə qətnamənin surətini rəsmi qaydada qəbul etmişdir. İşdən göründüyü kimi, hazırkı apellyasiya şikayəti cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmişdir. İddiaçı tərəfin əsas dəlillərindən biri Vəkil1 cavabdehin təkcə vəkili yox, həm də nümayəndəsi olması, bu baxımdan məhkəmə aktından şikayət vermək səlahiyyətinin olması, lakin bu hüququndan vaxtında istifadə etməyərək müddəti üzürsüz səbəbdən buraxması barədədir. İddiaçı tərəf bildirir ki, işə birinci instansiya məhkəməsində baxılarkən Vəkil1 cavabdehin nümayəndəsi və vəkili kimi həm etibarnamənin və həm də orderin surətini elektron kabinetə yerləşdirmiş, lakin məhkəmə nədənsə etibarnaməni iş materiallarına əlavə etməmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, həqiqətən də Cavabdeh tərəfindən Vəkil1 adına verilmiş etibarnamə xx.xx.2023-cü il tarixdə elektron məhkəmə sisteminə əlavə edilmiş, etibarnamədə məhkəmə aktından şikayət vermək səlahiyyəti nəzərdə tutulmuşdur. MPM-in 68.3-cü maddəsinin tələbinə görə vəkilin məhkəmə aktından şikayət verməsi yalnız işdə iştirak edən şəxsin tapşırığı ilə vəkalət əsasında mümkündür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş materiallarını müfəssəl tədqiq etməmiş, elektron məhkəmə informasiya sisteminə diqqət yetirməmiş, şikayətin dəlillərini ətraflı araşdırmamışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, şikayət qismən təmin olunmaqla qərardad ləğv edilməli və prosessual müddətin bərpasına dair ərizəyə yuxarıda göstərilənlər nəzərə alınmaqla yenidən baxılmalıdır. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.2, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilsin. İş buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar