Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-123/2024 23.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh1 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “maddi və mənəvi ziyanın ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X10, habelə nümayəndəsi və vəkili Nümayəndə Oktay oğlunun, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3, "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh1 qarşı “maddi və mənəvi zərər ödənilməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli 2(009)-669/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. “Dental Update” klinikasının həkimi Aynur Əliyeva tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, ağız boşluğunda olan 9 implantdan 2-si konstruksiyanın çölündə qeyri-aktiv halda saxlanılmışdır. Rentgenoloji müayinə nəticəsində bütün implantların ətrafında rezorbsiya aşkar edilmişdir. xx.xx.2021-ci il tarixdə pasient əməliyyata alındı. 9 implant çıxarıldı və alt çənəyə 6 implant yerləşdirildi.
2. 08 dekabr 2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda qeyd edilmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, "X3" klinikasının stomotoloq həkimi Cavabdeh1 ollu İddiaçı gostermiş olduğu tibbi xidmət müqabilinde ondan aldığı pulun 2000 manatını klinikanın kassasına medaxil etmiş, lakin sonradan əlavə olaraq ondan aldığı 7,500 ABŞ dolları məbləğində pula dair ona hər hansı qəbz verməmişdir.
3. Azərbaycan Respublikası “Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X17 xx.xx.2022-ci il tarixli ekspert rəyində qeyd edilir ki, İddiaçı mütəxxəsis müayinəsi zamanı aparılmış stomotoloji proseurdan sonrakı rentgenoqrammalara əsasən, mövcud implantların əksəriyyətində sümük əriməsinin və diş əti qüsurların olduğu müəyyən edilmişdir. İddiaçı üzərində aparılmış 1-ci implantasiya əməliyyatı düzgün icra edilmədiyindən (implant ətrafı toxumalara verilən təyziq, implantın olçüsünün düzgün seçilməməsi, aseptika,antiseptika qaydalarına düzgün əməl olunmaması, əməliyyatdan sonra müvəqqəti qapaqların düzgün hazırlanmaması) həm sümükdə, həm də diş ətində iltihabı proseses yaranmış və bu da xəstənin üzərində 2-ci implantasiya əməliyyatının icrasına gətirib çıxartmışdır
4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X7 X17 xx.xx.2022-ci il tarixli rəyində qeyd olunur ki, İddiaçı çənəsinə həkim Cavabdeh1 tərəfindən qoyulmuş implantlarda hər hansı problemin əmələ gəlməsini kliniki olaraq görmək mümkün deyil. Çünki əməliyyatdan 1 il sonra implantlar üzərinə ortopedik konstruksiya düzəldilmişdir ki, bu da implantlarda hər hansı bir problemin olmadığına dəlalət edir. İddiaçı çənəsinə “Medholding” klinikasında ortopedik konstruksiya düzəldilmiş, implantların bəzilərinin boyun hissələri yonulmuş, bəzi implantlar yonularkən kəsilmiş və implantlara konstruksiya düzəldilmişdir. Abatmentlərin standartına uyğun olmayan təzyiqlər verilmişdir. İddiaçı implantlarda kəskin ağrıların patogenik səbəbi haqqında fikir söylənilməsi mümkün deyil. Çəkilmiş rentgenoloji müayinələrdə çənəyə qoyulmuş İ-li implantlar ilə əlaqədar ağrı verə biləcək hər hansı bir patoloji proses müəyyən edilməmişdir.
5. “Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X17 xx.xx.2023-cü il tarixli ekspert rəyində isə qeyd edilmişdir ki, Dina Seyidovanın çənəsinə həlim Cavabdeh1tərəfindən qoyulmuş implantlarda hər hansı problemin əmələ gəlməsi kliniki olaraq görmək qeyri-mümkündür. Dina Seyidovanın çənəsinə “Medholding klinikası”nda ortopedik konstruksiya düzəldilmiş, implanların bəzilərinin boyun hissələri yonulmuş, bəzi implantlar yonularkən kəsilmiş və implantlara konstruksiya düzəldilmişdir. Abatmentlərin standartlarına uyğun olmayan təyziqlər verilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh1 qarşı «maddi və mənəvi zərər» barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada maddi zərərə görə 32,742 manat, mənəvi zərərə görə 10.000 manat və ödənilmiş 250 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh stomatoloq-həkim Cavabdeh1 stomatoloq həkimi Rüstəmin vasitəçiliyi ilə anasının ağız boşluğunun implantasiyası ilə əlaqədar 2018-ci ildə tanımışdır. Bundan sonra stomatoloq V. Həsənovla onun ağız boşluğundakı aşağı çənə boşluğunda olan polekistoz problemi ilə əlaqədar məsləhətləşməyə başlamışdır. Bu zaman ABŞ-da yaşadığından həkimə orada çəkilmiş rentgenin şəklini göndərmişdir. Həkimlə məsləhətləşərkən o, artıq onun bu problemlə çoxdan rastlaşdığını bilirdi. Ondan öncə başqa bir həkim tərəfindən müalicə aparılmadan ağız boşluğunda olan diş qapaqlarını dəyişdirmişdir. Cavabdeh1 ona məsləhəti bu oldu ki, dişlər sökülüb implant dişlərlə əvəz edilməlidir. Ona etibar etdiyindən, buna razılaşdı. Bundan sonra o həkim V. Həsənovla bir neçə ay ərzində Whatsapp proqramı vasitəsilə əməliyyatın necə və harada aparılması, eləcə də əməliyyatın qiyməti barədə yazışmalar aparmışlar. V. Həsənov ona V3 implantını məsləhət bildi və həmin implantın 1 ədədinin qiymətinin 1200 manat olduğunu qeyd etdi. İmplantın üstünə qoyulacaq metal keramikanın 1 ədədinin qiymətinin isə 300 manat olduğunu bildirdi. O Bakıya qayıtdıqdan sonra V. Həsənovla görüşdü və o, bildirdi ki, onun dişlərini narkoz altında çıxartmaq olmaz və alt çənə boşluğunun implantasiyasını narkozsuz etmək lazımdır. O həkimdən çox xahiş etdi ki, əməliyyatı narkoz altında keçirsin, çünki bundan əvvəl keçirtdiyi stress ve agrılara artıq dözümü yox idi. Ancaq Cavabdeh1 ona əməliyyatın qəti şəkildə narkozsuz kecirilməli olduğunu bildirib, bütün alt cənəsinin dişlərini bir-bir narkozsuz, yalnız yerli keyləşdirici ile çəkdi. Əməliyyat (dişlərinin çəkilməsi) zamanı o ağrılardan məcburən ağlayırdı. Əməliyyat həkim V. Həsənovun diş kabinetində aparıldı və əməliyyat zamanı otaqda həkimin köməkçisi Elşən və tibb bacısı iştirak edirdi. Əməliyyat bitdikdən sonra həkim ona 2.000 manat məbləğində pulu kassaya ödəməyi, qalan məbləği isə ona bilavasitə verməyini bildirdi. O, ona bilavasitə 7.000 ABŞ dolları məbləğində pul verdi. Qalan 500 ABŞ dolları məbləğində pulu isə öz bank kartından onun kartına köçürməklə ödəmişdir. Beləliklə, ümumilikdə həkim Cavabdeh1 tərəfindən 15.000 (on beş min) manat məbləğində pul verilmişdir. Əməliyyat nəticəsində ona 10 implant qoyuldu. Lakin qeyd etdiyi kimi ödədiyi yalnız 2.000 manata dair ona kassa çeki təqdim edildi. Bir müddət sonra ABŞ-na qayıtdı. Bir neçə aydan sonra qoyulmuş implantlarda agrı hiss etməyə başlamış və məcburən həkimə müraciət etmişdir. Həkim agız bosluğunu gorən kimi bildirdi ki, implantasiya düzgün edilməyib. 2020-ci ilin mart ayının 2-də Bakıya qayıtdı. Həmin vaxt hamilə idi. X24 adlı stomotoloqa müraciət etdim. Həkim mənim 3D rentgenimə baxdıqdan sonra dedi ki, bu implantlar düzgün qoyulmayıb ve hamısı çəkilməli və təzəsi ilə dəyişdirilməlidir. O basqa həkimlərin də yanına getdi. Hamısı onu müayinə etdikdən sonra implantın düzgün qoyulmadığını və sökülməli olduqlarını bildirdilər. O bu barədə həkim V. Həsənova bildirdi və ödədiyi pulun ona qaytarılmasını xahiş etdi. Lakin o, ona hər hansı bir məbləğdə pul qaytarmadı. X11 hamilə olduğunu nəzərə alaraq, həmin vaxt yenidən əməliyyat etdirməməyini məsləhət gördü. İmplantlarda dözülməz ağrılarının olmasına baxmayaraq o məcbur olub ABŞ-na qayıtdı. Bakıya qayıtdıqdan sonra 25 iyun 2021-ci il tarixdə o “Dental Update” klinikasına müraciət etdi. Həmin klinikadakı həkim onun iplant etdirməzdən əvvəlki və implantdan sonrakı rentgenlərinə baxaraq, bildirdi ki, tez bir zamanda əməliyyat olunmalıdır. 29 iyun 2021-ci il tarixdə “Dental Update” Klinikasında yenidən implantasiya əməliyyatı olundu. Əməliyyat sedatasiya altında keçirildi. Ağız boşluğunda olan 9 implant çıxarıldı və yeni Ştrauman implantları ilə dəyişdirildi. Əməliyyat zamanı videoçəkiliş də aparıldı. Beləliklə qeyd olunanlardan da anlaşıldığı kimi Cavabdeh2 Klinikasının stomotoloq həkimi Cavabdeh1 düzgün aparılmayan əməliyyatı və səhvləri ucbatından o məcburən çoxsaylı ağrılara, əziyyətlərə məruz qalaraq, ikinci dəfə implantasiya əməliyyatı keçirməli oldu. Bunun nəticəsində isə ona həm maddi, həm də mənəvi zərər vurulmuşdur. Odur ki, tərəfindən müvafiq şikayət ərizəsi ilə hüquq mühafizə orqanlarına müraciət edildi. Sonuncu dəfə Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X12 tərəfindən araşdırma aparıldı və 08 dekabr 2021-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edildi. Bundan sonra tərəfindən 14 yanvar 2022-ci il tarixli Pretenziya ilə cavabdehlər Cavabdeh2 MMC-nə və həkim-stomatoloq Cavabdeh1 müraciət edilərək,ona qoyulmuş implant dişlərə görə həkim Cavabdeh1 ödədiyi 15.000 (on beş min) manat məbləğində pulun 5 gün ərzində ona qaytarılması təklif edilmiş, əks halda, mövcud qanunvericiliyə əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalacağını bildirilmişdir. Cavabdehlər tərəfindən müraciətinə hər hansı bir cavab verilməmişdir. Yuxarıda qeyd etdiklərindən də göründüyü kimi qeyd etdiyi məbləğdə pul ödəməyinə baxmayaraq, cavabdehlərin həyata keçirdiyi tibbi əməliyyat və müalicə (dişlərinin çəkilməsi və implantların qoyulması) nəticəsində nəyinki səhhəti bərpa olunmuş və o yaxşılaşmışdır, əksinə səhhəti daha da pisləşmiş və o məcbur olub, ikinci dəfə əməliyyata məruz qalaraq implant qoydurmuş və ona dəymiş maddi ziyan 15000 (on beş min) manatdan əlavə həm də aşağıdakılardan ibarətdir: 1. Dişlərinin düzəldilməsi üçün məcburən ABŞ-dan Azərbaycan Respublikasına gəlmək üçün təyyarə bilətinə çəkdiyi xərc: 2019-cu il üçün - 1296.03 ABŞ dolları; 2020-ci il üçün - 846.69 ABŞ dolları; 2021-ci il üçün: 1200 ABŞ dolları olmaqla, ümumilikdə: 3342,72 ABŞ dolları X 1,7 = 5682 manat; 2. Dişlərinin yenidən düzəldilməsi üçün bankdan götürdüyü 7000 ABŞ dolları müqabilində, məcburən faiz kimi ödədiyi 1600 ABŞ dolları X 1,7 = 2720 manat; 3. Cavabdehin qoyduğu implantların fəsadlar-qızartı, ağrı verməsi nəticəsində məcburən ABŞ-da getdiyi həkimlərə və rentgenlərə çəkdiyi xərclər- 1200 ABŞ dolları X 1,7 = 2040 manat; 4. Yeni implantlar qoyulmazdan əvvəl əkilmiş diş sümüyünə görə -1000 manat; 5. 2 dəfə aparılmış əməliyyat və sedatsiyaya görə -1000 manat; 6. İmplantların sökülməsi üçün – 1 implant üçün 200 manat, 9 X200 = 1800 manat; 7. Azərbaycanda dişlərinin həkimlər tərəfindən müayinə edilməsi və müvəqqəti dişlər üçün-2500 manat; 8. 2-ci dəfə implant qoyan həkimin pulu – 1000 manat; Ümumilikdə - 32742 (otuziki min yeddi yüz qırx iki) manat. Hesab edir ki, göstərilən məbləğ, yəni 32742 (otuz iki min yeddi yüz qırx iki) manat cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməlidir.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(009)- 669/2022 qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim İlkin Rüstəmli)
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmənin 04 noyabr 2022-ci il tarixdə keçirilmiş iclasında iştirak etmiş mütəxəssis (eskpert rəyini tərtib etmiş) X13 bildirmişdir ki, rezeksiya edilən dişin sümüyü zəiflədiyindən daha sonra implantın düşməsinə səbəb ola bilər. İmplantlarda olan problemin Cavabdeh1 təqsiri ucbatından olubolmamasını dəqiq deyə bilmir. İmplantın düşməsi normal haldır. Pasiyent vaxtında həkimə müraciət etsə idi, hazırki problemlər baş verməzdi. Əməliyyatdan 1 il sonra implantlar üzərinə ortopedik konstruksiya düzəldilmişdir ki, bu da implantlarda hər hansı bir problemin olmadığına dəlalət edir. Tərtib etdiyi rəyi təsdiqləyir və müdafiə edir. Göründüyü kimi, İddiaçı Cavabdeh2 MMC-də cavabdeh həkim Cavabdeh1 tərəfindən aparılan müalicə və cərrahi əməliyyat zamanı sağlamlığına zərər vurulması iş materialları ilə təsdiq olunmur. Nəzərə alınmalıdır ki, vurulmuş zərərin əvəzini ödəmək vəzifəsini zərər vuran şəxs daşıyır. İş materiallarında olan sənədlər və iddiaçı tərəfindən təqdim olunmuş sübutlar ilə isə cavabdehlər Cavabdeh2 MMC və həkim Cavabdeh1 tərəfindən iddiaçıya zərər vurulmasına dair hər hansı hallar müəyyən olunmur.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsini məhkəmədən xahiş etmişdir.
12. İddiaçı apellyasiya şikayətinin məzmununu iddia ərizəsinə uyğun əsalandırmış və əlavə olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsi prosesual qanunvericilik normalarının tələblərini kobud və açıq şəkildə pozmuş, təqdim edilmiş sübutlara və dəlillərə hüquqi qiymət verilməmişdir. İş üzrə dindirilmiş şəxslərin ifadələri, o cümlədən məhkəmə iclasında araşdırılmış məsələlər qərəzli şəkildə məhkəmə iclas protokolunda təhrif edilməklə, iş üzrə təmamilə qanunsuz qətnamə qəbul edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi X10, habelə nümayəndəsi və vəkili Nümayəndə Oktay apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişlər.
15. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.
16. İştirak etdiyi məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X7 X21 eksperti X2 izahat verərək bildirmişdir ki, rəy tərtib edilərkən iş materiallarında olan tibbi sənədlərə istinad olunur. Məhz həmin sənədlərə nəzərən rezeksiya əməliyyatının aparıldığı görünür. Tibbi sənədlərə əsasən də ilkin konstruksiyanın Cavabdeh1 tərəfindən aparıldığı görünür. İddiaçı üzərində 12 dişin çıxarılması və 10-cu implantın qoyulmasına dair əks göstəriş olmamışdır. Çənədə iltihab aradan qaldırıldıqdan sonra əlavə rezeksiya əməliyyatı aparmaq mümkündür. Dişlər arasındakı arakəsmə məsafəsi 1-2 mm olmalıdır. Əməliyyatın rentgen müayinəsi əsasında aparılması daha effektli olur. Əməliyyatdan sonra ağız boşluğuna düzgün gigiyenik qulluq olunmadıqda, vitamin çatışmamazlığı olduqda, kəskin stress fonunda da sümük əriməsi baş verə bilər. 3DKT ilə vizioqrafık müayinənin arasında elə bir fərq yoxdur. Vizioqrafık müayinə implantların foto şəkillərinin əksidir. İmplantların sonrakı vəziyyəti onlara necə qulluq etməklə bağlıdır. Yəni düzgün gigiyenik qulluq olmasa, qızartı verə bilər, diş köklərində şişkinliklər yarana bilər. Bundan əlavə laxlayan dişə implanat qoyulmur, həmin dişin nasazlığı aradan qaldırıldıqdan sonra ipmlanat yerləşdirilir. İmplant qoyulduqda, əgər diş laxlayırsa, həmin implanat düzgün qoyulmayıb. Əgər dişlərin dibində hər hansı bir pataloji dəyişiklik yoxdursa, laxlayan implant sonradan bərkiyə bilər.
17. İştirak etdiyi məhkəmə iclasında Azərbaycan Tibb Universitetinin X1 stomatoloq həkimi X6 izahat verərək bildirmişdir ki, laxlayan implant əgərki sümüyə yaxşı inteqrasiya olunmayıbsa, onun bərkiməsi mümkün deyil. Ağız boşluğuna qoyulan implant heç bir halda düşməməlidir. Alt çənə sümüyün ön hissədə qoyulan implantların ara məsafəsi demək olar yoxdur. Dünya praktikasında isə implantın laxlama olmaqla düşmə hallarına 1-2 faiz nisbətində rast gəlinir. Bu hal firma qüsuru olaraq mümkün ola bilir. Lakin bu çox az faizlə ola bilir. Başqa sözlə, qoyulan implant düşübsə, bunu məhz yalnız həkim səriştəsizliyi kimi də qiymətləndirmək olmaz. İmplant düşdüyü halda isə onun yerinə yenisini dərhal qoymaq düzgün deyil, çünki diş kökləri özünü bərpa etməlidir.
18. İştirak etdiyi məhkəmə iclasında Azərbaycan Tibb Universitetinin təcrübə müəllimi X14 da digər mütəxəssisin verdiyi izahata uyğun izahat vermişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun; 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
21. “Əhalinin sağlamlığının qorunması” haqqında Qanunun: 25-ci maddəsinə əsasən hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla sağlamlığının vəziyyəti barədə özü üçün səmərəli formada məlumat almaq hüququna malikdir. Vətəndaşın sağlamlığının vəziyyəti barədə məlumat onun özünə, qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin və yetkinlik yaşına çatmayanların sağlamlıqlarının vəziyyəti barədə məlumat isə onların valideynlərinə və ya qanuni nümayəndələrinə müayinə və müalicədə bilavasitə iştirak edən mütəxəssislər tərəfindən verilir; 57ci-maddəsinə əsasən vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar. Vurulan ziyanın ödənilməsi tibb və əczaçılıq işçilərini qanunla nəzərdə tutulmuş intizam, inzibati, yaxud cinayət məsuliyyətindən azad etmir. 59-cu maddəsinə əsasən tibb və əczaçılıq işçilər öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar.
22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən mənəvi zərər qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlməklə, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Mülki Məcəllənin 1099-cu maddəsinin tətbiqi üçün işçi tərəfindən vurulmuş zərərin bilavasitə işəgötürənin fəaliyyət dairəsinə aid olub-olmaması məsələsinin aydınlaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Əgər işçinin zərər vuran hərəkətləri işəgötürənin fəaliyyət dairəsinə aid deyildirsə, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdirsə, o zaman zərərin əvəzinin ödənilməsi vəzifəsi bilavasitə zərərvuranın (işçinin) üzərinə düşür.
24. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı qərarının: 2-ci bəndinə əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər; 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər; 8-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur; 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işinsair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
26. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
27. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunması və iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə bütövlüklə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, hüquqi nəticə etibarı ilə birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu səbəbdən qətnamədə əsaslandırılan hallar işin hallarına uyğun hesab edilə bilməz.
29. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən İddiaçı Cavabdeh2 MMCdə cavabdeh həkim Cavabdeh1 tərəfindən aparılan müalicə və cərrahi əməliyyat zamanı sağlamlığına zərər vurulmasının iş materialları ilə təsdiq olunmaması və cavabdehlər Cavabdeh2 MMC və həkim Cavabdeh1 tərəfindən iddiaçıya zərər vurulmasına dair hər hansı halların müəyyən olunmadığı qənaətinə gəlmişdir.
30. Məhkəmə kollegiyası bu sahəni tənzimləyən mülki qanunvericiliyin yuxarıda göstərilən və digər aidiyyəti müddəalarına istinadən ilk növbədə qeyd edir ki, mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi dörd əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) zərərin mövcud olması, 2) zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, 3) zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və 4) zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.
31. Məhkəmə kollegiyası işin hallarına istinadən vurğulayır ki, iddiaçı Cavabdeh1 müraciət edərək, ağız boşluğundakı aşağı çənə boşluğunda olan polekistoz problemi ilə əlaqədar şikayətlənmiş, bu zaman ABŞ-da yaşadığından həkimə orada çəkilmiş rentgenin şəklini göndərmişdir. Həmin həkimə müraciət etməzdən əvvəl başqa bir həkim tərəfindən müalicə aparılmadan ağız boşluğunda olan diş qapaqlarını dəyişdirmişdir. Cavabdeh1 isə ona məsləhəti dişlərin sökülüb implant dişlərlə əvəz edilməsi olmuş və implant dişlər iddiaçının ağız boşluğuna qoyulmuşdur.
32. Göründüyü kimi tərəflər arasında tibbi xidmətin göstərilməsi sahəsində hüquqi münasibətlər yaranmış və buna uyğun olaraq cavabdeh tərəf iddiaçını müəyyən məbləğdə pulun ödənilməsi müqabilində və onun razılığı əsasında alt çənə boşluğunun implantasiyasını aparmışdır. Hazırda iddiaçı onun üzərində əməliyyatın Cavabdeh1 tərəfindən düzgün aparılmadığını, onun səhvləri ucbatından məcburən çoxsaylı ağrılara, əziyyətlərə məruz qalaraq, ikinci dəfə implantasiya əməliyyatı keçirilməli olduğunu və bununla bağlı ona vurulmuş maddi və mənəvi zərərin əvəzinin cavabdehlərdən tutulmasını tələb edir. Bu barədə yazılı müqavilənin bağlanmaması onların arasında məhz qeyd edilən münasibətlərin yaranmasını və vurulmuş zərər məbləğinin Cavabdeh1 tələb edilməsini istisna etmir.
33. Bununla bağlı məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, Cavabdeh1 cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə əsasən iddiaçının əməliyyat olunduğu tibb müəssisəsinə stomatoloq-həkim vəzifəsinə təyin edilmişdir. Bununla belə, Cavabdeh1 cavabdeh "xxxx" MMC ilə əmək münasibətlərində olmuş və məhz sonuncunun işçisi və həmin sahədə ixtisaslaşan həkim olaraq, iddiaçı üzərində qeyd edilən əməliyyatı icra etmişdir. Bu münasibətləri tənzimləyən Mülki Məcəlləsinin 1099-cu maddəsinin dispozisiyasında da şəxsin rəhbər vəzifəli şəxs olması ona müəssisənin işçisi kimi yanaşılmasında hər hansı istisna qayda nəzərdə tutmur. Lakin Mülki Məcəllənin 1099-cu maddəsinin tətbiqi üçün işçi tərəfindən vurulmuş zərərin bilavasitə işəgötürənin fəaliyyət dairəsinə aid olub-olmaması məsələsinin aydınlaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Əgər işçinin zərər vuran hərəkətləri işəgötürənin fəaliyyət dairəsinə aid deyildirsə, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdirsə, o zaman zərərin əvəzinin ödənilməsi vəzifəsi bilavasitə zərərvuranın (işçinin) üzərinə düşür. Belə ki, Cavabdeh1 stomotoloq həkim kimi yüksək səviyyədə fəaliyyət göstərməsi üçün tibb müəssisəsinin ona yaratdığı şəraitdə öz xidməti dairəsinə daxil olan vəzifəsini layiqincə icra etməmişdir. Digər tərəfdən Cavabdeh1 təqsirli və səhhətə zərər vurulması kimi qiymətləndirilən hərəkətləri bilavasitə onun işəgötürəni olan cavabdeh "xxxx" MMC-nin fəaliyyət dairəsinə aid olmamışdır. Qeyd edilənlər öz növbəsində iddiaçının ona vurulduğunu iddia etdiyi zərərin əvəzinin ödənilməsi barədə iddianı (tələbi) birgə məsuliyyətlilərə, yəni işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı irəli sürülməsini hüquqi baxımdan qeyri-mümkün edir. Bu səbəbdən məhkəmə kollegiyası Cavabdeh1 iddiaçıya vurulmuş maddi və mənəvi zərərin əvəzinin hər iki cavabdehdən tutulmalı olması barədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.
34. İddiaçı üzərində aparılmış cərrahiyə əməliyyatı ilə bağlı qeyd olunmalıdır ki, bu əməliyyatın düzgün aparılmadığı və nəticədə iddiaçının səhhətinə vurulduğu zərəri müəyyənləşdirmək üçün iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizaları təyin edilmişdir.
35. Azərbaycan Respublikası “Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X17 xx.xx.2023-cü il tarixli ekspert rəyində isə qeyd edilmişdir ki, əməliyyatdan əvvəlki rentgen şəkillərdən və pasientin öz anamnezindən məlum olur ki, Cavabdeh1 müraciət etməmişdən öncə İddiaçınm çənəsində dəfələrlə rezeksiya əməliyyatları icra olunmuşdur. Dişlər dəfələrlə endodontiya olunmuş və üzərinə konstruksiyalar düzəldilmişdir. İmplantasiya əməliyyatı təkcə iltihabi proseslərə görə deyil, dişlərin köklərinin rezeksiya əməliyyatından sonra müalicəyə tam cavab vermədiyi üçün, dişlər üzərinə konstruksiya düzəltmək uğurlu olmadığından, çənədə artıq bir çox hissədə sümük deffektləri aşkar olunduğundan immediat implantasiya və sümük plastikası əməliyyatı tövsiyyə olunmuşdur, İddiaçı çənəsinə həkim Cavabdeh1 tərəfindən qoyulmuş implantlarda hər hansı problemin əmələ gəlməsini kliniki olaraq görmək mümkün deyil. Çünki əməliyyatdan 1 il sonra implantlar üzərinə ortopedik konstruksiya (hər hansı müvəqqəti metal plastmas keramika) düzəldilmişdir ki, bu da implantlarda hər hansı bir problemin olmadığına dəlalət edir. İddiaçınm çənəsinə “Medholding” klinikasında ortopedik konstruksiya düzəldilmiş, implantların bəzilərinin boyun hissələri yonulmuş, bəzi implantlar yonularkən kəsilmiş və implantlara konstruksiya düzəldilmişdir. Abatmentlərin standartına uyğun olmayan təzyiqlər verilmişdir.
36. Azərbaycan Respublikası “Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X17 xx.xx.2023-cü il tarixli ekspert rəyində isə qeyd edilmişdir ki, əməliyyatdan əvvəlki rentgen, KT filmlərindən və vizioqraf görüntüsündən məlum olur ki, Cavabdeh1 müraciət etməmişdən öncə İddiaçı çənəsində dəfələrlə rezeksiya əməliyyatları icra olunmuşdur. Dişlər dəfələrlə endodontiya olunmuş və üzərinə konstruksiyalar düzəldilmişdir. İmplantasiya əməliyyatı təkcə iltihabı proseslərə görə deyil, dişlərin köklərinin rezeksiya əməliyyatından sonra müalicəyə tam cavab vermədiyi üçün, dişlər üzərinə konstruksiya düzəltmək uğurlu olmadığından, çənədə artıq bir çox hissədə sümük defektləri aşkar olunduğundan immediat implantasiya və sümük plastikası əməliyyatı tövsiyyə olunmuşdur. İddiaçı çənəsinə həkim Cavabdeh1 tərəfindən qoyulmuş implantlarda hər hansı problemin əmələ gəlməsini kliniki olaraq görmək mümkün deyil. Çünki əməliyyatdan 1 il sonra implantlar üzərinə ortopedik konstruksiya (hər hansı müvəqqəti metal plastmas keramika) düzəldilmişdir ki, bu da implantlarda hər hansı bir problemin olmadığına dəlalət edir. İddiaçı çənəsinə “Medholding klinikası”nda ortopedik konstruksiya düzəldilmiş, implantların bəzilərinin boyun hissələri yonulmuş, bəzi implantlar yonularkən kəsilmiş və implantlara konstruksiya düzəldilmişdir. Abatmentlərin standartına uyğun olmayan təzyiqlər verilmişdir. İddiaçı çənəsində iltihabı proses radikulyar kista ilə əlaqədardır və bu iltihabi proses dişlərdə deyil, diş kökü nahiyəsində və çənədə olur. xx.xx.2019-cu il tarixli KT filmində İddiaçı aşağı çənəsinin bir çox nahiyələrində iltihabi prosesin mövcud olduğu görünür. İddiaçı üzərində aparılan implant əməliyyatının Cavabdeh1 tərəfindən aparılan implant əməliyyatı ilə səbəbli əlaqəsi olmamışdır, Cavabdeh1 tərəfindən qoyulmuş implantların yeni implantlarla əvəz edilməsinə hər hansı bir tibbi göstəriş olmamışdır. İmplantların ətrafında kəskin iltihabi proses, implantın sinir kompressiyasına səbəb olması, implantın Haymor boşluğuna və burun boşluğuna nüfuz etməsi implantların çıxarılmasına tibbi göstəriş hesab olunur. Bu da ortopantomaqramma müayinəsi ilə öz təsdiqini tapmalıdır. Lakin İddiaçı implantların çıxarılmasından öncə qeyd olunan müayinə aparılmamışdır. Rentgen müayinəsinə əsasən, İddiaçı dişlərinin (implantların) üzərində konstruksiya hazırlanmasına (daimi və ya müvəqqəti) hər hansı bir əks göstəriş müşahidə olunmur.
37. Azərbaycan Respublikası “Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X17 xx.xx.2024-cü il tarixli ekspert rəyində isə qeyd edilmişdir ki, iş materillarına əlavə edilmiş sənədlərə və təqdim edilmiş radioloji görüntülərə əsasən, həkim Cavabdeh1 tərəfindən İddiaçı implantasiya əməliyyatının aparılmasına əks göstəriş hesab olunan xəstəliklər (kəskin osteomielit, infeksion proseslər, kistik dəyişildilər və s.) müəyyən edilməmişdir. Tibbi təcrübəyə əsasən, immediat implantasiya əməliyyatı diş çəkimi müdaxiləsindən dərhal sonra icra edilir. KT görüntülərində immediant implantasiyanın aparılmasına əks göstəriş qeyd edilməmişdir. Belə ki, pasientdə kəskin, xroniki, osteomielit və kəskin sümük çatışmamazlığı aşkarlanmamışdır. İmplantlar yuvada birincili fıksasiya edilmiş və bir ildən çox müddətdən sonra daimi konstruksiya düzəldilmişdir. İddiaçı üzərində 12-ci dişin çıxarılması və 10-cu implantın qoyulmasına dair əks göstəriş olmamışdır. İddiaçı 33-cü, 34-cü və 35-ci dişlərinin köklərində dəfələrlə rezeksiya əməliyyatı aparılmışdır. Ümumiyyətlə, KT görüntülərində müəyyən olunur ki, aşağı çənənin bir çox nahiyələrində iltihabi ocaqlar qeyd olunur, dişlərin çoxunun tağı dağılmış və yonulmuşdur. İddiaçı həkim Cavabdeh1 tərəfindən implantasiya və iltihab ocaqlarının defektlərinin implant ətrafının aqumentasiyası tövsiyyə olunmuşdur. Pasiyent öz istəyi ilə “X4'da analizlərdən, vizioqrafik müayinələrdən keçmiş və əməliyyata razılıq alınmışdır. İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı onun ağız boşluğunda həkim Cavabdeh1 tərəfindən qoyulan implantlar aşkarlanmamışdır. KT görüntülərində müəyyən olunur ki, əvvəl qoyulmuş implantlar üçün əks göstəriş olmamışdır. İmplantlar tibbi qaydaya uyğun yuvalara yerləşdirilmişdir. İmplantlar arasında ara məsafəsi minimum 1.8-2 mm ola bilər. Bəzi hallarda iki implant arası məsafə 1 mm ola bilər və iki implant üzərinə 1 diş konstruksiyası düzəldilə bilər. Ara məsafəsi ilə əlaqədar tibbi protokol mövcud deyil. Çəkilmiş KT müayinədə implantlar tam normativə uyğun yerləşdirilmişdir. Təqdim edilmiş 3D KT filmində implantlar ətrafında iltihabi proses və sümük əriməsi aşkarlanmamışdır. Belə ki, əməliyyatdan sonra ağız boşluğuna düzgün gigiyenik qulluq olunmadıqda, vitamin çatışmamazlığı olduqda, kəskin stress fonunda da sümük əriməsi baş verə bilər. İmplantasiya əməliyyatı düzgün icra edilmiş və sonrakı gedişatda isə sadalanan səbəblərə görə dəyişiklik yarana bilərdi. İddiaçı aparılmış implantasiya əməliyyatı zamanı qüsurlar aşkar edilməmişdir. Yəni diş çəkimindən sonra dərhal implantasiya, aqumentasiya əməliyyatı düzgün aparılmışdır. İmplantasiyalardan sonra vizioqrafık müayinədə (Cavabdeh2) implantların protokola uyğun icra edildiyi müəyyən edilmişdir. Həkim Cavabdeh1 tərəfindən aparılmış implantasiya əməliyyatı zamanı implantlarda hər hansı bir qüsur aşkar edilməmişdir. Həkim Cavabdeh1 tərəfindən icra edilmiş implantlardan yalnız biri müəyyən olunmayan səbəbdən düşmüşdür. Başqa heç bir implantda laxlama mövcud olmamış və ağrılar aşkarlanmamışdır. “Med Holdinq” Klinikasında isə üzərinə ortopedik daimi konstruksiya düzəldilmişdir. Ağrıyan və laxlayan implantlara konstruksiyanın düzəldilməsi mümkün olmur. Təqdim edilmiş 3D KT filmində İddiaçı “Med Holdinq”də ortopedik konstruksiya düzələrkən implantların boyunları yonulmuş, bəziləri kəsilmiş, abantmentlər ağızda yonularkən təzyiqlər verilmişdir. İmplantların boyunlarının yonulması əks göstərişdir. Belə ki, implantla çənə sümüyü arasında osteointeqrasiya prosesi gedir. İmplant boynu yonulduqdan sonra ağıza düzgün gigiyenik qulluğun olmaması implant boyunlarında atrofiyaya səbəb ola bilər. İkinci dəfə İddiaçı üzərində aparılan implant əməliyyatının həkim Cavabdeh1 tərəfindən aparılan implant əməliyyatı ilə səbəbli əlaqəsi olmamışdır. Belə ki, implantasiya əməliyyatından sonra “Med Holdinq”də artıq ortopedik konstruksiya düzəldilmişdir. Bu da Cavabdeh1 tərəfindən qoyulan implantlarda hər hansı bir patologiyanın olmadığına əsas verir. Çünki implantlarda kəskin problemlər, ağrılar və s. olsaydı onun üzərinə heç bir ortopedik konstruksiya düzəldilə bilməzdi. Həkim Cavabdeh1 tərəfindən qoyulmuş implantların yeni implantlarla əvəz edilməsinə hər hansı bir tibbi göstəriş olmamışdır. Rentgen müayinəsinə əsasən, İddiaçı dişlərinin (implantların) üzərində konstruksiyanın hazırlanmasına (daimi və ya müvəqqəti) hər hansı bir əks göstəriş qeyd edilməmişdir.
38. Belə ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş ekspertizalar üzrə aparılmış ekspert tədqiqatlarının nəticələrinə dair tərtib edilmiş rəylərə (eyni məzmunludur) əsasən İddiaçı çənəsinə həkim Cavabdeh1 tərəfindən qoyulmuş implantlarda hər hansı problemin əmələ gəlməsinin kliniki olaraq görmək mümkün olmadığı, çünki əməliyyatdan 1 il sonra implantlar üzərinə ortopedik konstruksiya (hər hansı müvəqqəti metal plastmas keramika) düzəldildiyindən bu da implantlarda hər hansı bir problemin olmadığına dəlalət etdiyi, həkim Cavabdeh1 tərəfindən aparılmış implantasiya əməliyyatı zamanı implantlarda hər hansı bir qüsur aşkar edilməmişdir. Həkim Cavabdeh1 tərəfindən icra edilmiş implantlardan yalnız biri müəyyən olunmayan səbəbdən düşmüş, başqa heç bir implantda laxlama mövcud olmamış və ağrılar aşkarlanmamışdır. Bu da Cavabdeh1 tərəfindən qoyulan implantlarda hər hansı bir patologiyanın olmadığına əsas verir, çünki implantlarda kəskin problemlər, ağrılar və s. olsaydı onun üzərinə heç bir ortopedik konstruksiya düzəldilə bilməzdi. Həkim Cavabdeh1 tərəfindən qoyulmuş implantların yeni implantlarla əvəz edilməsinə hər hansı bir tibbi göstəriş olmamış və rentgen müayinəsinə əsasən, İddiaçı dişlərinin (implantların) üzərində konstruksiyanın hazırlanmasına (daimi və ya müvəqqəti) hər hansı bir əks göstəriş qeyd edilməmişdir.
39. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş “Dental Update” klinikasının həkimi Aynur Əliyeva iddiaçnın onlara müraciət edərkən çənəsində 9 implantın mövcud olduğunu, həmin implantların stomatit bor vasitəsilə qısaldıldığını qeyd etmişdir. O cümlədən verdiyi arayışa əsasən iddaçının ağız boşluğunda olan 9 implantdan ikisinin konstruksiyanın çölündə qeyri-aktiv halda saxlanıldığını, implantlar ətrafında rezorbsiya aşkarlandığını qeyd etmişdir. Eyni zamanda apellyasyiya icraatı zamanı mütəxəssis qismində dindirilmiş həkim stomotoloq Azərbaycan Tibb Universitetinin X1 stomatoloq həkimi X6 izahat verərək bildirmişdir ki, laxlayan implant əgər sümüyə yaxşı inteqrasiya olunmayıbsa, onun bərkiməsi mümkün deyil. Ağız boşluğuna qoyulan implant heç bir halda düşməməlidir. Alt çənə sümüyün ön hissədə qoyulan implantların ara məsafəsi demək olar yoxdur. Dünya praktikasında isə implantın laxlama olmaqla düşmə hallarına 1-2 faiz nisbətində rast gəlinir. Bu hal firma qüsuru olaraq mümkün ola bilir. Lakin bu çox az faizlə ola bilir. Başqa sözlə, qoyulan implant düşübsə, bunu məhz yalnız həkim səriştəsizliyi kimi də qiymətləndirmək olmaz. İmplant düşdüyü halda isə onun yerinə yenisini dərhal qoymaq düzgün deyil, çünki diş kökləri özünü bərpa etməlidir.
40. Göründüyü kimi məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında aparılan danışıqlar və “Whatssap” yazışmaları zamanı iddiaçının alt çənəsində olan implantlardan üçünün laxladığı müəyyən edilmiş, hətta həmin implantlardan birinin artıq düşdüyü və pulunun da geri qaytarıldığı müəyyən edilir. Eyni zamanda implantların laxlamasını bildiridiyi zaman Cavabdeh1 ona bir neçə müddətə bərkiyəcəyini bildirmişdir. Halbuki, məhkəmə iclasında dinlənilən mütəxəssis laxlayan implantın tədricən bərkiməsinin mümkün olmadığını bildirmişdir. Eyni zamanda mütəxəssis laxlamanın dünya praktikasında firma qüsuru ilə 1 ya 2 faiz rast gəlinməsini qeyd etmişdir ki, məhkəmə kollegiyası ümümi dünya praktikasıl üzrə rast gəlinən faiz əmsalına münasibətdə laxlayasn 3 iplantında məhz həmin qüsurla bağlı olmasını inandırıcı qəbul etməməklə, həkimin qüsuru kimi qəbul edir. Çünki ağız boşluğuna qoyulan implant heç bir halda laxlamamalı, çünki laxlayan implant sümüyə yaxşı inteqrasiya olunmayıbsa, onun bərkiməsi mümkün deyildir.
41. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, bu qəbildən olan işlərdə qanunverici təqsiri maddi məsuliyyətin yaranmasının vacib şərti kimi göstərməklə təqsirin olubolmamasının sübuta yetirmə vəzifəsinin hansı şəxsin üzərinə qoyulması məsələsini də müəyyən etmişdir. Belə ki, Mülki Məcəllənin 1112-ci maddəsinin tələbləri baxımından cavabdeh iddiaçının sağlamlığına zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirməlidir və bunu sübut edə bilsə məsuliyyətdən azad edilir. Beləliklə, həkimin (cavabdeh) şəxsin sağlamlığına vurulmuş zərərə görə maddi məsuliyyəti ilə bağlı məsələlərdə bu maddədə təqsirlilik prezumpsiyası prinsipi nəzərdə tutulmuşdur. Həmin prinsipə əsasən zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirə bilmədiyi hallarda təqsirli sayılır və bu halda zərərin əvəzi ümumi əsaslarla ödənilir. Lakin cavabdeh iddiaçının sübutlarını təkzib edən və hüquqi nəticə etibarı ilə onun təqsiri üzündən iddiaçının sağlamlığına məhz qeyd edilən hissə ilə bağlı zərərin vurulmadığını sübuta yetirə bilməmişdir. Eyni zamanda alt çənə sümüyünün qabaq hissəsinə qoyulmuş məhz həmin implantlar arası məsfənin düzgün olmaması da təsdiqini tapmışdır. Kollegiya qeyd edir ki, həmin hissədə yaranmış qüsurun təqsiri məhz əməliyyatı icra etmiş həkim Cavabdeh1dır.
42. Nəzərə alınmalıdır ki, hazırki iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilməsi üçün tibb sahəsi üzrə xüsusi bilik tələb olunan suallar meydana çıxdığından iş üzrə alınan ekspert rəyləri həlledici rol oynayır. Belə ki, həmin sualların cavabı yalnız ekspert rəyi əsasında müəyyən oluna bilər. Mülki prosessual qanunvericiliyə əsasən ekspert rəyləri ilə müəyyən edilmiş məlumatlar sübut hesab olunmasına və digər sübutlarla birlikdə qiymətləndirildiyindən, bu qəbildən olan işlər üzrə həmin məlumatların həlledici əhəmiyyəti var. Bu baxımdan məhkəmənin qeyd edilən rəylərdən fərqli mövqedən çıxış etməsi üçün həmin rəyləri təkzib edən mötəbər sübutlar olmalıdır. Hazırki iş üzrə ekspert rəylərinin məhz yuxarıda qeyd edilən hissədə mötəbər sübut kimi qəbul edilməməsi üçün əsas məhkəmə iclasında mütəxəssis kimi izahat verən həkim stomotoloqların izahatları olmuşdur.
43. Bununla belə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri, o cümlədən iş materiallarında olan sübutları, habelə cavabdeh həkimin zərərin yuxarıda qeyd edilənh hissədə onun təqsiri üzündən baş vermədiyini sübuta yetirə bilməməsini nəzərə alıb, belə qənaətə gəlir ki, iddiaçı üzərində aparılmış implant əməliyyatın həmin hissədə qüsurlu icra edilməsi nəticəsində ona maddi zərər dəyməsi, iddiaçının dəymiş zərərlə əməliyyatın qüsurlu icra edilməsi arasında səbəbli əlaqənin olması, nəticədə iddiaçıya zərər dəyməsi faktı öz təsdiqini tapmışdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, məhz dişlərində baş verən bu narahatçılıqlara görə iddiaçının dəfələrlə məcburən ABŞ-dan Azərbaycan Respublikasına gəlib-getməli olmuşdur. Bunların hamısı, yəni iddiada qeyd edilən və sübutları işə əlavə edilən təyyarə biletlərinə verilən məbləğlərdə zərər kimi nəzərə alınmaldır.
44. Məhkəmə kollegiyası tutulmalı olan maddi zərərin məbləği ilə bağlı qeyd edir ki, iddiaçıya qoyulan iki implanta görə ödənilən 2400 AZN, iki dişin üzərinə qoyulan keramika (1 ədəd üçün 300 AZN) üçün 600 AZN, ağız boşluğuna 2 dişə görə sümük əkilməsi ilə bağlı 1000 AZN, iki implantın sökülməsinə görə 400 AZN, ikinci dəfə implant qoyulması ilə əlaqədar iki diş üçün əməliyyat pulu 250 AZN, dişlərinin düzəldilməsi üçün məcburən ABŞdan Azərbaycan Respublikasına gəlib-getmək üçün təyyarə bilətinə çəkdiyi xərc 5682 manat (qeyd edilən bütün məbləğlər iş materialları ilə öz təsdiqini tapır) Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir.
45. Məhkəmə kollegiyası tutulmuş mənəvi zərərin məbləği ilə bağlı ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında çəkilmiş maddi ziyana kompensasiya ödənilməsinin ərizəçinin təqdim etdiyi sübutlar və pozuntu ilə ziyan arasında səbəbli əlaqə əsasında müəyyən etsə də, mənəvi ziyana görə kompensasiya ödənilməsinin ərizəçi tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalması ilə əlaqələndirmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərmişdir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Həmçinin, İnsan hüquqları üzrə Avropa Məhkəməsi Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009cu il tarixli Aralıq qətnaməsində isə qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir.
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
47. Xüsusilə qeyd edilməlidir ki, tibb – sözlə ifadə edilə bilməyən dəyərə malik olan insan həyatının (səhətinin) qorunmasına və möhkəmləndirilməsinə, bununla da insan həyatının uzadılmasına xidmət edən, özündə insan əzablarının aradan qaldırılması və ya azaldılması imkanlarını ehtiva edən bir sahədir. Bu sahədə çalışan hüquqi və fiziki şəxslərin fəaliyyəti nəticəsində məhz tibb məfhumunun anlayışına uyğun olaraq bu nəticələr hasil olunmalıdır. Cavabdeh1 yuxaırıda sübuta yetirilən hissədə isə düzgün aparılmayan əməliyyatı və səhvləri ucbatından iddiaçı məcburən çoxsaylı ağrılara, əziyyətlərə məruz qalmış, ikinci dəfə implantasiya əməliyyatı keçirməli olmuş, hətta qeyd edilən hallar iddiaçının hamilə olduğu dönəmə təsadüf etdiyindən bir neçə ağız boşluğunda aparılan prosedurlar narkozsuz icra edilmişdir. Yəni mənəvi olaraq bir insanın maddi vəsait verməklə ağız boşluğunda rahatlıığa çatmaq istəyi əvəzinə, əksinə əsəb, həyəcan keçirməsi, bunun onun şüuraltında ciddi fəsadlar yaranması halı baş vermişdir ki, nəticədə göründüyü kimi ona həm də mənəvi zərər vurulmuşdur. Maddi zərər olaraq hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir.
48. Kollegiya qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi adekvat şəkildə aradan qaldırılmalı və mənəvi tarazlığın bərpa edilməsi gözlənilməlidir. Belə olan halda yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək, məhkəmə kollegiyası mənəvi zərərin əvəzi olaraq cavabdehdən 5000 manat məbləğində pulun tutulmasını daha ağlabatan və ədalətli olduğu qənaətinə gəlir.
49. Beləliklə, bütün qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(009)-669/2022 nömrəli qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Cavabdeh1 10332 manat maddi və 5000 manat mənəvi zərər olmaqlq cəmi 15332 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, qalan hissədə iddia tələbi təmin edilməməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 125 manatının və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 60 manatının Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli 2(009)-669/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh1 10.332 manat maddi, 5.000 manat mənəvi zərər olmaqla cəmi 15.332 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 125 manatının və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 60 manatının, cəmi 185 manat dövlət rüsumunun Cavabdeh1 İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.