Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1231/2020 07.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: İsmayıl Kamil oğlu Xəlilov Hakimlər: Xəyalə Adil qızı Cəmilova və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Raul Firdovsi oğlu Ağakişiyevin katibliyi ilə, Cavabdeh1 vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbi barədə mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qəradadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada vurulmuş maddi ziyana görə 8.870 manat, mənəvi ziyana görə 300 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, hüquqi yardıma görə ödənilmiş 110 manat, cəmi, 9310 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda İddiaçı Cavabdeh3 məxsus “Kamaz 61155” markalı **-BB-*** dövlət qeydiyyat nömrəli və Cavabdeh1 məxsus “X4 Prado” markalı **-DU-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitələrinin üzərlərinə həbs qoyulması və onların özgəninkiləşdirilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə belə əsaslandırılmışdır: Cavabdehlərin mülkiyyətində tələbin yönəldilə, borcun tutula biləcəyi inzibati xəta hadisəsinin törədildiyi “Kamaz 61115” markalı, **-BB-*** dövlət qeydiyyat nömrəli, “X4 Prado” markalı, **-DU-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitələri var. Onların mövcudluğu gələcəkdə qətnamənin icrasını təmin edə bilər.İndiki halda isə cavabdehlər həmin mülkiyyətlərində olan nəqliyyat vasitələri barəsində sərəncam verə, onları özgəninkiləşdirə bilərlər. Bu isə gələcəkdə qətnamənin icrasını çətinləşdirəcəkdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardadla razılaşmayan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qəradadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət ərizəyə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasının iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi X2 şikayəti qəbul etməmiş və bildirmişdir ki, iddiaçının təmsil etdiyi şəxsə qarşı tələbi və şikayəti əsassızdır. Kamaz markalı avtomaşın Cavabdeh3 mülkiyyətindədir, Cavabdeh2 idarə edir. Təmsil etdiyi şəxs heç bir məsuliyyət daşımır. Sadəcə məhkəmə aidiyyətinə görə onu cavabdeh qoymuşlar. Çünki hadisədə o təqsirli bilinməmidir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər iştirakçılar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə ilə bağlı dəyərləndirmə: Məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə Cavabdeh3 məxsus “Kamaz 61155” markalı **-BB-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157.1. maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2. maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. İddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi ilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İddianın təmin etmə tədbirlərinin tətbiq olunması ilə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 157.2. maddəsində göstərilən məqsəd o halda realizə olunur ki, iddia ilə həmin iddianı təmin etmə tədbiri arasında əlaqə mövcud olsun, yəni görülən tədbir məhz iddianın təmin edilməsinə yönəlmiş olsun. Qanun normalarından göründüyü kimi iddianın təmini tədbiri qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə tətbiq olunur. Qanun normalarından göründüyü kimi iddianın təmin tədbiri qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə tətbiq olunur. İddiaçı cavabdehlər tərəfindən yol nəqliyyat hadisəsinin törədilməsi nəticəsində ona vurulmuş zərəri tələb edir. İddianın əsaslı olması prezumpzisayından çıxış edərək hesab etsək ki, hazırkı iddia təmin (və ya qismən) oluna bilər (Cavabdeh2 Azərbaycan Respublikasının İXM-nin 327.1. maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması zərərin vurulması faktının əsaslı olduğunu göstərir), həmin hissədə qətnamənin icrasında gələcəkdə çətinliklər yarana bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddia təmin tədbiri barədə ərizə Cavabdeh1 məxsus “X4 Prado” markalı **-DU-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması hissəsində əsassızdır və təmin olunmamalıdır. Mülki işin 10-cu səhifəsindən görünür ki, baş vermiş nəqliyyat hadisəsi ilə əlaqədar Cavabdeh2 barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1. maddəsi ilə inzibati tənbeh görülməsi tapşırılmışdır. Həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis idarəsi tərəfindən göndərilmiş məktubun surətindən də görünür ki, həmin hadisə ilə əlaqədar inzibati xəta haqqında protokol Cavabdeh2 barəsində tərtib olunmuşdur. Hadisə ilə əlaqədar yalnız Cavabdeh2 inzibati məsuliyyətə cəlb edilməsini və eyni zamanda iddia tələbinin məbləğini nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, digər cavabdehə məxsus avtomobilə münasibətdə iddia təmin tədbirinin tətbiqinə zərurət yoxdur. İddia tələbindən görünür ki, iddiaçı ümumilikdə 9310 manat məbləğində pul tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, “Kamaz 61155” markalı **-BB-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin dəyəri gələcəkdə iddia tələbinin təmin olunması üçün kifayətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi məhkəmənin qərardadını tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti var. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 403 və 405-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L İ R: Şikayət qismən təmin edilsin. Həmin iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı qismən, “Kamaz 61155” markalı **-BB-*** dövlət qeydiyyat nömrəli nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasının təmin olunmayan hissəsində ləğv edilsin. Ərizə həmin hissədə qismən təmin olunsun. Cavabdeh3 məxsus “Kamaz 61155” markalı **-BB-*** dövlət qeydiyyat nömrəli nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi cavabdehə qadağan edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Hakimlər: imzalar Əsli ilə düzdür Hakim: İsmayıl Xəlilov
Məhkəmə qərarları › İş №2(103)-1231/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1231/2020
07.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver