Məhkəmə qərarları › İş №2(103)-12322/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12322/2021

24.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12322/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, şikayətçi İddiaçı Bakı Nəqliyyat Agentliyinin qərarından şikayətə dair mülki iş Binəqədi Rayon Məhkəməsinin 26.11.2021-ci il tarixli qərardadından İddiaçı şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iddia ərizəsinin qəbul edilmsindən imtina olunsun. Qərardad onunla əsaslandırılıb ki, iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil, iddiaçı inzibati xəta haqqında iş üzrə icraat qaydasında şikayət verməlidir. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət təmin oluna bilməz. Belə ki, iddiaçı inzibati xəta haqqında qərardan şikayət etmək niyyətində olub, lakin elektron qaydada məhkəməyə müraciət edərkən düzgün olmayaraq müraciətini mülki iş üzrə iddia ərizəsi kimi təqdim edib. İnzibati xəta haqqında qərardan şikayətə mülki məhkəmə icraat qaydasında baxılmır, ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq iddia ərizəsini qəbul etməkdən imtina edib, bu, Mülki-Proessual Məcəllənin 153.2.1ci maddəsinin göstərişinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 26.11.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar