Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12347/2021 27.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-3062/2021 saylı, 02.11.2021-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi və mənəvi zərərin ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-3062/2021 saylı, 13.08.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 331.000 (üç yüz otuz bir min) manat maddi ziyanın, 5000 (beş min) manat mənəvi ziyanın əvəzi olmaqla, cəmi 336.000 (üç yüz otuz altı min) manat məbləğində pul alınaraq iddiaçıya ödənilməsi qərara alınmış, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-3062/2021 saylı, 13.08.2021-ci il tarixli qətnaməsindən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-3062/2021 saylı, 02.11.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh1 şikayət verərək, cəzaçəkmə müəssisəsində cəza çəkdiyini, Məhkəmənin qətnaməsinin ona rəsmi qaydada təqdim olunmadığını bildirmiş və bu səbədən, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3062/2021 saylı, 02.11.2021-ci il tarixli qərardadının ləğv olunaraq apellyasiya şikayətinə baxılması üçün mülki işin apellyasiya instansiyasına göndərilməsi xahiş olunmuşdur. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-3062/2021 saylı, 18.11.2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və Nəsimi Rayon Məhkəməsinin 2(006)-3062/2021 saylı, 13.08.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilərək baxılması üçün apellyasiya icraatına qəbul edilməlidir. Belə ki, iş materiallarında olan reyestrdən görünür ki, qətnamə tərəflərə 23.08.2021ci il tarixdə göndərilmişdir (i/v 188). Cavabdeh1 apellyasiya şikayəti vermiş və şikayət 21 oktyabr 2021-ci il tarixdə (i/v 210) rayon məhkəməsinə daxil olmuşdur. Kollegiya qeyd edir ki, rayon məhkəməsi “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən qətnamənin Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil elektron kabinetinə yerləşdirildiyi müddətdən hesablamaqla, Cavabdeh1 apellyasiya şikayətini vaxtında verilməmiş hesab etmişdir. Bununla bağlı Məhkəmə kollegiyası qeyd edir ki, mülki iş materiallarına əsasən cəzaçəkmə müəssisəsində cəza çəkən Cavabdeh1 qətnamənin rəsmi qaydada təqdim olunmasına dair sübut yoxdur, Cavabdeh1 “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişdir. Eləcə də, Cavabdeh1 nümayəndəsi və vəkilinin cavabdehi apellyasiya instansiyasında təmsil edəcəyinə dair müvafiq sənəd (vəkil orderi) iş materiallarında olmadığından rayon məhkəməsi müddətin ötməsi əsası ilə apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmamış, bundan başqa apellyatorun hal-hazırda cəzaçəkmə müəssisəsində olması kimi əhəmiyyətli halı da nəzərə almamışdır. Göründüyü kimi iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət buraxılmamış, şikayət vaxtında verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassız olduğundan, şikayət təmin edilməli, qərardad ləğv edilməli və qətnamədən iddiaçının apellyasiya şikayəti vaxtında verilmiş hesab edilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-3062/2021 saylı, 02.11.2021-ci il tarixli qərardadı ləğv edilsin və Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3062/2021 saylı, 13.08.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti vaxtında verilmiş hesab edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-12347/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12347/2021
27.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver