Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12367/2021 29.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-204/2021 saylı, 04.11.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, 1.300.000 manat maddi ziyan, 100000 manat mənəvi ziyanın və dövlət rüsumu kimi ödənilmiş 30 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(005)- 204/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qeyd olunan qətnamədən İddiaçı 21.06.2021-ci il tarixdə apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli 2(005)- 204/2021 saylı qərardadı ilə şikayət dövlət rüsumunun ödənilməməsi səbəbindən geri qaytarılmışdır. İddiaçı 05.08.2021-ci il tarixdə yenidən apelyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8885/2021 saylı 23.08.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(005)- 204/2021 saylı qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qeyrimümkün hesab edilmiş və mülki iş apelyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli 2(005)- 204/2021 saylı qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 aprel 2021- ci il tarixli 2(005)-204/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı 30 sentyabr 2021-ci il tarixdə prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizə təqdim edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(005)-204/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün müddətin ötürülməmiş hesab edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-204/2021 saylı, 04.11.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(005)- 204/2021 saylı qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün İddiaçı apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır (sədrlik edən: Kəmalə Əmirxanova). Qeyd edilən qərardaddan İddiaçı şikayət verərək Nərimanov Rayon Məhkəməsinin 2(005)-204/2021 saylı, 04.11.2021-ci il tarixli qərardadının ləğv edilməsi və Nərimanov rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli, 2(005)-204/2021 saylı qətnaməsindən verdiyi apelyasiya şikayəti üzrə müddətin bərpa edilməsi və şikayətin baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, dövlət rüsumunun ödənilməməsi ilə əlaqədar apelyasiya şikayətinin geri qaytarılması barədə Nərimanov Rayon Məhkəməsinin 13.07.202l-ci il tarixli qərardadını aldıqdan sonra dövlət rüsumunu yenidən ödəyib 1 gün ərzində 05.08.2021-ci il tarixdə apelyasiya şikayətini məhkəməyə vermişdir. 13.07.2021-ci il tarixli qərardad daha əvvəl məhkəmə tərəfindən iddiaçıya göndərilməyib və ya təqdim edilməyib ki, müddətin ötürülməsinə şübhələr yaransın. MPM-nin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apelyasiya şikayəti ilə müraciət edə bilər. Ona görə hesab edir ki, qərardad əsassız olduğu üçün ləğv edilməli, apelyasiya şikayəti baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-204/2021 saylı, 25.11.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iddiaçının verdiyi apellyasiya şikayəti dövlət rüsumunun ödənilməməsi səbəbindən 13.07.2021-ci il tarixində geri qaytarılmışdır. Daha sonra iddiaçı dövlət rüsumunu ödəyərək dövlət rüsumunun ödəniləsi barədə qəbzi məhkəməyə təqdim etmişdir. Həmin müddət ərzində iddiaçı apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürməsi səbəbindən birinci instansiya məhkəməsi bu dəfə apellyasiya şikayətini müddətin ötürülməsi səbəbindən geri qaytarmışdır. Məhkəmə həmin qərardadda iddiaçının prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etməməsini qeyd etmişdir. Buna baxmayaraq, iddiaçı daha sonra müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etsə də, ərizəsi təmin edilməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi üzürlü hesab edilməlidir. Çünki həmin müddətin ötürülməsi apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumunun ödənilməməsi səbəbindən şikayətin geri qaytarılmasına görə baş vermişdir. Kollegiya qeyd edilməsini zəruri hesab edir ki, hazırda iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi üzürlü hesab edildiyindən birinci instansiya məhkəməsinin 04.11.2021-ci il tarixli prosessual müddətin bərpası ilə bağlı ərizənin rədd edilməsinə dair qərardadı ilə yanaşı, proesessual müddətin ötürülməsi səbəbindən apellyasiya şikayətinin geri qaytarılmasına dair qərardadı da (15.10.2021) ləğv edilməlidir. Sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, Şikayət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15.10.2021-ci il və 04.11.2021-ci il tarixli qərardadları ləğv edilməli, apellyasiya şikayəti icraata qəbul edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-204/2021 saylı, 15.10.2021-ci il tarixli və 04.11.2021-ci il tarixli qərardadları ləğv edilsin. İddiaçı Talıbova X1 Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti icraata qəbul edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-12367/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12367/2021
29.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver