Məhkəmə qərarları › İş №2(103)-1239/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1239/2024

15.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1239/2024 15.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovun və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2(002)-2538/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı elektron sistemdən cərimələrin silinməsi tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adına olan bütün cərimələrin silinməsini və qanunsuz olaraq həbsə alınmış avtomobilinin azad olunmasını, xx.xx.2018-ci ildə alınmış və geri qaytarılmayan sənədlərinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-2538/2023 saylı qərardadı ilə iddiaçı Rəsulov Azad Yahya oğlunun cavabdeh Azərbaycan Respublikası DİN Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı elektron sistemdən cərimələrin silinməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-2538/2023 saylı qərardadından şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılmasını və ya əks təqdirdə mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2538/2023 nömrəli, 28 iyul 2023cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayətin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli qərardaddan şikayəti verərək, qərardadın ləğv edilməsi və iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2538/2023 nömrəli, 09 avqust 2023-cü il tarixli qərardadı ilə iddiaçı Rəsulov Azad Yahya oğlu tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-5616/2023 saylı qərardadı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2538/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxılması qeyrimümkün hesab edilərək, geri qaytarılması üçün mülki iş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-2538/2023 saylı qərardadı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2538/2023 nömrəli, 26 iyul 2023-cü il qərardadından İddiaçı tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5616/2023 saylı, 16 avqust 2023-ci il tarixli qərardadına izah verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5616/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə qərardada izah verilməsinə hər hansı zərurət olmadığından ərizənin təmin edilməməsi qərara alınmışdır. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti və ötürülmüş müddətin bərpasına dair ərizə ilə müraciət edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qaradağ Rayon Məhkəməsinin 26.07.23-ci il tarixli 2(002)-2538/2023 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İki gün ərzində Qərardad çıxaran hakim nə üçün ( Azərbaycan Respublikasıntn inzibati xətalar məcəllasinin 40.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxır) qanuna nəzər salmayıb? Qaradağ rayon məhkəməsi qəbul etdiyi xx.xx.2023-cü il tarixli 2(002)-2538/2023 saylı qərardadı ilə ərizəni icraata götürməkdən imtina etmiş və qərardadı onunla əsaslandırmışdır ki, “iddia ərizəsində iddiaçının tələblərinin yerinə yetirilməsi Qaradağ rayon polis idarəsinin səlahiyyətinə aid məsələdir, məhkəmə qeyd edir ki, hər hansı inzibati orqanın hərəkət və hərəkətsizliyindən olan şikayətlərə ümumi məhkəmələrdə baxıla bilməz və iddianın yol verilməzliyinə görə iddia ərizəsini icraata götürməkdən imtina edilməlidir.” Halbuki qeyd olunan tələblə bağlı iddiaçı Qaradağ rayon məhkəməsinə müraciət etməzdən əvvəl Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)6782/2023 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Göründüyü kimi iddiaçı eyni tələblə hər iki məhkəməyə müraciət etmiş və hər iki məhkəmədə ərizə icraata qəbul edilməmişdir. Ona görə də Bakı Apellyasiya məhkəməsindən hansı məhkəməyə müraciət edilməsini təyin etməsi xahiş edilir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2(002)- 2538/2023 saylı qərardadı ilə ötürülmüş müddətin bərpasına dair ərizənin təmin edilməsi və şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-2538/2023 saylı qərardadı ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı elektron sistemdən cərimələrin silinməsi, qanunsuz olaraq həbsə alınmış avtomobilinin azad olunması, xx.xx.2018-ci ildə alınmış və geri qaytarılmayan sənədlərinin ona qaytarılması tələbinə dair iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, hər hansı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən olan şikayətlərə ümumi məhkəmədə baxıla bilməz və iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçıya ilk növbədə AR DİN Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə müraciət etmək, həmin orqan tərəfindən bundan imtina olduğu halda, yaranmış mübahisənin həlli ilə bağlı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququnun olması izah olunmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyini qanuni və əsaslı hesab etmir. Belə ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarınə istinadən qeyd edilən qənaətə gəlmiş olsa da, nəzərə almamışdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun isə inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə görə bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2.2-ci maddəsinə görə isə bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Kollegiya hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının tələbi inzibati orqanın (hazırkı halda Azərbaycan Respublikası DİN Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin) inzibati xətalara dair işlər üzrə fəaliyyətinə aid olsa da, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə almamış, yaranmış mübahisənin inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən olan şikayət kimi qiymətləndirməklə və məcburetmə haqqında iddialara dair normalarını tətbiq etməklə, yəni iddia tələbini həmin əsasla geri qaytarılması barədə səhv nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən mövqeyi nəzərə almaqla iddia tələbinin icraata qəbulu məsələsini yenidən yoxlamalı və MPM-nin tələblərinə uyğun olaraq iddia ərizəsinin geri qaytarılması məsələsinə düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhəkəməsi üçün məcburidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə çıxarılmış qərardad ləğv edilməklə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalı, məhkəmə tərəfindən yuxarıda qeyd edilənlər nəzərə alınaraq hazırki iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılmaqla qanuni və əsaslı qərardad çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2(002)-2538/2023 saylı qərardadı ləğv edilməli, İddiaçı iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2(002)-2538/2023 saylı qərardadı ləğv edilsin. İddiaçı iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar