Məhkəmə qərarları › İş №2(103)-124/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-124/2024

05.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-124/2024 05.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X28 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X29 və X35 cəlb edilməklə) maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-6082/2021 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh3 MMC tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bank "xxxx" ASC-nin Premium filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, AKL-006/12P saylı kredit müqaviləsinə əsasən İddiaçı 60 ay müddətə, illik 17 faiz ödəmək şərti ilə 88.032 (səksən səkkiz min otuz iki) manat məbləğində Bank "xxxx" ASC-nin Premium filialında kredit götürmüşdür. Bank "xxxx" ASCnin Premium filialı ilə İddiaçı arasında 27 sentyabr 2012-ci il tarixli, AKL-006/12P saylı girov müqaviləsinə əsasən mülkiyyətçi İddiaçı 60 ay müddətinə 880,32 manat (səkkiz yüz səksən manat otuz iki qəpik) məbləğində verilən kreditin və ona hesablanmış faizlərin, habelə qanunvericiliyə və bu müqaviləyə əsasən digər ödənişlərinin qaytarılmasının təminatı kimi “Lexus LX 570” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı (xx.xx.2014-cü il tarixli razılıq məktubu əsasında **-VD-*** d.q.n.) avtomobil ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişdirlər.

2. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi 58.463,22 manat əsas borc, 6.460,20 manat faiz borcu, 300 manat cərimə olmaqla ümumilikdə 65.223,42 manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı tutularaq Bank BTB ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, 58.463,22 manat əsas borc, 6460.20 manat faiz borcu, 300 manat cərimə olmaqla ümumilikdə 65.223,42 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq Bank BTB ASC-nin xeyrinə ödənilməsi qət edilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-4892/17 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

3. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(088)-10/2017 saylı hökmü ilə hazırki iş üzrə cavabdehlər Cavabdeh1 CM-in 206.3.1 və 206.3.2-ci maddələri ilə təqsirli bilinərək, 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, tutulduğu, həbsdə və ev dustaqlığında saxlandığı 1 il 9 ay 7 gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 3 il 2 ay 23 gün azadlıqdan məhrum etmə cəzası saxlanılaraq, CM-nin 70-ci maddəsinə əsasən cəzasının 2 il sınaq müddəti ilə şərti hesab edilməsi, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh2 isə CM-nin 308.2-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsinə əsasən 1 il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmə əsasən Cavabdeh1 qabaqcadan əlbir olan bir qrup halında X17 mülkiyyətindən olan, Bank "xxxx" ASC-də ipoteka ilə yüklü edilmiş, 70.000 manat dəyərində “Lexus LX570” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomaşını Azərbaycan Respublikası ərazisindən qaçaqmalçılıq yolu ilə çıxarmaq məqsədi ilə xx.xx.2014-cü il tarixdə tanışı - Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin “Sərhəddə icazə blanklarının verilməsinə nəzarət” şöbəsinin baş müfəttişi vəzifəsində işləyən Cavabdeh2 xidmətdə olduğu “Sınıq körpü” gömrük postununu nəqliyyat ixrac xəttində gömrük nəzarətindən keçən avtomaşınların sıxlığını görə sənədləri təqdim etmədən növbədən kənar rəsmiləşdirmə aparmasını xahiş edib avtomaşının öz mülkiyyətində olması barədə yalan məlumatları verərək vəzifəli şəxs – Cavabdeh2 qulluq mənafeyi tələb etdiyi halda gömrük sərhəd buraxılış məntəqələrindən keçirilən nəqliyyat vasitələrinin sənədlərini yoxlamaq və digər qulluq səlahiyyətlərindən istifadə etməyərək avtomaşının sənədlərini tələb edib yoxlamadan elektron imza kartı ilə informasiya resursuna həmin məlumatların yalan olduqlarını bilmədən daxil etməklə avtomaşının onun adına “müvəqqəti ixrac” gömrük prosüdurunda rəsmiləşdirərək vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ona verdiyi qeydiyyat kodu əsasında avtomaşını həmin tarixdə gömrük postunda avtomaşını Gürcüstan istiqamətinə Azərbaycan Respublikası gömrük sərhədindən sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə külli miqdarda keçirib qaçaqmalçılıq etmişdir.

4. Qeyd olunan hökm ilə müəyyən olunur ki «… Lexus LX 570» markalı … 10 VD-570 dövlət qeydiyyat nişanlı avtomaşın… İddiaçı mülkiyyətindədir. … həmin avtomobil isə X29 və X35 ilə birlikdə X21 və X22 aldadaraq Qismət Əhədovdan ələ keçirilmiş, sonuncu əməllə bağlı ibtidai istinaq orqanı tərəfindən cinayət işindən ayrıca cinayət işi ayrılmışdır. Cavabdeh1 isə qeyd olunan avtomobili Azərbaycan Respublikasından qanunsuz keçirilməsini təşkil etmişdir. Həmin xüsusat cinayət işində olan və tədqiq edilmiş telefon danışıqları, SMS mətnləri ilə sübuta yetirilir.»

5. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(104)-304/2018 saylı qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(088)-10/2017 saylı hökmü Cavabdeh1 münasibətdə dəyişdirilmiş, hökmdən Cavabdeh1 CM-in 206.3.1 və 206.3.2-ci maddələri ilə təyin edilmiş cəzanın həmin Məcəllənin 70-ci maddəsinə əsasən şərti hesab edilməsi ilə bağlı müddəalar çıxarılmış, həmin hökmlə Cavabdeh1 CM-in 206.3.1 və 206.3.2-ci maddələri ilə təyin edilmiş 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasının 3 il 2 ay 23 gün hissəsi icraya yönəldilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəli xx.xx.2018-ci il tarixdən hesablanması qərara alınmışdır.

6. Azərbaycan Respublikası Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli, 1(102- 630/2019 saylı qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 1(104)- 304/2018 saylı qərarı qüvvədə saxlanılmışdır.

7. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1 (088)-10/2017 saylı hökmünün məzmununda olan iddiaçının zərərçəkmiş şəxs qismində verdiyi ifadəsindən görünür ki, o, 2012-ci ilin sentyabr ayında “Lexus”un rəsmi idxalçısı "xxxx" Bankın ipoteka müqaviləsi ilə ilkin ödəniş edib JTJHY00W304103094 ban nömrəli, ağ rəngli "Lexus” LX 570 markalı avtonəqliyyat vasitəsini almışdır. Həmin avtonəqliyyat vasitəsi DYR-də öz adına qeydiyyata alınmış, ona **-RO-*** dövlət nömrə nişanı verilmişdir. Həmin vaxtdan etibarən avtonəqliyyat vasitəsi aylıq 2186 manat ödənilməklə onun istifadəsində olmuşdur. 2014-cü ilin sentyabr ayında həmin avtomaşını yeni “X52” markalı avtomobilə dəyişmək qərarına gəlmişdir. Bununla əlaqədar avtomobili Badamdar qəsəbəsi avtonəqliyyat vasitələrinin satış mərkəzində yerləşən “Mir” avtosalonuna 40.000 ABŞ dolları və qalan 60.000 kredit borcunun banka ödənilməsi şərti ilə avtosalonun satış meneceri X1. Bu barədə "xxxx" banka həmin tarixdə məlumat vermişdir. Bundan sonra avtosalonun meneceri O.S.Əhədov "Lexus” LX 570 markalı üzərindən **-RO-*** dövlət nömrə nişanını DYPİ-yə təhvil vermişdir. Avtomobili **-VD-*** dövlət nömrə nişanı ilə qeydiyyata qoymuşdur. xx.xx.2014-cü il tarixdə Q.S.Əhədov onun ***-***-**-** mobil nömrəsinə zəng vuraraq "Lexus” LX 570 markalı avtomobili satması barədə məlumat vermişdir. 2015-ci ilin fevral ayında ona "xxxx" bankın problemli kreditlər şöbəsindən zəng vurub gecikdirilməsini bildirmişlər. O isə X14 zəng vuraraq narazılığını bildirmişdir. O cavab olaraq avtomobilin tapılması istiqamətində hərəkətlər edəcəyini vəd etmişdir. Şəxsi tanışlıqları hesabına **-VD-*** dövlət nömrə nişanlı avtomobilin Anar adlı şəxsin Azərbaycan Respublikasının ərazisindən çıxardığını öyrənmişdir. Lakin avtomobilin sonrakı aqibəti barədə xəbəri olmamışdır. Sonra Anarı tapmış, Qismət, Anar və o, görüşüb bu barədə söhbət etmişlər. Anar avtomobili tanışının xahiş etdiyinə görə ölkə ərazisindən çıxardığını, avtomobilin başqa şəxsə məxsus olmasını bilməmişdir. Anardan Arifin telefon nömrəsini almış və onunla telefon əlaqəsi saxlamışdır. Arif avtomobili gömrük məntəqəsindən onun buraxdığını bildirmişdir. Ona 60.000 ABŞ dolları zərər dəymişdir. Bank həmin pulu ondan tələb edir. Zərərçəkmiş şəxs İddiaçı ifadəsində həmçinin bildirmişdir ki, o 4-5 il əvvəl Qismətə “BMW” markalı avtomobil alarkən etibarnamə vermişdir. Həmin etibarnamənin müddəti xatırladığı qədər beş ya da on illik olmuşdur. Etibarnamədə konkret avtomobilin adı qeyd edilmir. Qismətə başqa etibarnamə isə verməmişdir. Qismət ona verdiyi həmin etibarnamə əsasında onun icazəsi olmadan digər şəxsə etibarnamə vermiş, avtomobili satmışdır. Əslində isə Qismətin avtomobil üzərində alqı-satqı etmək səlahiyyəti olmamışdır. Avtomobilin texniki pasportunda onun özgəninkiləşdirilə bilməməsi barədə qeydiyyat olmuşdur. Ona bir aylıq etibarnamə isə verməmişdir. İbtidai istintaq zamanı da belə ifadə verməmişdir. O, banka 40.000 ABŞ dolları ödəmiş, 60.000 ABŞ dolları isə qalmışdır. Avtomobili satarkən avtoservislə alqısatqı müqaviləsi bağlamamışdır. Sonradan avtomobili Anar Məcidovun ölkə ərazisindən çıxarması ona məlum olmuşdur. O, Anara avtomobil verməmişdir. Anarı avtomobil ölkə ərazisindən çıxarıldıqdan sonra, işlə bağlı istintaq başlandıqdan sonra tanımışdır. Qismət isə avtomobili Rövşən adlı şəxsə satmışdır. Qismət avtomobili satıb ona 38.000 ABŞ dolları verməli olmuşdur. Avtosalona avtomobili verərkən heç bir sənədləşmə aparmamışdır. O, avtomobilin ipoteka ilə yüklü edildiyini bilmiş, banka avtomobili satacağı barədə yazılı məlumat vermişdir. Lakin avtomobili başqa şəxsə satmaq üçün bankla şifahi qaydada razılaşmışlar. Avtomobilin nömrəsini dəyişmək üçün rəsmi məktub almışdır. Qismət avtomobili Rövşən adlı şəxsə sataraq, 30.000 ABŞ dollar beh almış, lakin həmin puldan ona verməmişdir. Bu barədə banka məlumat verməmişlər. Anar Məcidova qarşı şikayətçidir. Avtomobilini ondan tələb edir. Digər təqsirləndirilən şəxslərdən şikayəti yoxdur.

8. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)- 7758/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Bank "xxxx" ASC və X14 qarşı avtomobilin dəyəri olaraq 100.000 ABŞ dollarının, cavabdeh Bank BTB ASC-dən 10.000 manat dəymiş zərərin tutularaq iddiaçıya ödənilməsi barədə iddiası rədd edilmişdir. Məhkəmənin gəldiyi qənaət belə olmuşdur ki, "Lexus” LX 570 markalı avtomobilə dair vəkalət iddiaçı tərəfindən X18 verildiyindən, məhkəmə tərəfindən cavabdeh X12 dəymiş ziyana görə təqsiri müəyyən olunmadığından və avtomobilin faktiki sahibliyindən çıxması birbaşa R.İsmayılovla əlaqələndirildiyindən iddia tələbi cavabdeh Q.Əhədova münasibətdə təmin oluna bilməz. Bununla yanaşı, cavabdeh Q.Əhədova qarşı yönəlmiş iddia tələbi üzrə iddiaçı tərəfindən iddia müddəti də ötürülmüşdür.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-3884/2020 nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-1430/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3884/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

11. X12 Bakı şəhəri Yasamal RPİ-nin rəisinə yazdığı xx.xx.2015-ci il tarixli ərizəsindən və aidiyyatı dövlət qurumlarına yazdığı xx.xx.2017-ci il tarixli izahatının məzmunundan görünür ki, xx.xx.2014-cü il tarixdən işlədiyi Yasamal rayonu ərazisində yerləşən Bakı Avtomobil satışı mərkəzindəki «Mir» avtosalonuna X32 maşın almaq üçün ona müraciət etdi. O, BTB bankda girovda olan ağ rəngli «Lexus” LX 570 markalı **-VD-*** dövlət nömrə nişanlı avtomobili bəyənərək almaq qərarına gəldi. O, ilkin ödəniş olaraq 28.000 ABŞ dollarını ödəyərək və banka olan 58.000 manatı ödəməyi 1 ay ərzində öhdəsinə götürdü, lakin maşını aldıqdan sonra banka olan borcu ödəməmiş, maşını qaytarmaqdan boyun qaçırmışdır. Hal-hazırda avtomobil İddiaçı adınadır. O maşını ona satarkən 1 ay müddətinə İddiaçı ona olan mülkiyyət etibarnaməsi əsasında vermişdir. Xahiş edir ki, X36ünün qanunsuz əməllərinin ifşa olunmasına və məsuliyyətə cəlb olunmasına göstəriş verilsin.

12. X19 xx.xx.2008-ci il tarixdən «Mir» avtosalonuna meneger vəzifəsində qəbul olunmuş, xx.xx.2011-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2013-cü il tarixdən isə Cavabdeh3 MMC-yə qeyri-ərzaq malları üzrə satıcı nəzarətçi-kassir vəzifəsinə təyin edilmişdir.

13. İddiaçı xx.xx.2009-cu il tarixli, ƏN-İ 188500 saylı etibarnamə ilə bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi X14 etibar etmiş və etibarnamə 5 il müddətinə verilərək xx.xx.2014- cü ilədək qüvvədə olmuşdur.

14. İddiaçı və X19 da öz növbələrində daşınar əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi və s. səlahiyyətləri X23 xx.xx.2014-cü il tarixli ƏN-İ 472589 saylı etibarnamə ilə etibar etmişlər və etibarnamənin qüvvədə olmasının son müddəti xx.xx.2014-cü il tarixidir.

15. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə X37 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.3,188.1, 32.3,188.2, 206.3.1, 206.3.2, 32.3,222-2.1, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 178.3.2-ci maddəsi ilə 7 il müddətinə, Cinayət Məcəlləsinin 32.3,188.1-ci maddəsi ilə 1 il müddətinə, Cinayət Məcəlləsinin 32.3,188.2-ci maddəsi ilə 2 il müddətinə, Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2-ci maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 32.3,222-2.1-ci maddəsi ilə 1 il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə cəza təyin edilməmiş, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə növündə əsas və müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 1 il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 9 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə X30 təyin edilmiş 7 il müddətə azadlıqdan məhrumetmə cəzasına tətbiq olunan 2 il sınaq müddəti ilə şərti məhkum etmə ləğv edilmiş, Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinə əsasən X30 hazırkı hökmlə təyin olunan 1 il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına Bakı Ağır cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü üzrə təyin edilmiş 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası qismən birləşdirilməklə cəza çəkməsi üçün ona qəti olaraq 1 il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, məhkəməyədək icraat mərhələsində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlanıldığı 2 gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılsın və cəza çəkməsi üçün üzərində qəti olaraq 9 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır.

16. Hökmə əsasən X37 özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq dələduzluqla ələ keçirərək qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılmasını təmin etmək məqsədi ilə tanışları Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il və xx.xx.2019cu il tarixli tarixli hökmlərinə əsasən məhkum edilmiş Cavabdeh1, Gəngə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən məhkum edilmiş X29, həmçinin X27 və şəxsiyyətləri araşdırılmaqda davam etdirilən qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Bakı şəhərində yerləşən müxtəlif banklarda girov qoyulmuş avtomobilləri ucuz qiymətə alıb ölkədən çıxarmaqla Rusiya Federasiyasında satışını təşkil etmək barədə razılığa gələrək İddiaçı tərəfindən Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Premium” filialı ilə bağlanılmış AKL-008/12P nömrəli kredit müqaviləsinin təminatı olaraq banka girov qoyulmuş 70.000 manat dəyərində 2012ci il buraxılışlı “Lexus LX 570” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı tərəfindən Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən “Mir” avtomobil satış mərkəzinə satışa qoyulması barədə məlumat əldə edib İddiaçı etibarnamə üzrə təmsil etmək hüququna malik cinayətə aidiyyəti olmayan “Mir” avtomobil satış mərkəzində satıcı işləyən X14 həmin dövrün məzənnəsi ilə 22.355,4 manat təşkil edən 28.500 ABŞ dollarını ödəyərək İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Premium” filialından götürdüyü 88032 manat kreditin qalıq məbləğini bir ay müddətində banka ödəyəcəklərinə inandırmaqla aldadıb Qismət Əhədova Bakı şəhəri 19 saylı notariat kontorunda İddiaçı tərəfindən etibar edilmiş səlahiyyətlərin başqa şəxsə verilməsi də istisna edilməməklə daşınmaz əmlakdan başqa bütün əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi və digər hüquqların 17 sentyabr 2014-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 24a ünvanında yerləşən ünvan 2 X23 verilməsinə nail olaraq avtomobili etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib zərərçəkmiş şəxs İddiaçı 70.000 manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etdikdən sonra cinayətkar niyyətlərini davam etdirib avtomobili əvvəlcədən aralarında olan razılaşmaya əsasən cinayətin digər iştirakçısı Cavabdeh1 təhvil vermiş, Cavabdeh1 də öz növbəsində hmin avtomobili Azərbaycan Respublikası ərazisindən kənara qaçaqmalçılıq yolu ilə çıxarmaq məqsədi ilə 25 sentyabr 2014-cü il tarixdə tanışı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin “Sərhəddə icazə blankların verilməsinə nəzarət” şöbəsinin baş müfəttişi vəzifəsində işləyən Cavabdeh2 xidmətdə olduğu Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun nəqliyyat ixrac xəttində gömrük nəzarətindən keçən avtomobillərin sıxlığına görə sənədləri təqdim etmədən növbədən kənar rəsmiləşdirmə aparmasını xahiş edib avtomobilin öz mülkiyyətində olması barədə yalan məlumatları verərək vəzifəli şəxs Cavabdeh2 qulluq mənafeyi tələb etdiyi halda gömrük sərhəd buraxılış məntəqələrindən keçirilən nəqliyyat vasitələrinin sənədlərini yoxlamaq və digər qulluq səlahiyyətlərindən istifadə etməyərək avtomobilin sənədlərini tələb edib yoxlama aparmadan elektron imza kartı ilə 25 sentyabr 2014-cü il tarixdə saat 02:52 dəqiqədə Dövlət Gömrük Komitəsinin “Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursuna həmin məlumatları yalan olduqlarını bilmədən daxil etməklə avtomobili Cavabdeh1 adına “müvəqqəti ixrac” gömrük prosedurunda rəsmiləşdirərək vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ona verdiyi qeydiyyat kodu əsasında avtomobili həmin tarixdə və saatda Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan istiqamətinə Azərbaycan Respublikası gömrük sərhədindən sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə xeyli miqdarda keçirib qaçaqmalçılıq etmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-516/2023 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü X30 aid hissədə dəyişdirilmədən saxlanılmışdır.

18. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(100)-09/2019 saylı hökmü ilə X29 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 206.4 və 320.1-ci maddələri ilə təqsirli bilinərək ona Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cəza təyin edilməmiş, Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2-ci maddələri ilə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayə Məcəlləsinin 206.4-cü maddəsi ilə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə R.İ.Mehdiyevə qəti olaraq 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi hökm edilmişdir.

19. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli, 1(104)-265/2019 saylı qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019cu il tarixli hökmü X20 aid hissədə dəyişdirilmədən saxlanılmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

20. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 100.000 ABŞ dolları avtomobilin dəyəri, 30.000 ABŞ dolları məbləğində dəymiş maddi zərər olmaqla, 10.000 ABŞ dolları dəymiş mənəvi zərər olmaqla, cəmi 140.000 ABŞ dolları məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı banka olan öhdəliyini vaxtından əvvəl tamamilə ödəmək üçün mülkiyyətində olan ‘'Lexus” LX 570 markalı JTJHY00W304103094 ban nömrəli, 2012-ci il buraxılışlı **-RO-*** dövlət qeydiyyat nömrəli avtomaşını 2014-cü ilin sentyabr ayında Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən, X19 tərəfindən istifadə edilən “MİR” avtosalonunda 100.000 ABŞ dollarına satışa qoymuşdur. Razılığa əsasən X3 həyata keçirmək üçün etibarnamə vermişdir. Onunla birlikdə Bank "xxxx" ASC-nin “Premium” Filialına getmiş, “Lexus” LX 570 markalı JTJHY00W304103094 ban nömrəli, 2012-ci il buraxılışlı, **-RO-*** nömrəli dövlət qeydiyyatlı avtomaşın “MİR” avtosalonunda satışa qoyduğunu bildirərək həmin nömrənin avtomobilin üzərindən çıxarılması üçün DYP-yə məktub vermələrini xahiş etmiş, bank tərəfindən məktub vermiş və maşının nömrəsi dəyişdirilərək **-VD-*** olmuşdur. Avtosalon maşını 100000 manata satıb, bankın borcunu və salonun 2 faizini çıxmaqla qalan vəsaiti İddiaçı qaytarmalı idi. Yəni bankdakı öhdəlikləri yeni alıcıya keçməsini tənzimləməklə qalan vəsaiti iddiaçıya verməli idi. Lakin bir müddətdən sonra salondan bildirmişlər ki, bir alıcı gələrək maşını almaq istədiyini bildirmiş və maşını həyətdə sürərək yoxlamaq adı ilə sürüb aparmış və qaytarmamışdır. Tərəfindən dərhal polisə məlumat verilmişdir. Uzun müddət axtarışdan sonra məlum olmuşdur ki, cavabdeh Əliyev X33 Kərimin mülkiyyətində olan “Lexus” LX 570 markalı JTJHY00W304103094 ban nömrəli, 2012-ci il buraxılışlı, **- RO-*** dövlət qeydiyyat nömrəli avtomaşını hansısa vasitə ilə ələ keçirərək tanışı, Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin “Sərhəddə icazə blanklarının verilməsinə nəzarət” şöbəsinin baş müfəttişi vəzifəsində işləyən Cavabdeh2 vasitəsilə, əlbir olaraq qaçaqmalçılıq yolu ilə Gürcüstan Respublikasına keçirərək satmışlar. Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə ondan, ümumilikdə cəmi 65223.42 manat pul vəsaiti iddiaçıdan tutularaq Bank BTB ASC-yə verilməsi qət edilmişdir. Göründüyü kimi o avtomobili «Mir» Avtosalonuna (“Avtoinvest" MMC) 100.000 ABŞ dolları satışa çıxarmışdır. Bunun nəticəsində İddiaçı 100.000 ABŞ dolları dəyərində maddi ziyan dəymişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli cavab məktubundan məlum olmuşdur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan nəqliyyat vasitəsinin oğurlanaraq qaçaqmalçılıq yolu ilə Gürcüstana keçirilməsində təqsirli bilinmişlər. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(088)10/2017 saylı hökmü ilə Cavabdeh1 CM-in 206.3.1 və 206.3.2-ci maddələri ilə təqsirli bilinərək, 5 il müddətə, Cavabdeh2 isə CM-in 308.2-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsinə əsasən 1 il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(104)-304/2018 saylı qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(088)-10/2017 saylı hökmü dəyişdirilmiş, Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli, 1(102)-630/2019 saylı qərarı ilə qüvvədə saxlanılmışdır. O, nəqliyyat vasitəsini 100.000 ABŞ dolları dəyərinə satıb, banka olan borcunu ödəmək, qalan məbləğə isə yeni nəqliyyat vasitəsi əldə etmək niyyətində idi. Lakin cavabdehlərin vurduğu qəsd nəticəsində ona 100.000 ABŞ dolları dəyərində maddi ziyan dəymişdir. Bundan başqa, «Mir» Avtosalonu (“Avtoinvest" MMC) sözügedən hadisə ilə bağlı onu məlumatlandırsaydı, mülkiyyətində olan avtomobilin qaçaqmalçılıq yolu ilə ölkə xaricinə çıxarılaraq satılmasının qarşısını ala bilərdi. Bu səbəbdən bu müddət ərzində o, əldə edə biləcəyi gəlirlərdən məhrum olmuş, ona maddi və mənəvi zərər dəymişdir. Hesab edir ki, «Mir» Avtosalonu (“Avtoinvest" MMC) cavabdeh kimi işə cəlb edilməli, «Mir» Avtosalonundan keçirdiyi iztirablara görə 10.000 ABŞ dolları mənəvi zərərə görə vəsait tutularaq ona ödənilməlidir. Həmçinin hesab edir ki, cavabdehlər maşını sataraq onu 100000 ABŞ dollarından məhrum etməklə həmin vəsaiti 6 il istifadə etdiklərindən xeyli miqdarda zərər vurmuşlar. Belə ki, Mərkəzi Bankın uçot faiz dərəcəsi 2018-ci ildə 109.75%, 2019-cu ildə 9.25-7.5% arasında dəyişmiş, 2020-ci il tarixdə 7.25-6.25% arasında dəyişmişdir. Qeyd olunan faiz dərəcələrinin ən aşağı həddini götürməklə 100.000 X 5%= 5.000 ABŞ dolları X 6 il= 30.000 ABŞ dolları.

22. “Avtoinvest" MMC-nin nümayəndəsi iddianın MMC-yə münasibətdə əsassız olması barədə məhkəməyə təqdim etdiyi yazılı etirazda göstərilmişdir ki, qüvvədə olan məhkəmə qətnamə, qərar və hökmləri ilə Qismət Əhədov İddiaçı ziyan vurmaqda təqsirli bilinməmişdir və Q.Əhədovun hərəkətlərində İddiaçı hüquqlarını pozan hər hansı qəsd və ehtiyatsızlıq müəyyən edilməmişdir. Belə ki, İddiaçı cavabdeh Q.Əhədova qarşı iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia tələbinin əsası və predmeti hazırkı iddia tələbinin əsası və predmeti ilə eynidir. Həmin iş üzrə cavabdeh olan Q.Əhədov isə Cavabdeh3 MMC-nin işçisidir. Belə ki, xx.xx.2013-cü ildən Q.Əhədov Cavabdeh3 MMC-də nəzarətçi vəzifəsində işləyir. İşin ədalətli həll edilməsi üçün İddiaçıla Q.Əhədov arasında olan məhkəmə mübahisəsi əhəmiyyət kəsb edir və bununla bağlı müəyyən edilmiş faktlar birbaşa bu işdə tətbiq edilməlidir. Əmək kitabçasından da göründüyü kimi Q.Əhədov Cavabdeh3 MMC-də işə qəbul edilməmişdən əvvəl xx.xx.2008ci ildən xx.xx.2011-ci ilədək “MİR” avtosalonu kimi tanınan qardaşı X8 avtosalonunda menecer vəzifəsində işləmişdir. X15 fərdi sahibkar kimi (VÖEN **********) fəaliyyət göstərir və əmək kitabçasında da, həmin VÖEN qeyd edilmişdir. İddiaçı Q.Əhədova qarşı qaldırdığı iddia ərizəsində qeyd edir ki, - Göründüyü kimi, mən avtomobili “Mir Avtosalon”un sahibinin qardaşı X14 şifahi razılaşmaya əsasən satmışam”. Deməli, İddiaçı ən azı 2008-ci ildən “MİR” avtosalonun sahibi kimi Məhərrəm Q.Əhədovu “MİR” avtosalonun meneceri kimi tanıyır və Q.Əhədovla dost olmuşlar və uzun illərdir bir-birlərinə etimad edərək aralarında ticarət münasibətləri olmuşdur və aralarında avtomobillərin alışısatışı olmuşdur. Məhz buna görə də, İddiaçı hələ xx.xx.2009-cu il tarixində 5 il müddətinə, (Q.Əhədovun qardaşının “MİR” avtosalununda işlədiyi dövrdə) Q.Əhədova etibarnamə verərək, ona özünün “bütün daşınar əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi” və digər səlahiyyətləri vermişdir (həmin etibarnamə əlavə olunur). İddiaçı Q.Əhədova satdığı “Lexus LX 570” markalı avtomobilin əvəzində isə X52 markalı avtomobili almışdır. Q.Əhədov da İddiaçı aldığı avtomobili ona verilmiş həmin etibarnamə əsasında “Lexus” LX 570 markalı avtomobili X6 ona İddiaçı adından xx.xx.2014-cü il tarixində etibarnamə vermişdir. Məhz buna görə də, 2015-ci ilin fevral ayında avtomobilin oğurlanması faktı aşkar edidlikdə, bu barədə Bakı şəhər Yasamal RPİ-nə xx.xx.2015-ci ildə ərizə ilə ilk müraciət edən şəxs İddiaçı deyil, Q.Əhədov özü olmuşdur. İddiaçının məhkəməyə təqdim etdiyi - onun Q.Əhədova qarşı qaldırdığı iddia üzrə qüvvədə olan 2(011)-7758/2019 saylı xx.xx.2019-cu il tarixli Bakı şəhər Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə aşağıdakı faktlar müəyyən edilmişdir: -... həmçinin İddiaçı həmin avtosalondan X52 markalı maşını götürərək, ilkin ödəniş kimi 28.000 ABŞ dolları məbləği ilə əvəzləşdirmişdir (qətnamə: səh. 3, abz. 1); - ƏN-İ 472589 saylı, xx.xx.2014-cü il tarixli etibarnamənin surətindən görünür ki, etibar edənlər İddiaçı və X19 daşınar əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi və s. səlahiyyətləri X23 etibar etmişlər və etibarnamənin qüvvədə olmasının son müddəti xx.xx.2014-cü il tarixidir (qətnamə: səh. 3, abz. 6); - ƏN-İ 188500 saylı, xx.xx.2009-cu il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi X14 etibar etmişdir, etibarnamə 5 il müddətinə verilərək xx.xx.2014-cü ilədək qüvvədə olmuşdur (qətnamə: səh. 3, abz. 7); Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı və X19 eyni vaxtda daşınar əmlakı idarə etmək, onun üzərində sərəncam vermək və s. səlahiyyətləri X23 etibar etmişlər və etibarnamənin qüvvədə olmasının son müddəti xx.xx.2014-cü il tarixidir... (qətnamə: səh. 4, abz. 2); - İddiaçı bankda girovda olan avtomobilin satılması barədə 2015-ci ilin fevral ayında məlumatı olmuşdur (qətnamə: səh. 4, abz. 2); - Bununla belə, cavabdehlər tərəfindən iddiaçıya 100.000 ABŞ dolları pul və mənəvi zərərə görə 10.000 manat məbləğində ziyan dəyməsi, o cümlədən mübahisəli avtomobilin sayılması ilə iddiaçıya dəymiş ziyana görə cavabdehləri təqsirliyi, həmçinin vəkalət əsasında tapşırığın düzgün icra olunmamasında Q.Soltanovun qəsdi və ya kobud ehtiyatsızlığı halları məhkəmə tərəfindən müəyyən olunmadı (qətnamə: səh. 4, abz. 2); - Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli avtomobilə dair vəkalət iddiaçı tərəfindən X23 verildiyindən, məhkəmə tərəfindən cavabdeh X12 dəymiş ziyana görə təqsiri müəyyən olunmadığından və avtomobilin faktiki sahibliyindən çıxması barədə İslamovla əlaqələndirilidiyindən iddia tələbi cavabdeh Q.Əhədova münasibətdə təmin oluna bilməz. Həmçinin məhkəmə hesab edir ki, cavabdeh Q.Əhədova qarşı yönəlmiş iddia tələbi üzrə mübahisə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tapşırıq müqaviləsinə dair normalarına uyğun həll edilməli, bununla yanaşı iddia tələbi əsassız olduğuna görə iddia müddəti də tətbiq olunmalıdır (qətnamə: səh. 4, abz. 3) - Qüvvədə olan 2(011)-7758/2019 saylı xx.xx.2019-cu il tarixli Bakı şəhər Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilməmiş və yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanmışdır. Bundan başqa iddiaçının məhkəməyə təqdim etdiyi zərərçəkmiş şəxs kimi tanınma haqqında xx.xx.2017-ci il tarixli qərardan görünür ki, həmin cinayət işi üzrə İddiaçı maddi ziyan dəydiyindən zərərçəkmiş şəxs kimi tanınmışdır. Bundan başqa iddiaçının məhkəməyə təqdim etdiyi 1(088)-10/2017 saylı xx.xx.2017-ci il tarixli Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmündə zərərçəkmiş şəxs olan İddiaçı öz ifadəsində aşağıdakıları göstərmişdir: - “2014-cü ilin sentyabr ayında həmin avtomaşını yeni “X52” markalı avtomobilə dəyişmək qərarına gəlmişdir. ” (hökm: səh. 43, abz 5); - “avtomobili X2” “18 sentyabr 2014- cü il tarixində Q.S.Əhədov onun ***-***-**-** mobil nömrəsinə zəng vurub “Lexus LX 570” markalı avtomobili satması barədə məlumat vermişdir” (hökm: səh. 44, abz 1); - Avtomobili satarkən avtoservislə alqı-satqı müqaviləsi bağlamamışdır (hökm: səh. 44, abz 2); - Həmin avtomobil isə X29 və X37 birlikdə X24 və X22 aldadaraq Qismət Əhədovdan ələ keçirilmiş, sonuncu əməllə bağlı ibtidai istintaq orqanı tərəfindən işindən ayrıca cinayət işi ayrılmışdır (hökm: səh. 79, abz 6) - Hökmdən güründüyü kimi iddiaçı onun Q.Əhədova verdiyi etibarnamə əsasında avtomobili satmış və bu barədə iddiaçıya hələ 18 sentyabr 2014-cü ildə məlumat vermişdir. Həmin vaxtdan iddiaçı avtomobilinin satıldığını bilmiş və buna dair hər hansı etirazı olmamışdır. Yəni iddiaçının hər hansı hüququları pozulmuş olsaydı belə, bundan artıq 7 (yeddi) il əvvəl məlumatı var idi. Deməli İddiaçı tərəfindən həm də iddia müddəti ötürülmüşdür və məhkəmə tərəfindən iddia müddəti də tətbiq edilməlidir. Cavabdeh olaraq Cavabdeh3 MMC iddia müddətinin tətbiq edilməsini xahiş edir. - Həmin hökmə və 1(104)-304/2018 saylı xx.xx.2018-ci il tarixli Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Qərarına əsasən Cavabdeh1 və Cavabdeh2 törətdikləri əməllərə görə təqsirli bilinmişlər. - Hökmdən həmçinin aydın olur ki, İddiaçı ilə "xxxx" MMC arasında yazılı müqavilə bağlanmamışdır. "xxxx" MMC-nin və onun rəhbərliyinin bütün bu proseslərdən ümumiyyətlə məlumatı olmamışdır.

23. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)- 6082/2021 nömrəli qətnaməsi ilə (hakim T.B.Axundov) iddia qismən təmin edilmiş, Cavabdeh3 MMC-dən 47.600 manat məbləğində pul vəsaitinin (qətnamə çıxarılan tarixə 28.000 ABŞ dollarının Azərbaycan manatının məzənnəsinə uyğun olan məbləği) tutularaq İddiaçı verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 22.400 manat, eləcə də, mənəvi zərərin əvəzi olaraq 2.000 manat məbləğində pul vəsaitinin müştərək qaydada tutularaq İddiaçı verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

24. Məhkəmə belə qənaətə gəlmişdir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-7758/2019 nömrəli qətnaməsi hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb etmir, lakin həmin qətnamədə əksini tapmış müəyyən hallar hazırki iddianın əsaslılığına hüquqi qiymət verilməsi üçün zəruridir. Həmin iş üzrə cavabdeh X12 İddiaçı «Mir» avtosalondan X52 markalı maşını götürərək, ilkin ödəniş kimi 28.000 dollar məbləğ ilə əvəzləşdirməsini bildirməsi faktı heç bir sübutla təsdiq edilməmiş, bu halın mövcudluğu da sözügedən qətnamə ilə müəyyən edilməmişdir. Qətnamədə bu halı yalnız X12 nümayəndəsi izahatında bildirmişdir ki, izahat da, məhkəmənin həmin faktı müəyyən edilməsi kimi qiymətləndirilmir.

25. Məhkəmə daha sonra qeyd etmişdir ki, baxılan iş üzrə “Avtoinvest" MMC-nin nümayəndəsi də, İddiaçı Q.Əhədova satdığı “Lexus LX 570” markalı avtomobilin əvəzində isə X52 markalı avtomobili almasına istinad etsə də, bu faktın mövcudluğunu təsdiq edən hər hansı sübut növünü məhkəməyə təqdim etməmişdir.

26. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin iddiaya etirazında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmündə zərərçəkmiş şəxs olan İddiaçı öz ifadəsində 2014-cü ilin sentyabr ayında həmin avtomaşını yeni “X52” markalı avtomobilə dəyişmək qərarına gəlməsini göstərməsinə istinad etməsi də əsassızdır. İddiaçı hazırki məhkəmə iclasında da belə bir niyyəti olmasını gizlətməmişdir, lakin qiymətləri sərf etmədiyi üçün məhz avtasalon tərəfindən bunun həyata keçirmədiyini və avtomobilli ona vermədiklərini bildirmişdir.

27. Məhkəmə cavabdehin iddiaya olan etirazının əsası kimi iddiaçının bankda girovda olan avtomobilin satılması barədə 2015-ci ilin fevral ayında məlumatlı olmasına istinad etməsinə hüquqi qiymət verərək qeyd etmişdir ki, həqiqətən də iddiaçıya avtomobilinin satılması barədə məlumat verilmiş, buna görə də o, bu barədə ona Q.Əhədovun məlumat verməsində qeyri-adi hər hansı hal görməmişdir. Lakin iddiaçının həm məhkəmədə, həm də hökmdə olan izahatından görünür ki, 2015-ci ilin fevral ayında ona "xxxx" bankın problemli kreditlər şöbəsindən zəng vurub kredit ödənişlərinin gecikdirilməsini bildirəndən sonra X14 zəng vuraraq narazılığını bildirmiş, sonuncu cavab olaraq avtomobilin tapılması istiqamətində hərəkətlər edəcəyini vəd etmişdir. Sonradan şəxsi tanışlıqları hesabına **-VD-*** dövlət nömrə nişanlı avtomobilin Anar adlı şəxsin Azərbaycan Respublikasının ərazisindən çıxardığını öyrənmişdir. İş materiallarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdehin də etirazında etiraf etdiyi kimi 2015-ci ilin fevral ayında avtomobilin oğurlanması faktı aşkar edildiyi üçün bu barədə Bakı şəhər Yasamal RPİ-nə xx.xx.2015-ci ildə ərizə ilə ilk müraciət edən şəxs İddiaçı deyil, Q.Əhədov özü olmuşdur. Bu isə avtomaşının məhz cavabdeh MMC-nin əməkdaşı olan Q.Əhədov tərəfindən satılmasının və bu barədə də iddiaçıya məlumat verməsinin bir daha təsdiqidir. Həmçinin sözügedən qanuni qüvvəsini almış qətnamədən də görünür ki, X19 (onun nümayəndəsinin izahatı) iddiaçının ona etibarnamə verməsini, sonuncunun isə həmin etibarnamə əsasında iddiaçının iradəsini yerinə yetirməsini göstərmişdir. Cavabdeh tərəfin hazırki iş üzrə iddiaya etirazında da göstərdiyi kimi, Q.Əhədov da, İddiaçı aldığı avtomobili ona verilmiş həmin etibarnamə əsasında “Lexus” LX 570 markalı avtomobili X6 ona İddiaçı adından xx.xx.2014-cü il tarixində etibarnamə vermişdir. Göründüyü kimi, cavabdeh MMC iddiaçının adından avtomaşının satılması ilə bağlı etibarnamə üzrə verilən səlahiyyətlər həddində Q.Əhədovun müəyyən hərəkətlərinin etməsini etiraf etmişdir. Q.Əhədovun isə həmin vaxtı cavabdeh MMC-nin əməkdaşı olması işin mübahisəsiz halıdır.

28. Məhkəmə iddiaya olan etirazın dəlilləri ilə bağlı həmçinin qeyd etmişdir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(088)-10/2017 nömrəli hökmünün məzmununda "xxxx" MMC-nin və onun rəhbərliyinin İddiaçı mülkiyyəti olan avtomaşının MMC-nin əməkdaşı olan X19 tərəfindən satılması ilə müşayət olunun proseslərdən ümumiyyətlə məlumatı olmamasına dair hər hansı qeyd yoxdur. Həmçinin məhkəmə cavabdeh tərəfindən MMC-nin bütün bu proseslərdən xəbərdar olmamasına dair qeydlərin olması ilə bağlı irəli sürülən dəlilləri də inandırıcı saymır. Ən azından ona görə ki, iddiaya etirazdan da görünür ki, sözügedən avtosalonun sahibi X12 qardaşı, fərdi sahibkar X10r.

29. Məhkəmə daha sonra qeyd edir ki, cavabdeh MMC-nin əməkdaşı iddiaçının mülkiyyətində olan avtomaşını onun adına verilmiş etibarnamədən istifadə etməklə ilkin olaraq 28.000 ABŞ dollarını alması və hazırki vaxta kimi də həmin məbləğin iddiaçıya qaytarılmaması ilə onun hesabına əsassız varlanmışdır. Odur ki, məhrum olanın tələbi ilə əldə etdiklərini qaytarmalıdır.

30. Məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdehlər Bank BTB ASC və X14 qarşı avtomobilin dəyəri olaraq 100.000 ABŞ dollarının tutulmasına dair iddiasının rədd edilməsinə dair qanuni qüvvəsini almış məhkəmə qərarlarının olmasına, həmin qətnamə ilə mübahisəli avtomobilin satılması ilə iddiaçıya dəymiş ziyana görə cavabdehlərin təqsirliyi, həmçinin vəkalət əsasında tapşırığın düzgün icra olunmamasında Q.Əhmədovun qəsdi və ya kobud ehtiyatsızlığı halları məhkəmə tərəfindən müəyyən olunmamasına, mübahisəli avtomobilə dair vəkalət iddiaçı tərəfindən X23 verildiyindən, məhkəmə tərəfindən cavabdeh X12 dəymiş ziyana görə təqsiri müəyyən olunmamasına və avtomobilin faktiki sahibliyindən çıxmasının birbaşa R.İslamovla əlaqələndirildiyindən iddia tələbinin cavabdeh Q.Əhədova münasibətdə təmin oluna bilməməsinə baxmayaraq işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, X19 məhz Bakı Avtomobil satışı mərkəzindəki «Mir» avtosalonu adı altında fəaliyyət göstərən avtosalunu “Avtoinvest" MMC avtosalonunun əməkdaşı olmaqla işlədərək, İddiaçı mülkiyyətində olan «Lexus» LX 570 markalı **-VD-*** dövlət nömrə nişanl avtomobili etibarnamə əsasında 2014-cü ilin sentyabr ayında X4 və buna görə ondan ilkin olaraq 28.000 ABŞ dolları alması faktı tam təsdiq edilir. Bu halların mövcudluğu isə satışla bağlı alınmış 28.000 ABŞ dolları məbləğinə münasibətdə Q.Əhədovun işçisi olduğu cavabdeh MMC-nin iddiaçı qarşısında mülki məsuliyyət daşımasının birbaşa təsdiqidir. Başqa sözlə, alqı-satqı ilə bağlı iddiaçı ilə cavabdeh MMC arasında hər hansı sənədləşdirmənin aparılmaması, MMC-nin əməkdaşı olmuş Q.Əhədovun avtosalona satış üçün qoyulmuş avtomaşını satmaqla ilkin olaraq 28.000 ABŞ dollarını alması faktının mövcudluğu fonunda MMC-nin iddiaçı qarşısında mülki məsuliyyət daşımamasını istisna etmir.

31. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının əsassız varlanma obyektini qaytarmaq hüququ Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(104)- 304/2018 saylı qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 may 2017-ci il tarixli 1 (088)-10/2017 saylı hökmü qanuni qüvvəsini aldığı andan hesablandığından onun tərəfindən qeyd edilən normada təsbit edilmiş müddət buraxılmamışdır.

32. Məhkəmə iddia tələblərinə hüquqi qiymət verməyə davam edərək daha sonra qeyd etmişdir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(088)- 10/2017 saylı hökmündən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 sentyabr 2015-ci il tarixli, 16587 saylı ekspert rəyindən görünür ki, 2012-ci il buraxılışlı, ‘'Lexus LX 570" markalı avtomobilin 25 sentyabr 2014-cü il tarixə dəyəri 70.000 manat müəyyən edilir. Avtomaşının “Avtoinvest" MMC-nin satış salonundan satılmasından sonra baş verən hadisələrin axarı cinayət əməlləri ilə müşayiət olunmasına baxmayaraq hazırki mövcud durumda avtosalon tərəfindən onun əməkdaşının vasitəsilə salonda olmuş və oradan da satılan avtomaşına görə alınmış 28.000 ABŞ dolları məbləğində pula münasibətdə MMC iddiaçı qarşısında mülki məsulliyət daşıyıcıdır və həmin məbləğ Azərbaycan manatının ABŞ dollarının məzənnəsinə uyğun (28000 x 1.70 manat=46.000 manat) olaraq MMC-dən iddiaçının xeyrinə tutulmalıdır.

33. Məhkəmə qeyd edilən hallarla yanaşı eyni zamanda belə nəticəyə gəlmişdir ki, avtomaşının müəyyən edilmiş dəyərinin digər 24.000 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalıdır. Belə ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1 (088)-10/2017 saylı hökmü ilə müəyyən edilmişdir ki, «Lexus LX 570» markalı, JTJHY00W304103094 ban nömrəli, 2012-ci il buraxılışlı, **- VD-*** dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2014-cü il tarixdə saat 02:52-də Tovuz Gömrük İdarəsinin «Sınıq Körpü» gömrük postunda Azərbaycan Respublikası gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilmişdir. «Lexus LX 570» markalı, JTJHY00W304103094 ban nömrəli, 2012-ci il buraxılışlı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Azərbaycan Respublikası DİN-nin BDYPİ-dən alınmış 016-39958-1215 nömrəli, xx.xx.2015-ci il tarixli məktubuna əsasən İddiaçı mülkiyyətindədir. İddiaçı ilə Bank "xxxx" ASC-nin Premium filialı arasında AKL-006/12P nömrəli, xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsi əsasında həmin avtomobil ipoteka ilə yüklü edilmişdir. Həmin avtomobil isə X29 və X37 birlikdə X24 və X22 aldadaraq Qismət Əhədovdan ələ keçirilmiş, sonuncu əməllə bağlı ibtidai istintaq orqanı tərəfindən cinayət işindən ayrıca cinayət işi ayrılmişdır. Cavabdeh1 isə qeyd olunan avtomobili Azərbaycan Respublikasından qanunsuz keçirilməsini təşkil etmşidir. Həmin xüsusat cinayət işində olan və tədqiq edilmiş telefon danışıqları, SMS mətnləri ilə sübuta yetirilir. Hökmlə daha sonra müəyyən edilmişdir ki, Cavabdeh1 və Rəşad Dadaşovla yanaşı bu cinayət əməlinin törədilməsində xüsusi subyekt- Tovuz Gömrük İdarəsinin «Sərhəddə icazə blanklarının verilməsinə nəzarət» şöbəsinin əməkdaşı Cavabdeh2 iştirakı müəyyən edilmişdir. Belə ki, həmin iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh2 həmçinin «Lexus LX 570» markalı, JTJHY00W304103094 ban nömrəli, 2012-ci il buraxılışlı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomaşının rəsmiləşdirilməsini aparmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, yəni, həmin avtomaşınların rəsmiləşdirməsini Cavabdeh1 xahişi əsasında onun verdiyi məlumatlar əsasında həyata keçirmişdir. Belə ki, Cavabdeh1 güşədə ona yaxınlaşaraq avtomaşınlara dair məlumatları şifahi deyərək avtomaşınların sənədlərini təqdim etməmiş, həmin məlumatları yoxlamaq vəzifəsi olan Cavabdeh2 isə qulluq mənafeyi tələb etdiyi halda bu səlahiyyətindən istifadə etməyib rəsmiləşdirmə aparmaqla hərəkətsizlik edib vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Hökmdə əksini tapmış Dövlət Gömrük Komitəsinin “X7 Sistemi”-nə baxış keçirilməsi haqqında xx.xx.2016-cı il tarixli protokoldan görünür ki, “Lexus LX 570” markalı, **-VD-*** qeydiyyat nömrə nişanlı minik avtomobili 25 sentyabr 2014-cü il tarixdə, saat 02:52-də “Sınıq Körpü” gömrük postunda 365 nəzarət müddəti qoyulmaqla müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirməklə Azərbaycan Respublikası ərazisindən çıxarılmışdır. Rəsmiləşdirmə inspektor Cavabdeh2 tərəfindən həyata keçirilmişdir.

34. Məhkəmə mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələblərinə də qiymət verərək qeyd etmişdir ki, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir.

35. Məhkəmə hesab etmişdir ki, avtomaşının Cavabdeh1 Azərbaycan Respublikasından qanunsuz keçirilməsini təşkil etməsi və Cavabdeh2 da vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə buna müəyyən şərait yaratması nəticəsində iddiaçı faktiki olaraq mülkiyyətindən qanunsuuz məhrum edilməsi, bununla da həmçinin banka olan kredit borcunun təminatı da əldən çıxması bu hərəkətlərindən sonra iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuş, mənəvi sarsıntı, iztirab vermişdir. Göstərilənlər məhkəməyə iddiaçıya mənəvi ziyan vurulması qənaətinə gəlməsinə kifayət qədər əsas verir. Lakin məhkəmə iddianın mənəvi ziyan tutulması hissəsinin qismən, yəni, qeyd edilən cavabdehlərə münasibətdə təmin edilməsini mümkün sayır.

36. Məhkəmə hesab etmişdir ki, Cavabdeh3 MMC tərəfindən onun əməkdaşı vasitəsilə sözügedən avtomaşının yalnız satışı ilə bağlı 28.000 ABŞ dolları alınması ilə bağlı hərəkətlər həyata keçirilmiş, hadisələrin sonrakı gedişatında baş vermiş cinayət əməllərinin sözügedən cavabdehə aidiyyatı hüquq mühafizə orqanları vasitəsilə və məhkəmə hökmü ilə müəyyən olmadığı üçün onun iddiaçı qarşısında mənəvi ziyanla bağlı məsuliyyəti yaranmamışdır.

37. Məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya vurduğu mənəvi ziynan məbləğini müəyyən edərkən onların məhkumluqlarını, maddi vəziyyətlərini və işin digər diqqətəlayiq hallarını nəzərə alaraq bu məbləğin sözügedən cavabdehlərin hər biri üçün 1.000 manat məbləğində müəyyən edilməklə, mənəvi ziyanın əvəzi olaraq cavabdehlərdən 2.000 manatın müştərək qaydada tutularaq İddiaçı ödənilməsini ədalətli və məqsədəmüvafiq sayır.

38. Məhkəmə iddiaçının cavabdehlərdən 30.000 ABŞ dolları məbləğində dəymiş maddi zərər tutulması barədə tələbini əsassız hesab edir.

39. İddiaçı bu tələbinin əsaslandırılması ilə bağlı irəli sürdüyü dəlillər həm ağlabatan, həm də, hər hansı sübutlarla öz təsdiqini tapmamışdır.

40. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1, 21, 23-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

41. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməyən qalan hissədə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

42. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən bir sıra maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.Belə ki, iş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(088)- 10/2017 saylı hökmünün məzmununda olan iddiaçının zərərçəkmiş şəxs qismində verdiyi ifadəsindən görünür ki, o, 2012-ci ilin sentyabr ayında “Lexus”un rəsmi idxalçısı "xxxx" Bankın ipoteka müqaaviləsi ilə ilkin ödəniş edib JTJHY00W304103094 ban nömrəli, ağ rəngli “Lexus” LX 570 markalı avtonəqliyyat vasitəsini almışdır. Həmin avtonəqliyyat vasitəsi DYR-də öz adına qeydiyyata alınmış, ona **-RO-*** dövlət nömrə nişanı verilmişdir. Həmin vaxtdan etibarən avtonəqliyyat vasitəsi aylıq 2.186 manat ödənilməklə onun istifadəsində olmuşdur. 2014-cü ilin sentyabr ayında həmin avtomaşını yeni “X52” marklı avtomobilə dəyişmək qərarına gəlmişdir. Bununla əlaqədar avtomobili Badamdar qəsəbəsi avtonəqliyyat vasitələrinin satış mərkəzində yerləşən “Mir” avtosalonuna 40.000 ABŞ dolları və qalan 60.000 kredit borcunun banka ödənilməsi şərti ilə avtosalonun satış meneceri X1. Bu barədə "xxxx" banka həmin tarixdə məlumat vermişdir. Bundan sonra avtosalonun meneceri O.S.Əhədov "Lexus” LX 570 markalı üzərindən **-RO-*** dövlət nömrə nişanını DYPİ-yə təhvil vermişdir. Avtomobili **-VD-*** dövlət nömrə nişanı ilə qeydiyyata qoymuşdur. xx.xx.2014-cü il tarixdə Q.S.Əhədov onun ***-***-**-** mobil nömrəsinə zəng vuraraq "Lexus” LX 570 markalı avtomobili satması barədə məlumat vermişdir. 2015-ci ilin fevral ayında ona "xxxx" bankın problemli kreditlər şöbəsindən zəng vurub gecikdirilməsini bildirmişlər. O, isə X14 zəng vuraraq narazılığını bildirmişdir. O, cavab olaraq avtomobilin tapılması istiqamətində hərəkətlər edəcəyini vəd etmişdir. Şəxsi tanışlıqları hesabına **-VD-*** dövlət nömrə nişanlı avtomobilin Anar adlı şəxsin Azərbaycan Respublikasının ərazisindən çıxardığını öyrənmişdir. Lakin avtomobilin sonrakı aqibəti barədə xəbəri olmamışdır. Sonra Anarı tapmış, Qismət, Anar və o, görüşüb bu barədə söhbət etmişlər. Anar avtomobili tanışının xahiş etdiyinə görə ölkə ərazisindən çıxardığını, avtomobilin başqa şəxsə məxsus olmasını bilməmişdir. Anardan Arifin telefon nömrəsini almış və onunla telefon əlaqəsi saxlamışdır. Arif avtomobili gömrük məntəqəsindən onun buraxdığını bildirmişdir. Ona 60.000 ABŞ dolları zərər dəymişdir. Məhkəmə yalnış olaraq 60.000 ABŞ Dolları məbləğində, eləcə də 40.000 ABŞ dolları dəyərində avtosalan digər verəcəyi avtomobilə görə nəzərə alınacaqdı ki, bu da baş vermədiyindən 40.000 ABŞ dolları da dəymiş zərər hesablanmaqla ümumilikdə 100.000 ABŞ dollarına qarşı 47600+22400 zərər hesablamışdır. Birinci instansiya məhkəməsi iddiaçıya dəymiş maddi və mənəvi zərərin həcminin cavabdehlər tərəfindən mülki qanunvericiliyə uyğun olaraq tam ödənilməsini təmin etməyərək işin faktiki halları araşdırılmadan qətnamə qəbul edilmişdir.

43. Qətnamədən Cavabdeh3 MMC tərəfindən də apellyasiya şikayəti verilərək, qətnamənin Cavabdeh3 MMC-dən 47.600 manat məbləğində pul vəsaitinin (qətnamə çıxarılan tarixə 28.000 ABŞ dollarının Azərbaycan manatının məzənnəsinə uyğun olan məbləği) tutularaq İddiaçı verilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin Cavabdeh3 MMC-yə dair hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

44. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən İddiaçı Q.Əhədov və onun qardaşını 2014-cü ilə qədər çox əvvəllər tanıması barədə etirafı, onlar arasında olan münasibətlər mühüm əhəmiyyət kəsb etdiyi halda məhkəmə tərəfindən nəzərə alınmamış, İddiaçı ilə Cavabdeh3 MMC arasında hər hansı müqavilə münasibətinin olmaması nəzərə alınmamış, etibarnamə ilə bağlı qanuni qüvvədə olan məhkəmə qətnamələri müəyyən edilmiş hallar nəzərə alınmamış, iddiaçının uydurması mübahisəsiz fakt kimi qəbul olunmuş, 28.000 ABŞ dollarının Cavabdeh3 MMC tərəfindən alınmaması nəzərə alınmamış, Q.Əhədovun iddiaçıya zərər vurması, o cümlədən 28.000 ABŞ dollarının alınması ilə bağlı təqsirinin olmaması nəzərə alınmamış, Cavabdeh3 MMC-nin işçisi Q.Əhədovun təqsiri olmadığı halda Cavabdeh3 MMC-nin məsuliyyət daşımaması nəzərə alınmamış, həmçinin iddia müddətinin tətbiqində uydurma xx.xx.2021-ci il tarixli Gəncə Apellyasiya Məhkəməsinin qərarına istinad edilmiş, iddiaçının hüquqlarının pozulması ilə bağlı fakt və hallara əhəmiyyət verilməmişdir.

45. Cavabdeh3 MMC apellyasiya şikayətinə əlavə təqdim edərək belə əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(101)- 1102/2022 saylı Hökmünün 13-cü səhifəsinin 2-ci abzasında, həmçinin Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(103)-516/2023 saylı Qərarının 36-cı səhifəsinin 2-ci abzasında – cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilən İddiaçı ifadəsində göstərmişdir ki, “2014-cü ilin sentyabr ayında avtomobili satmaq qərarına gəlmiş, bu məqsədlə avtomobili əvvəlcədən tanıdığı Bakı şəhərində “Mir” avtomobil satış salonunda işləyən X12 yanına aparmışdır” .... “Bundan başqa avtomobilin texniki pasportunu, səlahiyyətlərini həyata keçirmək üçün Qismət Əhədova etibarnamə vermişdir.” “xx.xx.2014-cü il tarixdə Qismət Əhədov ona zəng edərək avtomobili ilkin ödəniş 28000 ABŞ dollarına satdığını, həmin pulun avtomobili alan müştəri tərəfindən ödənildiyini, qalan 58.500 manat pulu isə avtomobili alan Rövşən İslamov tərəfindən bir ay müddətində banka ödəniləcəyini bildirdi. O da razılaşıb gedib həmin pulu götürmüşdür.” Bundan başqa cinayət işi üzrə məhkəmə aktlarından göründüyü kimi X19 ilə cinayət məsuliyyətinə cəlb edilmiş şəxs arasında "Lexus LX570" markalı **-VD-*** qeydiyyat nişanlı avtomobilin faktiki alqı-satqısı avtosalonda deyil, tamamilə başqa bir yerdə - Bakı şəhəri 9-cu mkr-da yerləşən "Favorit" marketin yanında olmuşdur (hökm səh.18, qərar səh. 26). Qeyd edilən cinayət işi üzrə məhkəmə aktlarından göründüyü kimi X19 şahid qismində dindirilmişdir və o, cinayət məsuliyyətinə cəlb edilməmişdir. İddiaçı Qismət Əhədovu və onun qardaşını 2014-cü ilin sentyabr ayından çox əvvəl, yəni 5 il əvvəl etibarnamə verdiyi vaxtdan tanımışdır. İddiaçı öz avtomobilini Qismət Əhədovun yanına aparmışdır və Qismət Əhədov avtomobilin satışını avtosalondan kənarda İddiaçı ona vermiş olduğu etibarnamə əsasında şəxsən özü həyata keçirmişdir. Pul vəsaitini özü alaraq İddiaçı özünə vermişdir; Həmçinin İddiaçı ona məxsus avtomobilinin satışından artıq xx.xx.2014-cü tarixindən məlumatlı idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

46. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

47. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-2502/2022 nömrəli qətnaməsi ilə (hakimlər – Ş.Ə.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və R.M.Həsənov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh3 MMC-nin apellyasiya şikayəti təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi Cavabdeh3 MMC-yə münasibətdə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh3 MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir.

48. Apellyasiya instansiyası məhkəməsi ilk olaraq cavabdeh “Avtoinvest" MMCnin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçının mövqeyinə görə “Lexus” LX 570 markalı JTJHY00W304103094 ban nömrəli, 2012-ci il buraxılışlı **- RO-*** dövlət qeydiyyat nömrəli avtomaşını 2014-cü ilin sentyabr ayında Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən, X19 tərəfindən istifadə edilən “MİR” avtosalonunda 100.000 ABŞ dollarına satışa qoymuşdur. Razılığa əsasən X3 həyata keçirmək üçün etibarnamə vermişdir. Avtosalon maşını 100.000 dollara satıb, bankın borcunu və salonun 2 faizini çıxmaqla qalan vəsaiti İddiaçı qaytarmalı idi. Lakin bir müddətdən sonra salondan bildirmişlər ki, bir alıcı gələrək maşını almaq istədiyini bildirmiş və maşını həyətdə sürərək yoxlamaq adı ilə sürüb aparmış və qaytarmamışdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 may 2017-ci il tarixli, 1(088)-10/2017 saylı hökmünün surətindən görünür ki, hazırki iş üzrə cavabdehlər Cavabdeh1 CM-in 206.3.1 və 206.3.2-ci maddələri ilə təqirli bilinərək, 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, tutulduğu, həbsdə və ev düstaqlığında saxlandığı 1 il 9 ay 7 gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 3 il 2 ay 23 gün azadlıqdan məhrum etmə cəzası saxlanıralaraq, CM-nin 70-ci maddəsinə əsasən cəzasının 2 il sınaq müddəti ilə şərti hesab edilməsi, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh2 isə CM-in 308.2-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsinə əsasən 1 il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

49. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2009-cu il tarixli, ƏN-İ 188500 saylı etibarnamə ilə bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi X14 etibar etmiş və etibarnamə 5 il müddətinə verilərək xx.xx.2014-cü ilədək qüvvədə olmuşdur. İddiaçı və X19 da öz növbələrində daşınar əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi və s. səlahiyyətləri X23 xx.xx.2014-cü il tarixli ƏN-İ 472589 saylı etibarnamə ilə etibar etmişlər və etibarnamənin qüvvədə olmasının son müddəti xx.xx.2014-cü il tarixidir.

50. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi avtomaşının məhz cavabdeh MMC-nin əməkdaşı olan Q.Əhədov tərəfindən satılması barədə gəldiyi nəticə yanlış olmaqla, işin faktiki hallarını əks etdirmir. Belə ki, iddiaçı tərəf avtomobilin məhz Cavabdeh3 MMC-yə təhvil verməsi, həmin MMC ilə avtomobilin satılması barədə razılığa gəlməsi barədə mötəbər sübutları təqdim etməmiş, həmin hallar iş materialları ilə öz təsdiqini tapmamışdır. Bununla yanaşı iş materialları ilə müəyyən edilmişdir ki, xx.xx.2009-cü il tarixli ƏN-İ 188500 saylı etibarnamə ilə İddiaçı bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi X14 etibar etmiş və etibarnamə 5 il müddətinə verilərək xx.xx.2014-cü ilədək qüvvədə olmuşdur. X5 Cavabdeh3 MMC ilə 07 yanvar 2013-cü il tarixdə əmək müqaviləsi bağlamışdır (1-ci cild, i.v 183). Göründüyü kimi iddiaçı ilə X19 arasında olan münasibətlər 2009-cu ildən yaranmış və həmin ildə iddiaçı X14 5 il müddətinə etibarnamə vermiş, X12 isə Cavabdeh3 MMC ilə 07 yanvar 2013-cü il tarixdən əmək münasibətləri başlamışdır. Həmçinin iş materiallarından görünür ki, İddiaçı və X19 öz növbələrində daşınar əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi və s. səlahiyyətləri X23 xx.xx.2014-cü il tarixli ƏN-İ 472589 saylı etibarnamə ilə etibar etmişlər və etibarnamənin qüvvədə olmasının son müddəti xx.xx.2014-cü il tarixidir.

51. Bundan başqa iş materiallarından görünür ki, İddiaçı cavabdehlər Bank BTB ASC və X13 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək və daha sonra tələbini dəqiqləşdirərək cavabdeh X9 avtomobilin dəyəri olaraq 100.000 ABŞ dollarının, cavabdeh Bank BTB ASC-dən 10.000 manat dəymiş zərərin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

52. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2(011)- 7758/2019 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilsə də qətnamə dəyişdirilmədən saxlanılmışdır.

53. Həmin iş üzrə müəyyən edilmişdir ki, iddiaçı bankda girovda olan avtomobilin satılması barədə 2015-ci ilin fevral ayında məlumatlı olmuşdur. Bununla belə, cavabdehlər tərəfindən iddiaçıya 100.000 ABŞ dolları pul və mənəvi zərərə görə 10000 manat məbləğində ziyan dəyməsi, o cümlədən mübahisəli avtomobilin satılması ilə iddiaçıya dəymiş ziyana görə cavabdehlərin təqsirliliyi, həmçinin vəkalət əsasında tapşırığın düzgün icra olunmamasında Q.Soltanovun qəsdi və ya kobud ehtiyatsızlığı halları məhkəmə tərəfindən müəyyən olunmamışdır.

54. Məhkəmə kollegiyasının mövqeyinə görə X11 avtomobilin satılmasına dair ilkin olaraq 28.000 ABŞ dollarını Cavabdeh3 MMC-nin işçisi kimi alması, həmin məbləğdə pul vəsaitinin Cavabdeh3 MMC-də qalması sübuta yetirilmir, çünki avtomobilin Cavabdeh3 MMC-nin sahəsinə daxil olması, eləcə də orada satışa qoyulması barədə təhvil təslim aktı olmasına dair, eyni zamanda həmin halın təsdiq edilməsi barədə iddiaçı tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. X12 Cavabdeh3 MMC-nin işçisi qismində iddiaçıdan avtomobili qəbul edərək, məhz həmin avtosalonda satışa qoyulması işin qeyd olunan halları ilə təkzib edilmişdir. Göründüyü kimi iddia tələbinin Cavabdeh3 MMC-yə qarşı hissəsində dəlilləri öz təsdiqini tapmamaqla, əsassız olmuşdur.

55. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, Cavabdeh3 MMC-yə münasibətdə iddia tələbi üzrə iddia müddəti də keçmiş, iddia müddətinin tətbiqi barədə Cavabdeh3 MMC birinci instansiya məhkəməsi baxışı zamanı ərizə vermiş, lakin birinci instansiya məhkəməsi əsassız olaraq iddia müddətinin tətbiqindən imtina etmişdir. İddiaçının həm hazırki iş üzrə birinci instansiya məhkəməsində, həm də hökmdə olan izahatından görünür ki, iddiaçı 28.000 dolların Qismətə ödənilməsindən və Qismətin həmin pulu banka qaytarmamasından 2015-ci ilin fevral ayında ona "xxxx" bankın problemli kreditlər şöbəsindən zəng vurub kredit ödənişlərinin gecikdirilməsini bildirəndən sonra bilmiş və o, X14 zəng vuraraq narazılığını bildirmiş, sonuncu cavab olaraq avtomobilin tapılması istiqamətində hərəkətlər edəcəyini vəd etmişdir.

56. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı 2015-ci ilin fevral ayından avtomobilə görə Qismətə ödənilmiş pulun sonuncu tərəfindən banka qaytarmadığından məlumatlı olmuşdur. Bununla da müəyyən edilir ki, iddiaçı öz hüquqlarının pozulmasını həmin andan bilmişdir. Birinci instansiya məhkəməsi isə yanlış olaraq iddiaçının əsassız varlanma obyektini qaytarmaq hüququnun məhkəmə hökmünün qanuni qüvvəsini aldığı tarixdən hesablamışdır, halbuki mülki qanunvericiliyində istinad edilən normalarına əsasən iddia müddətinin axımı məhz şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanması ilə müəyyən edilmişdir.

57. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh3 MMC-nin ərizəsi nəzərə alınmaqla iddia tələbinin ona aid hissədə iddia müddəti tətbiq edilməlidir.

58. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibətdə isə qeyd etmişdir ki, iddiaçı onun xeyrinə tutulmalı olan vəsaitin məbləğini mübahisələndirsə də iş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(088)- 10/2017 nömrəli hökmündən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2015-ci il tarixli, 16587 saylı ekspert rəyindən görünür ki, 2012-ci il buraxılışlı, ‘'Lexus LX 570" markalı avtomobilin xx.xx.2014-cü il tarixə dəyəri 70.000 manat müəyyən edilir. İddiaçı isə avtomobilin dəyərinin daha yüksək olması barədə hər hansı mötəbər sübutlara istinad edə bilməmişdir.

59. Digər tərəfdən məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya vurduğu mənəvi ziyan məbləğini müəyyən edərkən onların məhkumluqlarını, maddi vəziyyətlərini və işin digər diqqətəlayiq hallarını nəzərə alaraq bu məbləğin sözügedən cavabdehlərin hər biri üçün 1000 manat məbləğində müəyyən edilməklə, mənəvi ziyanın əvəzi olaraq cavabdehlərdən 2000 manatın müştərək qaydada tutularaq İddiaçı ödənilməsini ədalətli və məqsədəmüvafiq hesab etməklə düzgün nəticəyə gəlmişdir.

60. Bununla yanaşı iddia tələbi - cavabdehlərdən 30.000 ABŞ dolları məbləğində dəymiş maddi zərər tutulması hissəsində də əsassız olmuşdur. Belə ki, iddiaçı bu tələbinin əsaslandırılması ilə bağlı irəli sürdüyü dəlillər həm ağlabatan, həm də hər hansı sübutlarla öz təsdiqini tapmamışdır. Göründüyü kimi, iddiaçının apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdə ibarət olmuşdur, birinci instansiya məhkəməsi iddia tələbinin qeyd olunan hissələrində işin faktiki hallarını düzgün müəyyən edərək, maddi və prosessual hüquq normalarının tələblərini pozmamışdır.

61. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, 372.1, 377.1, 373.4, 373.5, 1095, 375.2ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 217.3, 217.4, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsində icraat

62. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

63. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022ci il tarixli, 2(102)-5192/2022 nömrəli qərarı ilə (hakimlər – V.T.Həsənov (məruzəçi), Ə.A.Əhmədov və İ.Ə.Şəfiyev) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 2502/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

64. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının mövqeyinə görə “Lexus” LX 570 markalı JTJHY00W304103094 ban nömrəli, 2012-ci il buraxılışlı **-RO-*** dövlət qeydiyyat nömrəli avtomaşını 2014-cü ilin sentyabr ayında Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən, X19 tərəfindən istifadə edilən “MİR” avtosalonunda 100.000 ABŞ dollarına satışa qoymuşdur. Razılığa əsasən X3 həyata keçirmək üçün etibarnamə vermişdir. Avtosalon maşını 100.000 dollara satıb, bankın borcunu və salonun 2 faizini çıxmaqla qalan vəsaiti İddiaçı qaytarmalı idi. Lakin bir müddətdən sonra salondan bildirmişlər ki, bir alıcı gələrək maşını almaq istədiyini bildirmiş və maşını həyətdə sürərək yoxlamaq adı ilə sürüb aparmış və qaytarmamışdır.

65. Cavabdeh3 MMC-in mövqeyinə görə birinci instansiya məhkəməsi avtomaşının məhz cavabdeh MMC-nin əməkdaşı olan Q.Əhədov tərəfindən satılması barədə gəldiyi nəticə yanlış olmaqla, işin faktiki hallarını əks etdirmir. … iddiaçı tərəf avtomobilin məhz Cavabdeh3 MMC-yə təhvil verməsi, həmin MMC ilə avtomobilin satılması barədə razılığa gəlməsi barədə mötəbər sübutları təqdim etməmiş, həmin hallar iş materialları ilə öz təsdiqini tapmamışdır. Bununla yanaşı iş materialları ilə müəyyən edilmişdir ki, xx.xx.2009-cu il tarixli ƏN-İ 188500 saylı etibarnamə ilə İddiaçı bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi X14 etibar etmiş və etibarnamə 5 il müddətinə verilərək xx.xx.2014-cü ilədək qüvvədə olmuşdur. X5 Cavabdeh3 MMC ilə 07 yanvar 2013-cü il tarixdə əmək müqaviləsi bağlamışdır (1-ci cild, i.v 183). Göründüyü kimi, iddiaçı ilə X19 arasında olan münasibətlər 2009-cu ildən yaranmış və həmin ildə iddiaçı X14 5 il müddətinə etibarnamə vermiş, X12 isə Cavabdeh3 MMC ilə 07 yanvar 2013-cü il tarixdən əmək münasibətləri başlamışdır. Həmçinin iş materiallarından görünür ki, İddiaçı və X19 öz növbələrində daşınar əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi və s. səlahiyyətləri X23 xx.xx.2014-cü il tarixli ƏN-İ 472589 saylı etibarnamə ilə etibar etmişlər və etibarnamənin qüvvədə olmasının son müddəti xx.xx.2014-cü il tarixidir.

66. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən olunmuş halları olaraq qeyd etmişdir ki, X11 avtomobilin satılmasına dair ilkin olaraq 28.000 ABŞ dollarını Cavabdeh3 MMC-nin işçisi kimi alması, həmin məbləğdə pul vəsaitinin Cavabdeh3 MMCdə qalması sübuta yetirilmir, çünki avtomobilin Cavabdeh3 MMC-nin sahəsinə daxil olması, eləcə də orada satışa qoyulması barədə təhvil təslim aktı olmasına dair, eyni zamanda həmin halın təsdiq edilməsi barədə iddiaçı tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir.

67. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 may 2017-ci il tarixli hökmü ilə müəyyən olunur ki «… Lexus LX 570» markalı … 10 VD-570 dövlət qeydiyyat nişanlı avtomaşın… İddiaçı mülkiyyətindədir. … həmin avtomobil isə X29 və X35 ilə birlikdə X21 və X22 aldadaraq Qismət Əhədovdan ələ keçirilmiş, sonuncu əməllə bağlı ibtidai istinaq orqanı tərəfindən cinayət işindən ayrıca cinayət işi ayrılmışdır. Cavabdeh1 isə qeyd olunan avtomobili Azərbaycan Respublikasından qanunsuz keçirilməsini təşkil etmişdir. Həmin xüsusat cinayət işində olan və tədqiq edilmiş telefon danışıqları, SMS mətnləri ilə sübuta yetirilir.»

68. İşin müəyyən olunmuş hallarından isə aydın olur ki, nəqliyyat vasitəsi iddiaçı tərəfindən Qismət Əhədova təqdim edilmişdir. (bundan əvvəl və sonra iddiaçı tərəfindən Q.Əhədova etibarnamələr verilmişdir)

69. İşin digər hallarından görünür ki, məhz İddiaçı zərərçəkmiş olduğu hissə üzrə digər şəxslərə münasibətdə (X37 və başqaları barəsində) cinayət işi ayrılmış və hazırda məhkəmə baxışı mərhələsindədir.

70. İşin mübahisəsiz halları olaraq qeyd edilir ki, iddiaçı tərəfindən nəqliyyat vasitəsi Qismət Əhədova verilmiş, həmin vaxt Qismət Əhədov Cavabdeh3 MMC-in işçisi olmuş, sonuncu tərəfindən satılmış, avtomaşının dəyərinin bir hissəsi olan 28000 (və ya 28500)ABŞ dolları Q.Əhədov tərəfindən alınmış və iddiaçıya verilməmişdir.

71. İddiaçı iddia tələbində göstərir ki, ona qarşı mülki hüquq pozuntusu törədilmiş, ona zərər birlikdə vurulduğuna görə cavabdehlər müştərək məsuliyyət daşıyırlar.

72. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, «… cavabdeh MMC-nin əməkdaşı iddiaçının mülkiyyətində olan avtomaşını onun adına verilmiş etibarnamədən istifadə etməklə ilkin olaraq 28.000 ABŞ dollarını alması və hazırkı vaxta kimi də həmin məbləğin iddiaçıya qaytarılmaması ilə onun hesabına əsassız varlanmışdır. Odur ki, məhrum olanın tələbi ilə əldə etdiklərini qaytarmalıdır.»

73. Apellyasiya instansiyası məhkəməsi isə qeyd edir ki, «… birinci instansiya məhkəməsi avtomaşının məhz cavabdeh MMC-in əməkdaşı olan Q.Əhədov tərəfindən satılması barədə gəldiyi nəticə yanlış olmaqla, işin faktiki hallarını əks etdirmir.»

74. Apellyasiya instansiyası məhkəməsi daha sonra qeyd edir ki, « … iddiaçı tərəf avtomobilin məhz cavabdeh "xxxx" MMC-yə təhvil verməsi, həmin MMC ilə avtomobilin satılması barədə razılığa gəlməsi barədə möhtəbər sübutlar təqdim etməmiş, həmin hallar iş materialları ilə öz təsdiqini tapmamışdır.»

75. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.

76. Baxılan işin halları belə qənaətə gəlməyə əsas verir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətində göstərdiyi kimi Q.Əhədovun MMC-nin işçisi olması, məhz avtomaşının ona təhvil verilməsi, onun tərəfindən satılması, avtomobilin dəyərinin bir hissəsini alması, həmin məbləğin iddiaçıya verilməməsi ilə bağlı işin hallarına düzgün hüquqi qiymət verilməmişdir.

77. Bununla yanaşı avtomaşına görə iddiaçı ilə MMC və ya onun əməkdaşı arasında hər hansı əvəzləşdirmənin (iddiaçının mövqeyinə görə avtomaşına görə hər hansı digər bir avtomaşın verilməmiş, cavabdeh tərəf isə belə bir avtomaşının verilməsini göstərir) aparılıb-aparılmasının,alınmış pul məbləğinin Q.Əhədovda qalmasının hüquqi əsasları,qaytarılmasının mümkünsüz olması qənaətinə gəldikdə isə dəymiş zərərin qalan hissəsinin ödənilməli olub-olmaması, məhz zərərə görə məsuliyyətin kimin üzərinə qoyulmalı olması aydınlaşdırılmadan qalmışdır.

78. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi ayrılmış cinayət işinin hazırkı işlə bağlı olmasının nəzərə almamış, işin icraatının dayandırılmasının mümkünlüyünün müzakirə etməmiş, nəticədə isə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq MMC-yə münasibətdə iddianı rədd edərək Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələblərini pozmuş və bu prosessual pozuntular iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

79. Nəticə olaraq qeyd edilməlidir ki, hazırkı işin halları baxımından məhkəmələrin iddiaçının iddiasında göstərdiyi kimi ona zərərin vurulub-vurulmaması və ya cavabdehin iddiaçının hesabına varlanıb-varlanmaması müəyyən olunmalı, məhz bundan sonra müvafiq maddi hüquq normalarının tətbiqi müzakirə edilməli, eyni zamanda müəyyən olunmuş münasibətlərə iddia müddətinin təbiqinin mümkünlüyü, mümkün olduğu təqdirdə isə müddətinin axımının hansı vaxtdan başlanılması müzakirə edilməlidir.

Apellyasiya instansiya məhkəməsində ikinci icraat

80. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-1363/2023 nömrəli qərardadı ilə X29 və X35 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər.

81. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin tarixli qərardadı ilə hazırki iş üzrə icraat Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının icraatında olan X26 barəsində cinayət işi üzrə yekun məhkəmə qərarı çıxarılana qədər dayandırılmış, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-516/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı qanuni qüvvəsini aldığından Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir.

Proses iştirakçılarının izahatları

82. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək, cavabdehin apelyasiya şikayətini qəbul etmədiyini bildirdi və təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçıya cinayət yolu ilə külli miqdarda ziyan vurulmuşdur və ziyana görə həmin şəxslər məsuliyyət daşıyırlar. Cavabdeh3 MMC ilə bağlı hissədə Ali Məhkəmənin iş üzrə qərarının göstərişlərinə əsasən araşdırılmalı idi. İddiaçının Cavabdeh3 MMC adlı bir şirkətin mövcudluğu barədə məlumatı olmamış, bu səbəblə konkret şəxsə, yəni onun işçisinə qarşı iddia qaldırılmışdır. Həmin şəxsə qarşı olan iddia üzrə məhkəmə aktları mövcuddur. Bu barədə gizlətməyərək qarşı tərəfin vəkili və nümayəndəsinə məlumat verilmiş, onun məlumatı yox idi. İddiaçı Cavabdeh3 MMC-ni tapa bilmirdi. Tərəfindən vergi orqanına sorğular verilmiş, lakin “Mir” avtosalon adlı bir hüquqi şəxsin mövcud olmadığı bildirilmişdir. Onlar hökmlə bağlı qeydlər təqdim etmiş, video-audio yazı onların məhkəmə proseslərində aparılmırdı. Onlara bildirilmişdir ki, apellyasiya instansiya məhkəməsinə müraciət etsinlər. Apellyasiya instansiyası məhkəməsində şahidlər dinlənildikdən sonra onlara söz veriləcəyi bildirildi. İddiaçı işləri ilə bağlı bir neçə dəfə xaricə getməli oldu. Sonuncu dəfə o burada olmayanda hökm çıxdı. O, bir neçə dəfə məhkəmə iclaslarında iştirak etsə də sözünü demək üçün şərait yaradılmadı. Apellyasiya şikayətində qeyd olunub ki, İddiaçı guya pulu götürmüşdür. O pulu kimdən götürüb?- Qismət Əhədovdan. Qismət Əhədovla aralarında Ali Məhkəmənin qüvvəyə minmiş məhkəmə qərarı var. Həmin qətnamədə Qismət Əhədov ondan pul götürüldüyünü bildirməmişdir. Birinci instansiya məhkəməsində cavabdeh tərəf bildirdi ki, qarşı tərəf ona avtomobil verib, lakin bu sübut olunmadı. Qismət Əhədova münasibətdə fiziki şəxs olaraq müddətin ötməsi müəyyən olundu və kassasiya instansiya məhkəməsinin iş üzrə yekun məhkəmə aktı qəbul edildi. Cinayət işi yekunlaşmalı idi, dəymiş zərərlər müəyyən edilməli idi. Daha sonra mülki iddiaları verilə bilərdi. Hesab edir ki, iddia müddəti ötürülməmişdir.

83. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili cavabdehin apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçının vəkili və nümayəndəsinin izahatından da aydın olur ki, tərəf bilmir hansı yol ilə getsin. Çünki tərəf bildirir ki, kassasiya şikayəti vermişdir və kassasiya şikayətində cinayət işi ilə əsaslandırır və müvafiq sənədlər ittiham aktı və s. qoşur. Ali Məhkəmə məhz bu əsasla yenidən araşdırılması üçün işi geri qaytarır və müəyyən olunur ki, tərəf özü etiraf edir ki, pulu götürüb. Lakin iddiaçının vəkili və nümayəndəsi izahatında həmin cinayət işinin hazırki iş ilə bağlılığının olmadığını bildirir.

84. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlərə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

85. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Maddə 500.2. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Maddə 501. Kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissəhissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Maddə 1096.1.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

86. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı: - Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

87. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli qərarı: Məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.

88. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

89. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

90. Kollegiya qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmalıdır.

91. Hazırkı işdə iddia qismən təmin edildiyindən, apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsində, Cavabdeh3 MMC tərəfindən isə iddianın ona münasibətdə təmin olunan hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslığı yalnız həmin hissələrdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

92. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq, hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alaraq hesab edir ki, iddiaçı və Cavabdeh3 MMC tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh3 MMC-dən pulun tutulması ilə bağlı hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi Cavabdeh3 MMC-yə qarşı təmin edilməməli, qətnamə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 avtomobilin dəyərinə və mənəvi zərərə görə tutulan məbləğlə bağlı hissədə dəyişdirilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

93. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apelyasiya instansiyası məhkəməsi üçün məcburidir.

94. Məhkəmə kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarındakı göstərişlərlə razılaşaraq və onları nəzərə alaraq aşağıdakıları qeyd edir.

95. Belə ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamış, nəticədə işin hallarına uyğun olmayan qətnamə qəbul edilmişdir.

96. İşdən müəyyən edilir ki, iddiaçı özünə məxsus “Lexus LX 570” minik markalı nəqliyyat vasitəsini satılması üçün 2014-cü ilin sentyabr ayında həmin vaxt Cavabdeh3 MMC-nin işçisi Qismət Əhədova təqdim etmişdir.

97. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023cü il tarixli qərarından müəyyən edilir ki, X37 iddiaçının Bank "xxxx" ASC tərəfindən ipoteka ilə yüklü edilmiş 70.000 manat dəyərində nəqliyyat vasitəsinin Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən “Mir” avtomobil satış mərkəzinə satışa qoyulması barədə məlumat əldə edib həmin mərkəzdə satıcı işləyən X14 həmin dövrün məzənnəsi ilə 22.355,4 manat təşkil edən 28.500 ABŞ dollar məbləğində ödəniş etmiş, qalan məbləği isə bir ay müddətində banka ödəyəcəyinə vəd vermiş, lakin hazırki iş üzrə iddiaçılar və digər üçüncü şəxslə cinayət əlaqəsinə girərək həmin nəqliyyat vasitəsini ölkə hüdudlarından çıxarmağa nail olmuşlar və bununla da iddiaçıya maddi zərər vurmuşlar.

98. İşdə olan məhkəmə aktları ilə müəyyən edilir ki, iddiaçıya məxsus nəqliyyat vasitəsi Cavabdeh3 MMC-yə məxsus satış salonunda satışa qoyulmuş, daha sonra iddiaçının vermiş olduğu etibarnamə əsasında Q.Əhədov tərəfindən satılmışdır.

99. Kollegiya hesab edir ki, Cavabdeh3 MMC-nin öz satış salonunda yerləşən iddiaçıya məxsus nəqliyyat vasitəsindən məlumatlı olmaması inandırıcı deyil və iddiaçı ilə MMC arasında sonuncunun işçisi Q.Əhədov vasitəsilə bağlanmış şifahi tapşırıq müqaviləsindən irəli gələn münasibətlər olmuşdur. Nəqliyyat vasitəsinin dəyərinin bir hissəsini təşkil edən 28.500 ABŞ dolları məbləğində vəsait Q.Əhədov tərəfindən götürülmüş, lakin həmin vəsaitin iddiaçıya ödənildiyi və ya əvəzində digər nəqliyyat vasitəsinin verildiyi barədə MMC tərəfindən məhkəməyə hər hansı sübutlar təqdim edilməmişdir.

100. Beləliklə, MMC tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borclu olduğuna baxmayaraq bunu etməmişdir.

101. Bununla belə, iddiaçının Cavabdeh3 MMC-yə qarşı pul tələbinə dair iddiası iddia müddəti tədbiq edilməklə təmin edilməməlidir.

102. Belə ki, iddiaçı öz hüquqlarının pozulduğunu 2015-ci ilin fevral ayında ona Bank "xxxx" ASC-dən zəng vurub kredit ödənişlərinin gecikdirilməsini bildirəndən sonra bilmiş və o, Q.Əhədova zəng vuraraq narazılığını bildirmiş, sonuncu cavab olaraq avtomobilin tapılması istiqamətində hərəkətlər edəcəyini vəd etmişdir.

103. Deməli, 2015-ci ilin fevral ayından artıq iddiaçı hüququnun pozulduğunu bilmiş, iddia müddətinin axımı həmin vaxt başlamış, lakin iddiaçı hazırki iddia tələbi ilə birinci instansiya məhkəməsinə xx.xx.2021-ci il tarixdə müraciət etməklə mülki qanunvericilikdə müqavilə tələbləri üzrə nəzərdə tutulmuş üç illik iddia müddətini ötürmüşdür.

104. Qeyd edilməlidir ki, hələ 2019-cu ildə İddiaçı cavabdehlər "xxxx" ASC və X13 qarşı cavabdeh X9 avtomobilin dəyəri olaraq 100.000 ABŞ dollarının, cavabdeh "xxxx" ASC-dən 10.000 manat dəymiş zərərin tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi ilə çıxış etmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2(011)- 7758/2019 nömrəli qətnaməsi ilə həmçinin iddia müddəti tətbiq olunmaqla iddia rədd edilmişdir. Qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır.

105. O da qeyd edilməlidir ki, X19 xx.xx.2013-cü il tarixdən Cavabdeh3 MMC-yə qeyri-ərzaq malları üzrə satıcı nəzarətçi-kassir vəzifəsinə təyin edilmiş və iddiaçı (onun nümayəndəsi və vəkili) tərəfindən aidiyyəti dövlət qurumlarına sorğu verilməklə bu məlumatın əldə edilməsi mümkün olmuşdur.

106. Məhkəmə kollegiyası digər cavabdehlərə münasibətdə belə qənaətə gəlir ki, qətnamə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 avtomobilin dəyərinə və mənəvi zərər görə tutulan məbləğlə bağlı hissədə dəyişdirilməli, nəqliyyat vasitəsinin dəyərinə görə 47.644,6 manat və mənəvi zərərə görə 5.000 manat məbləğində pul müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir.

107. Yuxarıda da qeyd olunduğu kimi, cinayət işi üzrə iddiaçıya məxsus nəqliyyat vasitəsinin dəyəri 70.000 manat müəyyən edilmiş və həmin məbləğdən X37 tərəfindən X14 həmin dövrün məzənnəsi ilə 22.355,4 manat təşkil edən 28.500 ABŞ dollar məbləğində ödəniş edilmişdir (70.000-22.355,4=47.644,6 manat).

108. O da qeyd edilir ki, iddiaçıya qarşı cinayət əməli (mülki hüquq pozuntusu) tək cavabdehlər tərəfindən deyil, həmçinin məhkəmə kollegiyası tərəfindən iş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər tərəfindən törədilmişdir. Bununla belə, mülki qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iddiaçı (kreditor) öz arzusu ilə ona qarşı cinayət əməlini törətmiş istənilən şəxsdən (borcludan) həm tam, həm də hissəhissə icranı tələb edə bilər.

109. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçıya cavabdehlərin hüquqa zidd hərəkətləri nəticəsində vurulmuş mənəvi zərərə görə müəyyən edilmiş məbləğlə razılaşmayaraq hesab edir ki, iddiaçı yüksək dəyərə malik əmlakından məhrum olduğuna görə ona dəymiş mənəvi zərərin məbləği 5.000 manat məbləğində müəyyən edilməlidir.

110. Kollegiya həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçının cavabdehlərdən 30.000 ABŞ dolları məbləğində dəymiş maddi zərər tutulması barədə tələbini əsassız hesab etmişdir. Belə ki, iddiaçının bu tələbinin əsaslandırılması ilə bağlı irəli sürdüyü dəlillər hər hansı sübutlarla öz təsdiqini tapmamışdır.

111. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 384.0.3, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı və Cavabdeh3 MMC-nin apellyasiya şikayətləri qismən təmin olunsun. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-6082/2021 nömrəli qətnaməsi qismən – Cavabdeh3 MMC-dən pulun tutulması ilə bağlı hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh3 MMC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-6082/2021 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 avtomobilin dəyərinə və mənəvi zərərə görə tutulan məbləğlə bağlı hissədə dəyişdirilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nəqliyyat vasitəsinin dəyərinə görə 47.644,6 manat və mənəvi zərərə görə 5.000 manat məbləğində pul müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamə iddiaçı tərəfindən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar