Məhkəmə qərarları › İş №2(103)-12470/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12470/2021

29.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12470/2021 29.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi ilə, İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «cavabdehin üzərinə kredit müqaviləsinin restrukturizasiyasının təmin edilməsi öhdəliyinin qoyulması və zaminlik müqaviləsinə xitam verilməsi» tələbinə dair iddiası və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X1 cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «cavabdehin üzərinə kredit müqaviləsinin restrukturizasiyasının təmin edilməsi öhdəliyinin qoyulması və kredit müqaviləsinə xitam verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4613/2021 saylı, 28.09.2021-ci il tarixli qətnaməsindən üçüncü şəxs X2 tərəfindən verilən apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və LPO Cavabdeh1 ASC-yə qarşı «cavabdehlərin üzərinə kredit müqaviləsinin restrukturizasiyasının təmin edilməsi öhdəliyinin qoyulması və zaminlik müqaviləsinə xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, LPO Cavabdeh1 ASC ilə X2 arasında bağlanmış 16.12.2014cü il tarixli 1638/14 saylı kredit müqaviləsinin restrukturizasiya olunması və LPO Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 16.12.2014-cü il tarixli ZM-1638/14 saylı zaminlik müqaviləsinə xitam verilməsi öhdəliyinin cavabdehlər LPO Cavabdeh1 ASC-nin və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, 23 iyul 2021-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, LPO Cavabdeh1 ASC ilə X2 arasında bağlanmış 16.12.2014-cü il tarixli 1638/14 saylı kredit müqaviləsinin restrukturizasiya olunması; bundan sonra LPO Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 16.12.2014-cü il tarixli ZM-1638/14 saylı zaminlik müqaviləsinə xitam verilməsi; bu barədə məlumatların LPO Cavabdeh1 ASC-nin əməliyyat sistemində qeydə alınması və "xxxx" MMC-yə təqdim edilməsi öhdəliyinin cavabdehlər LPO Cavabdeh1 ASC-nin və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, 09 avqust 2021-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası MPM-in 53cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, LPO Cavabdeh1 ASC ilə X2 arasında bağlanmış 16.12.2014-cü il tarixli 1638/14 saylı kredit müqaviləsinin restrukturizasiya olunması; bundan sonra LPO Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 16.12.2014-cü il tarixli ZM-1638/14 saylı zaminlik müqaviləsinə xitam verilməsi; bu barədə məlumatların LPO Cavabdeh1 ASC-nin əməliyyat sistemində qeydə alınması və "xxxx" MMC-yə təqdim edilməsi öhdəliyinin cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, 27 sentyabr 2021-ci il tarixdə İddiaçı vəsatətlə məhkəməyə müraciət edərək, cavabdeh LPO Cavabdeh1 ASC-nin əsl cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4613/2021 saylı, 28.09.2021-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin rədd edilməsi qət edilmişdir (sədrlik edən: Ceyhun Tağıyev). Üçüncü şəxs X2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4613/2021 saylı, 28.09.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin ləğv edilməsini, müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən verilmiş iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, üçüncü şəxs tərəfindən verilən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin 28.09.2021-ci il tarixli qətnaməsi üçüncü şəxs X2 tərəfindən 25.10.2021-ci il tarixində poçt xəbərnaməsinə imza edilməklə qəbul edilmişdir. Lakin, üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti isə birinci instansiya məhkəməsinə elektron məhkəmə informasiya sistemi vasitəsilə 04.12.2021-ci il tarixində daxil olmuşduş, apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddət 7 gün ötürülmüşdür. Belə olan halda, üçüncü şəxsin prosessual müddətin bərpası ilə bağlı birinci instansiya məhkəməsinə ərizə ilə müraciəet etmək hüququ vardır. Lakin, iş materiallarında belə bir müraciətin olması görünmür. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələblərinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qətnamədən verilmiş apellyasiya şikayəti prosessual müddət ötürülməklə verildiyindən işə baxılmanın mümkün hesab edilməsi gələcəkdə baş verə bilən prosessual pozuntunun yaranmasına səbəb ola biləcək hal hesab edildiyindən, məhkəmə kollegiyası işə baxılmanı qeyri-mümkün hesab edir. Qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 361 və 363-cü maddələrinin tələbləri lazımınca yerinə yetirilməyərək qəbul olunmuş məhkəmə qətnaməsindən verilmiş apellyasiya şikayəti qəbul edilərək baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Kollegiya şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366 və 402-406-cı maddələrini rəhbər tutaraq, qərara a l d ı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4613/2021 saylı, 28.09.2021-ci il tarixli qətnaməsindən üçüncü şəxs X2 tərəfindən verilən apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxılaraq həll edilməsi üçün Nəsimi Rayon Məhkəməsinə göndərilsın. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar