Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1248/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3 və Cavabdeh4, ilk iddia üzrə cavabdehlər Cavabdeh7 qızına, Cavabdeh2, Cavabdeh5, Bakı şəhəri 38 saylı Notariat Kontoruna, Bakı şəhəri 29 saylı Notariat Kontoruna və Bakı şəhəri 14 saylı Notariat Kontoruna qarşı iş üzrə (Açar sözlər: vəsiyyətnamənin etibarsız hesab edilməsi, alğı-satqı müqavilələrində tərəf kimi tanınma və əmlaklara mülkiyyət hüququnun tanınması) İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3, cavabdehlər Cavabdeh7 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: pulun tutulması, yaşayış sahəsinin paya mütənasib olaraq naturada ayrılması, mənzilin həmin hissədə boşaldılması və təhvil verilməsi) İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4, cavabdehlər Cavabdeh7, Cavabdeh2, Cavabdeh5, Bakı şəhəri 38 saylı Notariat Kontoruna və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağdaş rayon Dövlət Notariat Ofisinə qarşı iş üzrə (Açar sözlər: miras əmlaka vərəsəlik hüququnun tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi) QƏTNAMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X9 oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 və onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil2, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3 və Cavabdeh4, ilk iddia üzrə cavabdehlər Cavabdeh7, Cavabdeh2, Cavabdeh5, Bakı şəhəri 38 saylı Notariat Kontoruna, Bakı şəhəri 29 saylı Notariat Kontoruna və Bakı şəhəri 14 saylı Notariat Kontoruna qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi, alğı-satqı müqavilələrində tərəf kimi tanınma və əmlaklara mülkiyyət hüququnun tanınması tələbinə dair” ilk iddiası ilə bağlı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3, cavabdehlər Cavabdeh7 və Cavabdeh2 qarşı “pulun tutulması, yaşayış sahəsinin paya mütənasib olaraq naturada ayrılması, mənzilin həmin hissədə boşaldılması və təhvil verilməsi tələbinə dair” qarşılıqlı iddiası ilə bağlı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4, cavabdehlər Cavabdeh7, Cavabdeh2, Cavabdeh5, Bakı şəhəri 38 saylı Notariat Kontoruna və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağdaş rayon Dövlət Notariat Ofisinə qarşı “miras əmlaka vərəsəlik hüququnun tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair” qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2327/2022 saylı, 03 oktyabr 2022-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İşin hallarından görünür ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3 və Cavabdeh4, ilk iddia üzrə cavabdehlər Cavabdeh7, Cavabdeh2, Cavabdeh5, Bakı şəhəri 38 saylı Notariat Kontoruna, Bakı şəhəri 29 saylı Notariat Kontoruna və Bakı şəhəri 14 saylı Notariat Kontoruna qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi, alğı-satqı müqavilələrində tərəf kimi tanınma və əmlaklara mülkiyyət hüququnun tanınması tələbinə dair” ilk iddia ərizəsisı ilə, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3, cavabdehlər Cavabdeh7 və Cavabdeh2 qarşı “pulun tutulması, yaşayış sahəsinin paya mütənasib olaraq naturada ayrılması, mənzilin həmin hissədə boşaldılması və təhvil verilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsisı ilə, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4, cavabdehlər Cavabdeh7, Cavabdeh2, Cavabdeh5, Bakı şəhəri 38 saylı Notariat Kontoruna və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağdaş rayon Dövlət Notariat Ofisinə qarşı “miras əmlaka vərəsəlik hüququnun tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsisı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir.
2. İş materiallarında olan, Bakı şəhəri 2 saylı dövlət notariat ofisində 27 oktyabr 2004-cü il tarixdə bağlanmış 27 saylı ipoteka müqaviləsindən görünür ki, X4 mülkiyyətində olan Bakı şəhəri S.Vurğun küçəsi ev 22 mənzil 14, 15, 17, 18 və ünvan 1 ünvanda yerləşən mənzilləri müvafiq olaraq 758.000 ABŞ dolları və 302.000 ABŞ dolları qiyməti ilə “Azərnəqliyyatbank” KB-yə ipoteka qoymuşdur. Mənzillər banka borclu İddiaçı 27 oktyabr 2004cü il tarixli 27 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmini üsulu kimi qoyulmuşdur. Notariat işində olan Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş 25 noyabr 1998-ci il tarixli MH seriyalı 172785 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri 28 May (keçmiş 28 Aprel) küçəsi 5 saylı evin 63 saylı mənzili X2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir və bu barədə 45 saylı reyestr kitabının 9037 saylı səhifəsində qeydiyyat aparılmışdır. Notariat işində olan 15 saylı MKİS-in 2 saylı forma üzrə 23 oktyabr 2004-cü il tarixli 897 saylı arayışından görünür ki, X4 nəvələri Səadət, Rəhman və Səidə ilə həmin mənzildə qeydiyyatda olmuşlar.
3. İş materiallarında olan, Bakı şəhəri 38 saylı notariat kontoru tərəfindən verilmiş 16 yanvar 2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 11 sentyabr 2011-ci il tarixdə vəfat etmiş X2 vərəsələri bunlardır: ünvan 2 ünvanda qeydiyyatda olan Cavabdeh3 1/4 hissəsini, ünvan 2 ünvanda qeydiyyatda olan Cavabdeh7 1/4 hissəsini, ünvan 3 ünvanda qeydiyyatda olan Cavabdeh2 1/4 hissəsini, ünvan 2 ünvanda qeydiyyatda olan Cavabdeh4 1/4 hissəsini alır. Şəhadətnamə verilən miras əmlak ünvan 4 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin üzərində yerləşən 1 və 2 mərtəbəli 5 otaqlı yaşayış sahəsi 147,68 m2, köməkçi sahəsi 187,25 m2 ümumi sahəsi 334,93 m2 olan fərdi yaşayış evindən ibarətdir.
4. İş materiallarında olan, 27 noyabr 2021-ci il tarixdə bağlanmış əmlakın icarəyə verilməsi barədə icarə müqaviləsindən görünür ki, Cavabdeh4 Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsindəki 5 nömrəli evin 3-cü mərtəbəsində yerləşən 53 nömrəli mənzil üzərində mülkiyyətin əldə edilməsinə qanuni gözləntisi olan şəxslərin dairəsinə əsasən 1/4 hissəsini və birgə istifadədə olan sahəni "xxxx" MMC-nin direktoru X5 icarəyə vermişdir. 01 iyun 2022-ci il tarixli əlavə razılaşmadan görünür ki, 27 noyabr 2021-ci il tarixli icarə müqaviləsinin 4.1-ci bəndi dəyişdirilmişdir.
5. İş materiallarında olan, 27 noyabr 2021-ci il tarixdə bağlanmış əmlakın icarəyə verilməsi barədə icarə müqaviləsindən görünür ki, Cavabdeh4 Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsindəki 5 nömrəli evin 4-cü mərtəbəsində yerləşən qeyri-yaşayış obyektinin 395 m2 hissəsini mülkiyyətin əldə edilməsinə qanuni gözləntisinə əsasən 1/4 hissəsini "xxxx" MMC-nin direktoru X5 icarəyə vermişdir.
6. İş materiallarında olan, 16 yanvar 2022-ci il tarixli daşınmaz əmlakın kirayə müqaviləsindən görünür ki, İddiaçı və Cavabdeh4 Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi 9 saylı evin 59 saylı mənzilini X6 icarəyə vermişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:
7. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3 və Cavabdeh4, cavabdehlər Cavabdeh7, Cavabdeh2, Cavabdeh5, Bakı şəhəri 38 saylı Notariat Kontoruna, Bakı şəhəri 29 saylı Notariat Kontoruna və Bakı şəhəri 14 saylı Notariat Kontoruna qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi, alğı-satqı müqavilələrində tərəf kimi tanınma və əmlaklara mülkiyyət hüququnun tanınması tələbinə dair” ilk iddia ərizəsi ilə ünvan 5 ünvanda yerləşən 53 nömrəli mənzilin (qeydiyyat vəsiqəsi: Seriya MH № 167310); Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 60 nömrəli mənzilin (qeydiyyat vəsiqəsi: Seriya MH № 167311); ünvan 6 ünvanda yerləşən 63 nömrəli mənzilin (qeydiyyat vəsiqəsi: Seriya MH № 172785) alğısatqı müqavilələrinin pərdələnmiş əqd hesab edilərək, həmin əmlaklara İddiaçı mülkiyyət hüquqlarının tanınması, X4 tərəfindən Cavabdeh3 və Cavabdeh5 adına verilmiş vəsiyyətnamələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia tələbini belə əsaslandırılmışlar ki, o, 22 iyun 1973-cü ildə Əliyeva (Quliyeva) Sevda Şahmalı qızı ilə nikaha daxil olmuşdur. xx.xx.1998-ci il tarixdə Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53 nömrəli və xx.xx.1998-ci il tarixdə 28 May küçəsi 5 ünvanda yerləşən 60 nömrəli mənzili dəyərini ödəyərək əldə etmiş, lakin həmin vaxt prokurorluq orqanlarında işləməsi ilə əlaqədar həmin əmlakları arvadı X3 anası, yəni qayınanası X2 adına rəsmiləşdirmiş, sonuncunun adına Bakı şəhəri İcra Hakimiyyəti Tİ və MHQİ tərəfindən müvafiq olaraq seriya MH № 167310 nömrəli və seriya MH № 167311 nömrəli qeydiyyat vəsiqələri verilmişdir. ünvan 6 ünvanda yerləşən 63 nömrəli mənzil də onun vəsaitləri hesabına əldə edilmişdir. Belə ki, X2 əri vəfat etdikdən sonra, o, iddiaçının, yəni onun həmin vaxt mərhum bibisinin əri ilə nikaha daxil olmuş, onların mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə mərhum bibisinin ərinin adına olan iki otaqlı mənzilin 3 otaqlı mənzilə (hazırkı 28 May küçəsi 5 ünvandakı 63 nömrəli mənzilə) dəyişdirilməsi üçün tələb olunan vəsaiti ödəmiş, 63 nömrəli mənzilin əvvəlki sahibinə bir otaqlı başqa mənzil almış və ona qalan iki otağın pulunu vermişdir. Daha sonra o, həmin mənzilin qonşuluğunda olan 1 otaqlı mənzili də alaraq, həmin mənzilə birləşdirmiş, hazırda həmin mənzil 4 otaqlıdır. X2 ikinci əri də vəfat etdikdən sonra həmin mənzil vərəsəlik qaydasında onun adına keçmiş və ona xx.xx.1998-ci ildə seriya MH № 172785 saylı qeydiyyat vəsiqəsi verilmişdir. O, eyni qayda ilə ünvan 7 ünvandakı evin 14, 15, 17, 18 nömrəli mənzilləri dəyərini ödəyərək əldə etmiş, bu mənzilləri də qayınanası X2 adına rəsmiləşdirmiş, sonuncunun adına Bakı şəhəri İcra Hakimiyyəti Tİ və MHQİ tərəfindən xx.xx.1999-cu il tarixli seriya MH № 158966 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Həmin əmlakların əslində ona məxsus olması, X13 tərəfindən elə həmin tarixdə, yəni daşınmaz əmlaklara (53 və 60 saylı mənzillərə) dair qeydiyyat vəsiqələri aldığı gün - xx.xx.1998-ci il tarixdə verdiyi vəsiyyətnamə və qeyd edilən əmlaklarla bağlı verdiyi tam hüquqlu etibarnamələr və sonradan bağlanmış bir sıra əqdlərlə də sübuta yetirilir. Belə ki, Bakı şəhəri 29 saylı Dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.1998-ci il tarixli vəsiyyətnamə ilə Nuriyə Əliyeva xx.xx.1998-ci il tarixli qeydiyyat vəsiqələri ilə onun adına rəsmiləşdirilmiş Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53 və 60 saylı mənzilləri ona (kürəkəni İddiaçı) vəsiyyət etmişdir. Nuriyə Əliyeva tərəfindən 13 iyun 2002-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat kontorunda rəsmiləşdirilməklə, ünvan 8 ünvanda yerləşən 14, 15, 17, 18 saylı mənzillərə dair etibarnamə verilmişdir. Bundan əlavə, Nuriyə Əliyeva tərəfindən xx.xx.2001-ci il tarixdə ünvan 9 ünvanda yerləşən 53, 60 və 63 saylı mənzillərə dair etibarnamə verilmişdir. O, “X17” ASC-dən (hazırda hüquqi varisi "xxxx" ASC) götürdüyü kreditlərin təminatı kimi Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53, 60 və 63 nömrəli mənzilləri ipoteka ilə yüklü etmişdir. Nuriyə Əliyeva tərəfindən ona 21 fevral 2007-ci il tarixdə Bakı şəhəri 38 saylı Notariat kontorunda rəsmiləşdirilməklə, Bakı şəhəri 28 May küçəsi mənzil 63-ə dair tam hüquqlu etibarnamə verilmişdir. Nuriyə Əliyeva tərəfindən ona 23 fevral 2004-cü il tarixdə Bakı şəhəri 2 saylı Notariat kontorunda rəsmiləşdirilməklə, Bakı şəhəri 28 May küçəsi mənzil 59-a dair tam hüquqlu etibarnamə verilmişdir. Bundan əlavə, ünvan 8 ünvandakı evin 14, 15, 17, 18 nömrəli mənzilləri də Nuriyə Əliyevanın verdiyi etibarnamələr əsasında banka girov qoyulmuş, sonradan onun tərəfindən 2006-cı ildə satılaraq, banka ödənilmışdır. Həmin mənzillərin bütün kommunal xərcləri (elektrik, su, kanalizasiya və xidmətə görə ödənişlər) də onun tərəfindən ödənilmişdir. Qeyd edilən faktı təsdiq edən 22 ədəd qəbzlərin əsilləri hazırkı iddiaya əlavə edilir. Bundan əlavə, Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən ümumi sahəsi 500.6 m2 təşkil edən qeyriyaşayış sahəsinin təsərrüfat anbarı məqsədi ilə icarəyə verilməsinə dair 18 avqust 2000-ci il tarixli 1946/4161 nömrəli İcarə müqaviləsini də Nuriyə Əliyevanın adından o, imzalamış, icarə haqlarını da özü ödəmişdir. Göründüyü kimi, həmin mənzillər Nuriyə Əliyevanın adına rəsmiləşdirilsə də, Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53 və 60 saylı mənzillərə dair rəsmiləşdirilmə aparılan gün, yəni, xx.xx.1998-ci il tarixdə notariat qaydada rəsmiləşdirməklə qeyd edilən mənzilləri ona vəsiyyət etməsi, sonradan bütün mənzillərə dair onun adına etibarnamələr verməsi, həmin mənzillərin onun adına götürülmüş kreditlər üzrə ipoteka qoyulması, mənzillərin idarə edilməsi, onlara dair digər əqdlərin bağlanması, nəhayət, bu mənzillərlə bağlı bütün kommunal və digər xərclərin onun tərəfindən ödənilməsi də təsdiq edir ki, həmin mənzillərin əsl mülkiyyətçisi o, olmuş, Nuriyə Əliyeva tərəfindən buna etiraz edilməmiş, mənzillər üzərində mülkiyyət hüququ (sərəncam, istifadə və sahiblik) tam olaraq yalnız onun tərəfindən həyata keçirilmişdir. Onun arvadı X7 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Onun qayınanası Nuriyə Əliyeva xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Nuriyə Əliyeva tərəfindən 01 iyun 2007-ci il tarixdə Bakı şəhəri 38 saylı Dövlət notariat kontorunda təsdiqlənməklə vəsiyyətnamə verilmiş, həmin vəsiyyətnamə ilə o, bütün əmlakını nəvəsi Cavabdeh3 vəsiyyət etmişdir. Sonradan məlum olmuşdur ki, Nuriyə Əliyeva tərəfindən daha bir vəsiyyətnamə tərtib edilmiş, həmin vəsiyyətnamə ilə bütün əmlakını Cavabdeh5 vəsiyyət etmişdir, lakin hal-hazıradək nə vəsiyyətnamə üzrə vərəsə Cavabdeh5, nə də qanun üzrə vərəsələr vərəsəlik şəhadətnamələri almamışlar. Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53 nömrəli mənzil xx.xx.1998-ci il tarixdə (qeydiyyat vəsiqəsi: Seriya MH № 167310); Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 60 nömrəli mənzil xx.xx.1998-ci il tarixdə (qeydiyyat vəsiqəsi: Seriya MH № 167311); ünvan 6 ünvanda yerləşən 63 nömrəli mənzil xx.xx.1998ci il tarixdə (qeydiyyat vəsiqəsi: Seriya MH № 172785); ünvan 8 ünvandakı evin 14, 15, 17, 18 nömrəli mənzilləri xx.xx.1999-cu il tarixdə (qeydiyyat vəsiqəsi: Seriya MH № 158966) Nuriyə Əliyevanın adına rəsmiləşdirilsə də, həmin əmlakların dəyəri onun tərəfindən ödənilmiş, 53 və 60 saylı mənzillərə dair qeydiyyat vəsiqələri alınan gün ona vəsiyyət edilmiş, elə həmin gündən onun istifadəsində və sahibliyində olmuş və nəhayət, Nuriyə Əliyevanın verdiyi etibarnamələr əsasında həmin əmlaklara dair sərəncam hüququ da onun tərəfindən həyata keçirilərək, onun bankdan götürdüyü kreditlərin təminatı kimi ipoteka ilə yüklü edilmiş, S.Vurğun küçəsi 22 ünvandakı evin 14, 15, 17, 18 nömrəli mənzilləri isə sonradan onun tərəfindən satılaraq özgəninkiləşdirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan da görünür ki, Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53 saylı mənzil Bakı şəhəri 14 saylı DNK-nın xx.xx.1998-ci il tarixli, 3M2-207 reyestr nömrəli alğısatqı müqaviləsi, həmin ünvandakı 60 saylı mənzil isə Bakı şəhəri 29 saylı DNK-nın xx.xx.1998-ci il tarixli, 3Ma-5/959 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən, həmin ünvandakı 63 saylı mənzil isə xx.xx.1998-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən Nuriyə Əliyevanın adına qeydiyyata alınmışdır. Qeyd etmək lazımdır ki, Nuriyə Əliyeva hər hansı biznes fəaliyyəti ilə məşğul olmamış, yaşa görə pensiyadan başqa digər mənbələrdən gəlirləri olmamış və qısa müddət ərzində qiyməti külli miqdar təşkil edən, şəhərin mərkəzində yerləşən dörd mənzili almaq üçün vəsaiti olmamışdır. Belə olan halda, Nuriyə Əliyevanın sonradan həmin əmlaklara dair verdiyi sərəncamlar (vəsiyyətnamələr) etibarsız olmuşdur. Göründüyü kimi, əmlakların alğı-satqı müqavilələri üzrə faktiki alıcı qismində o, çıxış etmiş və həmin alğı-satqı müqavilələrinin predmeti olmuş əmlakların həqiqi mülkiyyətçisinin onun olması Nuriyə Əliyevanın özü tərəfindən də təsdiqlənmiş və bu əmlaklara dair bütün hüquqlar onun tərəfindən həyata keçirilmiş, Nuriyə Əliyeva buna etiraz etməmişdir. Yuxarıda da qeyd edildiyi kimi, sonradan məlum olmuşdur ki, Nuriyə Əliyeva tərəfindən Cavabdeh5 adına daha bir vəsiyyətnamə verilmişdir, lakin həmin vəsiyyətnaməni müstəqil əldə etmək mümkün deyil.
9. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3, cavabdehlər Cavabdeh7 və Cavabdeh2 qarşı “pulun tutulması, yaşayış sahəsinin paya mütənasib olaraq naturada ayrılması, mənzilin həmin hissədə boşaldılması və təhvil verilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, cavabdehlərdən müştərək qaydada 250.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi, ünvan 12 ünvanda yerləşən yaşayış sahəsinin ona məxsus 1/4 hissəsinin naturada ayrılmaqla, mənzilin həmin hissəsinin boşaldılması və ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, 16 yanvar 2013-cü il tarixdə Bakı şəhəri 38 saylı notariat kontoru Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən onu, Cavabdeh7, Cavabdeh3, Cavabdeh2 xx.xx.2011-ci il tarixdə vəfat etmiş nənələri - X2 vərəsələri kimi tanımış və hər bir vərəsəyə miras əmlakın 1/4 hissəsinin verilməsi müəyyən edilərək “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” təqdim edilmişdir. Şəhadətnamə verilən miras əmlak Ağdaş şəhəri Üçqovaq kücəsi 5 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin üzərində yerləşən 1 və 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evindən ibarətdir. Lakin, miras əmlak kütləsinə daxil olan, digər daşınmaz əmlak Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi 5-də yerləşən 53, 60, 63 saylı mənzillər bank qarşısında yüklü olduğundan, həmin mənzillər üzərində mülkiyyət hüququnu təsdiq edən sənədləri (çıxarışları) notariat kontoruna təqdim edib, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması mümkün olmamışdır, bu səbəbdən də yuxarıda göstərilən mənzillər üzərində mülkiyyət hüququnun hazırda dövlət reyestrində vərəsələrin adına qeydiyyatdan keçirilməsi mümkün olmamışdır. Miras əmlaka həmçinin ünvan 14 ünvanda yerləşən evin 2-ci mərtəbəsində yerləşən 587,7 m2 olan (əsas sahə 573,7m2, köməkçi sahə 14,0 m2) tikili də daxildir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2-1003/2006 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsi ilə ünvan 15 ünvanda yerləşən evin 2-ci mərtəbəsində olan 587,7 m2 olan (əsas sahə 573,7 m2, köməkçi sahə 14,0 m2) tikiliyə Nuriyə Əliyevanın mülkiyyət hüququnun tanınması, həmin tikiliyə Nuriyə Əliyevanın adına qeydiyyat vəsiqəsinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında DƏDRX-nin Bakı ərazi idarəsinə tapşırılması qət edilmiş və Apelyasiya Məhkəməsinin 1 MK-218/2007 saylı, 11 may 2007-ci il tarixlı qətnaməsi ilə həmin qətnaməsi qüvvədə saxlanılmışdır. 28 dekabr 2021-ci il tarixdə isə onun müraciətinə əsasən, qətnamənin icrasını təmin etmək üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi 09 iyun 2006-cı il tarixli, 2-1003/2006 saylı icra vərəqəsini Bakı şəhəri Nərimanov rayon İcra şəbəsinə göndərmişdir. Vərəsəlik açıldığı xx.xx.2011-ci il tarixdən digər vərəsələr Cavabdeh7, Cavabdeh3, Cavabdeh2 Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi 5-də yerləşən 53, 60 saylı mənzilləri və 28 May küçəsi 5 saylı ünvandakı evin 2-ci mərtəbəsində yerləşən 587,7 m2 olan (əsas sahə 573,7 m2, köməkçi sahə 14,0 m2) tikilinin 192,7 m2 sahəsidə daxil olmaqla icarəyə vermiş və gəlir götürmüşlər. 63 saylı mənzildə və 28 May küçəsi 5 saylı ünvandakı evin 2-ci mərtəbəsində yerləşən 587,7 m2 olan (əsas sahə 573,7 m2, köməkçi sahə 14,0 m2) tikilinin 395 m2 sahəsində isə digər vərəsələr - Cavabdeh7 və Cavabdeh3 öz ailəsi ilə yaşamışlar. Ona 10 ilə yaxın müddətdə yalnız qeydiyyatda olduğu 28 May küçəsi ev 5-də yerləşən 63 saylı mənzilə digər vərəsələrin icazəsi ilə daxil olmağa imkan vermişlər, oda şox saylı mübahisə, söz-söhbətdən sonra. Dəfələrlə ona güc tətbiq edib, onu təhqir edərək evdən qovmuşlar. Həmin ünvanda yerləşən digər 53, 60 saylı mənzillərə və evin 2-ci mərtəbəsində yerləşən (mansard) 395 m2 olan tikilinin sahəsinə daxil olmağa isə ümumiyyətlə imkan verməmişlər. Bütün mənzillərin açarları digər vərəsələrdə olmuşdur və onlar mənzillərdən istədikləri kimi istifadə etmişlər və mənzilləri icarəyə verib gəlir götürmüşlər. Lakin, onların evləri icarəyə verib gəlir götürmələri barədə ona 2021-ci ilin yazında digər vərəsələrdən sonuncuya nənəsindən qanun üzrə vərəsəliklə keçən 1/4 hissəni tələb etdikdən sonra məlum olmuşdur ki, 53, 60 saylı mənzillər və evin 2-ci mərtəbəsində yerləşən (mansard) 395 m2 olan tikili icarəyə verilirmişdir. Yuxarıda göstərilən sahə və mənzillərin icarəyə verildiyi müəyyən ediləndən sonra icarəçilərin hər ikisinə bir neçə dəfə onun mülkiyyətçi olduğunu təsdiqləyən sənədlər təqdim edilərək şifahi xəbərdarlıq edilmiş və xx.xx.2021-ci il tarixdə onlara bildiriş göndərmişdir. Cavabdehlər dəfələrlə ona təzyiqlər göstərmiş və onu mənzillərdən qovmuşlar. Bu barədə o, dəfələrlə Daxili İşlər Nazirliyinin 102 nömrəsinə zəng edərək şifahi və Bakı şəhəri Nəsimi rayonu 22-ci polis bölməsinə dəfələrlə yazılı şıkayət ərizəsi ilə müraciət etmişdir. Ancaq bundan sonra digər vərəsələr və onların ataları ona hədə-qorxu gəlməkdən və güc tətbiq etməkdən əl çəkmişlər. Nəticə etibarı ilə, bütün danışıqlardan sonra yalnız xx.xx.2021-ci il tarixdə 53 saylı mənzil və evin 2-ci mərtəbəsində yerləşən (mansard) 395 m2 olan tikilinin icarəçisi olan "xxxx" MMC ilə və 60 saylı mənzilin icarəçisi olan X10 ilə 16 yanvar 2022-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Vərəsəlik açıldı gündən xx.xx.2011-ci il tarixdən bu günə kimi 10 ilə yaxın müddətdə digər vərəsələr və onların ataları ona vəfat etmiş nənəsi - Nuriyə Əliyevadan miras qalmış Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi ev 5 mənzil 53, 60 və evin 2-ci mərtəbəsində yerləşən (mansard) 395 m2 olan tikilini icarəyə vermişdir. Həmin ünvanda yerləşən 63 saylı mənzili, evin 2-ci mərtəbəsində yerləşən tikilinin 192,7 m2 sahəsində isə özləri yaşamış və ona mülkiyyətçi kimi əmlaklarından sahiblik, istifadə və sarəncam verməyə imkan verməmişlər. Yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, onun mülkiyyətində olan mənzilin xx.xx.2011-ci il tarixdən bu günə kimi 10 ilə yaxın müddətdə cavabdehlərin icarəyə verərək əldə etdikləri pul vəsaitləri, daha dəqiq desək 250.000 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməli və ünvan 2 ünvanda yerləşən yaşayış sahəsinin ona məxsus 1/4 hissəsi naturada ayrılmaqla, mənzilin həmin hissəsi boşaldılaraq ona təhvil verilməlidir.
11. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4, cavabdehlər Cavabdeh7, Cavabdeh2, Cavabdeh5, Bakı şəhəri 38 saylı Notariat Kontoruna və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağdaş rayon Dövlət Notariat Ofisinə qarşı “miras əmlaka vərəsəlik hüququnun tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ona və qeyrilərinə qarşı “vəsiyyətnamələrin etibarsız hesab edilməsi, alğı-satqı müqavilələrində tərəf kimi tanınma və əmlaklara mülkiyyət hüququnun tanınması tələbinə dair” ilk iddiasının və Cavabdeh4 ona və qeyrilərinə qarşı “pul tələbi, mənzilin 1/4 hissəsinin naturada ayrılması və ona təhvil verilməsi tələbinə dair” qarşılıqlı iddiasının rədd edilməsi, hazırkı qarşılıqlı iddianın təmin edilərək, Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53 nömrəli mənzilə (qeydiyyat vəsiqəsi: Seriya MH № 167310), Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 60 nömrəli mənzilə (qeydiyyat vəsiqəsi: Seriya MH№ 16731), ünvan 6 ünvanda yerləşən 63 nömrəli mənzilə (qeydiyyat vəsiqəsi: Seriya MH № 172785), ünvan 17ci mərtəbəsində yerləşən 587,7 m2 olan tikiliyə olan hüquqlara dair onun vərəsəlik hüquqlarının tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin Bakı şəhəri 38 saylı Notariat Ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İşə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılarkən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3 28 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53 nömrəli mənzilə (qeydiyyat vəsiqəsi seriya MH № 167310), Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 60 nömrəli mənzilə (qeydiyyat vəsiqəsi seriyalı MH № 16731), ünvan 6 ünvanda yerləşən 63 nömrəli mənzilə (qeydiyyat vəsiqəsi seriya MH № 172785), ünvan 17ci mərtəbəsində yerləşən 587,7 m2 olan tikiliyə olan hüquqlara dair Cavabdeh3 vərəsəlik hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, aşağıda qeyd edilən əsaslarla görə İddiaçı ilk iddiası və Cavabdeh4 qarışlıqlı iddiası rədd edilməli, onun qarşılıqlı iddiası təmin edilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi, məhkəmədə baxılan iş mərhum X2 miras qoyduğu əmlaklarla bağlıdır. Məhkəmənin nəzərinə çatdırır ki, Nuriyə Əliyeva onun nənəsi (anasının - X3 anası) olmuşdur, xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Nuriyə Əliyevanın ölümü ilə açılan miras əmlak kütləsinə aşağıdakı əmlaklar daxil olmuşdur: Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53 nömrəli mənzil (qeydiyyat vəsiqəsi: Seriya MH № 167310); Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 60 nömrəli mənzil (qeydiyyat vəsiqəsi: Seriya MH № 16731); ünvan 6 ünvanda yerləşən 63 nömrəli mənzil (qeydiyyat vəsiqəsi: Seriya MH № 172785); ünvan 8 ünvandakı evin 14, 15, 17, 18 nömrəli mənzilləri (qeydiyyat vəsiqəsi: Seriya MH № 158966); ünvan 16 ünvanda yerləşən fərdi yaşayış evi; bundan əlavə, ünvan 17ci mərtəbəsində yerləşən 587,7 m2 olan tikiliyə mülkiyyət hüququ qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə tanınıb. Nuriyə Əliyeva tərəfindən 01 iyun 2007-ci il tarixdə Bakı şəhəri 38 saylı Dövlət notariat kontorunda təsdiqlənməklə verilmiş vəsiyyətnamə ilə o, bütün əmlakını ona vəsiyyət etmişdir. Həmin əmlakların bir hissəsi (Ağdaş şəhərində olan fərdi yaşayış evi və ünvan 17ci mərtəbəsində yerləşən 587,7 m2 olan tikili istisna olmaqla) Nuriyə Əliyevanın sağlığında onun razılığı ilə İddiaçı Bankdan götürdüyü kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş, ünvan 8 ünvandakı evin 14, 15, 17, 18 nömrəli mənzillər özgəninkiləşdirilmiş, qalan 28 May küçəsi 5 ünvanda yerləşən 53, 60 və 63 nömrəli mənzillər isə hal-hazırda da ipoteka ilə yüklüdür. Bütün əmlakını ona vəsiyyət etməsinə dair 01 iyun 2007-ci il tarixli vəsiyyətnamə verdikdən sonra, X16 rayon dövlət notariat kontorunda təsdiq edilməklə 19 oktyabr 2007-ci il tarixdə vəsiyyətnamə vermiş və həmin vəsiyyətnamədə iradə ifadəsi bundan ibarət olmuşdur ki, “Ölən günədək mənə məxsus olan ünvan 16-də yerləşən fərdi yaşayış evimi, həyətyanı torpaq sahəsini və bütün əmlakımı Ağdaş şəhəri 20 Yanvar küçəsi 1/3-də yaşayan qızım Cavabdeh5 vəsiyyət edirəm.” Bundan əlavə, Nuriyə Əliyeva Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53 və 60 saylı mənzilləri İddiaçı vəsiyyət etməsinə dair Bakı şəhəri 29 saylı Dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.1998-ci il tarixli vəsiyyətnamə vermişdir. İstinad edilən faktlardan da göründüyü kimi, Nuriyə Əliyeva tərəfindən ona verilmiş 01 iyun 2007-ci il tarixli vəsiyyətnamə ilə İddiaçı verilmiş xx.xx.1998-ci il tarixli vəsiyyətnamə ləğv edilmiş, Cavabdeh5 verilmiş 19 oktyabr 2007-ci il tarixli vəsiyyətnamə ilə isə ünvan 16 ünvanında yerləşən fərdi yaşayış evi ona çatası miras əmlak kütləsindən çıxarılmışdır. Nuriyə Əliyevanın yuxarıda sadalanan vəsiyyətnamlərdəki iradə ifadəsi və qanunvericiliyin aşağıda istinad edilən normalarının tələblərinə görə aşağıdakı əmlaklara onun vərəsəlik hüququ tanınmaqla, bu əmlaklara və əmlak hüquqlarına dair ona vərəsəlik şəhadətnaməsi verilməlidir: Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53 nömrəli mənzil (qeydiyyat vəsiqəsi: Seriya MH № 167310); Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 60 nömrəli mənzil (qeydiyyat vəsiqəsi: Seriya MH № 16731); ünvan 6 ünvanda yerləşən 63 nömrəli mənzil (qeydiyyat vəsiqəsi: Seriya MH № 172785); ünvan 17ci mərtəbəsində yerləşən 587,7 m2 olan tikiliyə.
14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(006)-2327/2022 saylı, 03 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Səməd Cəfərov), ilk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh7, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Bakı şəhəri 38 saylı Dövlət Notariat Kontoru, Bakı şəhəri 29 saylı Dövlət Notariat Kontoruna və Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoruna qarşı “vəsiyyətnamələrin etibarsız hesab edilməsi, alğı-satqı müqavilələrində tərəf kimi tanınma və əmlaklara mülkiyyət hüququnun tanınması tələbinə dair” iddia ərizəsinin rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 cavabdehlər Cavabdeh7, Cavabdeh3, Cavabdeh2 və İddiaçı qarşı “pul və mənzilin boşaldılması tələbinə dair” qarşılıqlı iddiasının rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 cavabdehlər Cavabdeh5, İddiaçı, Cavabdeh7, Cavabdeh2 və Cavabdeh4 qarşı (Ağdaş rayonu Dövlət Notariat Ofisi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “miras əmlaka vərəsəlik hüququnun tanınması tələbinə dair” qarşılıqlı iddiasının təmin edilməsi, Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53 nömrəli mənzilə (qeydiyyat vəsiqəsi seriya MH № 167310); Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 60 nömrəli mənzilə (qeydiyyat vəsiqəsi seriyalı MH № 16731); ünvan 6 ünvanda yerləşən 63 nömrəli mənzilə (qeydiyyat vəsiqəsi seriya MH № 172785); ünvan 17ci mərtəbəsində yerləşən 587,7 m2 olan tikiliyə olan hüquqlara dair Cavabdeh3 vərəsəlik hüquqlarının tanınması, iş üzrə ödənilmiş dövlət rüsumlarının rüsumları ödəmiş tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsinin ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 qarşılıqlı iddia tələbinə dair hissədə mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi 5-də yerləşən 53, 60 saylı mənzillərə, habelə ünvan 12 ünvanda yerləşən yaşayış sahəsinə dair vərəsəlik işi açılmamış və iddiaçının payı müəyyən edilməmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, Mülki Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Hazırki iş üzrə həmin əmlaklara dair mövcud olan vəsiyyətnamə tamamilə və ya qismən etibarsız hesab edilməmişdir.
16. Birinci instansiya məhkəməsi eyni zamanda hesab etmişdir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 tərəfindən öz iddia tələblərinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4ın qarşılıqlı iddiası təmin edilə bilməzlər.
17. Həmçinin, birinci instansiya məhkəməsi eyni zamanda hesab etmişdir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 iddia müddətinin tətbiq edilməsini və ilk iddianın, digər cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddianın əsassız olması ilə yanaşı, həmçinin iddia müddəti tətbiq edilməklə rədd edilməsi barədə ərizəsi ilə bağlı qeyd etmişdir ki, iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə kifayət qədər əsaslandırılmadığından və iddia müddətinin ötürülməsi ilə bağlı sübutlar ərizəyə əlavə edilmədiyindən təmin edilə bilməz.
18. Birinci instansiya məhkəməsi ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 qarşılıqlı iddia tələbinə dair hissədə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra - MM) 324.1, 337.1, 337.2, 337.3, 340.1, 340.2, 372.1, 372.2, 375.1, 375.2, 377.1, 384.0.4, 1133.1, 1145, 1146, 1159.1.1, 1243, 1246, 1248, 1255, 1272, 1273, 1273-1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinın (bundan sonra - MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
19. Qətnamədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 apelyasiya şikayəti vermişdir. a) Apelyasiya şikayətinin dəlilləri
20. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 apelyasiya şikayətində qətnamənin onun iddiasının təmin edilmədiyi, qarşılıqlı iddia uzrə iddiacı Cavabdeh3 oğlunun qarşılıqlı iddiasının təmin edildiyi hissədə ləğv edilməsini və onun qarşılıqlı iddiasının təmin edilməsini, qarşılıqlı iddia üzrə iddiacı Cavabdeh3 oğlunun qarşılıqlı iddiasının isə rədd edilməsi barədə yeni qətnamə qəbul etməsini xahiş etmişdir.
21. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 apelyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi 19 oktyabr 2007-ci il tarixli 2V- 01-93 reyestr nömrəli vəsiyyətnamənin məzununu aşkar şəkildə təhrif etmiş, həmin vəsiyyətnamənin məzmununda göstərilənlərin bir hissəsini əsas götürərək, əsassız və qanunsuz mövqe bildirmişdir. Belə ki, 19 oktyabr 2007-ci il tarixli, 2V-01-93 saylı vəsiyyətnamədən görünür ki, X4 ölən günədək ona məxsus olan Ağdaş şəhəri Üç Qovaq küçəsi ev 5 ünvanda yerləşən fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini və bütün əmlakını Cavabdeh5 Şahmalı qızına vəsiyyət etmişdir. Birinci instansiya məhkəməsi nəzərdən qaçırmışdır ki, 19 oktyabr 2007-ci il tarixli, sonuncu vəsiyyətnamədə miras qoyan bütün əmlakını Cavabdeh5 Şahmalı qızına vəsiyyət etdiyindən, qeyd edilən vəsiyyətnamə, ondan əvvəl verilmiş, bütün əmlakın Cavabdeh3 vəsiyyət ediməsinə dair 01 iyun 2007-ci il tarixli vəsiyyətnaməni tamamlaya bilməz. Birinci instansiya məhkəməsi bu məsələ ilə bağlı mülki qanunvericiliyin tələblərini nəzərə almamışdır. Birinci instansiya məhkəməsi Ağdaş rayon Dövlət Notariat Ofisində təsdiq edilmiş 2v-01-93 saylı vəsiyyətnaməsinin məzmununu tam tədqiq etmədən, vəsiyyət edən yalnız Ağdaş rayonunda olan evi və həyətyanı torpaq sahəsini deyil, həmçinin bütün əmlakını Cavabdeh5 Şahmalı qızına vəsiyyət etməklə, daha əvvəl vermiş olduğu vəsiyyətnaməni dəyişdirdiyini və bununla da 01 iyun 2007-ci il tarixdə 2V-1-48 reyestr nömrəsi ilə vermiş olduğu əvvəlki vəsiyyətnamə qüvvəsini itirdiyini nəzərə almamışdır. Dövlət Notariat Arxivinin 18 iyun 2022-ci il tarixli məktubundan da aşkar görünür ki, X4 tərəfindən Bakı şəhəri 38 saylı dövlət notariat ofisində 01 iyun 2007-ci il tarixdə 2V-1-48 reyestr nömrəsi ilə qoyduğu vəsiyyətnaməni Ağdaş rayon dövlət notariat ofisində 19 oktyabr 2007-ci il tarixdə 2V-01-93 reyestr nömrəsi ilə qoyduğu yeni vəsiyyətnamə əsasında dəyişdirmişdir. İşdə olan ərizələr və sənədlər aşkar şəkildə onu təsdiq edir ki, İddiaçı Ağalar oğlu və Cavabdeh3 oğlu xx.xx.2011-ci ildən etibarən mirasın açıldığından və vəsiyyətnamələrin mövcudluğundan məlumatlı olmuşlar. Bunula belə, Cavabdeh3 10 ildən sonra mövcud olmayan vərəsəlik hüququnun tanınması üçün məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi əsassız olaraq, iddia müddəninin tətbiqi barədə ərizəmizin əsaslandırılmadığı, bununla bağlı işdə sübutların olmadığı qənaətinə gəlmişdir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:
22. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Proses iştirakçılarının izahatı:
23. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 və onun nümayəndəsi və vəkili Vəkil2 verdikləri apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
24. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiklərini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər.
25. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3 ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
26. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3, ilk və qarşılıqlı iddialar üzrə cavabdehlər Cavabdeh7, Cavabdeh2, Cavabdeh5, Bakı şəhəri 38 saylı Notariat Kontorunun, Bakı şəhəri 29 saylı Notariat Kontorunun, Bakı şəhəri 14 saylı Notariat Kontorunun və Ağdaş rayon Dövlət Notariat Ofisinin nümayəndələri məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri.
27. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. Qətnamədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 apelyasiya şikayəti verərək, qətnamənin onun iddiasının təmin edilmədiyi, qarşılıqlı iddia uzrə iddiacı Cavabdeh3 oğlunun qarşılıqlı iddiasının isə təmin edildiyi hissədə ləğv edilməsini və onun qarşılıqlı iddiasının təmin edilməsini, qarşılıqlı iddia üzrə iddiacı Cavabdeh3 oğlunun qarşılıqlı iddiasının isə rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən, qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
30. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
31. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
32. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
33. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
34. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
35. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
36. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
37. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
38. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
39. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır.
40. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.
41. Maddə 384.0.4. Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir.
42. Maddə 1133: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
43. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
44. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
45. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
46. Maddə 1243. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
47. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
48. Maddə 1248: 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2. Bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir.
49. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
50. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.
51. Maddə 1273. Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir.
52. Maddə 1273-1. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı.
53. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
58. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
59. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
60. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
61. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
62. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
63. Məhkəmə kollegiyası qeyd edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi 19 oktyabr 2007-ci il tarixli 2V-01-93 reyestr nömrəli vəsiyyətnamənin məzununu aşkar şəkildə təhrif etmiş, həmin vəsiyyətnamənin məzmununda göstərilənlərin bir hissəsini əsas götürərək, əsassız və qanunsuz mövqe bildirmişdir. Belə ki, 19 oktyabr 2007-ci il tarixli, 2V-01-93 saylı vəsiyyətnamədən görünür ki, X4 ölən günədək ona məxsus olan Ağdaş şəhəri Üç Qovaq küçəsi ev 5 ünvanda yerləşən fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini və bütün əmlakını Cavabdeh5 Şahmalı qızına vəsiyyət etmişdir. Birinci instansiya məhkəməsi nəzərdən qaçırmışdır ki, 19 oktyabr 2007-ci il tarixli, sonuncu vəsiyyətnamədə miras qoyan bütün əmlakını Cavabdeh5 Şahmalı qızına vəsiyyət etdiyindən, qeyd edilən vəsiyyətnamə, ondan əvvəl verilmiş, bütün əmlakın Cavabdeh3 vəsiyyət ediməsinə dair 01 iyun 2007-ci il tarixli vəsiyyətnaməni tamamlaya bilməz. İşdə olan ərizələr və sənədlər aşkar şəkildə onu təsdiq edir ki, İddiaçı Ağalar oğlu və Cavabdeh3 oğlu xx.xx.2011-ci ildən etibarən mirasın açıldığından və vəsiyyətnamələrin mövcudluğundan məlumatlı olmuşlar. Bunula belə, Cavabdeh3 10 ildən sonra mövcud olmayan vərəsəlik hüququnun tanınması üçün məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi əsassız olaraq, iddia müddəninin tətbiqi barədə ərizəmizin əsaslandırılmadığı, bununla bağlı işdə sübutların olmadığı qənaətinə gəlmişdir.
64. Məhkəmə kollegiyası ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 apelyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
65. Birinci instansiya məhkəməsində araşdırılan işin hallarından müəyyən olunur ki, Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi 5-də yerləşən 53, 60 saylı mənzillərə, habelə ünvan 12 ünvanda yerləşən yaşayış sahəsinə dair vərəsəlik işi açılmamış və iddiaçının payı müəyyən edilməmişdir. Mülki Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Hazırki iş üzrə isə həmin əmlaklara dair mövcud olan vəsiyyətnamə tamamilə və ya qismən etibarsız hesab edilməmişdir.
66. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 tərəfindən öz iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 qarşılıqlı iddiası təmin edilə bilməzlər.
67. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və gəlinmiş nəticəni hüquqi cəhətdən qanuni və əsaslı hesab edir.
68. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.
69. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
70. Bundan başqa, birinci instansiya məhkəməsi düzgün olaraq belə hesab etmişdir ki, iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən kifayət qədər əsaslandırılmadığından və iddia müddətinin ötürülməsi ilə bağlı sübutlar ərizəyə əlavə edilmədiyindən təmin edilə bilməz.
71. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunvericilik iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükü tələb edilən müqavilələrin etibarsız olması halı sübut edilməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı sübut etmə yükü ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 üzərinə düşür.
72. Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
73. Göründüyü kimi ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 apelyasiya şikayətində istinad etdiyi hallarla bağlı apelyasiya şikayətinə heç bir sübut əlavə etməmiş, apelyasiya məhkəməsinin iclasında iştirak edərkən göstərdikləri hallarla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir.
74. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində göstərilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir.
75. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir.
76. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.
77. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
78. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2327/2022 saylı, 03 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.