Məhkəmə qərarları › İş №2(103)-125/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-125/2023

11.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-125/2023 11.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul”tələbinə dair mülki iş üzrə İş № 2(103)-125/2023 (Açar sözlər: “subroqasiya qaydasında pul”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri SəbailRayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2(009)-1739/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.ünvan 1 ünvanda yerləşən 21 saylı mənzil xx.xx.2017-ci il tarixdə sığorta müqaviləsinə əsasən daşınmaz əmlakın icbari sığortası növü üzrə "xxxx" ASC tərəfindən sığortalanmışdır. 2.Sözügedən mənzildə yanğın baş vermiş və Əliyev Kamil Rafael oğluna maddi zərər dəymiş, qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 15638 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. 3.İddiaçı yanğının cavabdehin təqsiri ucbatından baş verdiyini iddia edərək hazırkı tələblə məhkəməyə müraiət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15638 manat sığorta ödənişi məbləğinin və 30,40 manat dövlət rüsumunun, cəmi 15668,40 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 5.İddia tələbi onunla əsaslandırılmışdır ki, 05 yanvar 2018-ci il tarixdə ünvan 1 ünvanda yerləşən Əliyev Kamil Rafael oğluna məxsus 21 saylı mənzilə həmin ünvanda yerləşən 24 saylı mənzilin sakini tərəfindən yanğın təhlükəsizliyi qaydalarına rayət edilməməsi nəticəsində yanğın hadisəsi baş verərək sığortalı əmlaka maddi zərər vurulmuşdur. FHN-nin DYNX-nin 2-ci Ərazi xx.xx.2018-ci il tarixli X12 göstərilmişdir ki, ünvan 1 ünvanda yerləşən 24 saylı mənzildə kamin tipli təbii qaz sobasının tüstü bacasının həddən artıq qızaraq həmin ünvanda yerləşən 21 saylı mənzilin tavanının yanar konstruksiyalarını alışdırması yanğın hadisəsinin baş verməsinə səbəb olmuşdur. Müstəqil ekspert rəyinə görə mənzilə 15906 manat ziyan dəymişdir. 250 manat azadolma məbləği və 18 manat bərpa məbləği çıxılmaqla 15638 manat ödəniş həyata keçirilmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. 6.Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim-İlkin Rüstəmli) 23 sentyabr 2020-ci il tarixli, 2(009)-1739/2020 saylı qətnaməsi ilə (bundan sonra-məhkəmə) iddia tələbi təmin edilərək, 15638 manat pul vəsaiti və iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,40 manat olmaqla, ümumilikdə 15668,40 manat məbləğində pul vəsaitinin Cavabdeh alınıb "xxxx" ASC-yə ödənilməsi qət olunmuşdur. 7.İş materiallarında olan RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 21 saylı mənzil Əliyev Kamil Rafael oğlunun xüsusi mülkiyyətindədir. 8.“Elektron” sistem məlumatlarından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, ev 8, mənzil 22/23/24 saylı mənzillərin mülkiyyətçisi Cavabdehdır. 9.İş materiallarından “Daşınmaz Əmlakın İcbari Sığorta” şəhadətnaməsinə əsasən Əliyev Kamil Rafael oğluna məxsus ünvan 1 ünvanda yerləşən 21 saylı mənzili sığorta haqqı 25000 manat, azadolma məbləği 250 manat olmaqla xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək sığortalanmışdır. 10.İş materiallarından "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2018-ci il tarixli, M- 276-18 saylı məktubdan görünür ki, ünvan 1 ünvanda yerləşən 21 saylı mənzilə dəymiş zərərin qiymətləndirilməsi mərhələsində iştirak etmək üçün ünvan 2 ünvanda yerləşən "xxxx" ASC-nin ofisinə 3 iş günü ərzində yaxınlaşması təklif olunmuşdur. 11.İş materiallarından müstəqil qiymətləndirici tərəfindən verilmiş qüsur aktından görünür ki, ünvan 1 ünvanda yerləşən 21 saylı mənzilə dəymiş zərər 15906 manat təşkil edir. 12.İş materiallarında olan 048494 nömrəli sığorta aktından görünür ki, ünvan 1 ünvanda yerləşən 21 saylı mənzil yanğın nəticəsində zədələnmişdir və zərərlə bağlı 250 manat azadolma məbləği və 18 manat bərpa məbləği çıxılmaqla, maddi ziyanın ümumi məbləği 15906 manat təşkil etmişdir. 13.xx.xx.2018-ci il tarixli ödəniş tapşırığına əlavədən görünür ki, Əliyev Kamil Rafael oğluna 15638 manat məbləğində sığorta ödənişi edilmişdir. 14.“Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2018-ci il tarixli qərarda qeyd olunmuşdur ki, ünvan 1 ünvanda yerləşən 21 saylı mənzildə baş vermiş yanğının mənbəyi 24 saylı mənzilin tüstü bacasının ifrat dərəcədə qızması olmuşdur. Qərarda eyni zamanda qeyd olunmuşdur ki, Cavabdeh izahatında ünvan 1 ünvanda yerləşən 24 saylı mənzilin ona məxsus olduğunu göstərmişdir. 15.xx.xx.2018-ci il tarixli yanğın aktında qeyd edilmişdir ki, ünvan 1 ünvanda yerləşən 21 saylı mənzil yerləşən ünvanda 24 saylı mənzilin kamin tipli divar qaz sobasının tüstü bacasının qızması nəticəsində bacadakı çatlar vasitəsilə 21 saylı mənzilin dam örtüyünün taxta konstruksiyaları alışması yanğına səbəb olmuşdur. 16.Məhkəmə müəyyən etmişdir ki, ünvan 1 ünvanda yerləşən 21 saylı mənzil xx.xx.2017-ci il tarixdə sığorta müqaviləsinə əsasən daşınmaz əmlakın icbari sığortası növü üzrə "xxxx" ASC tərəfindən sığortalanmışdır. Cavabdehin təqsiri ucbatından sözügedən mənzildə yanğın baş vermiş və Əliyev Kamil Rafael oğluna maddi zərər dəymişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 15638 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. 17.Məhkəmə hesab etmişdir ki, cavabdehin təqsiri ucbatından iddiaçı şirkətdə sığortalanmış əmlaka ziyan dəymişdir. İddiaçı şirkət sığortaçı kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək hadisə nəticəsində əmlaka dəyən ziyanın əvəzini ödədiyindən iddiaçı sığorta təşkilatı haqlı olaraq ödənilmiş əvəz miqdarının geriyə tələb (reqres) hüququ ilə məhkəməyə müraciət etmişdir. 18.Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbinin əsaslı olduğu iş materialları ilə kifayət qədər sübut edildiyindən, iddia tələbi təmin edilməlidir. 19.Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzinin tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddia tələbində göstərilmiş pul tələbinin tutulması tam təmin olunduğundan, məhkəmə xərclərinə aid edilən iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. 20.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883, 916.1, 922.1, 936.2, 1114.1-ci; “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü; “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları”-nın 12-ci bəndinə; “Azərbaycan Respublikasında yanğın təhlükəsizli Qaydaları”nın 7.1, 7.3-cü,Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119, 216-220 və 222-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 21.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddianın təmin olunmamasını xahiş etmişdir. 22.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 28 fevral 2018-ci il tarixli qərarı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 iyul 2018-ci il tarixli, 6(005)-43/2018 saylı qərarı ilə qanunsuz sayılaraq ləğv edilmişdir. Məhkəmənin müəyyən etdiyi hala görə o, Cavabdeh məxsus, qeydiyyatda olduğu ünvan üzrə mənzilin damında baş verən yanğın hadisəsində (sığorta hadisəsi) onun təqsiri olmamış və buna səbəb ona məxsus mənzilin damında (binanın dam örtüyünün üstündə) X14 adlı şəxsin qanunsuz apardığı tikinti işləri nəticəsində binanın bacasının qapaması olmuşdur. Onun iştirakı olmadan işə baxılmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

a)Məhkəmə icraatı iştirakçılarının izahatları 24.Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 25.Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 26.Maddə 922.1.Sıgorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 27.Maddə 936.5.Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 28.Maddə 936.1.Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 29.Maddə 936.2.Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 30.Maddə 1096.1.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 31.Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 32.Maddə 1114.1.Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbarı sığortalar haqqında” Azərbaycan Respublikasının qanunu: 33.Maddə 13.1.İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. 34.Maddə 23.1.6.Sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. 35.Maddə 35.1.Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. 36.Maddə 36.1.1.Yanğın, ildırım düşməsi nəticəsində daşınmaz əmlakın zədələnməsi,məhv olması, yaxud hər hansı formada itkisi sığorta hadisəsi hesab olunur. 37.Maddə 38.Sahibi olduğu daşınmaz əmlakın icbari sığortası müqaviləsini bağlayan və müvafiq icbari sığorta şəhadətnaməsinin adına verildiyi şəxs sığortalı hesab edilir. 38.Maddə 39.3.1.Yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta məbləğləri və şərtsiz azadolma məbləğləri -Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 25.000 manat, azadolma məbləği 250 manatmüəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 39.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 40.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 41.Maddə 385.1.1.Maddi hüquq normalarının və ya prosessual hüquq normalırının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 42.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 43.Maddə 387.2.2. İşdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

Apellyasiya baxışının hədləri

44.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 45.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinin dəlilləri həcmində tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

46.Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməlidir. 47.Belə ki, məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh ünvanlanmış məhkəmə bildirişlərinin qanunvericiliklə müəyyən olunmuş qaydada ona göndərildiyi və çatdırıldığı barədə iş materiallarında hər hansı bir sübut olmamasına baxmayaraq birinci instansiya məhkəməsi, onun iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsi ilə əsaslandırmışdır. 48.Halbuki, Mülki Prosessual Məcəllənin istinad olunan həmin maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Göründüyü kimi qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir. İş materiallarından isə cavabdehin birinci instansiya məhkəməsində keçirilən iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış olduğu müəyyən edilmir. Beləliklə də, məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumatlandırılmadan işə baxılmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur. 49.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olubolmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. 50.Məhkəmə kollegiyası bu kontekstdə hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlili olmaqla yanaşı, şikayətin digər dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. 51.Belə ki, cavabdeh tərəfindən məhkəmə təqdim olunmuş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 iyul 2018-ci il tarixli, 6(005)-43/2018 saylı qərarına əsasən Cavabdeh müdafiəçisi X11 tərəfindən verilmiş şikayət təmin edilərək, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin təhqiqatçısı Mustafayev Cəmil oğlunun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2018-ci il tarixli qərarı qanunsuz hesab edilərək ləğv edilməsi, toplanılmış material üzrə araşdırmanın davam etdirilməsi qərara alınmışdır. 52.Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin 05 aprel 2022-ci il tarixli, xx/xx-02261 saylı məktubuna əsasən 05 yanvar 2018-ci il tarixdə ünvan 1 ünvanda yerləşən vətəndaş Əliyev Kamil Rafael oğluna məxsus 21 saylı mənzildə baş vermiş yanğın hadisəsi ilə əlaqədar FHN-nin Əməliyyatİstintaq idarəsinin təhqiqatçısı X5 tərəfindən qəbul edilmiş xx.xx.2018- ci il tarixli, “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanov tərəfindən ləğv olunaraq araşdırmanın davam etdirilməsi üçün FHN-nin Əməliyyat-İstintaq idarəsinə göndərilmişdir. 53.Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin 26 dekabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarı ilə 05 yanvar 2018-ci il tarixdə, saat 05 radələrində, ünvan 1 ünvanda yerləşən vətəndaş Əliyev Kamil Rafael oğluna məxsus 21 saylı mənzildə baş vermiş yanğın hadisəsi ilə əlaqədar X6 əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət təqibinin başlanılması rədd edilmişdir. 54.Həmin qərarda qeyd olunmuşdur ki: -FHN-nin DYNX-nin 2-ci Ərazi DYNİ-nin xx.xx.2018-ci il tarixli, X12 göstərilmişdir ki, ünvan 1 ünvanda yerləşən 24 saylı mənzilində kamin tipli təbii qaz sobasının tüstü bacasının həddən artıq qızaraq həmin ünvanda yerləşən 21 saylı mənzilin tavanın yanar konstruksiyalarını alışdırması yanğın hadisəsinin baş verməsinə səbəb olmuşdur. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yanğın-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 2087 saylı rəyi ilə müəyyən olunur ki, ünvan 1 ünvanda yerləşən 21 saylı mənzildə baş vermiş yanğının mənbəyi mənzilin yaşayış otağının tavanında olmuş lakin inkişaf etməmişdir. Hadisənin baş vermə şəraitini, yoxlama materialındakı məlumatları, yanğın haqqında aktın nəticəsini nəzərə almaqla, yanğının mənbə zonasında yalnız 24 saylı mənzilin tüstü bacasının yerləşdiyinə, otağın tavanı ilə çəkilmiş elektrik xətlərinin termiki təsirə məruz qalmadığına, tavanın yanar materiallarının üzərində yaranmış termiki təsir izlərinin xarakterinə və nisbi dərəcəsinə əsasalanaraq yanğın, tüstü bacasının ifrat dərəcədə qızması nəticəsinə yaxınlıqda yerləşən yanar materialları alışdırması nəticəsində baş verməsi üçün xarakterikdir. “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları” nın (YTQ 02-2002) 1.2-ci, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları” nın (YTQ 01-2001) 7.1, 7.3, 7.6 bəndlərinin tələbləri 24 saylı mənzilin sakini tərəfindən pozulmuşdur. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yanğıntexniki ekspert Mövlud Şükürov izahatında göstərmişdir ki, hadisə yerinə baxış keçirmiş, baxış zamanı müəyyən olunmuşdur ki, ünvan 1 ünvanda yerləşən 21 saylı mənzildə baş vermiş yanğının mənbəyi mənzilin yaşayış otağının tavanında olmuş lakin inkişaf etməmişdir. Yanğının mənbə zonasındakı yalnız 24 saylı mənzilin tüstü bacasının ifrat dərəcədə qızmasından yaxınlıqda yerləşən yanar materialları alışdırması nəticəsində yanğın baş verməsi üçün xarakterikdir. “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları” nın (YTQ 02-2002) 1.2-ci, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları” nın (YTQ 01-2001) 7.1, 7.3, 7.6 bəndlərinin tələbləri 24 saylı mənzilin sakini tərəfindən pozulmuşdur. Mənzil sakini dedikdə X7 nəzərdə tutur. Belə ki, 24 saylı mənzil sakini Vüqar Əliyev tərəfindən yanğın baş verməmişdən əvvəl soba yandırılmış, lakin onun sobaya düzgün nəzarət etməməsi tüstü bacasının ifrat dərəcədə qızmasına səbəb olmuş, nəticədə 24 saylı mənzilin tüstü bacasının ifrat dərəcədə qızmasından yaxınlıqda yerləşən yanar materialları alışdırması yanğın hadisəsinin baş verməsinə səbəb olmuşdur. -Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatı Səbail rayon Mənzil-X4 5 saylı MKİS-in xx.xx.2022-ci il tarixli 243 saylı məktubunda göstərilmişdir ki, 05 yanvar 2018-ci il tarixdə, saat 05 radələrində, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi ev 8 ünvanda yerləşən 3 mərtəbəli binanın 3-cü mərtəbəsində olan Əliyev Kamil Rafael oğluna məxsus 21 saylı mənzildə yanğın hadisəsi baş vermişdir. Hadisənin baş verməsinə səbəb 21 saylı mənzil ilə divar qonşusu olan Cavabdeh məxsus 24 saylı mənzilin daxilində olan “kamin” tipli divar sobasının tüstü bacasının həddindən artıq qızaraq ətrafında olan yanar materialları alışdırması olmuşdur. Yanğın hadisəsi nəticəsində 21 saylı mənzilin tavan hissəsi yanaraq mənzilin daxilinə tökülmüşdür. 21 saylı mənzilin sahibi təqribən 3 ay keçdikdən sonra təmirbərpa işləri görməyə başlamış və Səbail rayon İcra Hakimiyyəti Başçısının 21 iyul 2018-ci il tarixli, 103 saylı Sərəncamına əsasən mənzilin sahəsi artırılaraq 201.2 kv.m olmuşdur. Yanğın baş verdiyi tarixədək 21 saylı mənzildə təmir-bərpa işləri görülməmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/3207 saylı kompleks məhkəmə yanğın-texniki və tikinti-texniki ekspertizalarının rəyi ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən 21 saylı mənzildə baş vermiş yanğının mənbəyi mənzilin yaşayış otağının tavanında olmuş lakin inkişaf etməmişdir. Hadisənin baş vermə şəraitini, yoxlama materiallarındakı məlumatları, yanğın haqqında aktın nəticəsini nəzərə almaqla, yanğının mənbə zonasındakı yalnız 24 saylı mənzilin tüstü bacasının yerləşdiyinə, otağın tavanı ilə çəkilmiş elektrik xətlərinin termiki təsirə məruz qalmadığına, tavanın yanar materiallarının üzərində yaranmış termiki təsir izlərinin xarakterinə və nisbi dərəcəsinə əsaslanaraq yanğın, tüstü bacasının ifrat dərəcədə qızması nəticəsinə yaxınlıqda yerləşən yanar materialları alışdırması nəticəsində baş verməsi üçün xarakterikdir. Baş vermiş yanğın hadisəsi zamanı “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları” nın (YTQ 02-2002) 1.2-ci, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları” nın (YTQ 01-2001) 7.1, 7.3, 7.6 bəndlərinin tələbləri 24 saylı mənzilin sakini tərəfindən pozulmuşdur. ünvan 1 ünvanda yerləşən 21 saylı mənzil yanğından sonrakı ilkin vəziyyətdə saxlanılmadığına, təqdim olunmuş əlavə materiallarda mənzilin texniki parametirlərini özündə əks etdirən texniki sənədlər olmadığına görə, baş vermiş yanğın hadisəsindən əvvəl hər hansı işlər aparılıb-aparılmamasını, qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı alınıb-alınmamasını və aparılmış işlərlə baş vermiş yanğın hadisəsinin arasında birbaşa səbəbli əlaqədarlığın olub-olmamasını müəyyən etmək mümkün deyildir. 55.Beləliklə tədqiq edilmiş sübutlar əsasında müəyyən olunur ki, ünvan 1 ünvanda yerləşən 21 saylı mənzil xx.xx.2017-ci il tarixdə sığorta müqaviləsinə əsasən “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə "xxxx" ASC tərəfindən sığortalanmışdır.Cavabdeh mülkiyyətçisi olduğu mənzildə yanğın təhlükəsizliyi qaydaları pozulması nəticəsində sığortalı Əliyev Kamil Rafael oğlunun mənzilində baş vermiş yanğın nəticəsində sonuncuya maddi zərər dəymişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 15638 manat məbləğində sığortalı Əliyev Kamil Rafael oğluna sığorta ödənişi həyata keçirmişdir. 56.Göründüyü kimi, iddiaçı "xxxx" ASC sığortaçı kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək sığorta hadisəsi nəticəsində əmlaka dəyən ziyanın əvəzini ödədiyindən, haqlı olaraq ödənilmiş əvəz miqdarının geriyə tələb (reqres) hüququ ilə məhkəməyə müraciət etmişdir. 57.Kollegiya qeyd edir ki, sığortalıya dəymiş zərər müstəqil qiymətləndirici tərəfindən müəyyən olunmuş, həmin qüsur aktı apellyator tərəfindən mübahisələndirilməmiş, bundan əlavə qüsur aktını təkzib edən sübutlar təqdim olunmamışdır. 58.Kollegiya apellyatorun sığortalı Əliyev Kamil Rafael oğlu tərəfindən qanunsuz tikinti işləri aparması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, bu hal məhkəmə apaşdırması zamanı sübut olunmamış, əksinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin 26 dekabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarından görünür ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatı Səbail rayon Mənzil-X4 5 saylı MKİS-in xx.xx.2022-ci il tarixli 243 saylı məktubuna əsasən 21 saylı mənzilin sahibi təqribən 3 ay keçdikdən sonra təmir-bərpa işləri görməyə başlamış və Səbail rayon İcra Hakimiyyəti Başçısının 21 iyul 2018-ci il tarixli, 103 saylı Sərəncamına əsasən mənzilin sahəsi artırılaraq 201.2 kv.m olmuşdur. Yanğın baş verdiyi tarixədək 21 saylı mənzildə təmir-bərpa işləri görülməmişdir. 59.Kollegiya hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. 60.Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddia tələbində göstərilmiş pul tələbinin tutulması tam təmin olunduğundan, məhkəmə xərclərinə aid edilən iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. 61.Beləliklə məhkəmə kollegiya qeyd olunanları ümumiləşdirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2(009)-1739/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 15638 (on beş min altı yüz otuz səkkiz manat) manat sığorta ödənişinin əvəzi və 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsümu, cəmi 15668,40 (on beş min altı yüz altmış səkkiz manat, qırx qəpik) manat tutulmalıdır. 62.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdehtərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2(009)-1739/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh 15638 (on beş min altı yüz otuz səkkiz manat) manat sığorta ödənişinin əvəzi və 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsümu, cəmi 15668,40 (on beş min altı yüz altmış səkkiz manat, qırx qəpik) manat tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar