Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1252/2024 29.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), axundova Günay Təyar qızı və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan torpaq sahəsinin real bölgüsünün aparılması tələbinə dair iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, e- 2(001)-364/2023 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışına əsasən ünvan 1 ünvanı ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh xüsusi mülkiyyətindədir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən paylı mülkiyyətdə olan ümumi sahəsi 0.12 ha torpaq sahəsinin paylara uyğun real bölgüsünün aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən 0,12 ölçüdə torpaq sahəsi cavabdehlə onun hərəsinə ½ pay olmaqla paylı mülkiyyətindədir. Hər ikisinin payları bərabər, hüquqları eyni olsa da, cavabdeh onun həmin torpaqdan istifadə etməyinə imkan vermir, bəhanə edir ki, payının ümumi sahəsinin hansı tərəfində olduğu müəyyən edilməyib. O, paylarını öz arlarında bölmək barədə təklif etsə də, cavabdeh buna da razılıq vermir ki, cavabdehin bu hərəkəti onun əmlak hüququnun pozulması kimi qiymətləndirilməlidir.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 oktyabr 2023-cü il tarixli saylı ekspert rəyində qeyd olunmuşdur ki, tədqiq olunan həyətyanı torpaq sahəsində yerləşən bağ evinin yaşayış üçün yararsız olduğunu nəzərə alaraq bağ evinin bölgüsü ilə bağlı tədqiqat aparılmadı. Həmçinin rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, ünvan 3 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin tərəflərin ½ payına uyğun naturada bölünməsinin “Məhkəmə tikintitexniki ekspertizasının həlli metodaları”-nın və Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “Şəhər, qəsəbəs və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçəsi və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Torpaq sahəsinin bölgüsünün hansı qaydada aparılması rəyə əlavə edilmiş sxemdə göstərilmişdir.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, e- 2(001)- 364/2023 nömrəli qətnaməsi ilə iddia təmin olunaraq ünvan 3 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin İddiaçı, Cavabdeh hər birinin ½ hissə-1200,0 ümumi (600 kv.metr) ibarət payı naturada ayrılmaqla bölünməsi. İddiaçı düşən 600 kv.metr torpaq sahəsi sxemdə göstərilən torpaq sahəsinin eni 22,82 m, uzunluğu isə soldan 21,53 m müəyyən edilməsi, Cavabdeh düşən 600 kv.metr torpaq sahəsi sxemdə göstərilən torpaq sahəsinin eni 20,02 m, uzunluğu isə soldan 31,16 m və sağdan 28,09 m müəyyən edilməsi, yaşayış evi ilə küçəni birləşdirən, piyadalar üçün nəzərdə tutulan yolun eni 1,5 metr, hərəkət (avtomobil) yolunun eni isə 2,75-3,0 metr aşağı olmasının nəzərə alınması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 manat məbləğində vəsaitin İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
6. Qətnamənin əsaslarına görə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ünvan 2 ünvanı ½ hissədə İddiaçı ilə X4 arasında bölünmüş, lakin Cavabdeh tərəfindən İddiaçı həmin torpaq sahəsindən istifadə etməsinə imkan yaratmır, bununla da onun əmlak hüququnu pozur. Məhkəmə ünvan 3 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin İddiaçı, Cavabdeh hər birinin ½ hissə-1200,0 ümumi (600 kv.metr) ibarət payı naturada ayrılmaqla bölünməli, İddiaçı düşən 600 kv.metr torpaq sahəsi sxemdə göstərilən torpaq sahəsinin eni 22.82 m, uzunluğu isə soldan 21.53 m müəyyən edilməli, Cavabdeh düşən 600 kv.metr torpaq sahəsi sxemdə göstərilən torpaq sahəsinin eni 20.02 m, uzunluğu isə soldan 31.16 m və sağdan 28.09 m müəyyən edilməlidir. Yaşayış evi ilə küçəni birləşdirən, piyadalar üçün nəzərdə tutulan yolun eni 1,5 metr, hərəkət (avtomobil) yolunun eni isə 2,75-3,0 metr aşağı olması nəzərə alınmalıdır.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.4, 178.8-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onun Konstitusiyada təsbit edilmiş mülkiyyət hüququnun pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə onun mülkiyyətindən istifadəni maneəsiz həyata keçirməyi, naturada bölünərkən bərabərliyin və iradə sərbəstliyinin qorunması prinsiplərini gözləməmişdir. Məhkəmə payları ayırarkən onun mülkiyyət hüquqlarından doğan məqsədinə uyğun bölgü aparmamışdır. Belə ki, ünvan 3 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin içərisində qeydiyyata alınmış, ümumi sahəsi 19.40 kv metr olan və əlavə tikililərdən ibarət olan bağ evi mövcuddur və həmin bağ evinə mülkiyyət hüququnu ləğv edilməmişdir. Həmin bağ evinin bir tərəfi iddiaçının təqsiri ucbatından yararsız hala düşmüşdür. Ekspert rəy verərkən bağ evinin yararsız olduğunu əsas gətirərək, bölgünün aparılmasının mümkün olmadığı qənaətinə gəlmişdir. Halbuki, mülkiyyət hüququnun qeydiyyata alındığı bağ evinin istifdəyə yararsız olması, onun naturada bölünməsinə və ya bölünməməsinə əsas ola bilməz. Məhkəmə Ekspertiza Mərkəzinin rəyində ancaq 1200,0 kv metr torpaq sahəsinin naturada bölünməsi barədə rəy verilib və məhkəmə məhz torpaq sahəsinin bağ evinin yerləşdiyi hissəsi (torpaq sahəsinin eni 22,82 m, uzunluğu isə soldan 21,53 m müəyyən edilməsi) İddiaçı mülkiyyətinə verilməsi barədə qanunsuz və əsassız qətnamə qəbul edib. Bunun nəticəsində onun 0,12 ha torpaq sahəsində yerləşən bağ evinə mülkiyyət hüququ əlindən alınmışdır. Onu da qeyd edir ki, məhkəmənin qətnaməsinə əsasən iddiaçının mülkiyyətinə ayrılan torpaq sahəsində "xxxx" MMC-yə (BAKCELL) məxsus ötürücü antena stansiyası tikilmişdir və Azerconnect” MMC ilə X3 arasında bağlanmış qanunsuz müqaviləyə əsasən Abdullayeva (Məmmədova) Nazilə torpaqdan istifadəyə görə "xxxx" MMC-dən icarə haqqı alır. Bu da onun mülkiyyət hüququnun və mülkiyyətdən istifadə və sərəncam hüququnun pozulması ilə nəticələnmişdir. Binəqədi rayon Məhkəməsi prosessual hüquq normalarının tələblərini pozaraq sübutlara düzgün qiymət verməmiş, işin hallarını düzgün qiymətləndirməmiş, onun mülkiyyət hüququnun pozulmasına gətirib çıxaran qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Cavabdeh apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir.
12. İddiaçı iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2024-cü il tarixli, 2(102)-1252/2024 nömrəli qərardadına əsasən əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
14. Məhkəmə tikinti-texniki ekspertizasının 11 iyul 2024-cü il tarixli, 3-16-16/2- 10/1741 nömrəli rəyində qeyd olunmuşdur ki, ünvan 4 ünvanında yerləşən sahəsi 19,4 kv.m təşkil edən bağ evinin faktiki vəziyyətdə yarı sökülmüş vəziyyətdə olmaqla yaşayış üçün yararsız olduğu (damının, pəncərələrinin, qapılarının, divarlarının bir hissəsinin söküldüyü) müəyyən olundu. Odur ki, həmin bağ evinin 1\2 pay üzrə bölgüsünün aparılmasının mümkün olub – olmaması üzrə tədqiqat aparmaq mümkün olmadı.
15. Mütəxəssisin iştirakı ilə mübahisə predmeti olan torpaq sahəsinin yerində müayinəsini apararkən müəyyən olunmuşdur ki, torpaq sahəsi dördbucaqlı şəklində olub 2 tərəfdən qonşu sahə ilə, bir tərəfdən dalan tipli gediş – gəliş yolu və qonşu sahə ilə, qalan tərəfdən isə boş sahə ilə əhatə olunmuşdur. Torpaq sahəsi qonşu və lalan tipli gediş – gəliş yoluu tərəfdən daş hasarla sərhədə alınmış, boş sahə tərəfdən isə hər hansı hasarla sərhədə alınmamışdır. Torpaq sahəsinə ayrı – ayrılıqda 2 giriş – çıxış yolu vardır. Bunlardan biri dalan tipli gediş – gəliş yolundan, digəri isə boş sahə vasitəsilədir. Boş sahədə hər hansı tikili mövcud deyildir, orada bir ədəd rabitə qülləsi quraşdırılmış, sahə daş divarla hasara alınmışdır. Torpaq sahəsində mövcud olan tikilinin əksər hissəsi sökülmüşdür və tamamilə yararsız vəziyyətdədir.
16. “X1” MMC tərəfindən tərtib olunmuş 27 sentyabr 2024-cü il tarixli, 140 nömrəli mütəxəssis rəyində qeyd olunmuşdur ki, ünvan 4 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin tərəflərin paylarına uyğun naturada (real) 2 bərabər hissəyə bölünməsi texniki cəhətdən mümkündür. Bunun üçün torpaq sahəsinin texniki pasport üzrə şimal şərqində nəzərdə tutulmuş 22,82 metr ölçüdə olan sərhəd hasarı çəkilməli, sərhəd hasarı üzərində giriş-çıxış üçün qapı (darvaza) quraşdırılmalı, 22,82 metr ölçüdə olan sərhəd hasarının şimal-qərbindən cənub-qərbə doğru istiqamətdə 25,57 metr ölçüdə ikinci sərhəd hasarının balanğıc nöqtəsi və 22,82 metr ölçüdə olan sərhəd hasarının şimalşərqindən cənub-şərqə doğru istiqamətdə 26,41 metr ölçüdə ikinci sərhəd hasarının son nöqtəsi qoyulmalı və bu nöqtələr arası 22,71 metr ölçüdə ikinci hasarı çəkilməlidir. ünvan 5 ünvanında yerləşən, texniki pasport üzrə sahəsi 19.4 kv.m olan “A” literli bağ evinin əksər hissəsinin söküldüyünü və bununla da, bağ evinin yaşayış üçün yararsız vəziyyətdə olduğunu nəzərə alaraq, həmin bağ evinin tərəflərinin ½ payına uyğun naturada (real) bölgüsünün mümlün olub-olmamasının müəyyən edilməsinə dair tədqiqat aparılmadı.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 220.4. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın rədd olunması tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisə predmeti olan torpaq sahəsinin bölgüsünün aparılması hissəsində dəyişdirilməlidir.
21. İşin mübahisəsiz halı ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh xüsusi mülkiyyətindədir.
22. İşdə olan ekspert, mütəxəssis rəyləri ilə, həmçinin, mübahisə predmeti olan torpaq sahəsinin yerində müayinəsi ilə müəyyən olunmuşdur ki, ünvan 5 ünvanında yerləşən bağ evinin əksər hissəsi sökülmüşdür və yaşayış üçün yararsızdır. Yəni, bu ev faktiki olaraq bir əmlak kimi mövcud olmadığından, hər hansı bir əhəmiyyət kəsb etmədiyindən həmin evin bölünməsi üzrə tədqiqat aparılmamasının mümkün olmaması iddianın rədd edilməsi üçün əsas ola bilməz.
23. Apellyasiya şikayətinin məhkəmənin qətnaməsinə əsasən iddiaçının mülkiyyətinə ayrılan torpaq sahəsində "xxxx" MMC-yə məxsus ötürücü antena stansiyası tikilməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həm mütəxəssis rəyi ilə, həm də torpaq sahəsinin yerində müayinəsi ilə müəyyən olunmuşdur ki, rabitə qülləsi tərəflərə məxsus torpaq sahəsində deyil, boş sahədə quraşdırılaraq daş divarla hasara alınmışdır və hazırkı mübahisə üçün əhəmiyyət kəsb etmir.
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən istinad etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 oktyabr 2023-cü il tarixli saylı ekspert rəyi ilə apellyasiya mərhələsində alınmış “X1” MMC tərəfindən tərtib olunmuş 27 sentyabr 2024-cü il tarixli, 140 nömrəli mütəxəssis rəyini tərəflərin mənafeyi, gələcəkdə tərəflər arasında yeni məhkəmə mübahisəsinin yaranmaması perespektivi baxımından müqayisə edərək aşağdakı nəticəyə gəlir.
25. “X1” MMC tərəfindən tərtib olunmuş 27 sentyabr 2024-cü il tarixli, 140 nömrəli mütəxəssis rəyində hər bir torpaq sahəsi dördbucaqlı şəklində bölünmüş və həmin torpaq sahələri üçün ayrı – ayrı istiqamətlərdə yolun mövcudluğu bu rəydə əksini tapmışdır. Lakin bunun əksinə olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 oktyabr 2023-cü il tarixli saylı ekspert rəyində yararsız vəziyyətdə olan bağ evinin yerləşdiyi sahə tərəfdən yol müəyyən olunmamış, digər tərəfin naturada yarılmış payı kimi qeyd olunan torpaq sahəsinin sağ kənarından 3 metr eni, 28,09 metr uzunluğunda sahə kəsilərək yol müəyyən olunmuşdur. Habuki, mütəxəssis rəyində hər 2 tərəfdən yolun ayrılmasının mümkün olduğu əksini tapır.
26. Mütəxəssis rəyinə əsasən hər 2 tərəfdən yolun müəyyən olunması paylı mülkiyyətçilərin öz mənafeyi və yuxarıda qeyd olunduğu kimi yeni məhkəmə mübahisəsinin yaranmaması perespektivi baxımından daha məqsədəmüvafiqdir.
27. Bundan başqa, mütəxəssis rəyi və ona əlavə olunmuş sxemdə sərhəd hasarının hansı tərəfdən çəkilməsi, hasarların başlanğıc və son nöqtələrinin istiqamətləri, ölçüsü, hansı sərhəd hasarı üzərində giriş-çıxış üçün qapı (darvaza) quraşdırılması dəqiqliklə əks olunduğundan məhkəmə kollegiyası hesab edir ki, bu rəyə uyğun olaraq bağ sahəsinin tərəflərin payına uyğun naturada torpaq sahəsinin texniki pasport üzrə şimal şərqində nəzərdə tutulmuş 22,82 metr ölçüdə olan sərhəd hasarı çəkilməli, sərhəd hasarı üzərində giriş-çıxış üçün qapı (darvaza) quraşdırılmalı, 22,82 metr ölçüdə olan sərhəd hasarının şimal-qərbindən cənub-qərbə doğru istiqamətdə 25,57 metr ölçüdə ikinci sərhəd hasarının başlanğıc nöqtəsi və 22,82 metr ölçüdə olan sərhəd hasarının şimal-şərqindən cənub-şərqə doğru istiqamətdə 26,41 metr ölçüdə ikinci sərhəd hasarının son nöqtəsi qoyulmalı və bu nöqtələr arası 22,71 metr ölçüdə ikinci hasarı çəkilməli, Cavabdeh ayrılmış torpaq sahəsinin koordinatları mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmiş qaydada eni şimal tərəfdən 22,82 metr, cənub tərəfdən 22,71 metr, uzunluğu sol tərədən 25,57 metr, uzunluğu sağ tərəfdən isə 26,41 metr, İddiaçı ayrılmış torpaq sahəsinin koordinatları mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmiş qaydada eni şimal tərəfdən 22,71 metr, cənub tərəfdən 23,25 metr, uzunluğu sol tərədən 27,11 metr, uzunluğu sağ tərəfdən isə 25,21 metr müəyyən edilməlidir.
28. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə mübahisə predmeti olan torpaq sahəsinin bölgüsünün aparılması qaydası hissəsində düzgün olmamışdır, apellyasiya şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsinə əsas verir. Buna görə də cavabdehin şikayəti qismən təmin edilməli, qətnamə müzakirə olunan qaydada dəyişdirilməlidir.
29. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, e- 2(001)- 364/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, e- 2(001)- 364/2023 nömrəli qətnaməsi mübahisə predmeti olan torpaq sahəsinin bölgüsünün aparılması qaydası hissəsində dəyişdirilsin. ünvan 3 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin İddiaçı, Cavabdeh hər birinin ½ hissə-1200,0 ümumi (600 kv.metr) ibarət payı naturada ayrılmaqla bölünsün. Bağ sahəsinin tərəflərin payına uyğun naturada torpaq sahəsinin texniki pasport üzrə şimal şərqində nəzərdə tutulmuş 22,82 metr ölçüdə olan sərhəd hasarı çəkilsin, sərhəd hasarı üzərində giriş-çıxış üçün qapı (darvaza) quraşdırılsın, 22,82 metr ölçüdə olan sərhəd hasarının şimal-qərbindən cənub-qərbə doğru istiqamətdə 25,57 metr ölçüdə ikinci sərhəd hasarının başlanğıc nöqtəsi və 22,82 metr ölçüdə olan sərhəd hasarının şimal-şərqindən cənub-şərqə doğru istiqamətdə 26,41 metr ölçüdə ikinci sərhəd hasarının son nöqtəsi qoyulsun və bu nöqtələr arası 22,71 metr ölçüdə ikinci hasarı çəkilsin. Cavabdeh ayrılmış torpaq sahəsinin koordinatları mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmiş qaydada eni şimal tərəfdən 22,82 metr, cənub tərəfdən 22,71 metr, uzunluğu sol tərədən 25,57 metr, uzunluğu sağ tərəfdən isə 26,41 metr müəyyən edilsin. İddiaçı ayrılmış torpaq sahəsinin koordinatları mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmiş qaydada eni şimal tərəfdən 22,71 metr, cənub tərəfdən 23,25 metr, uzunluğu sol tərədən 27,11 metr, uzunluğu sağ tərəfdən isə 25,21 metr müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Günay Axundova
Xəyal Sarıyev