Məhkəmə qərarları › İş №2(103)-1256/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1256/2020

21.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1256/2020 21.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və X5 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X7, Cavabdeh X3 iştirakı ilə, İddiaçı İB-nin cavabdeh X4 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(001)- 1312/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı təbii qazdan qanunsuz istifadəyə görə vurulmuş zərərin əvəzi kimi 5788,7 manat pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X6 İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamentində qeydiyyatda olmaqla xx.xx.2017-ci il tarixli 4402 nömrəli müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 hesab nömrəsi verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı 1302AZ**********89 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh X4 məxsus fərdi yaşayış evində istifadə edilmiş 4699,1 manat əvvəlki borcu 3E proqramına keçirilmişdir. 3E proqramı istehlakçının mənzilində smartkart tipli qaz sayğacı quraşdırıldıqdan sonra xüsusi kart vasitəsi ilə istehlakçı öncədən ödənişlər aparır və təbii qazdan fasiləsiz istifadə edir. Əgər smartkart sayğacdan əvvələ quraşdırılmış mexaniki qaz sayğacından istifadə nəticəsində debitor borc qalırsa həmin borc məbləği xüsusi karta keçirilir və hər dəfə karta pul məbləği yüklənərkən 30% debitor borca (borc qurtaranadək) 70% təbii qazdan istifadə üçün yüklənir. X1 İddiaçı İB tərəfindən edilən güzəştdən səmərəli istifadə etməmiş, mənzilindən qaz sayğacı İddiaçı İB-nin əməkdaşları tərəfindən çıxarıldıqdan sonra qeyri-qanuni təbii qazdan istifadə etməyə başlamışdır. Belə ki, cavabdeh X6 xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 388,8 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 388,8 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 268,2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 554,8 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 137,4 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 336,6 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 141 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 64,8 manat, xx.xx.2018-ci il tarixli 230,4 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,2 manat və xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 201,6 manat cəmi 2827,6 manat 3E proqramına keçirilən borcdan xaric İddiaçı İB-yə ziyan vurmuşdur. Cavabdeh TəhməzovaNatəvan Təhməz qızı Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Hal-hazırda X6 təbii qazdan istifadə qaydalarını pozduğuna görə 5788,7 manat 3E proqramına keçən borcla, debitor borcu qalmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı Qazdan istifadə Qaydalarının tələblərinə əməl etməlidir. Ona görə də cavabdeh X2 5788,7 manat vurulmuş zərərin əvəzi, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 5818,7 manat pulun İddiaçı İB-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(001)- 1312/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X2 qaz sərfiyyatına görə 227 manat, dövlət rüsumuna görə 15 manat olmaqla cəmi 242 manat pulun tutularaq İddiaçınə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilən ekspertiza tədqiqatlarının dəyərinintərəflər arasında bərabər bölünərək 102 manat pulun cavabdehdən, 102 manat pulun İddiaçındən tutulması qət edilmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin təmin edilməyən hissəsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, cavabdeh İddiaçı İB tərəfindən edilən güzəştdən düzgün istifadə etməmiş, qeyri-qanuni yolla təbii qazdan istifadə etmişdir. Ekspertiza keçirilən zaman qeyri-qanuni qoşulma nəticəsində İddiaçı İB-yə vurulmuş ziyanı müəyyən etmək mümkün olmamış, lakin baxış cavabdehin iştirakı ilə keçirilmiş və əlavə qaz xəttindən istifadə etdiyi müəyyən olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını, qətnamənin ləğv edilərək iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh apelyasiya şikayətinin təmin edilməməsini xahiş edərək izahatında bildirdi ki, qaz sayğacına müdaxilə edib, lakin iddiaçının tələb etdiyi məbləğdə qazdan istifadə edə bilməzdi. Çünki həmin mənzildə o, daimi olaraq yaşamamışdır. Kollegiya tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, İddiaçı ilə istehlakçı X6 arasında bağlanmış xx.xx.2017-ci il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən müəyyən olur ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı əməkdaşları tərəfindən xx.xx.2017ci il tarixdən xx.xx.2018-ci il tarixədək Natəvan Təhməzovanın barəsində təbii qazdan qeyri-qanuni istifadəyə görə üst-üstə 11 akt tərtib olunmuş, həmin aktlar əsasında ona cəmi 2827,6 manat borc hesablanmışdır. Lakin yuxarıda sadalanan aktların heç biri cavabdeh X6 tərəfindən imzalanmamış, abonentin imzası qrafasında “imza etməkdən imtina etdi” sözləri yazılmışdır. Natəvan Təhməzova məhkəmə iclasında bildirmişdir ki, həmin aktlardan onun məlumatı yoxdur, aktların heç birinin surəti ona verilməmişdir. Aktlarda qeyd olunan həcmdə təbii qazdan istifadə edə bilməzdi. Çünki, onun oğlu həbs olunduğuna görə 2014-cü ilin may ayından o, anasının evində yaşayır. İş materiallarında olan İddiaçıİstehsalat Birliyi tərəfindən məhkəməyə təqdim olunan abonentin saldosundan müəyyən olunur ki, X3 tərtib olunan aktlar üzrə tələb olunan qaz sərfiyyatına görə borcu 5788,7 manat təşkil edir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan abonentin saldosundan müəyyən olunur ki, X6 2014-cü ilin yanvar ayında 10 manat dəyərində, fevral ayında 35 manat dəyərində, mart ayında 30 manat dəyərində, aprel ayında 13 manat dəyərində təbii qazdan istifadə etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 6651 saylı rəyindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi 158 saylı fərdi yaşayış evində İddiaçınə məxsus 76 mm-lik polad qaz borusuna sayğacdan kənar (əlavə) qoşulma halı müəyyən edilmişdir. Mülki iş materiallarında olan aktlara əsasən fərdi yaşayış evində sayğacdan kənar qaz xəttinə qoşulu olmuş qaz işlədicilərin PQ-4, həcmli su qızdırıcısı və radiator sobasının olduğu müəyyən edilir. Həmin qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi uyğun olaraq 1,2 m3 /saat, 1,5 m3 /saat və 0,33 m3/saat təşkil edir. Qaz işlədicilərinin iş rejimi (işləmə müddətləri) barədə rəsmi məlumatlar Mərkəzə təqdim olunmadığına görə, İddiaçınə dəymiş ziyanın müəyyən edilməsinə dair sual üzrə tədqiqat aparmaq mümkün deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 23082 saylı rəyindən müəyyən olunur ki, mülki iş materiallarında olan məlumatlara əsasən hesablama zamanı əldə olunmuş rəqəmlərə görə, borunun en kəsiyinin sahəsi 0,000314 m2 , qazın axma sürəti 0,546 m/san olduqda, paylayıcı qaz xəttinə birləşdirilmiş dəmir borudan 1 saat ərzində axan qazın miqdarı 0,617 m3 /saat (Q=s V3600=0.000314x0.546x3600=0.617) təşkil edir. Hesabat fasiləsiz olaraq qazın verilməsi rejimi üçün aparılmışdır. İş materiallarında Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi 158 saylı fərdi yaşayış evində sayğacdan kənar təbii qazdan istifadə edilmə dövrü, eləcə də həmin ünvanda istifadə olunan qaz avadanlıqlarının gündəlik istifadə müddətləri barədə məlumatlar olmadığına görə qaz xəttinə qeyri-qanuni qoşulma nəticəsində İddiaçınə vurulmuş ziyanı müəyyən etmək mümkün olmamışdır. İş materiallarından görünür ki, 2017-ci ilin aprel ayından etibarən İddiaçı əməkdaşları tərəfindən abonent X3 adına təbii qazdan istifadə qaydalarının pozulması barədə üst-üstə 11 akt tərtib olunmuş, həmin aktlar üzrə cəmi 5788,7 manat məbləğində ziyan hesablanmışdır. Aktların heç biri abonent tərəfindən imzalanmamışdır. Aktlardan görünür ki, iddiaçı qazın dəyərini istehlakçıdan qaz sayğacının göstəricisinə uyğun olaraq tələb etmək hüququna malik olduğundan, iddiaçının əməkdaşları cavabdehin istifadəsində olan qaz sayğacını çıxardıqdan sonra yenisi ilə əvəz etməməklə cavabdehin qaz xəttinə qoşulması üçün qəsdən şərait yaratdıqlarından, iddiaçı cavabdehin istifadə etdiyi qazın dəyərini müəyyən edəcək əsaslı sübutlarını məhkəməyə təqdim etməmiş, eyni zamanda məhkəmə iclasında iddiaçı tərəf qanunsuz qoşulma halları aşkar edildikdə qazın verilməsinin dayandırılmamasını, bu barədə abonentin barəsində 2017-ci ilin aprel ayından etibarən 11 ədəd akt tərtib olunsa da, zərərin əvəzinin ödənilməsi üçün məhkəməyə müraciət olunmamasını əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəf iddianın tam təmin olunması üçün məhkəməyə kifayət qədər tutarlı sübutlar təqdim etmədiyinə görə birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlamaq hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu hissəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Beləliklə, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla apelyasiya şikayətində göstərilənlər qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(001)- 1312/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar