Məhkəmə qərarları › İş №2(103)-12571/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12571/2021

24.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12571/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “əmlak üzərindən həbsin götürülməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixdə qəbul etdiyi qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (məhkəmə) 05 oktyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “əmlak üzərindən həbsin götürülməsi” tələbinə dair iddia ərizəsinin geri qaytarılması qərara alınmış, iddiaçının həmin qərardaddan 29.11.2021-ci il tarixdə verdiyi şikayət isə müddətin ötürülməsi əsas göstərilməklə 02.12.2021-ci il tarixli qərardadla geri qaytarılmışdır. 14 dekabr 2021-ci il tarixdə İddiaçı 05.10.2021-ci il tarixli qərardaddan verdiyi eyni şikayət ərizəsi məhkəməyə daxil olmuş, məhkəmə şikayəti təmin etməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Kollegiya hesab edir ki, iddiaçının 05.10.2021-ci il tarixli qərardaddan verdiyi şikayətin geri qaytarılması barədə 02.12.2021-ci il tarixli qərardad mövcud olduğundan, həmin şikayətə apellyasiya qaydasında baxılması mümkün deyildir; Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kollegiya onu da qeyd edir ki, iş materiallarından, iddiaçının 13.12.2021-ci il tarixdə məhkəməyə ərizə ünvanladığı və 05.10.2021-ci il tarixli qərardadı vaxtında almadığını bildirərək 29.11.2021-ci il tarixdə verdiyi şikayətə baxılmasını xahiş etdiyi aydın olur – onun bu xahişi isə ötürülmüş müddətin bərpası xahişi kimi qiymətləndirilərək məsələyə müvafiq kontekstdə qiymət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 364, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : İddiaçı Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “əmlak üzərindən həbsin götürülməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixdə qəbul etdiyi qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və iş, şikayətin geri qaytarılması, iddiaçının 13.12.2021-ci il tarixdə məhkəməyə ünvanladığı ərizə müddətin bərpası xahişi kimi qiymətləndiriləcəyi təqdirdə isə, həmin ərizəyə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar