Məhkəmə qərarları › İş №2(103)-1263/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1263/2024

30.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1263/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X9 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 və vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yaşayış sahəsinin özgənin qanunsuz sahibliyindən geri alınması, yaşayış sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi, çıxarışın və texniki pasportun ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-960/2023 nömrəli 14 noyabr 2023cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi 17 kv.metr, köməkçi sahəsi 22,6 kv.metr 1 otağın Cavabdeh1 qanunsuz sahibliyindən geri alınması, yaşayış sahəsinin əvvəlki vəziyyətə gətirilməsinin Cavabdeh1 vəsaiti hesabına təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş MA seriyalı ******* nömrəli xx.xx.2010-cu il tarixli çıxarışın və onunla əlaqədar verilmiş **********59-05101-093002 nömrəli texniki pasportun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, ailə üzvləri ilə birlikdə Bakı şəhəri Yasamal rayonu 8-ci keçid 9A nömrəli evdə yaşayır, ev 3 mərtəbədən ibarət fərdi yaşayış evidir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 1182 nömrəli sərəncamı ilə 4 nəfərdən ibarət ailəsinə order verilmiş, həmin order əsasında o, xx.xx.2009-cu il tarixdə yaşayış sahəsinə dair çıxarış almışdır. xx.xx.2005-ci il tarixdə əri Nümayəndə2 alqı-satqı müqaviləsinə əsasən evin 3-cü mərtəbədə 2 otağı X4. xx.xx.2005ci il tarixdə X12 2 otağın bir otağını X1. xx.xx.2009-cu il tarixdə o, həmin otağı X7 ilə rəsmi olaraq notariat qaydasında özünə məxsus otaq ilə dəyişmişdir. Sonradan məlum olmuşdur ki, Cavabdeh1 adına xx.xx.2010-cu il tarixli qanunsuz çıxarış verilmişdir, cavabdeh 3-cü mərtəbədən aldığı 2 otaqdan birini satmış və onun mülkiyyətində 1 otaq qalmışdır. Cavabdeh satdığı otağı öz otağına birləşdirib, ortadakı arakəsmə sahələrə özbaşına yiyələnib və nəticədə həmin 2 otağa çıxarış əldə etmişdir. Cavabdehə çıxarış və texniki pasport verilərkən həmin sənədlərdə sonuncunun mülkiyyətində olan tikililərin sahəsi ilə bağlı məlumatlar texniki pasporta düzgün daxil edilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-960/2023 nömrəli 14 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Vahid Hacıyev) iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə eynilik təşkil edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh Nümayəndə1 nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-960/2023 nömrəli 14 noyabr 2023-cü il tarixli qətnaməsi qismən – iddia tələbinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş MA seriyalı ******* nömrəli xx.xx.2010-cu il tarixli çıxarışın və onunla əlaqədar verilmiş **********59-05101-093002 nömrəli texniki pasportun ləğv edilməsinə aid hissəsində ləğv edilməli və həmin hissədə işin icraatına işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə görə isə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) və inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) dair tələblərə inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarında məhkəmə aidiyyəti ilə bağlı aşağıdakılar göstərilmişdir: «Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir… İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.» “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı ilə «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarına edilmiş əlavə və dəyişikliyə əsasən ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə mülki məhkəmə icraatı qaydasında verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. ...Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır». Bakı şəhəri 19 saylı dövlət notariat kontorunda bağlanmış xx.xx.2005-ci il tarixli 4Ə/- 227 reyestr nömrəli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Nümayəndə2 Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 30/206785 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən xüsusi mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin 3-cü mərtəbədə yaşayış sahəsi 101,4 kvadrat metr olan 3 otağı alıcı X11 245.000.000 (AZM) manata satmışdır. Müqaviləyə diyircəkli qələmlə düzəliş edilməklə “yaşayış sahəsi 59,0 kv.m metr olan 2 otağı”, “4 ədəd köməkçi otaq - 71,0 kv.m” qeydi yazılmışdır. xx.xx.2005-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X12 Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 30/8027 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanda yerləşən özünə məxsus olan 2 otaqdan - köməkçi sahəsi 22,6 kv.m və yaşayış sahəsi 17,4 kv.m olan bir otağını alıcı X6 80.000.000 (AZM) manata satmışdır. Bakı şəhəri 32 saylı dövlət notariat kontorunda bağlanmış xx.xx.2009-cu il tarixli 4Ə-2/-366 reyestr nömrəli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı (dəyişdirmə) müqaviləsinə əsasən X7 Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 30/17629 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanda yerləşən özünə məxsus olan ümumi sahəsi 40 kv.m, yaşayış sahəsi 17,4 kv.m, köməkçi sahəsi 22,6 kv.m olan 1 otağı - Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 30/11354 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 553,7 kv.m, yaşayış sahəsi 320 kv.m olan 15 otaqlı mənzildən İddiaçı məxsus hissədən ümumi sahəsi 29,8 kv.m, yaşayış sahəsi 21,6 kv.m, köməkçi sahəsi 18,2 kv.m olan 1 otağı ilə dəyişdirmişlər. DƏDRX tərəfindən X11 verilmiş MH ******* nömrəli xx.xx.2008-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri Yasamal rayonu 8-ci keçiddə istifadədə olan 0,02535 ha torpaq sahəsində yerləşən 9a nömrəli, 3 mərtəbəli binada, 553,7 kv.m ümumi, 320 kv.m yaşayış sahəsindən ibarət 15 otaqlı mənzil paylı mülkiyyət hüququ üzrə X10 1 otağı ümumi sahəsi 112,6 kv.m; və digərlərinin .....adlarına daşınmaz əmlakın dövlət reyestrində 594 nömrəli reyestr kitabının 54594 nömrəli vərəqində qeydiyyata alınmışdır. DƏDRX tərəfindən İddiaçı verilmiş MH ******* nömrəli xx.xx.2009-cu il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri Yasamal rayonu 8-ci keçiddə istifadədə olan 0,02535 ha torpaq sahəsində yerləşən 9a nömrəli, 3 mərtəbəli binada, 553,7 kv.m ümumi, 320 kv.m yaşayış sahəsindən ibarət 15 otaqlı mənzil paylı mülkiyyət hüququ üzrə İddiaçı 5 otaq y/s- 53.2 kv.m, k/s-67,9 kv.m, X10 1 otağı y/s-41.6 kv.m, k/s-48,4 kv.m; və digərlərinin .....adlarına daşınmaz əmlakın dövlət reyestrində 594 nömrəli reyestr kitabının 54594 nömrəli vərəqində qeydiyyata alınmışdır. DƏDRX tərəfindən X10 adına verilmiş xx.xx.2010-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 111,51 kvadrat metr, yaşayış sahəsi 32,62 kv.m, köməkçi sahəsi 78,89 kv.m olan 1 otaqlı 4 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə X10 adına xx.xx.2010-ci il tarixdə daşınmız əmlakın dövlət reyestrində 1073 nömrəli reyestr kitabının 96935 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əsasən mübahisəsiz qaydada müəyyən edilir ki, fərdi yaşayış evinin 3-cü mərtəbəsi ilkin olaraq iki otaq və yardımçı sahələrlə birlikdə ümumilikdə 130 kv.m olmuş və tam olaraq X10 mülkiyyətində olmaqla, həm də onun faktiki istifadə və sahibliyində olmuşdur. Göründüyü kimi xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X5 sahə (mənzil) ümumilikdə 130 kv.m (59,0 kv.m metr 2 otaq, 71,0 kv.m 4 ədəd köməkçi sahə) olmuşdur. Daha sonra xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X12 özünə məxsus olan 2 otaqdan birini və köməkçi sahələrin bir neçəsini (yəni 17,4 kv.m yaşayış otağı və 22,6 kv.m köməkçi sahələr, ümumilikdə 40 kv.m sahəni) alıcı X1. Belə olan halda X11 məxsus sahə ümumilikdə 90 kv.m (130-40) qalmalı idi ki, bunun da 41.6 kv.m-i 1 yaşayış otağı, 48,4 kv.m-i isə köməkçi sahə təşkil etməli idi. Buna baxmayaraq DƏDRX tərəfindən X11 verilmiş MH ******* nömrəli xx.xx.2008-ci il tarixli çıxarışda paylı mülkiyyət hüququ üzrə X11 məxsus olan sahə kimi 1 otaq, ümumi sahə 112,6 kv.m göstərilmişdir. DƏDRX tərəfindən İddiaçı verilmiş MH ******* nömrəli xx.xx.2009-cu il tarixli çıxarışda isə X11 məxsus olan sahə 1 yaşayış otağı - 41.6 kv.m və köməkçi sahə - 48,4 kv.m göstərilmişdir (yəni xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 40 kv.m satıldıqdan sonra qalan sahəyə uyğun olaraq). Daha sonra DƏDRX tərəfindən X10 adına verilmiş xx.xx.2010-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışda isə ümumi sahəsi 111,51 kv. m, yaşayış sahəsi 32,62 kv.m, köməkçi sahəsi 78,89 kv.m olan 1 otaqlı 4 nömrəli mənzilin tam mülkiyyət hüququ ilə qeydiyyata alındığı göstərilmişdir. Göründüyü kimi, X12 mülkiyyətində olan mənzilin bir hissəsini X2 sonra mülkiyyətində ümumilikdə 90 kv.m sahə (41.6 kv.m 1 yaşayış otağı, 48,4 kv.m köməkçi sahə) qalmalı olduğu halda, daşınmaz əmlakın dövlət reyestri xidmətinin verdiyi çıxarış və texniki pasportda hazırda onun mülkiyyətində olan mənzilin ümumi sahəsi 111,51 kv.m (32,62 kv.m yaşayış sahəsi, 78,89 kv.m köməkçi sahəsi) göstərilmişdir. Aydındır ki, hər hansı şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat ya mülki-hüquqi əqd (bağışlama, alqı-satqı və s.), ya da inzibati akt (yerli icra hakimiyyəti orqanının sərancamı və s.) əsasında aparıla bilər. Hazırki işin hallarından isə açıq şəkildə müəyyən olunur ki, X10 adına yeni qeydiyyatın aparılmasına (dəyişdirilməsinə) əsas ola biləcək nə mülki-hüquqi əqd, nə də hər hansı inzibati akt mövcud olmamışdır. Belə ki, X12 binanın 3-cü mərtəbəsində yerləşən və 130 kv.m ümumi sahəsi olan mənzili 2005-ci ildə əldə etmiş və elə həmin ildə də mənzilin 40 kv.m-ni X1. Bundan sonra isə X10 mülkiyətində qalan 90 kv.m ümumi sahəsi olan mənzilin ölçülərində dəyişiklik (artım) baş verməsinə əsas verən hər hansı əqd bağlanmamış, nə də inzibati akt qəbul olunmamışdır. Qeyd olunanlara əsasən müəyyən edilir ki, qeydiyyat aparan orqan tərəfindən aparılmış düzəlişlər nəticəsində Cavabdeh1 məxsus sahənin genişləndirilməsinə yönəlmiş hərəkətlər edilmişdir. İddiaçı da hazırki tələbində məhz xx.xx.2010-cu il tarixli çıxarışı və onunla əlaqədar verilmiş texniki pasportu mübahisələndirərək, xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X12 tərəfindən X3 və sonuncu ilə özünün arasında bağlanmış xx.xx.2009-cu il tarixli 4Ə-2/-366 reyestr nömrəli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı (dəyişdirmə) müqaviləsinə əsasən onunla dəyişdirilmiş və hazırda ona məxsus olan ümumi sahəsi 40 kv.m (yaşayış sahəsi 17,4 kv.m, köməkçi sahəsi 22,6 kv.m) olan 1 otağı geri tələb etmişdir. İddia ərizəsində də iddiaçı ona istinad edir ki, cavabdehin adına verilmiş çıxarış qanunsuzdur, cavabdehə çıxarış və texniki pasport verilərkən həmin sənədlərdə sonuncunun mülkiyyətində olan tikililərin sahəsi ilə bağlı məlumatlar texniki pasporta düzgün daxil edilməmişdir. Göründüyü kimi iddiaçı 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdehin adına yeni çıxarışın, eyni zamanda onunla əlaqədar texniki pasportun verilməsi zamanı pozuntuya yol verildiyini iddia edir və onun tələbinin faktiki əsaslarını inzibati orqanın qanunsuz qeydəalma (düzəlişlərin aparılması) ilə bağlı hərəkətləri təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında açıq şəkildə ifadə olunmuşdur ki, reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Göründüyü kimi, iddiaçı hazırki iddiasında 1 saylı Bakı Ərazi İdarəsinin hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmayan ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçiridiyi faktiki xarakterli fəaliyyətin nəticəsini mübahisələndirmişdir və belə mübahisələndirilmə zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Elə hallar da olur ki, şəxs dövlət reyestrində qeydin aparılmasına əsas olmuş mülkihüquqi əqdi və yaxud inzibati aktı deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirir (məsələn: iddiaçı bildirir ki, cavabdehin hüquqları qanuni şəkildə bağlanan alqı-satqı müqaviləsində nəzərdə tutulmamış yerə qeydə alınmışdır). Bu halda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Beləliklə, qeydəalmanın mülki-hüquqi əqd və yaxud inzibati akt əsasında aparılıbaparılmamasından asılı olmayaraq, mübahisə inzibati orqanın özünün hərəkətləri ilə bağlı yaranıbsa, bu işə inzibati məhkəmədə baxılmalıdır. Hazırki halda da iddiaçı məhz inzibati orqanın hərəkətlərini mübahisələndirmişdir. Eyni zamanda iş materiallarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “çıxarışın və onunla əlaqədar verilmiş texniki pasportun ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, iddiaçının tələbi inzibati orqanın hərəkətləri ilə bağlıdır və işi yeni apellyasiya baxışına göndərərkən kassasiya instansiya məhkəməsinin göstərişi ondan ibarət olmuşdur ki, mübahisənin məhkəmə aidiyyatı məsələsi müzakirə edilməli, mübahisənin ümumi yaxud inzibati məhkəməyə aid olması müəyyən edilməlidir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-5082/2020 nömrəli qərardadı ilə üçüncü şəxs X10 şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3000/2018 saylı 11 sentyabr 2018-ci il tarixli qətnaməsi, iş üzrə icraata xitam verilməklə ləğv edilmişdir. Bundan sonra, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və 3-cü şəxs X11 qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən X10 adına verilmiş MA seriyalı ******* nömrəli xx.xx.2010-cu il tarixli çıxarışın və onunla əlaqədar verilmiş **********59-05101- 093002 nömrəli texniki pasportun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-7227/2020 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(103)-866/2021 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-7227/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Kollegiya qeyd edir ki, yuxarıda sadalanan işin müəyyən edilmiş hallarından aşkardır ki, hazırki mübahisə mülki-hüquqi əqdə əsaslanaraq aparılmış qeydiyyatla bağlı olmayıb, qeydiyyat aparan inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində aparılmış qeydiyyatla (düzəlişlə) bağlı yaranmışdır. Odur ki, bu tələb mülki məhkəmə icraatı qaydasında baxılmalı tələb deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Şəhr olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 402 və 405.0.2-ci maddələrini rəhbər tuturaq məhkəmə, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-960/2023 nömrəli 14 noyabr 2023-cü qətnaməsi qismən – iddia tələbinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş MA seriyalı ******* nömrəli xx.xx.2010cu il tarixli çıxarışın və onunla əlaqədar verilmiş **********59-05101-093002 nömrəli texniki pasportun ləğv edilməsinə aid hissəsində ləğv edilsin və işin icraatına həmin hissədə işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilsin. İddiaçı aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar