Məhkəmə qərarları › İş №2(103)-1285/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1285/2025

23.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1285/2025 23.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 Ağalı oğluna qarşı “qanunsuz zəbt edilmiş bağ evinin cavabdehin qeyri-qanuni sahibliyindən alınaraq ona qaytarılması və cavabdeh tərəfindən onun istifadəsinə edilən maneələrin aradan qaldırılması” tələbinə dair iş üzrə (Açar sözlər: iş materiallarının aidiyyat üzrə göndərilməsi ilə bağlı vəsatət rədd edilmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 Ağalı oğluna qarşı “qanunsuz zəbt edilmiş bağ evinin cavabdehin qeyri-qanuni sahibliyindən alınaraq ona qaytarılması və cavabdeh tərəfindən onun istifadəsinə edilən maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə cavabdeh və digər cavabdehlərin nümayəndəsi və vəkili Cavabdeh4 mülki işin Cavabdeh4 aid hissədə baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsinə dair vəsatətin təmin edilməməsi barədə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e-2(003)-4413/2024 saylı, 06 dekabr 2024-cü il tarixli qərardadından Cavabdeh4 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 Ağalı oğluna qarşı “qanunsuz zəbt edilmiş bağ evinin cavabdehin qeyri-qanuni sahibliyindən alınaraq ona qaytarılması və cavabdeh tərəfindən onun istifadəsinə edilən maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Cavabdeh4 vəsatət ilə məhkəməyə müraciət edərək mülki işi ona aid hissədə ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4413/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 Ağalı oğluna qarşı “qanunsuz zəbt edilmiş bağ evinin cavabdehin qeyriqanuni sahibliyindən alınaraq ona qaytarılması və cavabdeh tərəfindən onun istifadəsinə edilən maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə cavabdeh və digər cavabdehlərin nümayəndəsi və vəkili Cavabdeh4 mülki işin Cavabdeh4 aid hissədə baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsinə dair vəsatətin təmin edilməməsi qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsi bu fəsillə müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Qeyd olunan qanunvericilik müddəalarının tələblərini nəzərə alaraq məhkəmə qeyd edir ki, iş üzrə məhkəmə ərazi aidiyyəti məsələsinə qiymət verilməsi üçün ilk öncə cavabdehlərin rəsmi olaraq qeydiyyatda olduqları ünvana diqqət yetirilməlidir. Belə ki, iş üzrə cavabdehlər Cavabdeh5 və Cavabdeh3 rəsmi qeydiyyatda olduğu ünvan ünvan 1 Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh və digər cavabdehlərin nümayəndəsi və vəkili Cavabdeh4 mülki işin Cavabdeh4 aid hissədə baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi əsassızdır.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

5. Cavabdeh4 həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsi və mülki işin ona aid hissədə ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, adıçəkilən qərardad qəbul edilərkən, məhkəmə təqdim olunmuş dəlillər dəyərləndirməmiş və dəyərləndirməməsinin səbəbləri göstərilməmiş, eləcə də həqiqətin müəyyən edilməsi təmin edilməmiş və tərəflər arasında yaranmış və mövcud olan hüquq münasibətləri ümumiyyətlə dəyərləndirilməmişdir. Belə ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 Ağali oğluna qarşı iddia ərizəsi ilə Xəzər rayon Məhkəməsinə müraciət edərək, "Xəzər rayonu, Şüvalan ərazisindəki 452 nömrəli bağ sahəsin ünvanında yerləşən qanunsuz zəbt edilmiş bağ evinin cavabdehlərin qeyri-qanuni sahibliyindən alınaraq ona qaytarılması və cavabdeh tərəfindən onun istifadəsinə edilən maneələrin aradan qaldırılması barədə" qərar qəbul edilməsini xahiş etmişdir. Hazırkı iddia tələbi prosessual hüququn imperativ normasında nəzərdə tutulan bəzi tələblərinə cavab vermir. (AR MPM-nin 149.2.3-cü, 152.1.1-ci, 153.2.1-ci və 153.2.2-cimaddələri). Belə ki, Cavabdeh4 hazırk mülki məhkəmə işinə cavabdeh qismində cəlb edilməsi, iş materiallarına təqdim olunan Xəzər rayon Pİ-nin 1-ci PŞ-nə xx.xx.2024-cü il tarixdə vermiş izahatına əsaslanır. Halbuki həmin izahatda da səlist azaərbaycan dilində anlaşılan qaydada - "iş yerinin Vəkillər Kollegiyası; Cavabdeh3 və Cavabdeh5 Ağali oğlunun etibarnamə üzrə nümayəndəsi olduğu; İddiaçı həmin şəxslərə 80 000 manat borcu olması barədə qanuni qüvvəyə minmiş Ali Məhkəmənin Qərarı (İddiaçı Ali Məhkəmənin 2(102)- 3869/2021 nömrəli xx.xx.2021-ci il tarixli Qərarını məhkəmə iş materiallarına əlavə etmişdir) mövcuddur və pulu ödəmədiyi üçün onun barəsində axtarış elan olunması; eləcə də həmin iş üzrə Nəsimi rayon Məhkəməsinin Qərardadı əsasında həmin bağ sahəsinin üzərinə həbs qoyulmuş və eləcə də digər hərəkətlərin edilməsi İddiaçı və oğluna qadağan edilməsi" qeyd olunmuşdur. Göründüyü kimi hazırkı iddianın Cavabdeh4 yönəldilməsi yəni onun vəkil olaraq hüquqi yardım göstərdiyi şəxslə yaranmış mübahisənin ona aid edilməsi onun vəkillik fəaliyyətinə müdaxilə kimi qiymətləndirilməlidir. Bu halda iddia tələbinə hazırki mülki məhkəmə qaydasında baxılması qəbulolunmazdır.

7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4413/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5440/2024 nömrəli, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 Ağalı oğluna qarşı “qanunsuz zəbt edilmiş bağ evinin cavabdehin qeyri-qanuni sahibliyindən alınaraq ona qaytarılması və cavabdeh tərəfindən onun istifadəsinə edilən maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e-2(003)-4413/2024 saylı, 06 dekabr 2024-cü il tarixli qərardadından mülki iş üzrə cavabdeh və digər cavabdehlərin nümayəndəsi və vəkili Cavabdeh4 oğlu tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin 2(008)-4413/2024 nömrəli işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 36.2. Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

12. Belə ki, işin halları ilə müəyyən edilir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ərazisindəki 452 nömrəli bağ sahəsi ünvanında yerləşən qanunsuz zəbt edilmiş bağ evinin cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 Ağalı oğlunun qeyri-qanuni sahibliyindən alınaraq ona qaytarılması və cavabdehlər tərəfindən onun istifadəsinə edilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

13. Cavabdeh4 mülki işin Cavabdeh4 aid hissədə baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatətlə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 54, mənzil 9 olduğundan iddia tələbin ona aid hissədə ərazi aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir.

14. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosesual Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. İş üzrə məhkəmə ərazi aidiyyəti məsələsinə qiymət verilməsi üçün ilk öncə cavabdehlərin rəsmi olaraq qeydiyyatda olduqları ünvana diqqət yetirilməlidir. Belə ki, iş üzrə cavabdehlər Cavabdeh5 və Cavabdeh3 rəsmi qeydiyyatda olduğu ünvan ünvan 4

15. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bir neçə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda Cavabdeh4 aid hissədə iddia tələbinə digər məhkəmədə baxılması qanunvericiliyin tələbinə uyğun deyil.

16. Belə olan halda məhkəmə kollegası hesab edir ki, Cavabdeh4 mülki işin Cavabdeh4 aid hissədə baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatət əsassızdır.

17. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Cavabdeh4 iş materiallarının Bakı şəhəri Nizami rayon Məhkəməsinə göndərilməsinə dair vəsatətinin təmin edilməməsi barədə qərardad qəbul etməkdə haqlı olmuşdur.

18. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

19. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4413/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar