Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1291/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, İddiaçı oğlunun nümayəndəsi və vəkili Vəkil oğlunun iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarxili 2(005)- 3999/2021 nömrəli qətnaməsindən İddiaçı oğlunun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh maddi zərərə görə 32.100 manat, 6.910 ABŞ dolları, əlavə olaraq 10.000 ABŞ dolları, mənəvi zərərə görə 50.000 manat pulun alınaraq ödənilməsi barədə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki Cavabdeh övladları X1 və X2 Türkiyə Respublikasında Karabük və yaxud Samsun Unııversitetində ali təhsil almalarını təmin edəcəyini yalandan vəd edərək, aldadaraq, ona olan inam və etibarından sui-istifadə edərək 32.100 manat və 6.910 ABŞ dolları pulunu ələ keçirmiş və bundan əlavə olaraq 10.000 ABŞ dolları maddi zərər vurmuşdur. Cavabdeh qızı X3 və yaxud Samsun Unuversitetində müalicə işi üzrə tibb təhsili fakultəsinə qəbul etdirəcəyini vəd edib 27.07.2018-ci il və 01.08.2018-ci il tarixlərdə hər dəfə 15.300 manat olmaqla cəmi 30.600 manat pul almışdır. X5 isə Karabük Universitetində Biznesin idarə edilməsi fakültəsinə qəbul etdirəcəyini vəd edərək 30.07.2018-ci il tarixdə 1.500 manat pul almışdır. Türkiyədə otrum izni üçün isə 360 ABŞ dolları pul almışdır. Ümumilikdə 32.100 manat pul almış, lakin, cavabdeh işi uzatmış, 2019-cu ilin may ayında həmin pulu xərclədiyini demiş, borc olaraq 10.000 manat istəmişdir ki, həmin işə sərf edəcək, uşaqların işini düzəldəcək. Bununla bağlı borc müqaviləsi bağlamışlar və ona 10.000 manat dəyərində 5.450 ABŞ dolları verdi, 01.09.2019-cu il tarixədək bu borcu qaytaracağını vəd etdi. Bundan başqa, Cavabdeh 500 ABŞ dolları, sonuncu dəfə isə Cavabdeh 600 ABŞ dolları pul almışdır. Bundan başqa, Cavabdeh əlavə olaraq 10.000 ABŞ dolları da maddi zərərə salmışdır. İddiaçını qızı ilə birgə Türkiyə ərazisində müxtəlif şəhərlərdə qalmağa vadar etmişdir ki, guya iş düzəlir, Türkiyədə olmalısız, çağıran kimi gəlməlisiz. Bu məqsədlə aylarla onları Türkiyədə saxlatdırdı, otellərdə qalma və yaşamaq üçün 10.000 ABŞ dolları xərcləmişdir. Nəticədə, cavabdeh aldatdı, əlaqə vasitəsini dəyişdi. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarxili 2(005)- 3999/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 16800 manat və 6910 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) tutularaq İddiaçı verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. İddiaçı oğlu apellyasiya şikayəti verərək qətnamənin 16800 manat hissəsində dəyişdirilməsinə, həmin hissədə cavabdehdən 32100 manat pulun tutulmasına, iddianın qalan təmin edilməyən hissəsində ləğv edilməsinə, həmin hissədə maddi zərərə görə 10000 AVŞ dolları və 50000 manat mənəvi zərərin tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırıb, həmçinin göstərir ki, bu hallar məhkəmə zamanı iddiaçı tərəfin izahatı, cavabdeh tərəfin məhkəmədə tədqiq olunmuş Sabuncu rayon Polis İdarəsinin İstintaq Şöbəsində verdiyi izahatlarla müstəntiqlərin qərarları ilə sübuta yetmişdir. Cavabdeh tərəf izahatlarında iddiaçıdan 32.100 manat və 6.910 ABŞ dolları pul vəsaitini aldığını etiraf etmişdir. Lakin məhkəmə iddianı təmin edərkən qətnaməsində cavabdehin izahatını tədqiq edərkən iddiaçının qızı üçün verdiyi 15.300 manat pulun iki dəfə verilməsini qeyd etsə də nəticədə həmin məblğdən birini təmin edib, məhkəmə digər 15.300 manatın verilmədiyini, yaxud bu halın təsdiq edilmədiyini qətnamədə qeyd etmir, qətnamənin təsviri hissəsində iki dəfə verilmiş 15.300 manatın birinin təsdiq olunmadığını əsaslandırmamışdır, ola bilər məhkəmə texniki səhvə yol vermişdir. Həmçinin, hesab edir ki, cavabdehdən əlavə olaraq 10.000 ABŞ dolları və 50.000 manat mənəvi zərər də tutulmalıdır. Məhkəmə iclasında İddiaçı oğlunun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsi üçün məhkəmə bildirişinin Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərinə əsasən Cavabdeh çatdırılması üçün Bakı şəhəri 36 saylı Mənzil Kommunal İstismar Sahəsinə göndərilmiş, lakin cavabdeh yaşadığı və qeydə alındığı Bakı şəhəri Nərimanov rayonu Ə.Ağaoğlu küçəsi 6 nömrəli ev söküldüyündən və göstərilən ünvanda yaşamadığı üçün təqdim etmək mümkün olmamış və məhkəmə bildirişi geri qaytarılmışdır. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 147 və 376.2-ci maddələrinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, iş üzrə İddiaçı müraciəti əsasında Cavabdeh Sabunçu RPİ İŞ-də izahatı alınmış və 15300 manat, 1500 manat, 360 ABŞ dolları, 500 ABŞ dolları, 5450 ABŞ dolları və 600 ABŞ dolları almasını qəbul etmişdir. Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (müqavilə hüququ, delikt hüququ, əsassız varlanma və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası əsassız varlanma müddəalarından yaranır. İddia tələblərindən göründüyü kimi iddiaçının pul tələbini cavabdeh öz izahatında təsdiq etmişdir. Bu səbəbdən tələb qismən əsaslıdır. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdeh tərəfindən hüquqi nəticə etibarı ilə ona qarşı mülki hüquq pozuntusunun (deliktin) törədildiyini və nəticədə ona maddi ziyanın vurulduğunu iddiası, zərərin cavabdehin hərəkəti nəticəsində vurulması müəyyən edilmişdir. Cavabdehin müxtəlif vaxtlarda aldığı 16800 (15300 manat və 1500 manat ) manat və 6910 ABŞ dolları ( 360 ABŞ dolları, 500 ABŞ dolları, 5450 ABŞ dolları, 600 ABŞ dolları) hissəsində iddia təmin olunaraq İddiaçı qaytarılmalıdır. Məhkəmə iddia tələbinin «mənəvi zərərin əvəzi kimi 50.000 manat pul vəsaitinin» cavabdehdən tutulması hissəsini əsaslı saymır. Məhkəmə araşdırılması zamanı iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddia tələbini mənəvi zərərin tutulması hissəsində əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Məhkəmə iddia tələbinin «əlavə olaraq 10.000 ABŞ dolları da maddi zərərin tutulması» hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı həmin zərərə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Buna görə də həmin hissədə rədd olunmalıdır. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsaəsn varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə qismən ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin bir hissədə dəyişdirilməsi, bir hissədə isə ləğv edilməsi göstərilsə də, məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilməyən hissələri (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) şikayətin predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. İddia tələbinin təmin edilməyən 15300 manat hissəsinin faktiki əsası (faktiki hallar) tələbin həmin hissədə qanuni əsasının şərtlərinə uyğun olsa da, yəni dizpozisiya əlamətləri ilə uzlaşsa da məhkəmənin həmin hissədə iddianı təmin etməməklə gəldiyi nəticə düzgün olmamış, 10000 ABŞ dolları və 50000 manat mənəvi zərər hissəsinin isə faktiki əsası (faktiki hallar) tələbin həmin hissədə qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından bu hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Göründüyü kimi, Cavabdeh nə birinci, nədə apellyasiya məhkəməsində iştirak etmədiyindən iddia tələbinin mübahisələndirilən 15300 manat hissəsinin qanuni əsasının müəyyən edilməsi üçün yalnız onun cinayət təqibi üzrə icraat zamanı aparılan araşdırma zamanı verdiyi izahatlarındakı və iddiaçının izahatlarındakı məlumatlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Belə ki, iddia tələbinin təmin olunan digər hissələrinin qanuni əsası kimi məhkəmə əsassız varlanma normalarını, 5450 ABŞ dolları hissəsində isə tərəflər arasında kredit müqaviləsi olduğundan Mülki Məcəllənin 739.2-ci maddəsini tətbiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin cinayət təqibi üzrə icraat zamanı aparılan araşdırma zamanı verdiyi izahatlarında iddiaçıdan iki dəfə 15300 manat aldığını etiraf etməsinə baxmayaraq, bunun bir hissəsinə qətnamədə ümumiyyətlə münasibət bildirməmiş, başqa sözlə 15300 manatı təmin edir, digər 15300 manatı isə təmin etmir, ancaq nə üçün təmin etmədiyinə dair də qətnamədə hansısa qənaətini göstərmir. İddiaçı tərəf də haqlı olaraq bəyan edir ki, iki dəfə, ayrı-ayrı vaxtlarda alınmış 15300 manatın biri təmin edilirsə, demək ikinci 15300 manatın da qaytarılması təmin edilməlidir. Bu baxımdan iddia tələbinin 15300 manat hissəsinin qanuni əsası kimi yuxarıda qeyd olunan əsassız varlanmaya dair maddi hüquq normaları tətbiq oluna bilər. Düzdür, cavabdehin onu aldadaraq pullarını ələ keçirməsi ilə bağlı iddiaçının şikayəti əsasında təhqiqat və istintaq orqanında dəfələrlə araşdırma aparılaraq hər dəfə cinayət işinin başlanması rədd edilsə də, bu qərarlar da hər dəfə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən ləğv edilərək yeni araşdırmaya göndərilmişdir. Yəni, cavabdehin gələcəkdə əməllərinə cinayət hüquqi müstəvidə hansı hüquqi qiymət verilməsindən asılı olmayaraq, hazırda cavabdehin iddiaçının hesabına əsassız varlandığı görünür. Ona görə də, məhz bu hissədə, yəni 15300 manatla bağlı tərəflər arasında yaranmış münasibətləri borc yaxud hansısa müqavilə münasibətləri yaxud sırf zərəvurmadan əmələ gələn münasibətlər kimi qiymətləndirilməsi hazırki vəziyyətdə əsaslı olmazdı. İddia tələbinin digər, 10000 ABŞ dolları maddi, 50000 manat mənəvi zərərin ödənilməsi ilə bağlı apellyasiya şikayətinin dəlili isə əsaslı olmadığından qətnamə həmin hissələrin rədd edilməsi hissəsində ləğv edilə bilməz. Çünki, cavabdehin iddiaçıya 10000 ABŞ dolları maddi, 50000 manat mənəvi zərər vurduğuna dair məhkəməyə mötəbər sübut təqdim edilməlidir. Bu barədə sübut təqdim etmək və həmin halı sübut etmək yükü isə iddiaçının üzərinə düşür. Ancaq iddiaçı tələb etdiyi bu məbləğlərdə maddi və mənəvi zərər çəkməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, cavabdeh də cinayət təqibi üzrə icraat zaman bu hissə üzrə etirafedici izahat verməmişdir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarxili 2(005)-3999/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə qismən, yəni iddia tələbinin 15300(on beş min üç yüz) manat hissəsinin rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia qismən edilməli, Cavabdeh İddiaçı xeyrinə alınmalı olan yekun məbləğin miqdarı 32100(otuz iki min yüz) manat və 6910(altı min doqquz yüz on)ABŞ dolları müəyyən edilməli, mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarxili 2(005)- 3999/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə qismən, yəni iddia tələbinin 15300(on beş min üç yüz) manat hissəsinin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia qismən edilsin. Cavabdeh İddiaçı xeyrinə alınmalı olan yekun məbləğin miqdarı 32100(otuz iki min yüz) manat və 6910(altı min doqquz yüz on)ABŞ dolları müəyyən edilsin Mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1291/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1291/2022
09.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver