Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1293/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı, cavabdeh X5 və vəkili X15 iştirakları ilə, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh X12 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 mənzil 1 ünvanında öz vəsaiti ilə inşa etdiyi əlavə tikililərin sökülüb tikintidə istifadə etdiyi materialların ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X12 də öz növbəsində qarşılıqlı iddia verərək cavabdeh İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi 15 saylı evin 1 saylı mənzilində 1993-cü ildən 2019-cu ilə kimi yaşadığı müddət üçün 39000 (otuz doqquz min) manat icarə haqqının və ödədiyi 30 manat dövlət rüsumunun əvəzinin, cəmi 39030 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra X4rşılıqlı iddia ərizəsinə əlavə təqdim edərək cavabdeh İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi 15 saylı evin 1 saylı mənzilində 1993-cü ildən 2019-cu ilə kimi yaşadığı müddət üçün 60000 (altmış min) manat icarə haqqının və 30 manat dövlət rüsumunun, cəmi 60030 (altmış min otuz) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Qəhrəmanov, iş № 2(094)-19/20) hər iki iddia rədd edilmişdir. Qətnamədən həm İddiaçı, həm də cavabdeh M.Kozarev apellyasiya şikayəti vermişlər. İddiaçı qətnaməni ilk iddia ilə bağlı hissədə, M.Kozarev isə qarşılıqlı iddia ilə bağlı hissədə mübahisələndirmişlər. İşin halları: İlk iddia onunla əsaslandırılmışdır ki, İddiaçı ailə üzvləri ilə birlikdə 1993-cü ildən Bakı şəhəri, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsindəki 15 saylı evin 1-ci mənzilində məcburi köçkün kimi məskunlaşıb yaşamışdır. Həmin mənzildə o, mənzilin sahibi X8 razılığı və xahişi ilə məskunlaşmış və onun razılığı ilə orada abadlıq işləri aparmışdır. Təmir-tikinti işləri nəticəsində yaşayış sahəsi faktiki olaraq iki dəfədən də çox artmış, daş hasar çəkmiş, həyət qapısı qoymuş, yaşayış otaqları, yardımçı sahələri tikmişdir. Evin sahibi X6 ölümündən sonra onun varisi cavabdeh Mixail Kozarev məhkəməyə müraciət edərək onu mənzildən çıxarılmasına nail olmuşdur. Belə ki, Pirallahı rayon məhkəməsinin xx.xx.2017ci il tarixli qətnaməsi ilə X1 qarşı mənzildən çıxarılma tələbi təmin edilmişdir. Ona görə də həmin ünvanda öz vəsaiti ilə inşa etdiyi əlavə tikililəri sökub tikintidə istifadə etdiyi materialları geri tələb etmək məcburiyyətində qalmışdır. M.Kozarev qarşılıqlı iddianı onunla əsaslandırmışdır ki, mübahisəli mənzil mərhum xalası X9 məxsus olmuşdur. Cavabdeh İddiaçı ailə üzvləri ilə həmin mənzili zəbt etdiyinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsasında həmin evdən çıxarılmış və bu ev özünə qaytarılmışdır. Bundan sonra, cavabdeh İddiaçı Bakı şəhəri Pirallahı rayon məhkəməsinə iddia ərizəsilə müraciət edərək ondan çəkilmiş xərclərin əvəzinin ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Pirallahı rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə həmin iddia ərizəsi əsassız hesab edilərək rədd edilmişdir. Hazırda isə cavabdeh İddiaçı iddia ərizəsilə məhkəməyə müraciət edərək əlavə tikililərin sökülməsi və istifadə olunmuş materialların geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, cavabdeh İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi, 1993-cü ildən ailə üzvləri ilə mərhum xalası X6 evində heç bir qanuni əsası olmadan yaşayıb. Əgər mərhum xalası mənzilində cavabdeh İddiaçı və onun ailə üzvlərinin yaşamasına razılıq vermişdirsə, onda heç olmazsa onları pasport qeydiyyatına aldırardı. Bütün bunlar olmadığına görə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə cavabdeh İddiaçı ailə üzvləri ilə birlikdə mənzildən digər yaşayış sahəsi verilmədən çıxarılmışlar. Əgər cavabdeh İddiaçı mənzildə apardığı əlavə tikinti işlərini mərhum xalasının razılığı ilə aparmışdırsa onda məhkəməyə mərhum xalasının bu barədə yazılı razılığını təqdim etməlidir. Digər tərəfdən, cavabdeh İddiaçı, iddia ərizəsində qeyd etdiyi kimi, 1993-cü ildən 2019-cu ilin avqust ayına kimi xalasının evində heç bir qanuni əsası olmadan yaşayıb. Öyrənmişdir ki, hazırda Bakı şəhəri Pirallahı qəsəbəsində onun evi kimi evlərin aylıq icarə haqqı 130-200 manat arasıdır. Buna görə də cavabdeh İddiaçı xalasının mənzilində yaşadığı müddətə görə icarə haqqını ödəməsini tələb edir. Sadə hesablama yolu ilə müəyyən olur ki, 1993-cü ildən 2019-cu ilin avqust ayına kimi təxminən 300 ay təşkil edir. Aylıq 130 manatı 300 aya vurduqda isə 39.000 manat təşk edir. Fikrincə cavabdeh İddiaçı ona həmin məbləği ödəməlidir. İş materiallarında olan Pirallahı rayon MKTB 153 saylı MKİS-nin xx xxxxxx 2018-ci il tarixli arayışından göründüyü kimi, İddiaçı Laçın rayonundan məcburi köçkündür və arvadı X10, oğlanları X14 və X16 ilə birlikdə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsindəki 15 saylı evin 1-ci mənzilində qeydiyyatsız yaşayırlar. İş materiallarına əlavə edilmiş Pirallahı rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı, X10, X14 və X16 oğlu Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsindəki 15 saylı evin 1-ci mənzilindən çıxarılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Pirallahı rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X2rşı “çəkilmiş xərclərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı iddia ərizəsi ilə eyni məzmun təşkil edən apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli ünvanda öz vəsaiti ilə inşa etdiyi əlavə tikililəri yerli hakimiyyət orqanlarının razılığı ilə etmişdir. Məhkəmə yerli baxış keçirsə idi müəyyən olunacaqdı ki, hansı tikilini əlavə inşa etmiş və tikintidə hansı materialları istifadə etmişdir. Məhkəmə isə qətnamədə göstərir ki, o, öz vəsaiti ilə inşa etdiyi əlavə tikili və tikilidə istifadə etdiyi materiallar barədə məıhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh M.Kozarev apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnamədə 6 aylıq müddətə istinad edərək qarşılıqlı iddianı rədd etmişdir. 6 aylıq müddət isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 697.4-cü maddəsində nəzərdə tutulur. Lakin həmin maddənin hazırkı işə heç bir aidiyyəti yoxdur. Bu maddədə kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin ödənilməsindən bəhs edilir. Əgər aidiyyəti olsa belə, qarşılıqlı cavabdeh ailə üzvləri ilə onun icarədarı olduğu mənzildən xx xxxxxx 2019-cu il tarixdə çıxarılmışdır, o isə qarşılıqlı iddia ərizəsi ilə Pirallahı Rayon Məhkəməsinə 2019-cu ilin noyabr ayında, yəni, İddiaçı mənzildən çıxarılandan 3 ay sonra müraciət etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. O, eyni zamanda cavabdehin apellyasiya şikayətini qəbul etmədiyini bildirdi. Cavabdeh və vəkili məhkəmə kollegiyasının iclasında öz apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Onlar eyni zamanda iddiaçının apellyasiya şikayətini qəbul etmədiklərini bildirdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Yuxarıda qeyd olunduğu kimi, hazırkı işdə iki tələbə baxılmışdır: İddiaçı ilk iddiasına və M.Kozarevin qarşılıqlı iddiasına. İddiaçı ilk iddia üzrə tələbi mübahisəli ünvanda öz vəsaiti ilə inşa etdiyi əlavə tikililərin sökülüb tikintidə istifadə etdiyi materialların ona qaytarılması barədədir. M.Kozarevin qarşılqlı iddiası isə cavabdehdən 60000 (altmış min) manat icarə haqqının tutulması barədədir. Birinci instansiya məhkəməsi hər iki tələbi əsassız sayaraq rədd etmişdir. Məhkəmə ilk iddia ilə bağlı qənaətini əsaslandırarkən qeyd etmişdir ki, İddiaçı mübahisəli ünvanda öz vəsaiti ilə əlavə tikililər inşa etdiyini bildirsə də, nə həmin əlavə tikililərə, nə də tikintidə istifadə etdiyi materiallara dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda Pirallahı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı mübahisəli evdə heç bir təmir işləri görməmiş və xərc çəkməmişdir. Məhkəmə ilk iddia ilə bağlı hissədə mövqeyini hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 181.1-ci və sair maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilkin iddia tələbinin əsassız olması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, ilk iddiaçının tikililərin sökülməsi və istifadə etdiyi materialların geri qaytarılmasına dair iddia tələbinin predmeti əvvəlkindən (pul tələbi) fərqli olsa da, iddianın əsasları (iddiaçı tərəfindən yaxşılaşdırma işəri aparılması, əlavə tikilinin tikilməsinə pul və material sərf edilməsi və sair) eynilik təşkil edir. Pul tələbinə dair iddia məhz həmin əsaslar sübut edilmədiyindən təmin edilməmişdir və bu barədə qətnamə hazırda qanuni qüvvəyə minmişdir. Birinci instansiya məhkəməsinin qarşılıqlı iddianı əsassız sayarkən qeyd etmişdir ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsindəki 15 saylı evin 1-ci mənzilinin İddiaçı icarəyə verilməsinə dair tərəflər arasında heç bir müqavilə olmamışdır və bu barədə X12 hər hansı sübut təqdim etməmişdir. Bundan başqa, Pirallahı rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı, X3, X11 və X13 mübahisəli mənzildən çıxarılmasına baxmayaraq X12 mənzil ona qaytarıldığı gündən altı ay müddətində kirayə haqqının ödənilməsini tələb etməmişdir. Məhkəmə kollegiyası qarşılıqlı iddianın əsassız olmasına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, tərəflər arasında icarə ilə bağlı heç bir müqavilə olmadığından məhkəmə həmin iddianı əsassız sayıb rədd etməkdə haqlı olmuşdur. İşdən göründüyü kimi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddiaçı M.Kozarev və ya mənzilin əvvəlki icarədarı olan N.Kudrova qarşısında icarə haqqı ödənilməsi ilə bağlı bir öhdəliyi mövcud olmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı və cavabdeh X5 apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-1293/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1293/2021
03.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver