Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1297/2021 18.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəi ziyanın ödənilməsi” tələbi barədə iddiasına dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-162/20 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi qismən təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə 254.0 (iki yüz əlli dörd) manat məbləğində maddi zərər tutulsun. Cavabdeh binada quraşdırdığı su çəninin istifadəsi nəticəsində İddiaçı mənzilinə zərər vurulmasına səbəb olan hərəkətlərin edilməsi qadağan edilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədəiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hövsan qəsəbəsi, Hafiz Quliyev küçəsi, ev 29, mənzil 40-da yaşayan, qonşusu Cavabdeh eyvanında qeyri-qanuni quraşdırılmış su çəni və su qızdırıcı cihazının ləğv edilməsinə, qonşunun ona yetirdiyi maddi və mənəvi zərərin ödənilməsinə və mənzilinin həmin qonşu tərəfindən təmir olunmasına dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. Sonradan iddia tələbinin həcminin artıtılması barədə ərizə ilə müraciət edərək Cavabdeh eyvanında qeyri-qanuni quraşdırılmış su çəni və su qızdırıcı cihazının gələcəkdə zərər vurulmamasına səbəb olan hərəkətlərin cavabdehə qadağan edilməsi, qonşunun ona yetirdiyi maddi və 1000 manat mənəvi zərərin ödənilməsinə və mənzilinin həmin qonşu tərəfindən təmir olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı Hövsan qəsəbəsi, Hafiz Quliyev, ev 29, mənzil 47 ünvanında yaşayır. Aprel ayından etibarən qonşu mənzildə yaşayan Cavabdeh tərəfindən binanın balkonunda qeyri-qanuni olaraq su çəni və su qızdırıcı cihazı yerləşdirmiş, qanunsuz olaraq su xətləri və kanalizasiya xətti çəkmişdir. Bununla əlaqədar olaraq, aprel ayından etibarən həmin qonşunun su çənindən su mənzilinə damır. Bir neçə dəfə mənzilini su basmışdır. Mənzili yaşayış üçün yararsız. vəziyyətə məruz qalmış, təmirə ehtiyacı var. İddiaçının dəfələrlə şikayətinə baxmayaraq qonşu heç bir tədbir görmür, bundan əlavə hələ iddiaçını təhqir edir, ona və qızına qarşı hədə-qorxu gəlir. İddiaçı dəfələrlə şifahi şəkildə, son dəfə isə artıq yazılı şəkildə şikayətini Suraxanı rayonu, Hövsan qəsəbəsi, MKİS-nin rəisi X1 ünvanlamış, həmin şikayət ərizəsinə baxıldıqdan sonra, Suraxanı rayonu, Hövsan qəsəbəsi, MKİS-nin mühəndisi tərəfindən mənzilə baxış keçirilmiş və akt tərtib olunmuşdur. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, qətnaməni iddia tələbinin təmin olunmuş hissədə ləğv edilməsi, iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, məhkəmə tərəfindən mötəbər hallara lazımi qiymət verilməmişdir. Bu və digər əsaslar gətirilərək, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini dinləyib, şikayətini müdafiə edərək, təmin olunmasını xahiş edən cavabdehi dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə əlavə olunmuş ÖM seriyalı 252450 saylı xx.xx.2005-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Hövsan qəsəbəsi, məhəllə 12/13, 29 saylı evin 47 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli 104 saylı MKİS tərəfindən tərtib olunmuş arayışdan görünür ki, Bakı şəhəri, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində yerləşən 29 saylı evin 40 saylı mənzili Cavabdeh mülkiyyətində və sahibliyindədir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli 104 saylı MKİS-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktdan görünür ki, Hövsan qəsəbəsi, Hafiz Quliyev, ev 29 mənzil 47-də yaşayan İddiaçı tərəfindən edilmiş şikayətlə bağlı mənzilinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin binanın 40-cı mənzilində yaşayan Cavabdeh tərəfindən binanın balkonunda qeyri-qanuni olaraq suqızdırıcı yerləşdirilmiş və balkonda qanunsuz olaraq su xətləri və kanalizasiya xətti çəkilimşdir. Balkonda su çəni yerləşdirmiş və su binanın çölünə buraxılmışdır. Buna görə də 47-ci mənzilin divarlarına su sızaraq mənzilə ziyan dəymişdir və 40-cı mənzilin sahibini xəbərdarlıq etsə də öz qanunsuz əməlindən daşınmamışdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 24925 saylı xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara, o cümlədən baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə və mülki iş materiallarında olan 104 saylı MKİS-nın xx xxxx 2019-cu il tarixli aktının göstəricilərinə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hafiz Quliyev küçəsində yerləşən 29 saylı evin 40 saylı mənzilinin eyvanında Cavabdeh tərəfindən quraşdırılmış su çəninin istifadəsi nəticəsində İddiaçı mülkiyyətində olan Baki şəhəri, Hövsan qəsəbəsi, Hafiz Quliyev küçəsi, ev 29 ünvanında yerləşən 47 saylı mənzilinə suyun sızması və suyun sızması nəticəsində 47 saylı mənzildə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinə təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 254,0 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə binanın damında (həm də qanunsuz olaraq) quraşdırılmış çənindən su axması nəticəsində vurulmuş zərərə görə, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyi sübut olunmayanadək, həmin çənin sahibi məsuliyyət daşıyır. Cavabdeh da qanunda birbaşa nəzərdə tutulmuş həmin normada olan istisnalara dair hər hansı sübut təqdim etmədiyindən, ona məxsus çəndən suyun axması nəticəsində vurulmuş zərərə görə məhz o məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1098.2.-ci maddəsinə görəəgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. Həmin Məcəllənin 1111.2-ci maddəsinə görə isə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi haqlı olaraq vurulmuş maddi ziyanın məbləğini müəyyən edərkən ekspert rəyinin nəticələri əsas götürərək Cavabdeh 254 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi qənaətinə gəlmişdir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzilinə zərərin vurulması Cavabdeh tərəfindən binada quraşdırdığı su çəninin istifadəsi nəticəsində baş verdiyindən, gələcəkdə zərər vurulmasına səbəb olan hərəkətlərin, yəni suyun iddiaçının mənzilinə axıdılmasının cavabdehə qadağan edilməsini qət etməklə məhkəmə düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qə t etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hazırkı iş üzrə olan xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1297/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1297/2021
18.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver