Məhkəmə qərarları › İş №2(103)-1300/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1300/2023

27.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1300/2023 27.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən və evdən çıxarılma” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən və evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-172/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X2, mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi 160a ünvanında yerləşən bağ evini və 0,12 ha torpaq sahəsini 120000 manata İddiaçı satmışdır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya RX ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi və bağ evi İddiaçı məxsusdur.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən 0,13 ha torpaq sahəsi və bağ evi Cavabdeh Bahadır oğluna məxsusdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və evdən çıxarılma tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ona məxsus olan Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi 160a ünvanında yerləşən zəbt etdiyi torpaq sahəsindən və evdən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, X1 34 sot torpaq sahəsində yerləşən ünvan 3 ünvanında olan bağ evini almışdır. Bu barədə ona xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarış verilmişdir. Onun alğı-satqı yolu ilə aldığı bağ torpaq sahəsinin 0,12 hektarı və orada yerləşən ev cavabdeh tərəfindən zəbt edilmişdir. Müraciətlərinə baxmayaraq zəbt etdiyi sahədən və evdən çıxmaq istəmir. Cavabdehin həmin sahənin və evin zəbt etməsi bir mülkiyyətçi kimi onun torpaq sahəsi və ev üzərində mülkiyyət hüququnu pozur.

6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-172/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi 160a ünvanında yerləşən cavabdehin zəbt etdiyi torpaq sahəsindən və evdən çıxarılmasına dair iddia tələbinin təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manatın İddiaçı alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi (VÖEN **********, Hesab AZ34CTRE********************) qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsi və ev cavabdehin mülkiyyətində olan torpaq sahəsi və bağ evindən ibarətdir. Bununla da iddiaçıya məxsus torpaq sahəsinin və evin cavabdeh tərəfindən zəbt olunması halı müəyyən edilmir. Belə ki, iş üzrə verilmiş ekspert rəyindən görünür ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu Türkan qəsəbəsi ev 160 ünvanında olan 0.12 ha torpaq sahəsi ilə İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin koordinatları üst-üstə düşmür. Odur ki, məhkəmə, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına, mülkiyyət toxunulmazlığına və dövlət tərəfindən müdafiə olunmasına əsaslanaraq iddia tələbini əsassız hesab etmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin 2-ci bəndinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140, 152.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-172/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab olunur. O iddia ərizəsində göstərdiyi kimi vətəndaş X1 Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi 160a ünvanında olan bağ evini alıb. Dövlət Reyestrindən verilmiş Çıxarışda 0,12 ha torpaq sahəsi göstərilməsinə baxmayaraq, o 0,34 ha torpaq sahəsi və həmin ərazidə yerləşən tikililəri alıb. Daşınmaz Əmlakın Dövlət Reyestrindən onun adına çıxarış xx.xx.2012-ci il tarixdə verilmişdir. Lakin, Cavabdeh adına Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi 0,13 ha torpaq sahəsi üzərində inşa edilmiş 160 saylı bağ evinə çıxarış xx.xx.2021-ci il tarixdə verilmişdir. Cavabdeh o 34 sot bağ sahəsini aldıqdan 9 il sonra həmin bağ sahəsinin dəqiq müəyyən edilməmiş bir hissəsinə sənəd təqdim edir. Ekspertiza rəyi cavabdehin reyestr xidmətindən aldığı Texniki pasportda göstərilən koordinatlar əsasında verilmişdir. Məhkəmə texniki pasportda göstərilən koordinatların bağ sahəsinin özəlləşdirilməsi zamanı təqdim olunan sənədlərdəki koordinatlarla üst-üstə düşübdüşməməsi məsələsini araşdırmamışdır. Ümumiyyətlə, məhkəmə tərəfindən cavabdehin bağ sahəsini özəlləşdirilən zaman bağ sahəsinə dair yerləşmə sxemi təqdim edibetməməsi, belə bir sxemin mövcud olub-olmaması məsələsi araşdırılmamışdır. Bundan əlavə məhkəmə tərəfindən göstərilən koordinatlarla bağ sahəsinin sərhəddləri müəyyən edilməmişdir. Cavabdeh tərəfindən özəlləşdirilmiş 160 saylı bağ sahəsinin koordinatları düzgün müəyyən edilməmişdir. Hesab edilir ki, 160 saylı bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindəki qeyd düzgün aparılmamışdır. Belə ki, həmin bağ sahəsi onun aldığı 34 sot torpaq sahəsinin daxilində ola bilməz və cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsidir. Onun Mülki Məcəllənin 152.1-ci maddəsində göstərilən ona məxsus olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərfindən tanınan və qorunan mülkiyyət hüququ pozulmuşdur. Onun konstitusyon hüququ olan qanunla qorunan və toxunulmaz olan mülkiyyət hüququ pozulmuşdur. Qətnaməni qəbul edərkən məhkəmə sənədləri tam araşdırmamış və bu səbəbdən işə düzgün qiymət verməmişdir. Məhkəmə iş materiallarında olan sübutları tam yoxlamamış və düzgün qiymətləndirməmişdir. Məhkəmə sənədləri tam araşdırmadığından və sübutları tam yoxlamadığından öz qətnaməsini iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmamışdır. Bununla da məhkəmə tərəffindən yuxarıda göstərilən prosessual hüquq normalarının tələbləri pozulmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

12. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edir, təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş edir. Bağ 25 sotdan ibarət olmaqla 1968-ci ildən bəri onlarda olmuşdur. Bağın 12 sotun 1988-ci ildə xalasıgilə satıb. 1990-cı ildə isə bağ 2 yerə bölünüb. Xalasıgil orada ev tikdilər, 2012-ci ildə də iddiaçıya həyətlə birlikdə satdılar. Onun adına 13 sot, iddiaçının adına da 12 sot torpaq sahəsi var. Ondan iddiaçının nə səbəbə şikayət etdiyini bilmir. Çıxarışlar var, hamısının da ayrı nömrələri var. O qəbul edir ki, 12 sot torpaq sahəsi onundur. Onunla bağlı da iddiası olmayıb. 13 sotu iddiaçı hazırda zəbt etmişdir.

13. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq normaları:

14. Azərbaycan Respublikası Konstitutsiyasının 13-cü maddəsinin İ bəndində qeyd edilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

15. Konstitutsiyasının 29-cu maddəsinin İ bəndində qeyd edilir ki, hər kəsin mülkiyyət hüququ vardır. İİİ bənddə qeyd edilir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

16. Mülki Məcəllənin 139.1-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.

17. Həmin Məcəllənin 139.3-cü maddəsində qeyd edilir ki, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

18. Həmin Məcəllənin 139.4-cü maddəsində qeyd edilir ki, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

19. Mülki Məcəllənin 140-cı maddəsində qeyd edilir ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

24. İşin mübahisəsiz halıdır ki, ünvan 1 ünvanda yerləşən 0.12 ha torpaq sahəsi və bağ evi İddiaçı, ünvan 2 ünvanda yerləşən 0.13 ha torpaq sahəsi və bağ evi isə Cavabdeh Bahadır oğlunun adına qeydiyyata alınmışdır.

25. İddiaçının apellyasiya şikayətinin dəlili odur ki, o, 0.34 ha torpaq sahəsini almışdır. Cavabdeh isə 9 ildən sonra 0.13 ha torpaq sahəsinə çıxarış əldə etmişdir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 0.34 ha torpaq sahəsinin ona məxsus olmasını qeyd etsə də Çıxarışla onun adına 0.12 ha torpaq sahəsi və bağ evi qeydiyyata alındığı işdən müəyyən olunur. Hazırda cavabdehin də Xəzər rayonu Türkan qəsəbəsi 160 saylı ünvanda yerləşən 0,13 ha torpaq sahəsi və bağ evinə dair Çıxarışı vardır. Sözügedən çıxarışın və onun verilməsinə əsas olmuş sənədlərin iddiaçı tərəfindən mübahisələndirildiyi iş materialları ilə müəyyən olunmur. İddiaçının tələbi cavabdehin torpaq sahəsi və evdən çıxarılmasıdır.

27. Mütəxəssis rəyi əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/4275 nömrəli ekspert rəyindən isə Cavabdeh **********79 reyestr nömrəli çıxarışla mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu Türkan qəsəbəsi ev 160 ünvanında olan 0.12 ha torpaq sahəsi ilə **********64-11301 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin koordinatlarının üst-üstə düşmədiyi müəyyən olunur.

28. Mülki Prosesual Məcəllənin 101.7-ci maddəsində qeyd edilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

30. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

33. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

34. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-172/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Şərafət Məmmədova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar