Məhkəmə qərarları › İş №2(103)-131/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-131/2023

23.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-131/2023 23.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı17 və İddiaçı9 Nayıb oğlunun Cavabdeh qarşı mülki iş (Açar sözlər: «qeyri-yaşayış sahəsindən avtoyuma kimi istifadə edilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-128/2021 saylı, 07 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1.xx.xx.2003-cü il tarixli, 194 saylı müqavilə icraçı "xxxx" MMC ilə alıcı İddiaçı17 arasında bağlanmış və müqaviləyə əsasən, icraçı Bakı şəhəri, Atatürk prospekti, 3078 “A” məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində tikilmiş binanın A4 korpusu, 3-cü mərtəbə, 3 otaqdan ibarət, ümumi sahəsi 145,11 kv.m. təşkil edən mənzili alıcıya təhvil verilməsi öhdəliyini, alıcı isə tikiləcək mənzilin 27570 ABŞ dolları dəyərini ödəmək öhdəliyini üzərinə götürmüşdür.

2. xx.xx.2004-cü il tarixli, 309 saylı müqavilə icraçı "xxxx" MMC ilə alıcı İddiaçı9 Nayıb oğlu arasında bağlanmış və müqaviləyə əsasən, icraçı Bakı şəhəri, Atatürk prospekti, 3078 “A” məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində tikilmiş binanın B korpusu, 16-cı mərtəbə, 3 otaqdan ibarət, ümumi sahəsi 183,80 kv.m. təşkil edən mənzili alıcıya təhvil verilməsi öhdəliyini, alıcı isə tikiləcək mənzilin 35262 ABŞ dolları dəyərini ödəmək öhdəliyini üzərinə götürmüşdür.

3. xx.xx.2006-cı il tarixli, 23 saylı müqavilə icraçı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən, icraçı Bakı şəhəri, Atatürk prospekti, 3078 “A” məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində tikilmiş binanın C korpusu ... sahəsi 602,4 kv.m., A2 korpusu ... sahəsi 518,4 kv.m., E korpusu ... sahəsi 738 kv.m., A3 korpusu ... sahəsi 518,4 kv.m., B korpusu ... sahəsi 654 kv.m., A4 korpusu ... sahəsi 518,4 kv.m., A5 korpusu ... sahəsi 518,4 kv.m., D korpusu ... sahəsi 4564 kv.m. təşkil edən obyektləri alıcıya 600.000 ABŞ dolları qiymətinə satmışdır.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçılar İddiaçı17 və İddiaçı9 Nayıb oğlu Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən avtoyuma obyekti kimi istifadə edilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

5. Tələbdə göstərilir ki, iddiaçılar Bakı şəhəri, Atatürk prospekti, 3078 “A” məhəllə ünvanında yerləşən binada ailə üzvləri ilə birlikdə yaşayır. Həmin binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə cavabdeh tərəfindən avtoyuma avadanlıqları yerləşdirərək, həmin sahədən avtoyuma məntəqəsi kimi istifadə olunur. Cavabdeh həmin sahədən istifadə edərkən heç bir sanitar və digər normalara riayət etmir, onun fəaliyyəti yüksək səs-küylə, kəskin qoxuyla, avtomobillərin qazı ilə müşayiət edilir. Bununla yanaşı, cavabdehin fəaliyyəti nəticəsində çirkab sular axıdılır ki, bu da öz növbəsində antisanitar vəziyyət yaratmaqla barəbər, binanın təməlinə mənfi təsir göstərir. İddiaçılar tərəfindən cavabdehə dəfələrlə edilmiş xəbərdarlıqlara heç bir məhəl qoyulmamış və o, öz fəaliyyətini davam etdirmişdir.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-128/2021 saylı, 07 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Nigar Nəbizadə) iddia qismən təmin edilərək Bakı şəhəri, Atatürk prospekti, 3078 “A” məhəllə ünvanında inşa edilmiş yeni tikili binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən avtoyuma məntəqəsi kimi istifadə edilməsinin Cavabdeh qadağan edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)- 7939/2019 saylı qərardadı ilə məhkəmə fiziki və məhkəmə tikinti-texniki ekspertizaları təyin edilmiş, lakin qərardadda qoyulmuş suallar rəydə tam olaraq cavablandırılmadığına görə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-582/2020 saylı qərardadı ilə əlavə məhkəmə fiziki və məhkəmə tikinti-texniki ekspertizaları təyin edilmiş, lakin həmin qərardad ümumiyyətlə icra edilmədən məhkəməyə qaytarılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 742 saylı ekspert rəyində aşağıdakılar göstərilmişdir: “ ... tədqiqat Bakı şəhəri, Atatürk prospekti, 3078 “A” məhəllə ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki qeyri-yaşayış sahəsi üzrə aparılır. Tədqiqatın aparılması üçün həmin qeyri-yaşayış sahəsinə tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, tədqiq olunan qeyri-yaşayış sahəsi monolit dəmir-betondan inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir. Qeyri-yaşayış sahəsi faktiki olaraq avtoyuma məntəqəsi kimi istifadə olunur. Qeyri-yaşayış sahəsinin giriş hissəsində çirkab suların axıdılması üçün tikilinin eni boyunca kanalizasiya arxı düzəldilmiş və həmin arx ümumi kanalizasiya xəttinə birləşdirilmişdir. Qeyri-yaşayış sahəsinin altında yerləşən binanın zirzəmi sahəsinə baxış keçirilərkən, həmin sahədə divarların üzərində su sızma və nəmlik əlamətləri olduğu, həmçinin döşəmənin üzərində 2- 3 sm. hündürlükdə su yığıldığı müəyyən edilmişdir”. Rəydə qeyd olunanlar ekspert tərəfindən çəkilmiş və rəyə əlavə edilmiş fotoşəkillərlə də təsdiq olunur. İddiaçıların nümayəndəsi və vəkili tərərindən "xxxx" ASC-yə sorğu verilmiş və sorğuya cavabda aşağıdakılar göstərilmişdir: “ ... Bakı şəhəri, Atatürk prospekti 3078 A ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binası hal-hazırda "xxxx" MMC-yə məxsusdur və həmin binaya içməli su təchizatı ilə əlaqədar sonuncunun "xxxx" ASC ilə müqaviləsi mövcuddur və içməli sudan təyinatı üzrə istehlakçı tərəfindən istifadə edilməsinə dair 27 noyabr 2015-ci il tarixli, YK01/05-78-97 saylı texniki şərtlər mövcuddur. Bu zaman həmin binada yerləşən digər istehlakçılar (yaşayış və qeyri-yaşayış sahələri) üçün fərdi qaydada texniki şərtin verilməsi tələb olunmur. Bu səbəbdən də Binəqədi rayonu, Atatürk prospekti 3078 A ünvanında yerləşən çoxmərtəbəli binanın birinci mərtəbəsində yerləşən qeyri-əhali istehlakçılarına binanın daxili su təchizatı və kanalizasiya sistemlərinə qoşulması üçün fərdi qaydada texniki şərtin verilməsi tələb olunmur. Həmçinin bildiririk ki, "xxxx" MMC ilə müqavilə bağlandıqda müvafiq qaydalara uyğun olaraq "xxxx" MMC-yə məxsus sözügedən binanın həm yaşayış həmdə qeyriyaşayış sahələrində içməli su təchizatının təmin etməsi sonuncunun üzərinə düşür. “... Bütün yuxarıda qeyd olunanlara uyğun olaraq, vətəndaş Cavabdehla Binəqədi rayonu, Atatürk prospekti 3078A ünvanında yerləşən çoxmərtəbəli binanın birinci mərtəbəsindəki qeyri-yaşayış sahəsində kommersiya fəaliyyəti ilə əlaqədar su təchizatı və tullantı suların axıdılması xidmətlərindən istifadəyə dair xx.xx.2018-ci il tarixli, 103882 nömrəli müqavilə bağlanmışdır. İstifadə olunmuş suyun dəqiq uçotunun aparılması məqsədilə su təchizatı xəttinin üzərində xx.xx.2018-ci il tarixdə smartkart tipli sayğac quraşdırılmışdır. Bu günə kimi sudan istifadəylə əlaqədar müqavilə şərtlərinin pozulması və qeyri-qanuni istifadə halları aşkar edilməmişdir”. Məhkəmə iddiaçıların nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, avtoyuma fəaliyyəti nəticəsində səs-küyün (təzyiqli su şırnağının yaratdığı səs, avtomobili təmizləmək üçün istifadə olunan aparatların yaratdığı səs, ora gələn avtomobillərin və insanların yaratdığı səs və s.) və çirkli tullantıların (avtomobillərin yuyulması nəticəsində yaranan çirkab su, avtomobillərin yuyulması üçün istifadə olunan kimyəvi tərkibli təmizləyici vasitələrin suyun və küləyin təsirindən havaya qalxması və s.) yaranması (müasir avtoyuma məntəqələrinin iş prinsipi nəzərə alınarsa) aksiyomadır. Xüsusilə yay vaxtlarında bu səs-küy və çirkli tullantılar yaxınlıqdakı mənzillərdə yaşayan insanları daha çox narahat edir, çünki mənzillərin pəncərələri açıq olur. Son dövrdə yaşayış binalarının yaxınlığında (hətta hazırkı işdəki kimi, yaşayış binasının daxilində) avtoyuma məntəqələrinin sürətlə çoxalması fonunda bu məsələnin xüsusi tənzimlənməsinə ehtiyac yaranıb (məs., avtoyuma məntəqəsi ilə yaşayış evlərinin arasındakı minimum məsafəni müəyyən edən qərarın mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən qəbul olunması və s). Çünki yaşayış zonaları insanların yaşayışı üçün nəzərdə tutulur, orada digər məntəqələr (avtomobillərin təmizlənməsi, təmiri və s. üçün məntəqələr) o şərtlə (məsafəyə dair şərt və s.) yerləşdirilə bilər ki, insanların normal yaşayışa mane olmasın. Hazırkı işin materiallarından göründüyü kimi, avtoyuma məntəqəsi yaşayış evinin birinci mərtəbəsində yerləşir və bu səbəbdən avtoyuma məntəqəsinin fəaliyyəti nəticəsində yaranan səs-küy və çirkli tullantıların binanın sakinlərinin normal yaşayışını pozur. Belə ki, çoxsaylı tədqiqatçılar tərəfindən müəyyən edilmişdir ki, səs-küyün uzunmüddətli təsiri insan sağlamlığına mənfi təsir göstərir. İlk əvvəl belə hesab edirdilər ki, səs-küy əsasən eşitmə qabiliyyətinin pisləşməsinə səbəb olur, lakin sonradan sübut edildi ki, eşitmə yalnız “qapıdır” ki, səs-küy onun vasitəsi ilə orqanizmə daxil olur və sinir sisteminə təsir göstərir, nəticədə kəllədaxili və qan təzyiqi dəyişir, görmənin itiliyi pozulur, diqqət zəifləyir, eyni ölçüdə fiziki yükləmə zamanı enerji sərfiyyatı yüksəlir, psixiki reaksiya sürəti ləngiyir. Ciddi əsaslar mövcuddur ki, bütün dünyanın tibbi statistikası ilə qeydiyyata alınan əsəb və ürəkdamar xəstəliklərini insan orqanizminə səs-küyün təsiri ilə əlaqələndirilir. İnsanların sağlamlığının zərərli səs-küyün təsirindən qorumaq mühüm problemlərdən biridir. Bu problemin həllində aparıcı rol sanitariya normalaşdırılmasına, yəni səs-küyün elmi əsaslarla yol verilən həddinin müəyyən edilməsinə məxsusdur, hansı ki, bu zaman uzun illər ərzində səs-küyün gündəlik sistematik təsiri insan orqanizminin xəstəliklərinə səbəb olmur və normal fəaliyyətinə mane olmur. "Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri Normaları"nda aşağıdakılar qeyd olunmuşdur: “ ... Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları (bundan sonra - normalar) “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa, “Sanitariya və epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır. Bu normalar yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisi, habelə insanların cəmləşdiyi digər yerlərdə səs-küyün yolverilən səviyyələrini və vibrasiyaya olan tələbləri müəyyənləşdirir. Bu normalar xüsusi təyinatlı yerlərə (radio-, tele-, kinostudiyalara, konsert və teatr zallarına, idman saraylarına) şamil edilmir. Bu normalara mülkiyyət növündən və təşkilatihüquqi formasından asılı olmayaraq, bütün hüquqi və fiziki şəxslər tərəfindən riayət edilməlidir. “... Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları Cədvəl 1-də verilmişdir". Göründüyü kimi, mənbələrin yaratdığı küyün ətraf mühitə təsirini qiymətləndirmək məqsədilə küy normalarını müəyyənləşdirən normativ sənədlər qəbul edilmişdir. Küyün normalaşdırılmasında məqsəd onun zərərli təsirinin qarşısını almaq üçün eşitmənin pisləşməsinə (pozulmasına), “küy xəstəlikləri” adlandırılan sağlamlığın patoloji hallarının yaranmasına və əmək fəaliyyətinin səmərəliliyinin azalmasına səbəb olan küy səviyyələrini müəyyənləşdirməkdir. Sanitar normalar və qaydalara görə insana birbaşa və ya dolayı yolla ziyanlı və xoşagəlməz təsiri olmayan, onun əmək fəaliyyətini azaltmayan, sağlamlığı və əhval ruhiyyəsinə təsir göstərməyən küy səviyyəsi icazə verilən səviyyə sayılır. Küyə həssaslıq yaşdan, cinsdən, sağlamlıq vəziyyətindən, cari psixofiziki vəziyyətdən, bəzi milli mental xüsusiyyətlərdən, ətraf mühit şəraitindən (havanın temperaturu və nəmliyi, yağıntı, küləyin sürəti və qulağa nisbətən istiqaməti və s.) və s. asılı olduğu üçün normalar ən həssas fərdlərin audiometrik reaksiyaları nəzərə alınmaqla müəyyənləşdirilir. Sanitar gigiyenik normalaşdırma eyni zamanda küyün intensivliyini, spektral tərkibini, təsir müddəti və dozasını tənzimləməklə yanaşı onun mənfi təsirlərindən qorunması üçün normativ mühafizə qaydalarını da müəyyənləşdirir. Eşidilən diapazona aid yüksək intensivlikli (80 dBA-dan yuxarı) sabit və qeyri-sabit (tonal və ya genişzolaqlı) səs-küyün insana uzunmüddətli təsiri eşitmə qabiliyyətinin tam və ya qismən itirilməsinə səbəb olur. Küyün təsir müddəti və intensivliyindən asılı olaraq eşitmə orqanlarının həssaslığının az və ya çox dərəcədə azalması baş verir ki, bu da eşitmə həddinin müvəqqəti yüksəlməsi ilə müşahidə olunur ("eşitmənin təbii azalması amili"). Bu hal küyün təsiri bitdikdən sonra yox olur – eşitmə dərəcəsi əvvəlki vəziyyətinə qayıdır. Uzunmüddətli və (və ya) yüksək intensivlikli küy isə eşitmə həddinin birdəfəlik dəyişikliyi ilə xarakterizə olunan “eşitmənin dönməz itkisi” adlanan karlıq halını yaradır. Lakin bir çox hallarda güclü küy şəraiti karlıqdan əvvəl bir sıra qeyri-infeksion qulaq aparatı xəstəliklərinin: tinnitus – mövcud olmayan səslərin eşidilməsi; hiperakuziya – səsin olduğundan daha yüksək səviyyədə qavranması və s. xəstəliklərin yaranmasına səbəb ola bilər. Digər tərəfdən güclü səs-küy hipertonik ürək xəstəliyi, koronar kardioskleroz, stenokardiya, miokard infarktı və s. xəstəliklərin yaranma riskini artırır. Burada qeyd edilir ki, 80 dBAdək səviyyəsinin eşitmə orqanı üçün 100% təhlükəsiz olmasına baxmayaraq küyün 64 dBA-dan 77 dBA-ya qədər yüksəlməsi infeksion xəstəliklərin tezliyini 3 dəfə artırır ki, bu da orqanizmin imunitetinin azalması ilə izah edilir. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, ... hər bir vətəndaşın sağlamlıq və həyat üçün əlverişli olan ətraf təbii mühitdə yaşamaq; ... insan həyatına və ətraf mühitə mənfi təsir göstərən müəssisələrin, qurğuların və başqa ekoloji zərərli obyektlərin yerləşdirilməsi, tikintisi, yenidən qurulması və istismara verilməsi haqqında qərarların inzibati və ya məhkəmə qaydasında ləğv edilməsini və həmçinin fiziki və hüquqi şəxslərin fəaliyyətinin məhdudlaşdırılmasını, müvəqqəti dayandırılmasını və hüquqi şəxslərin ləğv edilməsini tələb etmək ... hüququ var. Həmin Qanunun 37-ci maddəsinə görə, müəssisələrin, qurğuların və istehsal obyektlərinin yerləşdirildiyi ərazilər ətraf mühitin mühafizəsi, təbii resursların səmərəli istifadə və bərpa şərtləri, qaydaları gözlənilməklə göstərilən obyektlərin fəaliyyətinin ekoloji aqibəti nəzərə alınaraq müəyyən edilir. Müəssisələr, qurğular və başqa istehsal obyektləri yerləşdirildikdə, sanitariya-mühafizə və digər mühafizə zonaları müəyyən edilir. Həmin Qanunun 46-cı maddəsinə müvafiq olaraq, təşkilatlar, vətəndaşlar istehsalat, ictimai və yaşayış yerlərində, küçələrdə, əhalinin istirahət etdiyi, canlıların məskunlaşdığı yerlərdə səs-küyün, vibrasiyanın, elektromaqnit şüalanmanın və başqa zərərli təsirlərin qarşısının alınması və aradan qaldırılması üzrə zəruri tədbirlər görməlidirlər. Şəhərlərin və başqa yaşayış məntəqələrinin planlaşdırılmasında və tikintisində, istehsalat və başqa obyektlərin layihələşdirilməsində, tikintisində və yenidən qurulmasında, yeni texnologiyanın, nəqliyyat və rabitə vasitələrinin yaradılmasında ətraf mühitin ekoloji tarazlığının qorunması nəzərə alınmalıdır. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları indiki və gələcək nəsillərin səhhətinə mənfi təsir göstərməyən və onların sanitariya-epidemioloji salamatlığını təmin edən əlverişli ətraf mühitdə yaşamaq hüququna malikdirlər. Həmin Qanunun 16-cı maddəsinə müvafiq olaraq, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətənşlar istehsalat və sanitariya-məişət otaqlarının, iş yerlərinin, ictimai binaların, komplekslərin və qurğuların, yaşayış evlərinin, texnoloji və başqa avadanlığın, ərazinin, nəqliyyat vasitələrinin sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə, tikinti standartlarına, normalarına və qaydalarına, bu sahəyə aid digər sənədlərin tələblərinə müvafiq surətdə saxlanılmasını və istismar olunmasını təmin etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinə görə, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar: kimyəvi maddələr, bioloji vasitələr və materiallar ... istifadə edilərkən ... sanitariya-epidemioloji salamatlığı və təhlükəsizliyi təmin etmək tələblərini nəzərdə tutan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə, standartlara və digər sənədlərə əməl etməli; kimyəvi maddələri, bioloji vasitələri, materialları, mineral gübrələri, boy maddələrini və bitkiqoruyucu bioloji vasitələri, polimer və plastik kütlələri, ətriyyat-kosmetika məhsullarını, digər kimyəvi və bioloji vasitələri yalnız toksikolojigigiyena rəyi verildikdən, gigiyena normativləri müəyyən olunduqdan sonra, dərman vasitələrini isə müəyyənləşdirilmiş qaydada və müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə tətbiq etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 169.1-ci maddəsin görə, bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Mülki Məcəllənin 170.1-ci maddəsinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Mülki Məcəllənin 170.2-ci maddəsinə müvafiq olaraq, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Önəryıldız (Oneryıldız) Türkiyəyə qarşı” qərarında aşağıdakılar göstərilmişdir: “ ... bu işdə idarəetmə orqanları bilirdilər və ya bilməli idilər ki, bələdiyyə zibilxanasındakı çatışmazlıqlar ucbatından Ümraniyənin müəyyən yoxsul məhəllələrinin sakinləri həm fiziki sağlamlıqlarına, həm də həyatlarına qarşı real və birbaşa təhlükə ilə üzləşiblər. Dövlət orqanları bu çatışmazlıqları həll etmədilər və üstəlik, qüvvədə olan normativ aktlar əsasında, sözügedən təhlükələrin gerçəkləşməməsi üçün səlahiyyətləri çərçivəsində onlardan gözlənilə bilən hər bir şeyi etmədilər. Bundan başqa, onlar həmin təhlükələr barədə Kazım Qarabəkir məhəlləsinin sakinlərinə məlumat vermək üzrə vəzifə borclarını yerinə yetirmədilər, halbuki həmin məlumat ərizəçiyə imkan verərdi ki, Həkimbaşı zibilxanasının yaxınlığında yaşamaqda davam etməyin onun özünə və ailəsinə qarşı doğurduğu təhlükələrin ciddiliyini qiymətləndirə bilsin. Belə olan halda, əgər ölkə daxilində müvafiq məhkəmə mexanizmlərinin səmərəli surətdə tətbiqi vasitəsi ilə ərizəçinin şikayətləri baxılmış hesab edilə bilməzsə, bu başlıq üzrə Konvensiyanın 2-ci maddəsinin pozulduğu təsdiq edilməlidir. ... 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» sayıla bilər. Bu bir həqiqətdir ki, mülkiyyət hüququnun müəyyən olunması və identifikasiya edilməsi milli hüquq sistemi vasitəsilə tənzimlənir və ərizəçi həm tələb etdiyi hüququn dəqiq xarakterini, həm də həmin hüquqdan sərbəst surətdə istifadə etmək imtiyazını müəyyənləşdirməlidir, lakin buna baxmayaraq, Məhkəmə hesab edir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın «hüquq» kimi tanınmaması, istərsə də bu qanunlar tərəfindən həmin marağın «mülkiyyət hüququ» hesab edilməməsi faktı heç də bu marağın 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından müəyyən hallarda «mülkiyyət» hesab edilməsinin qarşısını almır. ... metan qazının partlaması təhlükəsinin və onun nəticəsi olan torpaq sürüşməsinin qarşısını almaq üçün zəruri tədbirlərin görülməsi ilə bağlı inzibati idarəetmə orqanlarının davamlı hərəkətsizliyi (bax: 87-ci bəndə) də 1 saylı Protokolun 1-ci maddəsi ilə təmin edilən hüququn «praktiki və səmərəli» müdafiəsi barədə tələblə bir araya sığmır. Belə vəziyyət ərizəçinin öz «mülkiyyətindən» dinc istifadə hüququnun açıq-aydın pozulmasına bərabərdir və ərizənin bu hissəsinin araşdırılması məqsədləri baxımından «müdaxilə» hesab edilə bilər” Beləliklə iş materiallarından göründüyü kimi, ümumi sahəsi 4564 kv.m. təşkil edən qeyri-yaşayış sahələri "xxxx" MMC tərəfindən Cavabdeh satılmış və o, qeyri-yaşayış sahələrindən birini avtoyuma məntəqəsi kimi istifadə edir. Nəticə etibarilə bina sakinləri həm nüfuzedən səs-küyün, həm də avtoyuma zamanı istifadə edilən kimyəvi maddələrin təsirindən əziyyət çəkir, eyni zamanda yaşayış binasının birinci mərtəbəsindən avtoyuma məntəqəsi kimi istifadə edilməsi nəticəsində binanın özünə də gündəlik mənfi təsir göstərilir və bu bina sakinlərinin təhlükəsiz və sanitariya-epidemioloji salamatlığını təmin edən əlverişli ətraf mühitdə yaşamaq hüququnu pozmuş olur. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsi "digər şəxslərə" münasibətdə təmin edilməməlidir. Belə ki, tələb mücərrəd cavabdehlər sırasına qarşı yönəldilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Bakı şəhəri, Atatürk prospekti, 3078 “A” məhəllə ünvanında inşa edilmiş yeni tikili binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən avtoyuma məntəqəsi kimi istifadə edilməsi Cavabdeh qadağan edilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh (nümayəndəsi və vəkili X4) apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddia tələbinin təmin olunduğu hissədə ləğv edilərək həmin hissədə də iddianın rədd olunmasını xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, sözügedən qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən müvafiq icra hakimiyyəti orqanlarından icazələr alınaraq icarə əsasında avtoyuma məntəqəsi kimi istifadə olunmaqla, bina sakinlərinin, eləcə də digər şəxslərin kiçik qabaritli avtomobillərinin yuyulmasını həyata keçirir. Halhazıradək dövlətin nəzarət funksiyalarını həyata keçirən qurumlar, o cümlədən "xxxx" ASC tərəfindən hər hansı pozuntunun baş verməsi müəyyən edilməmişdir. Digər tərəfdən, iddiaçılardan birinin başqa blokda 3-cü mərtəbədə, digərinin isə 16-cı mərtəbədə mənzil aldığı nəzərə alındıqda, məhkəmənin səs-küyün həmin mənzillərə hansı dərəcədə çatmasını, səbəblərini, eləcə də, mənzil sahiblərinin hüquqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmadığını müəyyən etmədən, yalnız iddiaçıların formal mülahizələrinə əsaslanması qəbul edilən deyil. Bundan başqa, məhkəmə tərəfindən məhkəmə iclasının audio-video texniki vasitələrdən istifadə etməklə qeydə alınması, eyni zamanda cavabdehin məhkəmə iclasında iştirakı təmin edilməmiş, bununla da tərəflərin çəkişmə prinsipi pozulmuşdur.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və məhkəmədən birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni iddia tələbinin təmin olunduğu hissəsində ləğv edilərək həmin hissədə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

10. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçılar İddiaçı17 və İddiaçı9 Nayıb oğlu məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

Maddə 169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səsküyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

16. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni tələbin təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

17. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

18. İddianın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

19. Belə ki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar mübahisələndirilən hissədə yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia haqlı sayılırdı.

20. Əvvəla, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalnız tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları olduğu kimi təmin yaxud rədd etməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir.

21. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddia ərizəsinin nəticə hissəsində tələbin necə göstərilməsindən asılı olmayaraq məhkəmə özü də iddiaçıların tələbinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirməlidir. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir (MPM. Mad.14.1). Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir.

22. Bu mənada, apellyasiya instansiya məhkəməsi şikayətdə göstərilən dəlillərin həqiqiliyinin yoxlanılması məqsədilə xüsusi bilik tələb edən sualları izah etmək üçün 01 mart 2022-ci il tarixli qərardadı ilə Səhiyyə Nazirliyi «Respublika Gigiyena Və Epidemiologiya Mərkəzi» publik hüquqi şəxsin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssləri cəlb edilməklə və qeyd olunan fəaliyyət məqsədləri üçün işlək vəziyyətdə olduğu halda (ən azı 2 saat işlədilməsi təmin olunmaqla) kompleks məhkəmə ekspertizası təyin etmişdir.

23. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş 10 iyun 2022-ci i tarixli rəydə qeyd edilmişdir ki; 1-ci sual: sual: Bakı şəhəri, Atatürk prospekti, məhəllə 3078 "A" ünvanında inşa edilmiş binanın 1-ci mərtəbəsində fəatiyyət göstərən avtoyuma məntəqəsində sanitariyagigiyena qaydalarına əməl olunurmu? Bildiririk ki, 245-71 saylı "Sənaye müəssisələrinin layihələndirilməsinin sanitariya normaları"nin 8.4 bəndinə müvafiq olaraq, sənaye tipli obyektlərin yaşayış binalarında yerləşdirilməsinə yol verilmir. 2-ci sual: Sözügedən avtoyuma məntəqəsinin fəaliyyət məqsədləri üçün işlək vəziyyətdə olduğu halda axıdılan sular (çirkab sular) bununla bağlı qaydalara uyğun axıdılırmı? Avtoyuma məntəqəsinin fəaliyyət məqsədləri üçün işlək vəziyyətdə olarkən axıdılan suların (çirkab sular) qaydalara uyğun axıdılıb-axıdılmaması ilə əlaqədar bıldiririk ki, 28 oktyabr 1999-cu il tarixli, 723-İQ nömrəli "Su təchizatı və tullantı sulan haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikasınm Su Məcəlləsinin müvafiq maddələri ilə bağlı səlahiyyətlər Azərbaycan Respublikası Prezidentinin 27 mart 2020-ci il tarixli, 975 nömrəli Fərmanı ilə Ekologiya və Təbii Sərvətiər Nazirliyinə veriimişdir. Bununla yanaşı, avtoyuma zamanı əmələ gələn tullantı suyundan (çökdürücüdən əvvəl və sonra) nümünələr götürülmüş və "Respublika Gigiyena və Epidemiologiya Mərkəzi" PHŞ-in Laboratoriya Sınaq mərkəzində fiziki-kimyəvi yolla analiz olunmuşdur. Analizin nəticələrinə əsasən iş prosesi zamanı asılı maddələrin miqdarı çökdürücüdən əvvəl 15.0 mq/l və sonra 8.0 mq/l olmuşdur ki, bu da yol verilən normadan (0.75) artıq olmuşdur. 3-cü sual: Avtoyuma məntəqəsinin fəaliyyət məqsədləri üçün işlək vəziyyətdə olduğu halda yaranan səs-küy iddiaçılara məxsus mənzillərin (Bakı şəhəri, Atatürk prospekti, məhəllə 3078 "A" ünvanında inşa edilmiş binanın A4 korpusu, 3-cü mərtəbədə ve B korpusu 16-cı mərtəbədə) daxilində müvafiq normalar çərçivəsindədirmi? Bildiririk ki, İddiaçı17 mənzilində avtoyuma məntəqəsində istifadə olunan avadanlıqların (köpükvuran, suvuran və tozsovuran) işlək və işləmədiyi hallarda səs-küyün səviyyəsi ölçüldü. Aparılmış ölçmələrin nəticələrinə görə İddiaçı17 mənzilində daimi səsin səviyyəsi müvafiq olaraq 39,41 və 42 dBA olaraq Azərbaycan Respublikası Prezidentinin "Ətraf mühitə və insan sağlamlığına mənfı təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normalarının təsdiq edilməsi haqqında 8 iyul 2008-ci il tarixli, 796 nömrəli Fərmanı ilə müəyyən edilmiş yol verilən hədd səviyyəsindən (40 dBA) artıq olmuşdur. Digər iddiaçı X2 evdə olmadığı və evinin qapısı bağlı olması səbəbindən müvafiq ölçmələrin aparılması mümkün olmamışdır. Cavabdeh müvafiq ekspertiza zamanı (avadanlıqların işlək vəziyyətə gətirilməsində, tullantı suyunun götürülməsində) iştirak etdi, lakin akta (əlavə olunur) imza etməkdən imtina etdi.

24. Apellyasiya instansiyası məhkəməsi yenidən hesab etmişdir ki, əvvəlki qərardadında qoyulmuş suallara buna səlahiyyətli orqanlar (mütəxəsislər) tərəfindən tam və aydın cavab verilməmiş, ziddiyyətlər yaranmışdır. Eləcə də, cavabdehin nümayəndəsi vəsatətə təqdim edərək təkrar kompleks ekspertizanın təyin olunmasını xahiş etmiş, iddiaçı tərəf isə vəsatətə etiraz etməmişdir. 09 avqust 2022-ci il tarixli qərardad ilə əlavə kompleks məhkəmə ekspertizası təyin edilmiş və Səhiyyə Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssləri cəlb edilməklə və qeyd olunan avtoyuma məntəqəsi fəaliyyət məqsədləri üçün işlək vəziyyətdə olduğu halda (ən azı 2 saat işlədilməsi təmin olunmaqla) Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir.

25. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X6 Monitorinq İdarəsi tərəfindən verilmiş xx.xx.2022-cü il tarixli məktubda qeyd edilmişdir ki, "Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin normaları" Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli 796 №-li Fərmanı ilə təsdiq edilmişdir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2009-cu il tarixli 52 №-li Fərmanına əsasən 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanının Cədvəl 1in 1-9-cu bəndlərinə münasibətdə (yəni mənzillərdə, yaşayış otaqlarında) nəzarəti Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, həmin cədvəlin 10-16-cı bəndlərinə münasibətdə isə nəzarəti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. Eyni zamanda məhkəmə qərarında qeyd olunan zəruri halların araşdırılması ilə bağlı Atatürk prospekti, məhəllə 3078 "A" ünvanında fəaliyyət göstərən "Z-car" ticarət obyektində monitorinq keçirilmişdir. Keçirilən monitorinqlər zamanı 2 nöqtədən - çökdürücü hovuzdan və qumtutucu filterdən sonra çirkab su nümunələri götürütmüş, laborator təhlillər aparılmışdır. Götürülmüş nümunələr üzərində aparılmış təhlillərin nəticələri, hazırlanmış arayışı və fotoşəkilləri təqdim etmiş və əlavə etdikləri arayışda isə qeyd edilmişdir ki, qeyd edilən ticarət obyektinirı sahəsi təqribən 50 m2 olub, yeni yüksək mərtəbəli binanın altında fəaliyyət göstərir. Keçirilən monitorinqlər zamanı avtoyuma məntəqəsinin ətrafı, eləcə də binanın zirzəmisi təmiz olaraq (quru şəkildə) vizual müşahidə olunmuşdur. Məntəqədə formalaşan çirkab sular təqribən 30-40 sm3 həcmində olan ilkin çökdürücü hovuzda mexaniki üsulla çökdürülür. Sahibkarın söylədiklərinə istinadən mexaniki üsulla çökdürülən çirkab sular daha sonra dəmir tor və qumtutucu filterdən keçərək diametri 100 mm plastik boru vasitəsi ilə "Azərsu ASC ilə bağlanmış 103882 nömrəli müqavilə əsasında kanalizasiya şəbəkəsinə axıdılır. Keçirilən monitorinqlər zamanı çökdürücü hovuzdan və qumtutucu filterdən sonra çirkab su nümunələri götürülmuş və "xxxx" MMC-yə təhvil verilmişdir. Nümunələr üzərində kimyəvi, mikrobioloji və ekotoksikoioji təhlillər aparılmışdır. İlkin çökdürücüdən götürülmüş su nümunəsi üzərində aparılmış kimyəvi təhlillərin nəticəsinə görə sintetik səthi aktiv maddələr (SSAM)-3,6 dəfə normadan artıq, mikrobioloji təhlillərin nəticəsinə görə bağırsaq çöpü bakteriya qrupunun miqdarı-11 500 000 ədəd/litr, enterokokların miqd&rı-118 000 ədəd/litr və şərti xəstəliktörədən bakteriyaların miqdarı - 13900 000 ədəd/litr təyin edilmişdir. Ekotoksikoloji təhlillərin nəticəsinə görə nümunə zəhərli təsirə malik olmuşdur. Qumtutucu filtrdən sonra götürülmüş su nümunəsi üzərində aparılmış kimyəvi təhlillərin nəticəsinə görə sintetik səthi aktiv maddələr (SSAM)-1,8 dəfə normadan artıq, mikrobioloji təhlillərin nəticəsinə görə bağırsaq çöpü bakteriya qrupunun miqdarı-131 000 ədəd/litr təyin edilmişdir. Ekotoksikoloji təhlillərin nəticəsinə görə nümunə zəhərli təsirə malik olmuşdur.

26. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Agentliyin əsas fəaliyyət istiqaməti - fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, habelə tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin və bu sahədə dövlət nəzarətinin həyata keçirilməsidir. Bunları nəzərə alaraq, Agentlik məhkəmə ekspertizasının keçirilməsinə cəlb edildikdə tabeliyimizdə oian təsərrüfat hesablı qurumlarda çalışan müvafiq mütəxəssislər öz xidməti vəzifələrindən ayrılır, bəzi hallarda rayonlara ezam olunurlar ki, bu da həmin qurumların əsas işlərində yubanmalara və gecikmələrə səbəb olur, eyni zamanda dövlətin sifarişləri və ya mülki müqaviləiər ilə götürülmüş öhdəliklərin vaxtı-vaxtında icra olunmasına maneələr yaradır. Qeyd olunanları, habelə Agentliyin mütəxəssislərinin Respublika ərazisində həyata keçirilən bir çox dövlət əhəmiyyətli tədbirlərdə iştirak etdiklərini nəzərə alaraq məhkəmə tikinti-texniki ekspertizalarının keçirilməsinin Ədliyyə Naziriiyinin Məhkəmə Ekspertiza Mərkəzinin və ya özəl məhkəmə ekspertlərinə həvalə olunmasını Sizdən xahiş edirik. Eyni zamanda bildirmişlər ki, qərardadda qoyulmuş suallar Agentliyin səlahiyyətlərinə aid olmadığından mütəxəssis ayrılması mümkün olmamışdır.

27. Məhkəmə tikinti texniki ekspertizanın 10/4465 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq Bakı şəhəri, Atatürk prospekti, məhəiiə 3078 «A» ünvanında inşa ediimiş binanın birinci mərtəbəsində fəaliyyət göstərən mübahisə predmeti olan avtoyuma məntəqəsinin ümümi sahəsinin faktiki olaraq 44,6 m2 təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respubtikası Ekologiya və Təbii Sərvətİər X3 Ekoloji Monitorinq idarəsinin 06 oktyabr 2022-ci il tarixİİ, 25/84 saylı arayışına əsasən ilkin çökdürücüdən götürülmüş su nümunəsi üzərində aparılmış kimyəvi təhlillərin nəticəsinə görə sintetik səthi aktiv maddələr (SSAM)-3,6 dəfə normadan artıq mikrobioloji təhlillərinin nəticəsinə görə bağırsaq çöpü bakteriya qrupunun miqdarı- 11 500 000 ədəd/litr, enterokokların miqdarı -118 000 ədəd/iitr və şərti xəstəüklərdən bakteriyaların miqdarı - 13 900 000 ədəd/litr təyin edilmişdir. Ekotoksikoloji təhlillərin nəticəsinə görə nümünə zəhərli təsirə malik olmuşdur. Qumtutucu filderdən sonra götürülmüş su nümünəsi üzərində aparılmış kimyəvi təhlillərin nəticəsinə görə sintetik səthi aktiv maddələr (SSAM)-1,8 dəfə normadan artıq, mikrobioloji təhlillərin nətigəsinə görə bağırsaq çöpü bakteriya qrupunun miqdarı-131 000 ədəd/ litr təyin edilmişdir. Ekotoksikoloji təhlillərin nəticəsinə görə nümunə zəhərli təsirə maük olduğu göstərilmişdir. Bakı şəhəri, Atatürk prospekti, məhəilə 3078 «A» ünvanında inşa edilmiş binanın birinci mərtəbəsində fəaliyyət göstərən avtoyuma məntəqəsindən axıdılan çirkab suların ümümi kanalizasiya xəttinə axdığı müəyyən ediimişdir. Yuxarıda qeyd edilən qərardadda qeyd edilən 4-cü sual bundan ibarət olmuşdur: sözügedən avtoyuma məntəqəsinin fəaliyyət məqsədləri üçün işlək vəziyyətdə olduğu halda yaranan səs-küy iddiaçılara məxsus mənzillərin (Bakı şəhəri, Atatürk prospekti, məhəllə 3078 “A” ünvanında inşa edilmiş binanın A4 korpusu, 3-cü mərtəbədə 3 otaqdan ibarət – ümumi sahəsi: 145,11 kv.m. və B korpusu 16-cı mərtəbədə yerləşən 3 otaqdan ibarət – ümumi sahəsi: 183,80 kv.m.) daxilində müvafiq normalar çərçivəsindədirmi? Həmin sualla bağlı rəydə qeyd edilmişdir ki, bu sualda göstəriiən məsələ mühəndistexniki ekspertizalar şöbəsinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından sualda göstərilən məsələ üzrə tədqiqat aparılmadı.

28. Göründüyü kimi, apellyasiya baxışı zamanı alınmış ekspertiza və dövlət orqanlarının rəyi ilə də iddianın əsaslı olduğu öz təsdiqini tapdı. Belə ki, hazırki iddia iddiaçıların cavabdehə məxsus qeyri-yaşayış sahəsindən avtoyuma məntəqəsi kimi istifadə edilməsinin qadağan edilməsi ilə bağlı olmuşdur. Çünki, cavabdehə məxsus qeyriyaşayış sahəsinin təyinatı istənilən vaxt dəyişdirilərək orada qanunla qadağan edilməyən fəaliyyət göstərilə bilər. Ona görə də qeyri-yaşayış sahəsi avtoyuma məntəqəsi kimi fəaliyyət göstərdiyindən məhz avtoyuma məntəqəsi kimi istifadə olunmasının qadağan edilməsi xahiş edilib.

29. Bu mənada iddiaçıların yaşadığı mənzilə avtoyuma məntəqəsinin fəaliyyət göstərməsi nəticəsində səs-küyün və normal yaşayışa mane olan digər mənfi təsirlərin olması qaçılmazdır və bu hallar da istər-istəməz onların normal yaşamasına maneə olmaya və hüquqlarını pozmaya bilməz. Məhz qeyd olunan səbəblərə görə əslində iddiaçıların niyyəti əvvəlcədən də bu cür fəaliyyətin qadağan olunmasına nail olmaq olmuşdur. Birinci instansiya məhkəməsi də cavabdehə məxsus qeyri-yaşayış sahəsinin avtoyuma məntəqəsi kimi fəaliyyət göstərməsini qadağan etməklə düzgün nəticəyə gəlmişdir. Çünki, cavabdehə məxsus qeyri-yaşayış sahəsi bir tikinti obyektidir və təyinatı istənilən vaxt dəyişdirilərək başqa məqsədlə istifadə oluna bilər. Avtoyuma məntəqəsi kimi fəaliyyət göstərməsəydi yəqin ki, iddiaçıların da belə bir iddiası da olmazdı. Deməli, iddiaçıların məqsədi cavabdehə məxsus obyektdən səs-küyün və digər mənfi qanunsuz təsirlərin qarşısını almağa nail olmaq olmuşdur.

30. Yuxarıda qeyd olunan dövlət orqanlarının verdiyi rəylərlə də avtoyuma məntəqəsi kimi fəaliyyət göstərən sənaye tipli bu obyektin yaşayış binalarında yerləşdirilməsinə yol verilmədiyi, eləcə də iddiaçının mənzilində səs-küyün yol verilən hədd səviyyəsindən artıq olduğu, həmçinin həm ilkin çökdürücüdən, həm də qumtutucu filtirdən sonra götürülmüş su nümunəsi üzərində aparılmış ekotoksikoloji təhlillərin nəticəsinə görə nümunələrin zəhərli təsirə malik olduğu təsdiq olunmuşdur. Bu cür vəziyyətdə qətnamənin ləğv edilərək iddianın rədd edilməsi üçün əsas yaranmır.

31. Cavabdehə məxsus qeyri-yaşayış sahəsinin üçüncü şəxslərə icarəyə verilməsi və məhz üçüncü şəxslərin qeyri-yaşayış sahəsini avtoyuma məntəqəsi kimi istifadə etməsi də şikayətin əsaslı olduğuna dəlalət etmir. Eyni zamanda, bu, həm də, o demək deyil ki, cavabdeh iddiaya cavab verməli olan şəxs deyil. Əvvəla ona görə ki, cavabdehin təqdim etdiyi icarə müqaviləsinin bugünə qüvvədə olma müddəti bitmiş və yeni icarə müqaviləsinin bağlanmasına dair məhkəməyə sübut təqdim edlməmişdir. İkincisi, cavabdeh özünə məxsus, avtoyuma məntəqəsi kimi fəaliyyət göstərən həmin qeyriyaşayış sahəsini müxtəlif şəxslərə qısa və uzun müddətə icarəyə verə bilər. Belə çıxır ki, məhkəmə də həmin məntəqəni icarəyə götürən yaxud götürəcək bütün üçüncü şəxsləri işə cəlb etməlidir. Yetər ki, qeyri-yaşayış sahəsinin mülkiyyətçisi yaxud qanuni sahibi olan cavabdeh bu obyekti icarəyə verərkən icarə müqaviləsində qeyri-yaşayış sahəsinin avtoyuma məntəqəsi kimi fəaliyyət göstərməsini icarəyə götürən şəxslərə qadağan edilməsi barədə şərt müəyyənləşdirsin. Ancaq icarə müqaviləsində belə bir şərt olmamışdır. Demək ki, qeyri-yaşayış sahəsinin avtoyuma məntəqəsi kimi fəaliyyət göstərməsi elə məhz cavabdehin marağında olmuşdur. Ona görə də, Cavabdeh qətiyyən iddiaya cavab verməli olmayan şəxs hesab etəmk olmaz və iddianın da ona münasibətdə təmin olunması düzgün olmuşdur.

32. Bundan başqa, məhkəmə tərəfindən məhkəmə iclasının audio-video texniki vasitələrdən istifadə etməklə qeydə alınmasını və cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsini tərəflərin çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməsi düzgün olmamışdır. Çünki, məhkəmə iclasının audio-video texniki vasitələrdən istifadə etməklə qeydə alınmaması texniki səbəblərdən baş verə bilər və Binəqədi Rayon Məhkəməsində də bu səbəbdən olması mümkün ola bilir. Cavabdehin nümayəndəi və vəkili isə etibarnamə və order təqdim etməklə əvvəlki məhkəmə iclaslarında iştirak etmiş, cavabdeh özü də ərizə ilə müraciət edərək işin baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Demək ki, onun məhkəmə iclaslarından məlumatı olmuşdur. Cavabdeh məhkəmənin sonuncu iclası barədə də SMS bildirişlə məlumatlandırılmışdır. Buna görə də, onun sonuncu məhkəmə iclasında üzrlü səbəb olmadan iştirak etməməsi çəkişmə prinsipinin pozuntusu hesab edilə bilməz.

33. Şərh olunanlara əsasən , apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-128/2021 saylı, 07 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-128/2021 saylı, 07 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar