Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1312/2024 26.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçın Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçın Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-1472/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. X7 xx.xx.2007-ci il tarixdən şəhid ailəsi üçün Azərbaycan Respublikasının Prezident təqaüdü təyin edilmişdir.
2. X9 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir.
3. 18.08.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək mərhum X5 adına olan Cavabdeh ASC-dəki bank hesabına 19.062 manat təqaüd köçürülmüşdür.
4. 09.10.2023-cü il tarixli hesab üzrə çıxarışdan aydın olur ki, X9 vəfat etdikdən sonra onun qızı İsmayılova Cahan tərəfindən xx.xx.2015-ci il tarixdə 200 manat, xx.xx.2015-ci il tarixdə 398 manat hesabdan məxaric etmiş, 1.99 manat komissiya tutulmuşdur. X1 AZ13BRES******************** saylı hesabında olan qalıq vəsait 18.662,31 manat təşkil edir.
5. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda X5 xx.xx.2015-ci il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq onun kart hesabına xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək köçürülmüş təqaüdün tam məbləğinin dövlət büdcəsinə geri qaytarılması xahiş edilmişdir.
6. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli məktubla imtina edilmiş və imtina belə əsaslandırılmışdır ki, həmin pul vəsaiti üzərində sərəncam vermək hüququ vəfat etmiş şəxsin vərəsələrinə aiddir.
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 Cavabdeh ASC-dəki bank hesabında olan 19.062 manat məbləğində pul vəsaitinin Cavabdeh ASC tərəfindən Dövlət Sosial Müdafiə Fondunun hesabına geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, X10 Bakı şəhəri, Sabunçu rayon Hərbi Komissarlığının xx.xx.2007-ci il tarixli 1069 nömrəli arayışına əsasən xx.xx.1993-cü ildə Ağdərə rayonunda gedən döyüşlərdə həlak olmuşdur. Şəhid oğlunun atası Gürcüstan Respublikasının Bolnisi rayonunun Mamxuti kəndində yaşayan, Gürcüstan Respublikası vətəndaşı X7 xx.xx.2007-ci il tarixdən şəhid ailəsi üçün Azərbaycan Respublikasının Prezident təqaüdü təyin edilmişdir. Həmin təqaüd xx.xx.2021-ci il tarixədək X5 Cavabdeh ASC-dəki bank hesabına köçürülmüşdür. Gürcüstan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Serverlərinin İnkişaf Agentliyinin xx.xx.2021-ci il tarixli, 01/115048 saylı məktubuna əsasən X5 xx.xx.2015-ci il tarixdə vəfat etdiyi müəyyən edilmişdir. Tərəflərindən xx.xx.2021-ci il tarixli, **********0 saylı məktubla “Bank Respublika" ASC-nin Bakıxanov filialına müraciət edilərək, X5 xx.xx.2015-ci il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq onun kart hesabına (h/hAZ13BRES********************) Dövlət Sosial Müdafiə Fondu tərəfindən xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək artıq ödənilmiş təqaüdün tam məbləğinin (19.062 manat) geri qaytarılması xahiş edilmişdir. Tərəflərindən xx.xx.2022-ci il tarixli, **********5 saylı məktubla Cavabdeh ASC-yə yenidən müraciət edilərək, X3 hesabına köçürülmüş təqaüdün tam məbləğinin (19.062 manat) dövlət büdcəsinə geri qaytarılması xahiş edilmiş, Cavabdeh ASC tərəfindən xx.xx.2022-ci il tarixli, 1062 saylı məktubla pul vəsaiti vəfat etmiş şəxsin hesabında olduğu üçün pul vəsaiti üzərində sərəncam vermək hüququnun vəfat etmiş şəxsin vərəsələrinə aid olduğu bildirilmiş, həmin pul vəsaitinin dövlət büdcəsinə geri qaytarılmasından yenidən imtina edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, vətəndaşın təaqüd almaq hüququna onun ölümü ilə xitam verilir. X2 Respublikasının vətəndaşı olmuş, xx.xx.2015-ci il tarixdə vəfat etməsi barədə məlumat verilməmiş, onun bank hesabına 19.062 manat pul vəsaiti xx.xx.2021-ci il tarixədək əsassız olaraq köçürülmüşdür. Mülki Məcəllənin 1133, 1151-ci maddələrinin tələblərinə uyğun olaraq X5 bank hesabına xx.xx.2015-ci il tarixdən sonra (öldükdən sonra) köçürülən pul vəsaiti miras əmlakına daxil deyildir. Bu səbəbdən pul vəsaiti üzərində sərəncam vermək hüququnun vəfat etmiş şəxsin vərəsələrinə keçməsinin qanuni əsası yoxdur. Göründüyü kimi, Cavabdeh ASC-nin Fonda məxsus pul vəsaitini geri qaytarmaqdan imtina etməsi barədə hərəkətləri qanuni deyildir. “Şəhid ailəsi üçün Azərbaycan Respublikasının Prezidentinin təqaüdü” dövlət büdcəsinin hesabına maliyyələşdiyini nəzərə alaraq bildirir ki, X5 bank hesabına əsassız olaraq köçürülmüş pul vəsaiti dövlət büdcəsinə aiddir. X5 bank hesabına əsassız olaraq köçürülmüş pul vəsaiti miras əmlaka aid edilmədiyindən, heç bir qanuni əsas olmadan Cavabdeh ASC-nin pul vəsaitinin qaytarılmasından imtina etməsi və hal-hazırda həmin pulun bankın sərəncamında olması qanuna ziddir. Göstərilənləri nəzərə alaraq hesab edir ki, Cavabdeh ASC-nin sərəncamında olan 19.062 manat məbləğində pul vəsaiti Fonda geri qaytarılmalıdır.
9. Cavabdeh iddiaya qarşı etiraz verərək göstərmişdir ki, qeyd olunan iddia tələbi Səbail Rayon Məhkəməsinin icraatına götürələrkən məhkəmə aidiyyəti qaydaları pozulmuşdur. Hesab edir ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun müvafiq iddia tələbinə kommersiya məhkəməsində baxılmalıdır. Bundan əlavə, iddiaçının X5 hesabında olan pul vəsaitinin qaytarılmasını bankdan tələb etmək hüququ yoxdur. Belə ki, pul vəsaiti vəfat etmiş şəxsin hesabında olduğu üçün onun üzərində sərəncam vermək hüququ vəfat etmiş şəxsin vərəsələrinə aiddir. Bu halda iddiaçı S.M.Əliyevin hesabında olan pul vəsaitinin qaytarılmasını əsassız varlanma iddiası ilə vərəsələrdən tələb etməlidir. İddiaçı X5 vəfat etdiyi xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək onun bank hesabına fond tərəfindən 19.062 manat pul vəsaitinin köçürüldüyünü iddia etsə də, bunu təsdiq edən hər hansı bir maliyyə sənədini məhkəməyə təqdim etməmişdir. Hal-X1 Cavabdeh ASC-də olan AZ13BRES******************** saylı hesabında olan qalıq vəsait 18.662.31 AZN təşkil edir. Bunun təsdiqi kimi iddiada göstərilən tarixi periodu da əhatə edən hesabdakı mədaxil və məxaric əməliyyatlarına dair çıxarışı etiraza əlavə edir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmamasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.
10. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)- 1472/2023 nömrəli qətnaməsi ilə (hakim M.A.Bağırova) iddia təmin edilməmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mərhun S.M.Əliyevin hesabında olan pul vəsaitinin qaytarılmasını bankdan tələb etmək hüququ yoxdur. Belə ki, pul vəsaiti vəfat etmiş şəxsin hesabında olduğu üçün onun üzərində sərəncam vermək hüququ vəfat etmiş şəxsin vərəsələrinə aiddir. Bu halda iddiaçı S.M.Əliyevin hesabında olan pul vəsaitinin qaytarılmasını əsassız varlanma iddiası ilə vərəsələrdən tələb etməlidir.
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı irəli sürsüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən təmin edilə bilməz.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə xx.xx.2008-ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 2.1, 14.2, 50.3, 54, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.
15. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
18. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təyin olunması və ödənilməsi Qaydaları: Bənd 9. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Bənd 10. Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəhid ailəsi üzvlərinə təqaüd onların arzularına əsasən Azərbaycan Respublikasının banklarında açılmış şəxsi hesablarına və ya öz vəsaitləri hesabına yaşadıqları ölkələrə köçürülür.
20. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.2. Müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən edilmiş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və bu Qanunun 11.1.1 - 11.1.6-cı maddələrində göstərilən hallarda, habelə vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin öhdəsində olan uşağı 18 yaşına çatdıqda müavinətlərin ödənişi qanunvericiliyə uyğun olaraq həmin halın yarandığı gündən, digər hallarda isə növbəti ayın 1-dən dayandırılır. Maddə 12.2. Müavinətlərin (himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.
21. Azərbayan Respublikasının Mülki Məcəlləsi Maddə 964.1. Hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir. Maddə 964.2. Müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul etməklə iddia tələbi qismən təmin edilməlidir.
26. Belə ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilmiş, işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir.
27. İşdən müəyyən olunur ki, X7 xx.xx.2007-ci il tarixdən təqaüd təyin edilmiş, təqaüd xx.xx.2021-ci il tarixədək X5 adına olan Cavabdeh ASC-dəki bank hesabına köçürülmüşdür. X9 xx.xx.2015-ci il tarixdə vəfat etdikdən sonra xx.xx.2021-ci il tarixədək onun adına olan Cavabdeh ASC-dəki bank hesabına 19.062 manat vəsait köçürülmüşdür. Vəsaitin bir hissəsi X5 qızı tərəfindən hesabdan məxaric edilmiş, hazırda hesabda 18.662,31 manat məbləğində vəsait qalmışdır. İddiaçı cavabdehdən 19.062 manat vəsaitin dövlət büdcəsinə geri qaytarılmasını xahiş etsə də, cavabdeh bundan imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, həmin pul vəsaiti üzərində sərəncam vermək hüququ vəfat etmiş şəxsin vərəsələrinə aiddir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə əsasən miras əmlaka miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqları (miras aktivi) daxildir. İddiaçının tələb etdiyi vəsait isə X9 öldükdən sonra onun hesabına köçürüldüyündən və X9 vəfat etdiyi gündən ona ödənilməli olan təqaüd dayandırılmalı olduğundan, qeyd olunan vəsait miras aktivinə daxil deyil. Belə olan halda həmin vəsait üzərində vərəsələr sərəncam verdikləri təqdirdə əsassız varlanmış olacaqlar.
29. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-1472/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul etməklə iddia tələbi qismən təmin edilməli, X1 hesabında olan 18.662,31 manat məbləğində vəsait cavabdeh tərəfindən iddiaçının hesabına geri qaytarılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)- 1472/2023 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən X5 bank hesabında olan 18.662,31 manat məbləğində vəsait İddiaçın hesabına geri qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 145,99 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: