Məhkəmə qərarları › İş №2(103)-1316/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1316/2021

10.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1316/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və “X2 Mərkəzi” MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan “xxxx” ASC) qarşı “hərracın yekunları barədə protokolun və əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı, cavabdeh Bakı şəhəri Cavabdeh2 sifarişi əsasında “X2 Mərkəzi” MMC tərəfindən ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 11 saylı evin 39 saylı mənzilinə dair keçirilmiş X4 xx.xx.2016-cı il tarixli, Y-334 nömrəli yekun protokolun və həmin tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkməsinin qeyd edilən qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Şikayəin dəlilləri ondan ibarətdir ki, daşınmaz əmlaka dair hərracın keçirilməsi barədə iddiaçıya yalnız 1 dəfə bildiriş verilmiş və hərracın keçririlməsi xx.xx.2019-cu il tarixə təyin edilmiş, lakin həmin bildiriş azyaşlı oğlu tərəfindən imzalanmaqla ona xx.xx.2016-cı il tarixdə təqdim edilmişdir. Bundan sonra, hərrac barədə heç bir məlumatı olmamışdır. Məhkəmə isə cavabdeh tərəfindən göndərilmiş bildirişlərin dördünün də nəyə görə azyaşlı oğlu Ramin Bayramova təqdim edilməsini araşdırmamış, “Poçt haqqında” Qanunun tələblərinin cavabdeh tərəfindən pozulması hallarına qiymət verməmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərdən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 998/2011 saylı, xx.xx.2011-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı “xxxx” ASC-nin xeyrinə 26.965 manat kredit borcu, 8067 manat faiz borcu olmaqla, cəmi 35.032 manat borc, 20 manat ödənilmiş dövlət rusumunun əvəzi və 200 manat xidmət haqqı tutulmalı, tələb ipotekaya qoyulmuş Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 11 saylı evin 39 saylı mənzilinə yönəldilməli, həmin mənzil açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına kredit borcu ödənilməli, borc ödənildikdən sonra qalan məbləğ İddiaçı qaytarılmalı, banka ipotekaya qoyulmuş mənzil açıq hərrac vasitəsilə satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmalıdır. İcra sənədi icra olunması üçün Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir. İcra şöbəsinin xx.xx.2011-ci il tarixli, xx/xx-1774/9 saylı şifariş məktubu əsasında “xxxx” MMC-nin 12-614 saylı, xx.xx.2012-ci il tarixli hesabatına əsasən İddiaçı məxsus ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 11 saylı evin 39 saylı mənzil 65.000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh2 xx.xx.2016-cı il tarixli xx/xx-1774/9 nömrəli məktubu ilə mənzilin satışının təşkil edilməsi “X2 Mərkəzi” MMC-yə sifariş edilmişdir. “X2 Mərkəzi” MMC tərəfindən ilkin satış qiyməti 65.000 manat müəyyən olunmaqla, qeyd olunan daşınmaz əşya ilə bağlı hərracın keçirilmə tarixi xx.xx.2016-cı il tarixə, saat 11:00-a təyin edilmiş, bununla bağlı “Market” qəzetində elan dərc olunmuş və bu barədə İddiaçı xx.xx.2016-cı il tarixli və xx.xx.2016-cı il tarixli bildirişlər göndərilmişdir. Satılmalı olan sözügedən mənzilin ilkin satış qiyməti 55.250 manat müəyyən olunmaqla, təkrar hərracın keçirilmə tarixi xx.xx.2016-cı il tarixə, saat 11:00-a təyin edilmiş, bununla bağlı “Market” qəzetində elan dərc olunmuş və bu barədə İddiaçı xx.xx.2016-cı il tarixli və xx.xx.2016-cı il tarixli bildirişlər göndərilmişdir. Cavabdeh2 tərəfindən xx.xx.2016-cı il tarixli, 2979 saylı bildirişlə hərraca çıxarılmış mənzilin “xxxx” ASC-nin adına ipoteka predmetinə müqavilə bağlanılmaqla rəsmiləşdirilməsi təklif edilmiş və “xxxx” ASC tərəfindən xx.xx.2016-cı il tarixli, 2194 saylı məktubla təklifə etiraz olunmamışdır. X4 xx.xx.2016-cı il tarixli, Y334 saylı protokola qeyd olunmuşdur ki, Nəsimi rayon İcra şöbəsinin xx.xx.2016-cı il tarixli sifarişinə əsasən “X2 Mərkəzi” MMC tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 11 saylı evin 39 saylı mənzili 65000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılmış, “İpoteka haqqında” Qanunun 43.5-ci və 43.7-ci maddələrinə əsasən, ilkin satış qiymətindən əvvəlcə 15%, sonradan isə daha 25% endirməklə qiyməti – 41438 manata ipoteka saxlayan “xxxx” ASC-yə satılmışdır. Həmin protokol əsasında eyni tarixdə sözügedən mənzilin “xxxx” ASC-yə satılmasına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Hazırda iddiaçı, hərrac barədə məlumatının olmadığını, bu barədə ona hər hansı bildiriş təqdim edilmədiyini bildirərək, hərracın keçirilmə qaydasını mübahisələndirir. Kollegiya mübahisənin həlli ilə bağlı ilk növbədə bildirir ki, ipoteka predmetinin hərracda satılması və hərracın keçirilməsi qaydaları “İpoteka haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. İddiaçı, hərracın keçirilməsi barədə ona məlumat verilmədiyini bildirsələr də, bu halı təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. Halbuki, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin X1rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Odur ki, iddianın “X4 yekun protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsi də əsassızdır. Əksinə, işdə olan poçt sənədlərinə əsasən müəyyən olunur ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-998/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədi üzrə icraat zamanı hərrac təşkilatçısı “X2 Mərkəzi” MMC tərəfindən təyin edilmiş hərraclar barədə bildirişlər iddiaçının rəsmi ünvanına (ünvan 1 göndərilmiş və həmin ünvanda iddiaçının oğlu Ramin Bayramov tərəfindən qəbul edilmişdir. Bundan başqa, hərracı keçirən təşkilat tərəfindən həm ilkin, həm də təkrar hərracın vaxtı və keçirilmə yeri, satışa çıxarılan əşya barədə məlumatların kütləvi informasiya vasitəsində dərc olunması və ictimai açıqlanması təmin olunmuşdur. İddiaçı, hərracın keçirilməsi barədə ona göndərilmiş bütün bildirişlərin özü deyil, azyaşlı oğlu tərəfindən qəbul edildiyini yalnız xx.xx.2016-cı il tarixdə keçiriləcək hərrac barədə bildirişin ona hərracın tarixindən sonra xx.xx.2016-cı il tarixdə təqdim olunduğunu bildirsə də, Kollegiya apelyasiya şikayətinin bu dəlilləri ilə razılaşmır. Əvvəla ona görə ki, iddiaçının özünün də qeyd etdiyi kimi o hərrac barədə xx.xx.2016-cı il tarixdə bildiriş almışdır. Lakin işdə olan ******* nömrəli qaimədən görünür ki, bu xx.xx.2016-cı il tarixə təyin edilmiş ilkin hərracın keçirilməsi barədə yox, xx.xx.2016-cı il tarixə təyin edilmiş təkrar hərracın keçirilməsi barədə xx.xx.2016-cı il tarixli bildiriş olmuşdur. Göründüyü kimi, iddiaçı təkrar hərracın keçirilməsi barədə xəbərdar olsa da, heç bir üzrlü səbəb bildirmədən hərracın keçrilməsinə iştirak etməmişdir. Digər tərəfdən, hərrac təşkilatı tərəfindən iddiaçının qeydiyyatda olduğu və yaşadığı ünvana göndərilmiş bütün bildirişlərin onun oğlu tərəfindən qəbul edilməsi faktı həmin bildirişlərin iddiaçıya çatdırılmış hesab edilməsi üçün kifayətdir. Belə olan halda, iddiaçı ona məxsus mənzilin hərraca çıxarılması barədə məlumatlı olmasına baxmayaraq, özünün hüququ ilə bağlı bu məsələnin həllinə biganə yanaşması səbəbindən hərracın iştirakı olmadan keçirilməsi hərracın keçirilməsi qaydalarının pozulmasına əsas ola bilməz. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Göründüyü kimi, ipoteka predmetinin hərracda satılması qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilmişdir. Belə olan halda, həmin hərracın yekunları üzrə protokol və əmlakın alqı-satqısı barədə müqavilə də etibarlı hesab olunur. Odur ki, qeyd olunanlara əsasən, Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və mübahisənin həlli ilə bağlı düzgün nəticəyə gəlmişdir və şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-392/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar