Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1319/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Alıyeva Gülər Neymət qızının katibliyi, Cavabdeh Avtoinvest MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6082/2021 saylı iş üzrə qəbul etdiyi 29 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 100.000 (yüz min) ABŞ Dolları avtomobilin dəyəri, 30000 (otuz min) ABŞ Dolları məbləğində dəymiş maddi zərər olmaqla, 10000 ABŞ Dolları dəymiş mənəvi zərər olmaqla cəmi 140000 ( yüz qırx min) ABŞ Dolları məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6082/2021 saylı iş üzrə qəbul etdiyi 29 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh3 MMC-dən 47600 (qırx yeddi min altı yüz) manat məbləğində pul vəsaiti (qətnamə çıxarılan tarixə 28000 ABŞ dollarının Azərbaycan manatının məzənnəsinə uyğun olan məbləği) tutularaq İddiaçı verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 22400 (iyirmi iki min dörd yüz) manat, eləcə də, mənəvi zərərin əvəzi olaraq 2000 (iki min) manat məbləğində pul vəsaitinin müştərək qaydada tutularaq İddiaçı verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən Cavabdeh3 tərəfindən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 24 dekabr 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək baxılması üçün təyin edilmişdir. Bununla belə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsindən 11 yanvar 2022-ci il tarixdə daxil olmuş məktubda, iş üzrə qəbul edilmiş qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 da apellyasiya şikayəti ilə müraciət etdiyi bildirilmiş və apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxlması üçün işin birinci instansiya məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, sözügedən apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, hazırki iş üzrə apellyasiya şikayətlərinin icraata qəbul edilməsi barədə qərardad ləğv edilməklə, iş həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6082/2021 saylı iş üzrə qəbul etdiyi 29 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 MMC tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 24 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilsin, mülki iş apellyasiya baxışından çıxarılsın və İddiaçı nümayəndəsi və vəkili Vəkil1 verdiyi apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1319/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1319/2022
26.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver