Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1328/2025 14.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-2073/2024 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Tərəflər keçmiş ər-arvaddır. Onların nikahı xx.xx.2017-ci ildə bağlanıb, xx.xx.2023cü il tarixli qətnamə ilə pozulub. 2.Hazırkı mübahisə “Hyundai Accent” markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlıdır (bundan sonra – avtomobil). Reyestr məlumatlarından (iş v. 44) müəyyən olunur ki, avtomobil üzərində tərəflərin heç birinin mülkiyyət hüququ qeydə alınmayıb, onların adına yalnız etibarnamələr verilib. Belə ki, xx.xx.2021-ci ildə avtomobil üzərində başqa şəxsin - Fuad İsgədərovun mülkiyyət hüququ gömrük vəsiqəsinə əsasən qeydə alınıb. xx.xx.2021-ci ildə cavabdehin adına avtomobilə sərəncam hüququ nəzərdə tutan etibarnamə verilib. xx.xx.2021-ci ildə iddiaçının adına avtomobildən istifadə hüququ nəzərdə tutan etibarnamə verilib. xx.xx.2022-ci ildə yenidən cavabdehin adına avtomobilə sərəncam hüququ nəzərdə tutan etibarnamə verilib. xx.xx.2023-cü ildə alqı-satqı müqaviləsinə əsasən avtomobil üzərində başqa şəxsin – Maraqlı şəxs1 mülkiyyət hüququ qeydə alınıb. Həmin gün yenidən cavabdehin adına avtomobilə sərəncam hüququ nəzərdə tutan etibarnamə verilib. xx.xx.2023-cü ildə başqa şəxsin – Ruslan Muxtarovun adına avtomobilə sərəncam hüququ nəzərdə tutan etibarnamə verilib. Daha sonra müxtəlif şəxslərin adına etibarnamələr verilib, nəhayət xx.xx.2024-cü ildə avtomobil alqı-satqı müqaviləsi əsasında Maraqlı şəxs1 mülkiyyətindən çıxarılıb. 3.İddiaçı iddia edir ki, avtomobili nikah müddətində - xx.xx.2021-ci ildə əri ilə birlikdə dəyərini ödəməklə alıblar, həmin vaxtdan avtomobil ailənin istifadəsində olub, özü və əri avtomobildən istifadə ediblər, nikah pozulduqdan sonra - xx.xx.2023-cü ildə əri onun xəbəri və razılığı olmadan avtomobili öz iş yoldaşı Maraqlı şəxs1 adına sənədləşdirib, həmin gün əri avtomobilə dair öz adına etibarnamə alaraq avtomobili idarə etməyə davam edib, xx.xx.2023cü ildə əri onun razılığı və xəbəri olmadan avtomobili sərəncam hüququ nəzərdə tutan etibarnamə ilə Ruslan Muxtarova satıb və satış pulundan ona çatmalı olan payı özünə götürüb. 4.Cavabdeh iddiaya etiraz edir, etirazını onunla əsaslandırır ki, avtomobil heç vaxt onun mülkiyyətində olmayıb, ona görə də ər-arvadın ümumi mülkiyyəti sayıla bilməz. Birinci instansiya məhkəməsində icraat 5.İddia ərizəsində tələb olunub ki, cavabdeh tərəfindən satılmış avtomobilin dəyərinin yarısı olan 10.000 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. 6.Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 7.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 8.Məhkəmə iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 9.Avtomobilin birinci mülkiyyətçisi Maraqlı şəxs2 (satıcı) ilə ikinci mülkiyyətçisi Maraqlı şəxs1 (alıcının) arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə görə, avtomobil 15.000 manata satılıb və satıcı bu məbləği alıcıdan alıb (iş v. 46). Müqavilənin mətnindən görünür ki, onu satıcının adından cavabdeh imzalayıb, bu isə onu təsdiq edir ki, 15.000 manat pulu da cavabdeh alıb. Cavabdeh aldığı 15.000 manat pulun yarısını – 7.500 manatı iddiaçıya verməlidir. 10.Belə ki, avtomobil ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilmir. Lakin AR Mülki Məcəlləsinin 324.5-ci maddəsinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Ona görə hazırkı mübahisədə iradə ifadələri təfsir edilərkən yalnız hərfi məna (etibarnamələrin mətni) deyil, ağlabatan mühakimə əsas götürülməlidir. Avtomobilə dair ər-arvadın hər ikisinin adına etibarnamə verilməsi, habelə avtomobilin bir neçə il ər-arvadın hər ikisinin istifadəsində olması faktı onu təsdiq edir ki, ər-arvad avtomobilə sahiblənmək üçün pul ödəyibilər. Ona görə də xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə avtomobil özgəninkiləşdirilərkən ərin (cavabdehin) əldə etdiyi 15.000 manat pul ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Pulun ər-arvadın ümumi birgə mülkiyyəti kimi onların arasında bölünməsi mümkündür, çünki AR Mülki Məcəlləsinin 135.1-ci maddəsinə görə, pul əşya sayılır. 11.Beləliklə, məhkəmə AR Ailə Məcəlləsinin 32, 36 və 37-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, avtomobilin özgəninkiləşdirilməsi nəticəsində əldə edilən 15.000 manat pul ərarvadın ümumi birgə mülkiyyəti sayılmalı, həmin pulda tərəflərin payları bərabər hesab olunmalı və 7.500 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. 12.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384- 392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-2073/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddia qismən təmin olunsun. 7.500 (yeddin min beş yüz) manat Cavabdeh alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi kimi 100 (yüz) manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1328/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1328/2025
14.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver