Məhkəmə qərarları › İş №2(103)-133/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-133/2021

01.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-133/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı qapalı səhmdar cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-744/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı QSC-nin Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müracəit edərək, Cavabdeh1 MMC-nin xx.xx.2018-ci il tarixli, QR 1016 saylı "əmlakın qiymətləndirməsi barədə hesabatı”nın ləğv edilməsi və yuxarıda qeyd edilmiş əmlakın ilkin satış qiymətinin qiymətləndirilmə keçirilməklə yenidən müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-744/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə “Cavabdeh1" MMC-nin xx.xx.2018-ci il tarixli, QR 1016 saylı əmlakın qiymətləndirilməsi barədə hesabatının ləğv edilməsi, ünvan 1ində yerləşən 0,15 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin bazar dəyəri 22500 (iyirmi iki min beş yüz) manat müəyyən edilməsi qət edilmişdir. Qətnamədən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanuni qüvvəsini aldıqdan sonra Xaçmaz rayon İcra şöbəsinin xx.xx.2018-ci il tarixli sifarişi əsasında ona məxsus ünvan 1ində yerləşən 0.15 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin qiymətləndirilməsi üçün “Cavabdeh1" MMC- yə müraciət edilmiş , qeyd olunan MMC-nin xx.xx.2018-ci il tarixli rəyinə əsasən əmlakının dəyəri 35000 manat müəyyən edilmişdir. İddiaçı “xxxx” QSC qiymətlə razılaşmamış və hazırki iddia ilə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, əmlakının real dəyəri 35000 manatdan xeyli aşağıdır, guya hal-hazırda ölkədə olan iqtisadi vəziyyət və daşınmaz əmlakların qiymətin kəskin azalma olduğundan həmin qiymət reallığı əks etdirmir və s. Qətnamədə “Cavabdeh1" MMC-nin xx.xx.2018-ci il tarixli rəyinin nəyə görə ləğv edilməsi əsaslandırılmamışdır. Yalnız göstərilir ki, iş materiallarında olan “xxxx” MMC-nin xx.xx.2019-cıı il tarixli 34 saylı qiymətlə qiymətləndirmə hesabına əsasən Xaçmaz rayonu Tikan-Oba kəndində yerləşən 0,15 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin xx.xx.2019-cıı il tarixə bazar dəyəri 22500 mani təşkil edir. Qətnamədə göstərilir: Məhkəmə hesab edib ki, Cavabdeh1 MMC tərəfindən həmin əmlaka qoyulmuş qiymət real qiyməti əks etdirmir. Çünki, ’’Cavabdeh1" MMC tərəfindən yaşayış sahəsinə qoyulmuş qiymətlə (35000 manat) tərəflər arasında bağlanmış ipoteka müqaviləsində müəyyən edilmiş qiymət (12236 manat) arasında kəskin fərq vardır. Bu səbəbdən məhkəmə “Cavabdeh1" MMC tərəfindən mübahisə predmeti olan yaşayış evinə qoyulmuş qiyməti real və ağlabatan hesab etmir”. Məhkəmə nəzərə almalı idi ki, ipoteka müqaviləsində müəyyən edilmiş qiymət kredit götürülərkən sırf formal olaraq qoyulmuş qiymətdir. Çünki, götürülmüş kreditin qaytarılmasında problemlərin olacağı məlum deyildi. Kredit 2014-cü ildə götürüləndən sonra respublikada olan 2 devalvasiya nəticəsində dolların dəyərinin kəskin artması səbəbindən kredit öhdəliyinə lazımınca əməl edə bilmədilər. İkincisi, verilmiş 2 rəy arasında fərq olduğu halda məhkəmə habelə “xxxx" MMC-nin rəyini də əsas kimi qəbul etməməli idi və iş üzrə müvafiq ekspertiza təyin etməli və rəyin verilməsini Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinə həvalə elməli idi. Məhkəmənin nəzərinə çatdırır ki, ona məxsus mülkin dəyəri 35000 manatdan çox ola bilər, nəinki az. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 bildirdi ki, 32.600 manat da əmlakın real dəyərini əks etdirmir. Qiymət şişirdilib. Hazırki qətnamədən şikayət verilmədiyi üçün əmlakın dəyərinin 22.500 manat civarında olduğu fikrində qalır. Məhkəmədən xahişi budur ki, apellyasiya şikayəti təmin edilməsin və rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılsın. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış digər şəxslər üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Apellyasiya instansiyası məhkəməsi, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayət qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, Cavabdeh1 MMC tərəfindən mübahisə predmeti olan ünvan 1ində yerləşən 0,15 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin qiyməti 35.000 manat müəyyən edilmişdir. Cavabdeh1 MMC tərəfindən həmin əmlaka qoyulmuş qiymət real qiyməti əks etdirmir. Çünki, Cavabdeh1 MMC tərəfindən yaşayış sahəsinə qoyulmuş qiymətlə (35.000 manat) tərəflər arasında bağlanmış ipoteka müqaviləsində müəyyən edilmiş qiymət (12.236 manat) arasında kəskin fərq vardır. Bu səbəbdən də məhkəmə Cavabdeh1 MMC tərəfindən mübahisə predmeti olan yaşayış evinə qoyulmuş qiyməti real və ağlabatan hesab etmir. Bu səbəbdən də, mübahisə predmeti olan Xaçmaz rayonu, TikanOba kəndində yerləşən 0,15 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin qiyməti “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, 34 saylı qiymətləndirmə hesabatı nəzərə alınmaqla, 22.500 manat məbləğində müəyyən edilməlidir. “İcra haqqında” Qanunun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Həmin Qanunun 61.1-ci və 61.2-ci maddələrinə görə isə borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 6-cı maddəsinə əsasən qiymətləndirici tərəfindən obyektin qiymətləndirilməsi üçün əsas sifarişçi ilə bağladığı müqavilədir. Mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Həmin Qanunun 8-ci maddəsinə əsasən, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır.Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin ləğv edilməsi, iddianın qismən təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Üçüncü şəxsin apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddianın bu cür təmin edilməsi hissəsində yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə mübahisələndirilən hissə üzrə yoxlanılır. Hazırki iş üzrə, iddianın faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olsa da, yəni dizpozisiya əlamətləri ilə uzlaşsa da birinci instansiya məhkəməsi qiymətləndirilən əmlakın dəyəri hissəsində iş üzrə düzgün nəticəyə gəlməmişdir. Əvvəla, apellyasiya baxışı zamanı “xxxx” MMC tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli rəyə əsasən, ipoteka predmeti olan ünvan 1ində yerləşən 0,15 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin hazırda mövcud olan real bazar dəyəri 62.500 manat təşkil edir. Bundan sonra, yenidən qiymətləndirmə keçirilmiş və “xxxx” MMC-nin xx xxxxxxxx 2020-ci il tarixli rəyinə əsasən ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinin xx xxxxxxxx 2020-ci il tarixə hesablanmış bazar dəyəri 37000 manati təşkil edir(Torpaq sahəsi 14500 manat, bina və tikili 22500 manat). Daha sonra alınmış xxxx LTD MMC-nin xx xxxxxx 2020-ci il tarixli rəyində isə ünvan 1ində yerləşən fərdi yaşayış evinin xx xxxxxx 2020-ci il tarixə hesablanmış likvid dəyərinin 32.600 manat təşkil etdiyi göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, iş üzrə əmlakın qiyməti ilə bağlı bir-birindən fərqlənən 5(beş) qiymətləndirici rəyi mövcuddur. Birinci, dördüncü və beşinci qiymətləndirici rəyində əmlakın dəyəri demək olar ki, eyni məbləğlər təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən alınmış iknci rəydə əmlakın qiyməti daha az, yəni 22500 manat, apellyasiya baxışında alınmış üçüncü rəydə isə qiymət daha yüksək 62500 manat olduğu göstərilmişdir. Axırıncı rəydə qiymətləndirici ipoteka predmeti olan əmlakın likvid dəyərini müəyyən etmişdir. Bu qiymət də əmlakın real bazar dəyərini əks etdirən birinci və dördüncü rəylərə uyğundur. Demək ipoteka predmeti olan əmlakın likvid dəyərini son qiymətləndirici düzgün müəyyən etmişdir. Göründüyü kimi, “xxxx LTD” MMC-nin qiymətləndiricinin müəyyən etdiyi 32 600 manat ipoteka predmeti olan əmlakın likvid dəyərinin daha real və işin hallarına uyğun olduğuna dəlalət edir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.2-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəsmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, sözügedən əmlakın qiymətləndirilməsinə dair “Cavabdeh1" MMC-nin xx.xx.2018-ci il tarixli, QR 1016 saylı əmlakın qiymətləndirilməsi barədə hesabatı ləğv olunmalı və əmlakın likvid qiyməti 32 600 manat müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.4, 387.2.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Üçüncü şəxs Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-744/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv olunsun və iddia qismən təmin edilsin. “Cavabdeh1" MMC-nin xx.xx.2018-ci il tarixli, QR 1016 saylı "əmlakın qiymətləndirilməsi barədə hesabatı" ləğv edilsin. ünvan 1ində yerləşən 0,15 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 32600 (otuz iki min altı yüz) manat müəyyən edilsin. İddiaçı QSC-dən qiymətləndiricinin xidmət haqqı 200 (iki yüz) manat tutularaq “xxxx LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin " VÖEN: ********** H h № AZ33İBAZ**********6792716216 "xxxx” ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ******************** S W.İ.F T BİK. İBAZAZ2X hesabına, 200 manat tutularaq “xxxx” məhdud məsuliyyətli cəmiyyətin (VÖEN: **********, Hesab № AZN: AZ15GUNA********************, Bank: GÜNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22 hesabına köçürülsün. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar