Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-134/2022 21.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Alıeva Zümrüd, Cavabdeh və onun vəkili və nümayəndəsi X2 iştirakı ilə Nəsimi Rayon Məhkəməsinin 2(006)-471/2020 saylı, 07.09.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 5312,8 manat məbləğində dəymiş ziyanın, 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə isə 5342,8 manat pulun tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ72İBAZ**********9955001212 bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-471/2020 saylı, 07.09.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2476,4 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 14 manatı, cəmi 2490,4 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçınə ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qərara alınmışdır. İddiaçı qətnamə ilə razılaşmış, onu mübahisələndirməmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayəti verərək bildirmişdir ki, məhkəmə işə baxarkən maddi və prosessual hüquq normaları pozmuşdur. Belə ki, işə onun iştirakı olmadan baxılmış, iddiaçının istinad etdiyi qazın alğı-satqı müqaviləsindən onun xəbəri olmamış və həmin müqaviləni o imzalamamışdır. Həmçinin o, sayğacın quraşdırıldığı ünvanda yaşamır, cavadeh tərəfindən aktların tərtib olunması zamanı o iştirak etməmiş, məlumatı olmamışdır. Göstərilənlərə əsasən, qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi, qalan hissədə isə qətnamənin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdeh və onun nümayəndəsi və vəkili S.Abuzərov ayrılıqda apellyasiya şikayətini müdafiə edərək qeyd etdilər ki, ekspert rəyindən müəyyən olunduğu kimi qazın alqı-satqı müqaviləsini cavabdeh imzalamamışdır. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının bundan əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Z.Alıeva apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmiş, tərəflər arasında qazın alqı-satqısına dair müqavilə olmasına istinad edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Sübutların tədqiqi: Mülki işdə olan 27 dekabr 2017-ci il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, qaz paylayıcı İddiaçı İB ilə istehlakçı Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair müqavilə bağlanmış və həmin mənzilə G-4 markalı 1202AQ**********1 nömrəli qaz sayğacı quraşdırılmışdır. **********00005 saylı abonentin saldosundan görünür ki, Cavabdeh sərf edilmiş təbii qaza görə 4848,4 manat cari borcu vardır. 07.02.2017-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********0005) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan kənar istifadə etməsi müəyyən edilmişdir. QİS-in görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, 07.02.2017-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə 1,2 x 6 x 90 = 648 m3 , 1,4 x 18 x 90 = 2268 m3 , cəmi 2916 m3 itirilmiş qazın bərpası üçün ödəniş hesablanmışdır. 31.03.2017-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********0005) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan kənar istifadə etməsi müəyyən edilmişdir. BRQSD-nin görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, 31.03.2017-ci il tarixli ******* saylı akta əsasən cavabdehə 1,2 x 6 x 52 = 374 m3 , 1,4 x 18 x 52 = 1310 m3 , cəmi 1684 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. 01.11.2017-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********0005) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, sayğacdan kənar xətt tərəflərindən aşkar edilmişdir. BRQSD-nin görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, 01.11.2017-ci il tarixli ******* saylı akta əsasən cavabdehə 1,2 x 4 x 180 = 864 m3 , 1 x 4 x 180 = 720 m3 , cəmi 1584 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. 20.01.2018-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********0005) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan qeyriqanuni istifadə etməsi tərəflərindən aşkar edilmişdir. BRQSD-nin görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, 30.01.2018-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə 1,2 x 6 x 90 = 648 m3 , 1,5 x 10 x 90 = 1350 m3 , 0,8 x 18 x 90=2592 m3 , cəmi 4590 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. 26.02.2018-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********0005) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. BRQSD-nin görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, 27.02.2018-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə 1,2 x 6 x 30 = 216 m3 , 1,4 x 18 x 30 = 756 m3 , cəmi 972 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. 30.03.2018-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********0005) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. BRQSD-nin görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, 30.03.2018-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə 1,2 x 6 x 30 = 216 m3 , 1,4 x 18 x 30 = 756 m3 , cəmi 972 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. 23.04.2018-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********0005) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. BRQSD-nin görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, 24.04.2018-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə 1,2 x 6 x 24 = 173 m3 , 1,4 x 18 x 24 = 605 m3 , cəmi 778 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. 31.05.2018-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********0005) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. BRQSD-nin görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, 31.05.2018-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə 2 x4 x 30 = 144 m3 , 1,5 x 4 x 30 = 180 m3 , cəmi 324 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. 14.06.2018-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********0005) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. BRQSD-nin görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, 14.06.2018-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə 1,2 x 6 x 30 = 216 m3 , 1,5 x 8 x 30 = 360 m3 , cəmi 576 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. 27.07.2018-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********0005) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. BRQSD-nin görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, 27.07.2018-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə 1,2 x 6 x 30 = 216 m3 , 1,5 x 8 x 30 = 360 m3 , cəmi 576 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. 27.08.2018-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********0005) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. BRQSD-nin görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, 27.08.2018-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə 1,2 x 6 x 30 = 216 m3 , 1,5 x 8 x 30 = 360 m3 , cəmi 576 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. 28.09.2018-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********0005) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. BRQSD-nin görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, 28.09.2018-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə 1,2 x 6 x 30 = 216 m3 , 1,5 x 8 x 30 = 360 m3 , cəmi 576 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. 30.10.2018-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********0005) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. BRQSD-nin görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, 30.10.2018-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə 1,2 x 6 x 30 = 216 m3 , 1,5 x 8 x 30 = 360 m3 , cəmi 576 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. 30.11.2018-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********0005) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. BRQSD-nin görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, 30.11.2018-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə 1,2 x 6 x 30 = 216 m3 , 1,5 x 8 x 30 = 360 m3 , cəmi 576 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. 31.01.2019-cu il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********0005) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. BRQSD-nin görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, 31.01.2019-cu il tarixli, ******* saylı akta əsasən cavabdehə 1,2 x 6 x 60 = 432 m3 , 1,5 x 10 x 60 = 900 m3 , 1,4 x 18 x 60 = 1512 m3 , cəmi 2844 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. 28.02.2019-cu il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********0005) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. BRQSD-nin görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, 28.02.2019-cu il tarixli, ******* saylı akta əsasən cavabdehə 1,2 x 6 x 30 = 216 m3 , 1,5 x 8 x 30 = 360 m3 , 1,4 x 18 x 30 = 756 m3 , cəmi 1332 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. 29.03.2019-cu il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********0005) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. BRQSD-nin görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, 26.03.2019-cu il tarixli, ******* saylı akta əsasən cavabdehə 1,2 x 6 x 30 = 216 m3 , 1,5 x 8 x 30 = 360 m3 , 1,4 x 18 x 30 = 756 m3 , cəmi 1332 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. 30.04.2019-cu il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********0005) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. BRQSD-nin görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, 30.04.2019-cu il tarixli, ******* saylı akta əsasən cavabdehə 1,2 x 6 x 30 = 216 m3 , 1,5 x 8 x 30 = 360 m3 , 1,4 x 18 x 30 = 756 m3 , cəmi 1332 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. 28.06.2019-cu il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********0005) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. BRQSD-nin görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, 28.06.2019-cu il tarixli, ******* saylı akta əsasən cavabdehə 1,2 x 4 x 60 = 288 m3 , 1,5 x 4 x 60 = 360 m3 , cəmi 648 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 07.02.2020-ci il tarixli, 31274 saylı ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin darvazasının üstündən keçən İddiaçı İB-yə məxsus 57 mm-lik ümumi paylayıcı qaz xəttinin üzərində müxtəlif ölçülərdə sonluğu qaynaqla bağlanmış halda olan 15 mm-lik polad qaz boruları vardır. Həmin qaz borularına əlavə qoşulma mümkün ola bilərdi. Lakin mülki iş materiallarında müxtəlif uzunluqda sonluğu qaynaqla bağlanmış halda olan 15 mm-lik polad qaz borularına qoşulmanın olub-olmaması, qoşulma olduğu halda həmin qaz xəttinin təbii qazla təmin etdiyi qaz işlədicilərin iş rejimi (işləmə müddətləri) barədə məlumatların olmadığına, həmçinin İddiaçı İB-yə məxsus qaz xəttinin hansı təzyiqdə olması və evdə sayğacdan kənar qaz xəttinə qoşulu olmuş qaz işlədicilərinin sayı, növü, texniki pasportları, onlardan istifadə müddətləri barədə vəsatət təmin edilmədiyinə görə, təbii qaz sərfiyyatının hesablanmasına dair tədqiqat aparmaq mümkün deyildir. Məhkəmə Ekspertiza Mərkəzinin 16 avqust 2021-ci il tarixli 10/2931 saylı ekspert rəyinə əsasən cavabdehin fərdi yaşayış evinin darvazasının üstündən keçən İddiaçı İByə məxsus 57 mm-lik polad ümumi paylayıcı xəttinin üzərində sonluğu qaynaqla bağlanmış qaz boruları mövcuddur. Baxış zamanı həmin borulara kənar qoşulma halları aşkar edilməmişdir. Mülki iş materiallarında olan fotoşəkillərdə göstərilmiş sayğacdan kənar qoşulmanın cavabdehin təqdim etdiyi fərdi yaşayış evinə çəkilib-çəkilməməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə Ekspertiza Mərkəzinin 21 fevral 2022-ci il tarixli 4/1753 saylı ekspert rəyində müəyyən olunur ki, İsmayılova Solmaz Allahqulu qızının adına olan 27 dekabr 2017-ci il tarixli T/17203 nömrəli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilənin 2-ci vərəqində “ istehlakçı” hissəsində “imza” qrafasındakı imza- İsmayılova Solmaz Allahqulu qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunub. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən qismən, iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, mübahisənin düzgün həlli üçün ilkin olaraq tələbin qanuni əsası tapılmalıdır. Hazırkı halda iddiaçı cavabdehdən qaz xəttinə sayğacdan kənar qanunsuz qoşulma nəticəsində istifadə olunmuş qazın haqqını tələb edir. Belə ola halda hazırkı iddia tələbinin qanuni əsasını MM -nin birlikdə götürülmüş 1097 (mülki hüquq pozuntusu) və 1092-ci (əsassız varlanma) maddələri təşkil edir. MMnin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu nəticəsində ...hüquqi şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məcəllənin 1092.1-ci maddəsinin tələbinə görə isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. MPM-nin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Kolegiya qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin əsas dəlilləri həmin ünvanda yaşamaması, heç bir əlavə qoşulma olmaması, iddiaçı ilə qazın alqı-satqı müqaviləsi bağlamaması olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-753/2021 saylı, 28 aprel 2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti ekspertizası təyin olunmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin 16 avqust 2021-ci il tarixli 10/2931 saylı ekspert rəyinə əsasən cavabdehin fərdi yaşayış evinin darvazasının üstündən keçən İddiaçı İByə məxsus 57 mm-lik polad ümumi paylayıcı xəttinin üzərində sonluğu qaynaqla bağlanmış qaz boruları mövcuddur. Baxış zamanı həmin borulara kənar qoşulma halları aşkar edilməmişdir. Mülki iş materiallarında olan fotoşəkillərdə göstərilmiş sayğacdan kənar qoşulmanın cavabdehin təqdim etdiyi fərdi yaşayış evinə çəkilib-çəkilməməsini müəyyən etmək mümkün deyildir. Cavabdehin iddiaçı ilə qazın alqı-satqı müqaviləsi bağlamaması barədə dəlilinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-753/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli qərardadı ilə məhkəmə xətşünaslıq ekspertizası təyin olunmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin 21 fevral 2022-ci il tarixli 4/1753 saylı ekspert rəyində müəyyən olunur ki, İsmayılova Solmaz Allahqulu qızının adına olan 27 dekabr 2017-ci il tarixli T/17203 nömrəli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilənin 2-ci vərəqində “ istehlakçı” hissəsində “imza” qrafasındakı imza- İsmayılova Solmaz Allahqulu qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunub. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin dəlilləri ekspert rəyləri ilə də təsdiq olunduğundan, onun apellyasiya şikayəti əsaslı hesab edilməli və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məcəllənin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə: Göstərilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, qətnamə iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddia təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və ekspertiza tədqiqatlarının dəyəri iddiaçıdan tutulmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Nəsimi Rayon Məhkəməsinin 2(006)-471/2020 saylı, 07.09.2020-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin təmin edilən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi həmin hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin, ekspertiza tədqiqatlarının dəyəri iddiaçıdan tutulsun. Ekspertiza tədqiqatlarının dəyəri (102+100=202) cəmi 202 (iki yüz iki) manat İddiaçı alınaraq dövlət büdcəsinə SAP (XİİS) hesabı X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına ödənilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-134/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-134/2022
21.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver