Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1342/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tutulması tələbinə dair” 2(008)-459/2018 saylı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MV-C(L)00644 saylı sığorta şəhadətnaməsi ilə “Avtomobillərin maddi zərərdən sığortası” növü ilə sığortalanmış “Mercedes Benz E350” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə ödənilmiş 10400 manat sığorta ödənişi, 30 manat dövlət rüsumu, cəmi 10430 (on min dörd yüz otuz) manat məbləğin cavabdehdən İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul eilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh “xxxx”Lizinq Şirkəti QSC-nin etibarnaməsi əsasında idarə etdiyi və lizinq müqaviləsi əsasında ona məxsus olan “Nissan Patrol” markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2014-cü il tarixdə Sumqayıt şəhəri, Sahil küçəsi ərazisində idarə edərkən yol nəqliyyat hadisəsi törədib, “xxxx”MMC-ə məxsus olan və İddiaçı ASC-də MV-C(L)00644 saylı sığorta şəhadətnaməsi ilə “Avtomobillərin maddi zərərdən sığortası” növü ilə sığortalanmış “Mercedes Benz E350” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq, maddi ziyan vurmuşdur. Qeyd olunan hadisədə Cavabdeh təqsirli olması Sumqayıt şəhər DYPŞ-nin protokolu ilə təsdiqlənmişdir. “Azinterservis” müəssisəsinin xx.xx.2014-cü il tarixli qiymətləndirmə aktına əsasən zərərin miqdarı 15600 manat müəyyən edilmiş, “Nissan Patrol” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası” “xxxx” ASC sığortalandığından 5000 (beş min) manat həmin sığorta şirkəti tərəfindən “xxxx” şirkətin hesabına ödənilmiş, İddiaçı ASC tərəfindən sığorta müqaviləsinə və MV 677/14 saylı sığorta aktına azadolma məbləği 200 (iki yüz) manat çıxılmaqla 10400 (on dörd min dörd yüz) manat sığorta ödənişi ödənilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 6575 manat məbləğində verilmiş sığorta ödənişinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin yol nəqliyyat hadisəsi baş verdikdən 1 gün sonra “Mercedes Benz E 250” markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi kimi özünü təqdim edən Hacı Cəlal adlı şəxs avtomaşını yenicə Almaniyadan gətirdiyini və bu maşını təmirdən sonra 52000 manata sata bilməyəcəyini bildirərək ondan 30000 manat pul tələb etmişdir. O, söz-söhbət yaranmaması üçün Hacı Cəlala, yəni sürücünün əmisinə Medera Klinikasında şahidlərin yanında 30000 manat pul vermişdir. “Mercedes Benz E 250” markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyan məbləği düzgün hesablanmayaraq şişirdilmiş rəqəm (15600 manat) müəyyən edilmişdir. Zərərin məbləğinin müəyyən edilməsində onun iştirakı təmin edilməyib. İddiaçı isə hazırda məhz zərər aktına istinad etməklə ona qarşı zərərin əvəzinin ödənilməsi barədə tələb irəli sürür. İddiaçı ondan tələb etdiyi zərər məbləğini əsaslandırmalıdır. Əgər iddiaçı (sığortaçı) zərərin məbləğini əsaslandırmadan faydalanan şəxsə sığorta ödənişi veribsə, bu iddiaçıya əsas vermir ki, zərərin məbləğini əsaslandırmadan ondan (zərər vurandan) sığorta ödənişinin həddində zərərin əvəzini tələb etsin. Bundan başqa, birinci instansiya məhkəməsində icraat zamanı avtomobilin zədələnməsi nəticəsində vurulmuş zərərin məbləğinin müəyyən edilməsi üçün məhkəməəmtəəşünaslıq ekspertizası keçirilmişdir. Lakin həmin ekspertiza zamanı ziyanın məbləği işdə olan ziyan aktı üzrə təqribi və təxmini hesablanmışdır. İddiaçı tərəf “Mercedes Benz E 250” markalı avtomobilin hazırda kimin sahibliyində və harada olması barədə məhkəməyə məlumat verməmiş, ekspertizanın keçirilməsi üçün avtomobili təqdim etməmişdir. Hadisə zamanı “Mercedes Benz E 250” markalı avtomobilə vurulan zərər 5000 manatdan artıq olmazdı. Həmin 5000 manat zərər məbləği isə “xxxx” ASC tərəfindən “xxxx” şirkətin hesabına ödənilmişdir. Bundan başqa, hadisə 2014-cü ildə baş vermiş və sığorta ödənişi də elə həmin ildə ödənilmişdir. İddiaçı iddia müddətini də keçirərək yalnız 4 il sonra məhkəməyə müraciət etmişdir. Bundan əlavə, cavabdeh 1 məhkəmə baxış iclasında iştirak etmiş, iddiaya öz etirazını bildirmişdir. Məhkəməyə sədrlik edən də dediklərində razılaşaraq iddiaçıya məsələnin aydınlaşdırılması tapşırılmış, məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, lakin sonradan onun məhkəmə iclaslarında iştirakı təmin edilməmiş, məhkəmə iclaslarının vaxtı və yeri barədə ona bildiriş göndərilməmişdir. Əgər məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatım olsa idi, məhkəmə iclaslarında iştirak edər, iddiaya qarşı qeyd etdiyim arqumentlərini irəli sürərdi, bununla da məhkəmə ədalətli qətnamə çıxarardı. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə qətnamənin iddianın təmin olunmasına dair hissəninin qanuniliyi və əsaslılığı apelyasiya baxışını predmetidir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, «Nissan Patrol» markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobil «xxxx» LŞ QSC-yə məxsusdur. Cavabdeh “Nissan Patrol” markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2014-cü il tarixdə Sumqayıt şəhəri, Sahil küçəsi ərazisində idarə edərkən yol nəqliyyat hadisəsi törədib, “Mercedes Benz E350” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh Azərbaycan Respublikası İXM-nin 101.1-ci maddəsi ilə təqsirli bilinərək, 40 manat inzibati cərimə olunmuşdur. xx xxxx 2014-cü il tarixdə Sumqayıt şəhəri, Sahil küçəsində baş vermiş sığorta hadisəsi nəticəsində “Mercedes Benz E 350” markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomobilə 15600 manat dəyərində maddi ziyan vurulmuşdur. “Azinterservis” tərəfindən tərtib edilmiş qüsur aktına əsasən, Mercedes Benz E 350 markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomobilə 15600 manat ziyan dəymişdir. xx.xx.2014-cü il tarixdə «xxxx» SŞ ASC tərəfindən VİP Leasinq MMC-yə 5000 manat ödəniş edilmişdir. xx xxxxxxxx 2014-cü il tarixdə azad olma məbləği və «xxxx» SŞ ASC tərəfindən ödəilmiş 5000 manat çıxıldıqdan sonra 10400 manat sığorta ödənişi verilmiş, bu barədə sığorta aktı tərtib edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 13212 saylı xx.xx.2018-ci il tarixli ekspert rəyinə əsasən, “Mercedes Benz E350” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmiş faizi tətbiq edilməklə təxminən 11575 manat müəyyən edilir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.2 və 1108.1-ci və İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 25.1, 25.1.3 və 25.1.8-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır (25.1.3); həmin Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda yaranır (25.1.8). Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır (63.1). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Kollegiya hesab edir ki, baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh Azərbaycan Respublikası İXM-nin 101.1-ci maddəsi ilə təqsirli bilindiyinə, iş materialları ilə vurulmuş zərərin məbləği sübuta yetirildiyinə və zərərə görə sığorta ödənişi həyata keçirildiyinə görə həmin məbləğin subroqasiya qaydasında tutulmasına dair iddianın qismən təmin olunmasına dair birinci nistansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Cavabdeh “Mercedes Benz E 350” markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə dəymiş zərərə görə 30000 manat pul verməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə apelyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-459/2018 saylı mülki iş üzrə xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1342/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1342/2021
09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver