Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1343/2023 15.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin sədri X13 Cavabdeh qarşı (Açar sözlər: subyektiv hüquq) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X20 (sədrlik edən və məruzəçi), X30 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, iddiaçı Heydərov Vəli Ağabala oğlu və onun vəkili-nümayəndəsi Vəkil1 Sabir oğlunun, Cavabdeh və onun vəkili Vəkil2, üçünçü şəxs X5 iştirakları ilə, iddiaçı “İşgəncələrə qarşı Azərbaycan Komitəsi”nin İctimai Birliyinin sədri Heydərov Vəli Ağabala oğlunun Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X31, X10, X39 və Ədliyyə Nazirliyi Ədliyyə sahəsində xidmətlər baş idarəsi) “qanuni təmsilçi olması barədə sənədlərin və qeydiyyatın ləğvi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7085/2019 saylı, 19 dekabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən 15 mart 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. “İşgəncələrə qarşı Azərbaycan Komitəsi”nin X37 Yığıncağının xx.xx.2018-ci il tarixli qərarından çıxarışdan görünür ki, Heydərov X26 Birliyin sədri seçilmişdir.
2. “İşgəncələrə qarşı Azərbaycan Komitəsi”nin X37 Yığıncağının xx.xx.2018-ci il tarixli protokolundan görünür ki, Heydərov X26 Birliyin sədri seçilmişdir.
3. xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 Reyestrindən çıxarışa əsasən, Cavabdeh ümumi yığıncağın xx.xx.2015-ci il tarixli qərarı və sənədləri ilə “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin idarə heyətinin sədri seçilmişdir. (Cavabdeh “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” X52 Heyətinin sədri seçilməsinə, Birliyin səlahiyyətli şəxsi hesab edilməsinə dair “İşgəncələrə qarşı Azərbaycan Komitəsi”nin X37 Yığıncağının xx.xx.2018-ci il tarixli protokolu, Cavabdeh “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” X52 Heyətinin sədri seçilməsinə, Birliyin səlahiyyətli şəxsi hesab edilməsinə dair “İşgəncələrə qarşı Azərbaycan Komitəsi”nin X37 Yığıncağının xx.xx.2017-ci il tarixli protokolu, Cavabdeh “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” X52 Heyətinin sədri seçilməsinə, Birliyin səlahiyyətli şəxsi hesab edilməsinə dair “İşgəncələrə qarşı Azərbaycan Komitəsi”nin X37 Yığıncağının xx.xx.2015-ci il tarixli protokolu).
4. xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 Reyestrindən çıxarışa əsasən, Cavabdeh ümumi yığıncağın xx.xx.2018-ci il tarixli qərarı və sənədləri ilə “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin idarə heyətinin sədri seçilmişdir. (Cavabdeh “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” X52 Heyətinin sədri seçilməsinə, Birliyin səlahiyyətli şəxsi hesab edilməsinə dair “İşgəncələrə qarşı Azərbaycan Komitəsi”nin X37 Yığıncağının xx.xx.2018-ci il tarixli protokolu).
5. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 Reyestrindən çıxarışa əsasən, Cavabdeh ümumi yığıncağın xx.xx.2020-ci il tarixli qərarı və sənədləri ilə “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin idarə heyətinin sədri seçilmişdir. (Cavabdeh “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” X52 Heyətinin sədri seçilməsinə, Birliyin səlahiyyətli şəxsi hesab edilməsinə dair “İşgəncələrə qarşı Azərbaycan Komitəsi”nin X37 Yığıncağının xx.xx.2020-ci il tarixli protokolu).
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin sədri Heydərov Vəli Ağabala oğlu Cavabdeh qarşı “qanuni təmsilçi olması barədə sənədlərin və qeydiyyatın ləğvi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh hüquqi şəxsin qanuni təmsilçisi olması barədə bütün sənədlərin etibarsız sayılması və Cavabdeh “İsgəncələrə Qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin sədri kimi qeydiyyatının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin sədri Heydərov Vəli Ağabala oğlunun nümayəndəsi və vəkili X40 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimati Birliyinin keçmiş sədri X32 13 noyabr 2015-ci il tarixdə vəfat etmişdir. Onun vəfatı ilə əlaqədar olaraq Komitənin Nizamnaməsinin müvafiq maddəsinə istinad edərək, eyni zamanda Elçin Behbudovun ölüm kağızına əsaslanaraq, Komitənin təsisçisi Pərviz Deyistani və bir neçə Komitə üzvü ilə birlikdə möhür və digər sənədlərin alınması üçün Elçin Behbudovun həyat yoldaşı Elmira Behbudovanın evinə getmiş, söhbət əsnasında Elmira Behbudova bildirmişdir ki, möhür, nizamnamə, reyestr və digər sənədlər itmişdir. Komitənin təsisçisi bu haqda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslər və X6 Dövlət Qeydiyyatı İdarəsinə 2016-cı ilin yanvar ayının 16-da məlumat verilmişdir. Eyni zamanda 23 yanvar 2016-cı ildə Respublika qəzetində möhür və sənədlərin itməsi barədə məlumat dərc olunmuş, bundan sonra yeni möhür alınmışdır. Eləcə də, Komitənin xx.xx.2018-ci il tarixdə 38 nəfər üzvü ilə keçirilmiş iclasında qərara alınmışdır ki, “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin təsisçilərindən biri və sədr olan X15 vəfatı ilə əlaqədar notarial qaydada ölüm haqqında şəhadətnaməyə əsasən sədrliyinə xitam verilsin. Heydərov Vəli Ağabala oğlu “İşgəncələrə qarşı Azərbaycan Komitəsi”nə sədr qəbul olunsun. Qurumun adından dəyişikliklərin dövlət qeydiyyatına alınması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət edilməsi səlahiyyəti Heydərov Vəli Ağabala oğluna verilsin. Sonradan Komitəyə məlum olmuşdur ki, heç də hər şey Elmira Behbudovanın bildirdiyi kimi deyilmiş. Belə ki, Elmira Behbudova möhür və digər sənədlərin itməsi fikrini məqsədli olaraq demişdir. Komitənin təsisçisi və üzvlərinin xəbəri olmadan Komitənin nizamnaməsini, eyni zamanda hal-hazırda qüvvədə olan qeyrihökümət təkilatları ilə bağlı qanunların müvafiq maddələrini kobud şəkildə pozaraq, heç kimlə hesablaşmadan, şəxsi mənafeyini üstün tutuaraq kürəkəni Cavabdeh “İşgəncələrə qarşı Azərbaycan Komitəsi" İctimati Birliyinin sədri təyin etmiş, onun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsində sədr kimi qeydiyyata alınmasına nail olmuşdur. Eyni zamanda xx.xx.2018-ci ildə “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin geniş iclası keçirilmiş və 54 nəfər yeni üzv qeydiyyata alınaraq təsdiq edilmişdir. Eyni zamanda 5 nəfərdən ibarət yeni idarə heyəti yaradılmışdır. Təsisçinin yəni, Deyistani Pərvizin təqdimatı və idarə heyətinin qərarı ilə yeni sədr iddiaçı, Heydərov Vəli Ağabala oğlu seçilmişdir. 19 iyul 2018-ci ildə möhür təsisçi Deyistani Pərviz tərəfindən iddiaçıya akt əsasında təhvil verilmişdir. Bütün bunlara baxmayaraq guya itmiş möhür hal-hazırda Cavabdeh tərəfindən qanunsuz olaraq sədr kimi istifadə edilir.
8. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, o, 2018-ci ilin iyul ayının 9-da seçilmişdir. Onlar müavin olmamışdır. Həmin vaxt ancaq Pərviz idi. O, 50 nəfərin iştirakı ilə komitəyə sədr seçilmişdir. Pərvizin iştirakı ilə seçilmişdir. Orada yeganə hüququ olan şəxs Pərviz idi. Pərviz Ədliyyə Nazirliyinə möhür vermiş, cavabdeh tərəfin möhürü qüvvədən düşmüşdür.
9. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, iddia tələbini qəbul etmir və yığıncağın qərarları ilə bağlı Ədliyyə Nazirliyinə müraciət etdiyini bildirmişdir. Digər tərəf Nazirliyə saxta sənədlər təqdim etmişdir, bununla bağlı onlara nazirlikdən məktub gəlmişdir. Komitənin üzvləri 2015-ci ilin dekabr ayında seçilmişdir. O, seçilərkən 22 nəfər komitə üzvləri iştirak etmişdir. İdarə heyətinin 4 üzvü iştirak etmişdir. Yığıncağın keçirilməsi ilə bağlı üzvlərə Sadiq Bayramov zəng edərək xəbər vermişdir. Elçin müəllimin vəfatından sonra tək səlahiyyətli şəxs Sadiq Bayramov olmuşdur. Sadiq Bayramov ona etibarnamə vermişdir.
10. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 izahat verərək bildirmişdir ki, iddia tələbi tamamilə əsassızdır. Onlar Nazirliyə saxta sənədlə müraciət etmişlər. Möhür həmişə yoldaşında və onda olurdu. Pərviz adlı şəxsi o, heç vaxt görməmişdir. İlk dəfə yoldaşının yasında görmüş, ondan sonra bir daha görməmişdir. Vəli adlı şəxsi heç vaxt görməmişdir, onu tanımır. Onun komitəyə heç bir aidiyyəti yoxdur. Komitə yaranandan hüquqi ünvan onların evidir. O komitənin müavinidir. Möhür də həmişə evlərində olmuşdur. Komitə ilə bağlı bütün sənədlər evlərinə gəlirdi.
11. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X39 izahat verərək bildirir ki, o, 2007-ci ilədən komitədə fəaliyyət göstərir. İddiaçının komitə ilə heç bir əlaqəsi yoxdur. Bu insanı 1-ci dəfədir ki, görür. Onların möhürü və sənədləri saxtadır. Komitədə təsisçi 3 nəfər olmuşdur. 2009-cu ildə Pərviz çıxmış, Elçin Behbudov isə vəfat etmişdir. Digər təsisçi Bayramov Sadiq isə Cavabdeh etibarnamə vermişdir.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X41 izahat verərək bildirmişdir ki, Behbudov Elçin 2015-ci ildə rəhmətə gedəndən sonra Elmira ilə danışmış, o da demişdir ki, sədr o olacaq. Komitənin içində parçalanma olmuşdur. Onlar 2015-ci ilin dekabr ayında iclas keçirmişlər. İclasda səs çoxluğu ilə Elşad Həmidov sədr seçilmişdir. Sonra Elmira demişdir ki, nizamnamə və möhür yoxdur, oğurlayıblar. O, yanvarda notariusa yazılı məktub göndərmişdir. Sonra qəzetə elan vermişdir. Axtarışa vermişlər, lakin yenə də tapılmamışdır. O, yeni möhür çıxarmışdır. Möhürün eskizini Ədliyyə Nazirliyinə göndərmişdir. Cavabdehlər etibarsız möhürlə necə iş görüblər?! Vəlini isə Elşad gətirmişdir. Elşad 2008-ci ildən Komitənin üzvüdür. Elşad səhhəti ilə bağlı işə gələ bilməyəndə Vəlini yerinə məsləhət görmüşdür. Elşad rəhmətə gedəndən sonra Vəli seçilmişdir. Əlavə olaraq bildirmişdir ki, 2002-ci ildən Komitənin üzvüdür, həm də təsisçisidir. Onun iştirakı olmadan iclasın keçirilib-keçirilməməsini bilmir. Möhürü istəməyi barədə rəsmi akt var. Turalın seçilməsi barədə ona məlumat verilməmişdir. Onların komitəsində heç bir təsisçi heç bir halda çıxarıla bilməz. Elçin ona 2009-cu ildə vəsiqə vermişdir. 2009-cu ildən sonra o da təsisçi kimi proseslərdə iştirak etmişdir. O, 2017-ci ildən həm təsisçi, həm də aparat rəhbəri kimi seçilmişdir.
13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 izahat verərək bildirmişdir ki, Elçinin sağlığında o, ora üzv olmuşdur. O, öləndən sonra kimin nə etdiyini bilmir. Həmin Komitəyə əslində Elçinin həyat yoldaşı seçilməli idi. Möhürün itib-itməməsini özləri bilər. Elşad öləndən sonra kimin seçilməsi barədə xəbəri yoxdur, nə də iştirak etməmişdir. Halhazırda komitənin üzvüdür. Vəsiqəsi 2019-cu ilin əvvəlində verilmişdir. Yeni sədrin seçilməsi barədə xəbəri yoxdur. Vəlinin seçilməsindən xəbəri yoxdur. Təsisçi Pərviz olmuşdur. Elşad olanda Pərvizi görməmişdir.
14. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahat verərək bildirmişdir ki, 2006-cı ildən bugünədək komitə rəhbəri olmuşdur. Elçin öləndən sonra hansı hadisələrin baş verdiyini bilmir. Elçinin 40-ı çıxandan sonra Pərvizlə Elçinin evinə getmişlər. Yoldaşı möhürün itdiyini demiş, onlar da yenisini almışdır. Turalın sədr seçilməsi ilə bağlı xəbəri yoxdur.
15. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahat verərək bildirmişdir ki, 2018-ci ilin əvvəlindən komitədə işləyir. Möhür itmiş, elan verilmiş, yeni möhür alınmışdır. Yeni sədr Vəli seçilmişdir. Turalın sədr seçilməsi ilə bağlı xəbəri yoxdur. Vəli sədr seçiləndə iştirak etməmişdir.
16. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin (X8) 2(004)-7085/2019 saylı xx.xx.2019cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
17. Məhkəmə qeyd etmişdir ki, X22 Komitənin möhür və sənədlərini tələb etmək, bu sənədlərin itməsi barədə akt tərtib etmək, həmçinin bununla əlaqədar Respublika qəzetində elan vermək kimi səlahiyyəti olmamışdır.
18. Belə ki, iş materiallarında olan xx.xx.2009-cu il tarixli “İşgəncələrə qarşı Azərbaycan Komitəsi”nin İdarə Heyətinin iclasının protokoluna əsasən, X2 təsisçisi sıralarından çıxarılması təklif edilmişdir.
19. Məhkəmə öz mövqeyini əsaslandırarkən Mülki Posessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir.
Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
20. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin (2(004)-7085/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.
21. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini yeganə əsası kimi İdarə Heyətinin xx.xx.2009-cu il tarixli qərarı ilə X22 İctimai Birliyin sırlarından xaric edilməsi ilə əsaslandırmışdır. İstinad edilən bu sənəd isə kserosurətdir, müvafiq qaydada təsdiq edilməmişdir.
22. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6032/2020 nömrəli, 17 avqust 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7085/2019 saylı, 19 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. (hakimlər Aida Hüseyn, (sədrlik edən və məruzəçi), Valeh Ağayev, Afaq Nuriyeva)
23. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, X41 2009-cu ildən İdarə Heyətinin üzvü olmadığından onun Komitənin möhür və sənədlərini tələb etmək, bu sənədlərin itməsi barədə akt tərtib etmək, həmçinin bununla əlaqədar “Respublika” qəzetində elan vermək kimi səlahiyyəti olmamışdır. Bunda başqa, iddianın əsaslı olmasına dair sübut da təqdim edilməmişdir.
Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6032/2020 nömrəli, 17 avqust 2020-ci il tarixli qətnaməsindən iddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər X34 (sədrlik edən və məruzəçi), X25 və X43) 2(102)-1624/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı “İşgəncələrə qarşı Azərbaycan Komitəsi İctimai Birliyinin sədri Heydərov Vəli Ağabala oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6032/2020 nömrəli, 17 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
26. Kollegiya öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsinin yeganə əsası kimi istinad etdiyi sübut – “İşgəncələrə qarşı Azərbaycan Komitəsi”nin İdarə Heyətinin xx.xx.2009-cu il tarixli iclası protokoludur ki, həmin protokol da kserosurətdir.
27. Başqa sözlə, birinci instansiya məhkəməsi təsisçi X22 təşkilatın sıralarından xaric edilməsi və bu əsasla onun Komitənin möhür və sənədlərini tələb etmək, bu sənədlərin itməsi barədə akt tərtib etmək, həmçinin bununla əlaqədar “Respublika” qəzetində elan vermək kimi səlahiyyəti olmaması barədə işin halını kserosurət olan sübutla müəyyən etmişdir.
28. Kollegiya bildirmişdir ki, iddiaçı apellyasiya şikayətində kserosurətin sübut kimi qəbul edilməsinin düzgün olmamasını vurğulasa da, apellyasiya məhkəməsi iddiaçının bu dəlilinə qiymət verməmiş, birinci instansiya məhkəməsinin etdiyi səhvi təkrarlayaraq özü də həmin sübuta isitnad etmişdir.
29. Kollegiya bundan başqa qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən heç bir maddi hüquq normasına istinad etməmiş, apellyasiya məhkəməsi də buna diqqət yetirməmişdir. Qeyd edilən maddi və prosessual hüquq normalarının pozuntusunu məhkəmə kollegiyası qətnamənin ləğvi üçün əsas hesab etmişdir.
30. Kollegiya öz mövqeyini əsaslandırarkən MPM-in 14.2, 77.1, 89.1, 89.3-cü maddələrinə istinad etmişdir.
Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
31. İddiaçı Vəli Heydərov və vəkil Elçin Əliyev apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etmişlər və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat vermişlər.
32. Cavabdeh və onun vəkili Vəkil2 apellyasiya baxışının əvvəlki iclaslarında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş və Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verərək bildirmişlər ki, iddiaçı tərəf Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslər və X6 Dövlət Qeydiyyatı İdarəsinə saxta sənədlər təqdim etmişdir. Bununla bağlı onlara həmin İdarədən məktub gəlmişdir. Birliyin üzvləri 2015-ci ilin dekabr ayında seçilmişdir. Cavabdeh seçilərkən Birliyin 22 nəfər üzvləri iclasda iştirak etmiş, Birliyin 4 üzvü isə iclasda iştirak etməmişlər. Yığıncağın keçirilməsi ilə bağlı üzvlərə Sadiq Bayramov zəng edərək xəbər vermişdir. Belə ki, Birliyin sabiq sədri Elçin Behbudovun vəfatından sonra tək səlahiyyətli şəxs S.Bayramov olmuşdur. S.Bayramov isə öz növbəsində Cavabdeh etibarnamə vermişdir.
33. Apellyasiya baxışının əvvəlki iclaslarında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Elmira Behbudova izahat verərək bildirmişdir ki, iddia tələbi tamamilə əsassızdır. İşgəncələrə Qarşı Azərbaycan Komitəsi İctimai Birliyi onun əri X32 tərəfindən yaradılmışdır. X44 sədri, sədrin müavini isə o özü olmuşdur. Birlik yaranandan hüquqi ünvan onların yaşadıqları ev olmuşdur. Birliyin möhür də həmişə evlərində olmuşdur. Komitə ilə bağlı bütün sənədlər evlərinə gəlirdi. Elçin Behbudov xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Bundan sonra o özü və Birliyin digər üzvləri Birliyin ümumi yığıncağını keçirərək onun kürəkəni olan Cavabdeh Birliyin sədri seçmişlər. Həmin ərəfədə onlara məlum olmuşdur ki, Vəli Heydərov və Pərviz Deyistani birləşərək Birliyə məxsus sənədləri saxtalaşdırmış və saxta sənədlə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslər və X6 Dövlət Qeydiyyatı İdarəsinə müraciət etmişlər. O, Pərviz Deyistanini əvvəllər tanımırdı və ümumiyyətlə görməmişdir. Pərviz Deyistani ilk dəfə ərinin yasında görmüş, ondan sonra bir daha görməmişdir. Vəli Heydərovu heç vaxt görməmişdir və onu tanımır. X45 heç bir aidiyyəti yoxdur.
34. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X14 və X35) 2(103)-293/2022 saylı xx.xx.2022ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 dekabr 2019-cu il tarixli qətnamə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı İşgəncələrə Qarşı Azərbaycan Komitəsi İctimai Birliyinin sədri X13 Cavabdeh qarşı “hüquqi şəxsin qanuni təmsilçisi olması barədə bütün sənədlərin etibarsız sayılması və qeydiyyatın ləğvi tələbi barədə” iddiası təmin edilmiş, Cavabdeh İşgəncələrə Qarşı Azərbaycan Komitəsi İctimai Birliyinin qanuni təmsilçisi və sədri olması barədə sənədlərin etibarsız hesab edilməsi və onun Birliyin sədri kimi qeydiyyatının ləğv edilməsi qət edilmişdir.
35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, xx.xx.2009-cu il tarixli iclas protokolu mötəbər sübut hesab oluna bilməz və işə baxmış birinci instansiya məhkəməsi həmin sənədə istinad etməklə səhvə yol vermişdir. Belə ki, qeyd olunan bu protokol kserosurət olmaqla qanunla müəyyən olunmuş qaydada təsdiq edilməmişdir.
36. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı X16 cavabdeh “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinə qarşı “protokolun etibarsız hesab edilməsi tələbi barədə” iddiası Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə (İş № 2(004)-375/2021) əsasən təmin edilmiş, xx.xx.2009-cu il tarixli iclas protokolunun etibarsız hesab edilməsi qət edilmişdir. Verilmiş şikayətlər yuxarı instansiya məhkəmələri tərəfindən təmin edilməmiş, sonda Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi (İş № 2(004)-375/2021) qanuni qüvvəsini almışdır.
37. MPM-nin 82.3-cü maddəsini nəzərə alan məhkəmə qeyd etmişdir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-375/2021 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə hazırki iş üçün preyudisial xarakter daşıyır. Qeyd edilən qətnamədən görünür ki, həmin protokolun əsli təqdim olunmamış, iddiaçı tərəf isə protokolun mövcudluğunu mübahisələndirmişdir. Həmçinin, Mülki Məcəllədə hüquqi şəxsin təsisçisinin öz iradəsi ziddinə təsisçilikdən xaric edilməsi istisna olunur və nizamnamədə belə müddəa olsa belə, qanunun tələbinə və ruhuna zidd olmaqla əhəmiyyətsizdir. Həmçinin, qeyd edilən dəlillərdən başqa iddiaçı müvafiq dövlət qurumunun (Ədliyyə Nazirliyinin) qeydiyyatında hal-hazırda təsisçi qismində gedir və onun hüquqlarının həyata keçirilməsinə maneə yaradıla bilməz.
38. Beləliklə, məhkəmə kollegiyası qeyd etmişdir ki, xx.xx.2018-ci il tarixdə İctimai Birliyin geniş iclası keçirilmiş və 54 nəfər yeni üzv qeydiyyata alınaraq təsdiq edilmişdir. 5 nəfərdən ibarət yeni İdarə Heyəti yaradılmışdır. Təsisçi olan (səlahiyyətli şəxs) Pərviz Deyistaninin təqdimatı və İdarə Heyətinin qərarı ilə yeni sədr Vəli Heydərov seçilmişdir. Bu baxımdan Cavabdeh hüquqi şəxsin qanuni təmsilçisi olması barədə sənədlər etibarsızdır və onun sədr olması barədə qeydiyyat ləğv edilməlidir.
39. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 337, Mülki Prosessual Məcəllənin 82.3 və 89-cu maddələrinə istinad etmişdir.
Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
40. Cavabdeh (vəkil X17) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-293/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
41. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun 9.1. və 9.3.-cü maddələrini tətbiq edərək iddiaçının belə bir iddia ilə çıxış etməyə subyektiv hüququnun olmaması üzrə iddianın mümkünsüzlüyü və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul etməli olduğu halda bunu etməmişdir. Belə ki, iddiaçı Heydərov Vəli Ağabala oğlunun “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” İB-nin sədri Cavabdeh qarşı “qanuni təmsilçi olması barədə sənədlərin və qeydiyyatın ləğvi” iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamışdır. Belə ki, Ədliyyə Nazirliyində “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İB sədri kimi Cavabdeh qeydə alınıb və bu, Ədliyyə Nazirliyi tərəfindən verilmiş Qeyri X9 Reyestrindən çıxarışlar və digər sənədlərlə təsdiq edilir. İddiaçıların “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” İB adından təqdim etdiyi protokollar və digər sənədlər isə qanunsuz sənədlərdir və bunların heç biri Ədliyyə Nazirliyində qeydə alınmayıb. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun 9.1.-ci maddəsinə görə, hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin qanunun 9.3.-cu maddəsinə görə, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. Beləliklə, göstərilənlərdən çıxış edərək hesab edirik ki, iddiaçı Heydərov Vəli Ağabala oğlunun “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” İB adından çıxış etmək və “qanuni təmsilçi olması barədə sənədlərin və qeydiyyatın ləğvi” tələbinə dair iddia tələbi ilə çıxış etmək hüququ olmamışdır. Nəzəri olaraq hesab edilsə ki, iddiaçının bu iddia tələbi ilə çıxış etmək hüququ olub, hətta bu halda da iddia tələbi rədd edilməlidir. Belə ki, Cavabdeh “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” İB-nin qanuni təmsilçi olması barədə sənədləri və onun qeydiyyatı qanunun tələblərinə uyğun olub və bu barədə Ədliyyə Nazirliyi tərəfindən X1 Reyestrindən çıxarışlar verilib. Bunu təsdiq edən sənədlər məhkəməyə təqdim edilib. Lakin, məhkəmə bütün bunlara əhəmiyyət verməmiş, tətbiq edilməli hüquq normasını tətbiq etməmiş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
42. Kassator qeyd etmişdir ki, məhkəmə bu iş üzrə iddia tələbini bundan əvvəlki digər məhkəmə işi üzə “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İB-nin üzvü X22 “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinə qarşı “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” İB İdarə Heyətinin müvafiq protokolunun etibarsız hesab edilməsi barədə məhkəmə işi ilə əlaqələndirmiş və həmin işə Ali Məhkəməsində baxılıb başa çatanadək iş üzrə icraatı dayandırmışdır. Hesab edir ki, yuxarıda qeyd edilən iddia tələbinin bu iddia tələbi üzrə məhkəmə işi ilə heç bir bağlılığı yoxdur. Belə ki, “qanuni təmsilçi olması barədə sənədlərin və qeydiyyatın ləğvi” ilə bağlı iddia tələbi üzrə “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” X54 Yığıncağının protokolu və digər sənədləri mübahisələndirilir, “protokolun etibarsız hesab edilməsi barədə” iddia tələbində isə, “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” X52 Heyətinin protokolu mübahisələndirilir. Burada iddiaçılar da və iddianın predmeti də başqadır. Ona görə də bu iş üzrə icraatın bundan əvvəl AR Ali Məhkəməsində baxılan yuxarıda qeyd edilən iddia tələbi ilə heç bir əlaqəsi olmadığından bu məhkəmə icraatı dayandırıla bilməzdi və məhkəmə araşdırılması üzrə bu işi həmin işlə əlaqələndirə bilməzdi. Ona görə də məhkəmə iş üzrə Mülki Prosessual Məcəlləsinin 254.2-ci maddəsini tətbiq etməli olmadığı halda bunu tətbiq etmişdir.
43. Kassator daha sonra qeyd etmişdir ki, məhkəmə işdə olan sübutları hərtərəfli və obyektiv araşdırmayıb. Cavabdeh və onun vəkili tərəfindən cavabdehin seçilməsinin qanuniliyi sübut edən kifayət qədər sənədlər təqdim edilsə də, məhkəmə öz qətnaməsində bunlara əhəmiyyət verməyib və işi birtərəfli qaydada səthi olaraq iddiaçının xeyrinə araşdırıb. Məhkəmə işə o qədər səthi yanaşıb ki, hətta qətnamədə göstərib ki, “İddiaçı Birliyin sədri Vəli Heydərov və vəkil Elçin Əliyev apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdilər və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdilər.”(Qətnamənin 3-cü səhifəsinin birinci abzası). Halbuki, Elçin Əliyev iddiaçının əvvəlki məhkəmə proseslərində iddiaçının vəkili olub və o, vəfat etdiyindən sonrakı məhkəmə iclaslarında iddiaçının vəkili Vəkil1 olmuşdur.
44. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər X23 (məruzəçi), X42 və X18) 2(102)-5145/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 aprel 2022-ci il tarixli, 2(103)-293/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
45. Kassasiya instansiya məhkəməsi gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, iddiaçı tərəf təsisçi və ya ictimai birliyin üzvü olaraq deyil, İctimai Birliyin sədri olaraq Birliyin adından hazırkı iddia tələbini irəli sürür. Belə olan halda artıq iddia tələbi irəli sürülərkən İctimai Birliyin sədri olan cavabdehin dövlət qeydiyyatına alınması halında Vəli Heydərovun birliyin adından tələb irəli sürmək üçün subyektiv hüququnun olub-olması ilkin olaraq araşdırılmalı idi.
46. Halbuki iş materiallarından aydın olur ki, Hüseynov X19 ümumi yığıncağının qərarı və sonra təkrar qərarı əsasında sədr seçilmiş, iddiaçının tələbi isə onun onun qanuni təmsilçi olması barədə bütün sənədlərin etibarsız sayılması ilə bağlıdır. Belə ki, yaranmış vəziyyətdə işə baxan məhkəmələr həmçinin iddiaçının tələbləri üzrə dəqiqləşmə aparmalı, məhz onun hansı sənədlərin etibarsızlığını tələb etməsi aydınlaşdırılmalı, onun ümumi yığıncağın qərarının mübahisələndirmək üçün hüquqa malik olub-olmamasını müzakirə etməli idi. Kollegiya tərəfindən həmçinin Sadiq Bayramovun və müvafiq qeydiyatı aparan orqan olan Ədliyyə Nazirliyinin müvaviq idarəsinin üçüncü şəxs olaraq işə cəlb olunması zəruri olduğu qeyd edilmişdir.
47. Ümumiyyətlə apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsinin yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermədiyi müəyyən olunmuşdur. Çünki işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin baxılan iş üzrə preyudisial əhəmiyyətə malik olduğu qənaətinə gəlməklə Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin tələblərini düzgün təfsir etməmiş və bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeləri nəzərə almamışdır.
48. Kollegiya öz mövqeyini əsaslandırarkən MM-in 43.1, 43.6, 47.2, 49.1, 114.1, 114.2, 114.3, “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyul 2008-ci il tarixli qərarına, Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında qanunun 9.1, 9.3 -cü maddələrinə, MPM-nin 14.2, 77.1, 77.3, 82.3, 88, 407.2, 416.1, 418.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Üçüncü apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar
49. Üçüncü apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən iddiaçı Heydərov Vəli Ağabala oğlu və onun vəkili-nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, şikayətdə qeyd edilən məzmuna uyğun izahat verərək Bakı şəhər Yasamal Rayon Məhkəməsinin (2(004)-7085/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə əsasən, qətnamənin ləğv, iddianın təmin olunması yəni Cavabdeh hüquqi şəxsin qanuni təmsilçisi olmasına dair bütün sənədlərin etibarsız sayılması və onun “İsgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin sədri kimi qeydiyyatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
50. Üçüncü apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmiş əlavə olaraq bildirmişdir ki, Heydərov Vəlinin “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin adından çıxış etməyə subyektiv hüququ yoxdur. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9-cu maddəsinə əsasən, hüquqi şəxslərin təsis sənədlərində edilən dəyişikliklər yalnız müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmalıdır. Əgər bu dəyişikliklər qeydiyyatı aparılmayıbsa heç bir şəxs hüquqi şəxsin adından çıxış edə bilməz. İclasın keçirilməsi, protokolun verilməsi, Ədliyyə Nazirliyinə müraciət edilməsi o demək deyildir ki, şəxs bu təşkilatın təmsilçisidir. Sənədlər təsis sənədlərindəki dəyişiklik yalnız dövlət qeydiyyatına alındıqdan sonra hüquqi əhəmiyyət kəsb edir. Həmin vaxt isə “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin təsisçisi kimi Cavabdeh qeydiyyatda alınmışdır. Bu təşkilatın adından Cavabdeh çıxış edə bilər. Ali Məhkəmənin mövqeyi çox düzgün və əsaslıdır. Heydərov Vəlinin “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin sədri kimi çıxış etmək hüququ yoxdur, çünki bu dəyişiklik qeydiyyata alınmamışdır. Şəxsin subyektiv hüququ olmadığı halda işə məhkəmədə baxıla bilməzdi. İşə əvvəlcə apellyasiya məhkəməsində baxılan zamanda bildirmişik ki, tələb düzgün deyildir. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə nəticəsi cavabdehin xeyrinə olsa da, qətnamənin hüquqi əsaslandırması ilə razı deyildir.
51. Üçüncü apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən cȧvabdeh Cavabdeh vəkilinin verdiyi izahatı ilə eyni məzmunlu izahat verərək apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
52. Üçüncü apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 izahat verərək bildirmişdir ki, iddia tələbi tamamilə əsassızdır. Onlar Nazirliyə saxta sənədlə müraciət etmişlər. Möhür həmişə yoldaşında və onda olurdu. Vəli adlı şəxsi heç vaxt görməmişdir, onu tanımır. Onun komitəyə heç bir aidiyyəti yoxdur. Apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
53. Digər mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən özlərin və ya nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən maddi hüquq normaları:
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
54. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
55. 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.
56. 43.6-cı maddəsinə əsasən, qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər.
57. 47.2-ci maddəsinə əsasən, hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir. Qeyri-kommersiya hüquqi şəxsinin nizamnaməsində onun fəaliyyətinin predmeti və məqsədləri müəyyənləşdirilir. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının nəzərdə tutulmasına yol verilmir.
58. 48.1-ci maddəsinə əsasən, hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir.
59. 49.1-ci maddəsinə əsasən, hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir.
60. 49.2-ci maddəsinə əsasən, hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər.
61. 114.4-cü maddəsinə əsasən, ictimai birliklərin ayrı-ayrı növlərinin xüsusiyyətləri və hüquqi vəziyyəti bu Məcəllə ilə və qanunvericiliklə müəyyənləşdirilir.
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun
62. 8.2-ci maddəsinə əsasən, dövlət qeydiyyatına alınması üçün ərizə və ona əlavə edilməli olan sənədlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən baxılması üçün qəbul edilir və 30 gün müddətində onların Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğunluğu yoxlanılır. Müstəsna hallarda yoxlama zamanı əlavə araşdırma aparılması zərurəti yarandıqda, bu müddət daha 30 günə qədər artırıla bilər.
63. 9.1-ci maddəsinə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır.
64. 9.3-cü maddəsinə əsasən, bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin
65. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
66. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
67. 77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
68. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyə əsasən “.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”
Apelyasiya baxışının hədləri
70. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
71. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
72. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
73. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
İşə üçüncü apellyasiya baxışı apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
74. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir.
75. Belə ki, iddiaçı ictimai birliyin təsisçisi və ya üzvü qismində deyil, sədri və təmsilçisi olaraq ictimai birliyin adından məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdə keçirilmiş “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin iclasında 5 nəfərdən ibarət yeni idarə heyəti yaradıldığına, təsisçi Deyistani Pərvizin təqdimatı və idarə heyətinin qərarı ilə özünün yeni sədr seçildiyinə, 19 iyul 2018-ci ildə isə möhürün təsisçi Deyistani Pərviz tərəfindən akt əsasında ona təhvil verildiyinə istinad etmişdir.
76. Onun müraciət etdiyi iddia Cavabdeh hüquqi şəxsin qanuni təmsilçisi olmasına dair bütün sənədlərin etibarsız sayılması və onun “İsgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin sədri kimi qeydiyyatının ləğv edilməsi barədə olmuşdur.
77. İlk növbədə qeyd olunmalıdır ki, hüquqi şəxslərin dövlət reyestri dedikdə, Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusu başa düşülür.
78. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9.1-ci maddəsi hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınmasını tələb edir. Həmin Qanunun 9.3-cü maddəsinə əsasən, hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir.
79. Bu normanın təhlili onu deməyə əsas verir ki, hüquqi şəxsə dair qeydə alınmış hər hansı məlumatların dəyişməsi, bu dəyişikliyin qeydiyyata alınmasına səbəb olan hüquqi faktdır. Hüquqda faktlar dedikdə, hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Beləliklə hər yeni qanuni təmsilçi barədə məlumat qeyd alınana qədər, əvvəlki qanuni təmsilçilik qüvvədədir. Bununla əlaqədar həmçinin qeyd edilməlidir ki, reyestr məlumatları formal vəziyyəti, deyil, hüquqi şəxslərə münasibətdə real olan, qeydiyyat məlumatlarında hüquqi cəhətdən işlək vəziyyətin əks etdirilməsinə xidmət edir.
80. İş materiallarından göründüyü kimi Cavabdeh ümumi yığıncağın qərarına əsasən “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” X52 Heyətinin sədri seçilməsi və səlahiyyətli şəxsi hesab edilməsi barədə məlumat ilkin olaraq xx.xx.2018-ci il tarixdə, daha sonra isə təkrar olaraq xx.xx.2018-ci il və xx.xx.2020-ci il tarixlərində qeydiyyata alınmışdır.
81. Belə olan halda müəyyən edilir ki, iddiaçı “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin sədri seçilərkən (iddia etdiyinə görə) və yaxud da məhkəməyə müraciət edərkən cavabdeh həmin hüquqi şəxsin sədri və qanuni təmsilçisi olmuş, iddiaçının istinad etdiyi məlumatların isə müvafiq dövlət qurumunda qeydiyyata alınmadığı müəyyən edilmişdir. Bu hal o qənaətə gəlməyə əsas verir ki, iddiaçının ictimai birliyin sədri və təmsilçisi kimi qəbul edilməsi, onun birlik adından məhkəməyə müraciət və ya digər hüquqi hərəkətlər etməsi üçün hüquqi əsası yoxdur.
82. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. 83.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyə əsasən “.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”
84. Beləliklə pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə o zaman yol verilə bilər ki, iddiaçının müvafiq subyektiv hüququnun mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edilmiş olsun. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia, buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından rədd olunmalıdır. Belə ki, “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” X3 6.12-ci bəndinə əsasən birliyi təmsil etmək, onun adından müqavilələr bağlamaq və etibarnamə vermək idarə heyətinin sədrinin səlahiyyətlərinə aiddir.
85. İddianın rədd edilməsi qənaətinə gəlməsinə baxmayaraq kollegiya yuxarıda qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, məhkəmə, Birliyin sədri olan cavabdehin səlahiyyətləri dövlət qeydiyyatına alınması halında, iddiaçının hazırki iddianı İctimai Birliyin adından irəli sürmək üzrə subyektiv hüququnun malik olub-olmamasını araşdırmalı olduğu halda bunu etməmiş, iddianı rədd edərkən heç bir maddi hüquqa istinad etməmiş, gəldiyi nəticəni X22 təşkilatın sıralarından xaric edilməsi ilə əlaqələndirmişdir.
86. Kollegiya iddiaçının həm verdiyi iddia ərizəsində, həm də apellyasiya şikayətində birinci instnasiya məhkəməsi ilə yanaşı, lakin bir qədər fərqli olaraq, yəni əksinə X22 birliyin təsisçilərindən biri olduğuna, sıralarından qanunsuz şəkildə çıxarıldığına istinad etməsini nəzərə alaraq qeyd etməyi zəruri sayır ki, X22 “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin təsisçiliyindən çıxarılmış və ya daha sonra bərpa olunmuş olmasının, iddiaçının ictimai birliyin sədrliyi-təmsilçiliyi qanunla nəzərdə tutulan qaydada dövlət qeydiyyatına alınması üçün müvafiq əsasların mövcudluğu yoxlanılmadığı və bu dəyişikliyin qeydiyyata alınmadığı halda, hazırki iddia üzrə subyektiv hüququn əmələ gəlməsinə təsiri yoxdur.
87. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instnasiya məhkəməsinin iddianın rədd edilməli olması barədə nəticəyə gəlməklə haqlı olsa da, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Çünki məhkəmə tərəfindən ilk öncə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması yoxlanılmalı, iddianın buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırılması nəticəsinə gəlindiyi təqdirdə sübutlar araşdırılmadan və işin hallarına mahiyyəti üzrə hüquqi qiymət verilmədən, iddia, tələbi ilə əlaqədar iddiaçını müvafiq subyektiv hüququn sahibi kimi qəbul etməyin mümkün olmaması səbəbilə rədd edilməli idi.
88. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
89. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-7085/2019 saylı, 19 dekabr 2019cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı “İşgəncələrə qarşı Azərbaycan Komitəsi”nin İctimai Birliyinin sədri Heydərov Vəli Ağabala oğlunun Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X31, X10, X39 və Ədliyyə Nazirliyi Ədliyyə sahəsində xidmətlər baş idarəsi) “qanuni təmsilçi olması barədə sənədlərin və qeydiyyatın ləğvi” tələbinə dair iddiası rədd edilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Heydərov Vəli Ağabala oğluna aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fərrux Qasımov Fuad Abdıyev