Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1344/2024 26.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Səbail Rayon Məhkəməsinin 2(009)-2106/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh5 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı - cavabdehlər Cavabdeh6, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh7, Cavabdeh4 və Cavabdeh1 qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh6 489,43 manat məbləğində, Cavabdeh2 234 manat məbləğində, Cavabdeh5 2180,50 manat məbləğində, Cavabdeh3 1372 manat məbləğində, Cavabdeh7 1591,60 manat məbləğində, Cavabdeh4 345,78 manat məbləğində, Cavabdeh1 215 manat məbləğində pulun və cavabdehlərdən müştərək qaydada 84,30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(009)-2106/2023 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilmişdir. Cavabdeh5 xx.xx.2023-cü il tarixdə həmin qətnamədən “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə apellyasiya şikayəti vermişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-2106/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı (hakim İlkin Rüstəmli) ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(009)-2106/2023 saylı qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh5 tərəfindən verilmiş şikayət Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki iş materiallarından görünür ki, Cavabdeh5 xx.xx.2023-cü il tarixdə, saat 16:21-də “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində qeydiyyatdan keçmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(009)-2106/2023 saylı qətnaməsi ona məxsus elektron kabinetə xx.xx.2023-cü il tarixdə, saat 10:25-də yerləşdirilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Beləliklə, Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(009)-2106/2023 saylı qətnaməsi Cavabdeh5 məxsus elektron kabinetə xx.xx.2023-cü il tarixdə yerləşdirilməsinə baxmayaraq, onun tərəfindən apellyasiya şikayəti isə MPM-in 360-cı maddəsinə əsasən, 1 ay müddətində verilməli olduğu halda, xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmiş və bununla da şikayət vermək üçün qanunda nəzərdə tutulmuş 1 aylıq müddət ötürülmüşdür. Bu baxımdan, Cavabdeh5 apellyasiya şikayətini müddət ötürməklə verdiyindən, rayon məhkəməsi onun apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qərardaddan verilmiş şikayəti təmin etməməkdə haqlı olmuşdur, şikayət əsassız, qərardad isə qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Səbail Rayon Məhkəməsinin 2(009)-2106/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1344/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1344/2024
26.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver