Məhkəmə qərarları › İş №2(103)-1348/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1348/2025

11.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1348/2025 11.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, Cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “cavabdehin Tik-tok sosial şəbəkəsində üzr istəməsi və pul tələbinə dair”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı, "xxxx" QSC üçüncü şəxs olmaqla “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4085/2024 nömrəli 05 dekabr 2024-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “cavabdehin Tik-tok sosial şəbəkəsində üzr istəməsi və pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, sonradan iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmiş və həmin ərizə xx.xx.2024-cü il tarixdə icraata qəbul edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehn cavabdeh İddiaçı qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında pul borcu ilə bağlı münasibətlər yaranmış, İddiaçı böyrəyinin Cavabdeh verilməsi ilə bağlı sonuncudan bir qədər pul almışdır. Lakin, Cavabdeh həmin borcun əvəzində hədə-qorxu ilə 106.000 manat pul almışdır. Odur ki, Cavabdeh 106.000 manat pul, 4000 manat mənəvi zərərin tutularaq iddiaçıya ödənilməsi və “Tik-tok” sosial şəbəkəsində üzr istənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh böyrək çatışmazlığından əziyyət çəkir. O, böyrək donoru qismində qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə tanış olmuş və onunla səmimi dost münasibətləri yaranmışdır. Böyrək köçürməsi ilə bağlı tərəflər İras İslam Respublikasında da olmuşlar. Lakin, böyrək köçürməsi baş tutmamışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilə bu dövrdə daha da yaxınlaşmış və böyrək verəcəyi vədi ilə səmimi münasibətlər zamanı ona "xxxx" QSC-dən 117.000 manat kredit götüməklə və özünə məxsus 75.000 manat vəsaiti verməklə ümumilikdə 192.000 manat pul vermişdir. Odur ki, həmin vəsaitin geri qaytarılması xahiş edilir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4085/2024 nömrəli 29 noyabr 2024-cü il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddialar təmin edilməmiş, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Qətnamədən ilkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1348/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmiş və şikayət apellyasiya icraatına qəbul edilmişdir. Hazırda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli sorğusu məhkəməyə daxil olmuşdur. Sorğuda mübahisələndirilən qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verildiyi qeyd edilmişdir. Daxil olmuş apellyasiya şikayəti üzrə müvafiq prosessual hərəkətlərin icra edilməsi məqsədi ilə mülki işin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılması xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçı və cavabdehin nümayəndəsi-vəkili mülki işin baxışdan çıxarılaraq, birinci instansiya məhkəməsinə qaytarılmasına etiraz etmədiklərini bildirdilər. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış üçüncü şəxs "xxxx" QSCnin nümayəndəsi məhkəmə iclasına gəlmədiyinə görə, işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, qətnamədən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 360-364-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apellyasiya baxışından çıxarılaraq həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 364.1-ci maddəsinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, iş üzrə qəbul edilmiş qətnamədən verilmiş apellyasiya şikayətinin mülki prosessual normalara uyğun verilib-verilməməsinin yoxlanılması həmin qətnaməni qəbul etmiş birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir. MPM-in 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4085/2024 nömrəli 05 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş şikayətin icraata qəbul olunması barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1348/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı qərardadı ləğv olunsun, qətnamədən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə mülki iş apellyasiya baxışından çıxarılaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar