Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-135/2022 28.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-437/2020 saylı işi üzrə 28.08.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən mənzildən ona məxsus 32 saylı mənzilə su axıdılması nəticəsində vurulmuş maddi ziyana görə 4000 manat, müalicəsinə xərclədiyi 1200 manat, mənəvi ziyana görə 10 000 manat və dövlət rüsümu kimi ödədiyi 30 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instnasiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki; Azərbaycan Respublikasının Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi rətəfindən verilmiş 05.11.1994-cü il tarixli Qeydiyyat Vəsiqəsi ilə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur; - 08.06.2019cu il tarixli aktla Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi, 113 saylı evin 32 saylı mənzilinə yuxarı mərtəbədəki 35 saylı mənzilindən suyun sızması müəyyən olunur; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 aprel 2020-ci il tarixli, 756 N°-li ekspert rəyi ilə aparılmış tədqiqat nəticəsində, Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi, 113 saylı evin, 32 saylı mənzilinin tavanında və divarlarında su sızma ləkələrinin, eləcə də mülki işin materiallarında olan, 54 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş, 08.06.2019-cu il tarixli aktın məlumatlarına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi, 113 saylı evin 32 saylı mənzilinə yuxarı mərtəbədəki 35 saylı mənzilindən suyun sızması müəyyən olunur. ünvan 3 ünvanında yerləşən mənzilinin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 1567 manat məbləğində olduğu müəyyən edilir (iş.səh.7, 8, 43) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-437/2020 saylı işi üzrə 28.08.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Abdullayeva (Qurbanova) Tükəz Şulan qızından ünvan 4 ünvanında yerləşən mənzilinə su sızması nəticəsində dəymiş zərərin əvəzi olaraq - 1567 manat və 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun Abdullayeva (Qurbanova) Tükəz Şulan qızından tutularaq hesabına keçirilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1097.3, 1111.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-ci maddələrinə istinadən qeyd edilmişdir ki, mülki hüquq pozuntusu nəticəsində maddi məsuliyyətin yaranması və zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, həmin zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.Göründüyü kimi, hazırda iddiaçıya cavabdeh tərəfindən maddi ziyanın vurulduğu, habelə cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulduğu və bu hərəkətlərlə ziyanın arasındakı səbəbli əlaqənin mövcudluğu sübut olunur. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə görə vurulmuş zərər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.Məhkəmə baxışı zamanı aparılmış ekspertiza ilə vurulmuş zərərin həcmi 1567 manat müəyyən edildiyindən, iddia tələbi qismən təmin edilməli, cavabdeh tərəfindən vurulmuş zərərin əvəzi olaraq 1567 manat iddiaçının xeyirinə tutulmalıdır.İddiaçı onun müəlicəsi ilə bağlı çəkilmiş xərclərlə, həmçinin dəymiş maddi ziyan ilə bağlı müəlicə alması ilə bağlı hər hansı sübut təqdim etmədiyindən iddia tələbini həmin hissədə əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 2(005)-437/2020 saylı Qətnaməsini ləğv edib göstərdiyi sübutların araşdırmasının nəticəsinə uyğun yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətindəAzərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 106.1, 217.1 -ci və 217.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmənin həmin qətnaməsini qanunsuz və ədalətsiz hesab edir. Qənaətimə qörə birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyətli olan əsaslı faktları araşdırmadan iddiaçı tərəfin mənafeini təmin etməklə hüquqları pozulmasına səbəb olan əsassız qətnamə qəbul edilmişdir. Belə ki, idddiaçı İddiaçı iddiasında göstərmişdir ki, mənzildən 2019-cu ilin aprel-may aylarında ona məxsus olan alt mərtəbədə, yerləşən mənzilə su sızması nəticəsində evi yararsız hala düşmüş və su sızmaları hələ də davam etməkdədir. Bu barədə o ərazi üzrə 54 saylı MKİS-ə müraciət etdikdən sonra 08.06.2019-cu il tarixli akt tərtib edilmişdir. O, həmin aktın tərtib olunmasından xəbərsiz olmuş və bu barədə məhkəmə prossesində məlumat almışdır.Birinci instansiya məhkəməsinin hakimi məhkəmə prossesində onun sərbəst çıxışına imkan yaratmasa da iddia tələbini qəbul etmədiyini bildirmir. Məhkəmə baxışı zamanı iş üzrə müvafiq ekspertiza təyin edilmişdir. Lakin ekspertlər iddiaçının və mənzilinə baxış keçirsələr də ətrafı araşdırma aparmadan 54 saylı MKİS-in ona görə çox səthi və birtərəfli yanaşma ilə tərtib etdiyi 08.06.2019-cu il tarixli aktı əsas götürərək faktiki halları əks etdirməyən rəy vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskpertizası Mərkəzinin 22.04.2020-ci il tarixli, 756 saylı ekspert rəyi ilə sonuncu məhkəmə iclasında tanış olmuşdur. Savadsız olduğundan qanunlardan xəbərsizdir və düşüncəsinə əsaslanaraq 31.08.2020-ci il tarixdə hakimin ünvanına müraciət göndərməklə mülki iş üzrə mövcud ekspert rəyinin əsaslı olmaması və faktiki halların araşdırılmaqla reallığa əsaslanan rəy alınmasının zəruriliyini bildirməklə təkrar ekspertiza keçililməsinin xahiş etmişdir. 54 saylı MKİS-nin 08.06.2019cu il tarixli aktını və 756 saylı ekspert rəyini ona görə əsaslı hesab etmirəm ki, hən aktı, həm də rəyi tərtib edənlər evindən aşağa mərtəbəyə sıza bilən su mənbəyi, su yolu aşkar edilmədiyini bildirdilər, sadəcə olaraq iddiaçının mənzilinin tavanında və çoxdan vurulmuş divar kağızlarının bəzilərinin üzərində qurumuş ləkələr olduğunu qeyd etdilər. İddiaçının da etiraf etdiyi kimi onun evinin təmir olunduğu vaxtdan on illər keçmişdir. Əgər belədirsə onun evinin həmin sahəsində nəyə görə yaşarmış və ya nəmli hissə aşkar olunmamışdır?Bundan başqa, yaşadıqları binanın bütün mərtəbələrində "yağışvuran tərəf’ kimi adlandırılan pəncərələr olan tərəfdən sakinlərin, o cümlədən İddiaçı da mənzilinə qış fəslində nəmlik keçir, bəzən divar kağızında ləkələr şəkilində qalır. Bu baxımdan onun mənzilində aşkar olunan ləkələrin əmələ gəlmə səbəbləri dəqiqləşdirilməmişdir.Bundan əlavə, iddiaçının mənzilinə, şaxtadan da su sızması mümkündür, lakin bu əhəmiyyətli hal da mütəxəssislər tərəfindən araşdırılma zamanı nəzərə alınmamış, ekspertizanın təyin edilməsi barədə qərarda sual kimi qoyulmamış, bu səbəbdən də nə aktda, nə də ekspert rəyində göstərilməmişdir. 22 aprel 2020-ci il tarixli, 756 saylı ekspert rəyi və 54 saylı MKİS-nin 08.06.2019-cu il tarixli aktı həqiqi halları əks etdirmir, birtərəflidir, yalnız iddiaçı tərəfin mənafeyini təmin edir və iş üzrə əhəmiyyətli sübut kimi qiymətləndirilməməlidir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8303/2020 saylı işi üzrə 23.11.2020-ci il tarixli qərardadı ilə, məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07.01.2022-ci il tarixli ekspert rəyi ilə, iddiaçıya məxsus 32 saylı mənzilin binanın 3-cü mərtəbəsində, cavabdehə məxsus 35 saylı mənzilin isə binanın 4-cü mərtəbəsində yerləşdiyini, 32 saylı mənzilin yaşayış otaqları, hamam və ayaqyolu tikililərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi, ev 113 ünvanında yerləşən 32 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 35 saylı mənzildən su axıdılığı və nəticədə 32 saylı mənzilin yaşayış otaqları, hamam və ayaqyolu tikililərində qüsurlar əmələ gəldiyi və həmin qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1563 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda divarlara vurulmuş divar kağızı, tavana vurulmuş şpalyovka və boya qatının qaşınması 248 manat, divar və tavana şpalyovkanın çəkilməsi, hamarlanması, divar kağızının vurulması və tavanın boyanması 744 manat, şpalyovka 21 manat, divar kağızı 190 manat, yapışqan 28 manat, boya (10 kq-lıq) 32 manat, elektrik xətinin çəkilməsi (material ilə birlikdə) 200 manat, nəqliyyat və əlavə xərclər 100 manat cəmi 1563 manat. Aparılmış tədqiqatın dəyəri 50 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Abdullayeva (Qurbanova) Tükəz Şulan qızı apellyasiya şikayətini müdafiə edərək, ekspert rəyi ilə razı olmadığını, rəydə olan qiymətlərin yüksək olduğunu bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Mülki Məcəllənin 21.1, 1096 -1098, 1114-1115, 1159; "İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya"nın 41; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 80-82, 88, 119, 216, 217.4, 218.3, 220, 360, 372, 385, 386, 388, 390-ci maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, suyun cavabdehin mənzilinə başqa yerdən axıdılmasının sübuta yetirilməsindən asılı olmayaraq mənzillərin quruluşu nəzərə alınaraq iddiaçının mənzilinə axıdılmış suyun vurduğu zərərə görə cavabdehin mülki məsuliyyəti istisna edilmir. Cavabdeh öz etirazını təsdiq edən sübutlar təqdim etməmiş və ekspert rəylərinin sübut qismində mötəbərliyini istisna edən, habelə zərərin fərqli dəyərdə dəyməsi hallar müəyyən edilməmişdir. Ekspert rəylərinə münasibətdə zərərin dəyəri təqribi olduğundan onların arasında olan cüzi fərq nəzərə alınmamalıdır. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci cavabdehin özünə aid edilməli, birinci və apellyasiya icraatı zamanı təyin edilmiş ekspertiza xərci isə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosesual Məcəllənin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-437/2020 saylı işi üzrə 28.08.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 150 (yüz əlli) manat məbləğdə pul vəsaiti – Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-135/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-135/2022
28.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver