Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1357/2023 27.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X6, X23 və X16rşı iş üzrə (Açar sözlər: vurulmuş maddi və mənəvi zərərin əvəzinin tutulması tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X10 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X17, Cavabdeh, eyni zamanda cavabdeh X2 nümayəndəsi X21 iştirakı ilə, İddiaçı cavabdehlər X6, X23 və X16rşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin tutulması” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-1420/2021 saylı qətnaməsindən cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(008)- 1178/2014 saylı qətnaməsinə əsasən İddiaçı qeydiyyatda olduğu Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi, 22 saylı evin, 3 saylı mənzilinə köçürülməsi və iddia ərizəsində göstərilən əşyaların cavabdehlərdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir.
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(008)- 1178/2014 saylı qətnaməsinin icrası zamanı icraçılar tərəfindən tərtib edilmiş xx.xx.2016-ci il tarixli və xx.xx.2019-cü il tarixli aktlara əsasən qətnamə üzrə verilmiş icra sənədində göstərilən və iddiaçıya məxsus olan əşyaların bir hissəsi aşkar olunmamış və iddiaçıya qaytarılmamışdır.
3. İddiaçı tərəfindən Bakı şəhəri Sabunçu rayon Polis idarəsinə ünvanlanmış xx.xx.2019-cü il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2022-ci il tarixli ərizələrdə cavabdehlər X9 və X25 tərəfindən pis rəftara, o cümlədən təhqirlərə məruz qaldığını bildirmişdir.
4. Bakı şəhəri Sabuçu rayon Polis idarəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 2019-cu il tarixli qərarına əsasən Rzaxanova X5 tərəfindən təhqirə məruz qalması barədə ərizəsi üzrə aparılmış araşdırma nəticəsində toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda iş üzrə tərəflər barəsində PB-nin sahə inspektoru tərəfindən “Münaqişəli ailə barədə” profilaktik yığım işinin açıldığı da göstərilmişdir.
5. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 06 saylı, xx.xx.2020-ci il tarixli “Qısamüddətli mühafizə orderi”nə əsasən Sabunçu rayon İcra Hakimiyyətində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupu tərəfindən aparılmış araşdırmaya əsasən vətəndaş İddiaçı həqiqətən də ünvan 2 ünvanında yaşayan keçmiş gəlini X8 tərəfindən məişət zorakılığına məruz qalması müəyyən edilmiş və məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən məişət zorakılığını törətmiş X4 məişət zorakılığına məruz qalmış İddiaçıə qarşı məişət zəminində fiziki zorakılıq – zor tətbiq etməklə məişət zorakılığına məruz qalmış şəxsin təhlükəsizliyinin pozulması, döyülməsi, sağlamlığına zərər vurulması, işgəncə verilməsi, azadlıq hüququnun məhdudlaşdırılması, məişət zəminində psixi zorakılıq – qəsdən məişət zorakılığına məruz qalmış şəxsə psixi təzyiq göstərilməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərin, məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi – məişət zorakılığına məruz qalmış şəxsin mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlərin edilməsi qadağan edilmişdir.
6. İddiaçı qanunzidd hərəkətlərə məruz qalması barədə onun qızı X11 müraciətinə cavab olaraq Bakı şəhər Baş Polis İdarəsi tərəfindən göndərilmiş xx.xx.2020-ci il tarixli məktubda İddiaçı eyni məsələ ilə müraciəti əsasında Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsində araşdırmanın aparıldığı, nəticədə cinayət hadisəsinin olmaması qənaətinə gəlinərək 19 oktyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edildiyi barədə ona məlumat verilmişdir.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)- 2527/2020 saylı qətnaməsinə əsasən idiaçı İddiaçı cavabdehlər X7 və X23 qarşı “əmlakın dəyərinin pul vəsaiti ilə ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4263/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2527/2020 saylı, 02 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və hazırki iş üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı cavabdehlər X6, X25 və Cavabdeh3 Şakirovnaya qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər X3, X18 və X22 15.000 manat məbləğində maddi, 100.000 manat məbləğində mənəvi ziyanın və hüquqi yardıma görə vəkilə ödənilmiş 130 manat məbləğində pulun tutulmasını xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, uzun illər Azərbaycan Dövlət Televiziyasında çalışmışdır. 1970-ci ildə işin öhdəsindən layiqincə gəldiyindən X34 Əliyev tərəfindən Bakı şəhəri, Bakixanov qəsəbəsi, 949-cu keçid, 38 saylı evində yerləşən 9 saylı üç otaqlı mənzillə mükafatlandırılmışdır. O, həmin mənzildə oğlu Şakir Rzaxanovla yaşamışdır. Lakin 1988-ci ildə gəlini onunla birlikdə yaşamaq istəmədiyinə görə həmin mənzili 2 bir otaqlı mənzilə dəyişərək, onlardan birini oğluna və onun ailəsinə vermişdir. 081499 saylı, xx.xx.1988-ci il tarixli orderə əsasən onun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi, ev 22, 3 saylı mənzilin icarədarı məhz onun oğlu Şakir Rzaxanovdur. Digər mənzildə isə o, özü yaşamışdır. Lakin 1996-ci ildə oğlu həbs edildiyi üçün ona vəkil tutmaq üçün yaşadığı mənzili sataraq, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi, ev 22-də yerləşən 3 saylı mənzilə köçmüşdür və hazırda da həmin mənzildə yaşayır. Onunla birlikdə həmin mənzildə keçmiş gəlini X9 və nəvələri X25 və X26 yaşayır. Qeyd olunan mənzilə köçdükdən sonra nəvələrin və gəlinin bütün qayğılarını öz üzərinə götürmüşdür. Cavabdeh Xeyransat Razaxanova gecə klubunda işlədiyi üçün, Fərid və Zarina Razaxanovaların tərbiyyəsi və baxılması ilə tam olaraq məşğul olmuşdur. Öz həyatını tam olaraq cavabdehlərə həsr etidiyini Fərid və Zarinanın atasına yazdıqları məktublar, qonşular və qohumlar tam sübut edir. Lakin 2012-ci ilə qədər cavabdehlərlə mehriban münasibətlərdə olsa da, həmin vaxtdan cavabdehlərin qanunsuz və qərəzli hərəkətləri, onun xəbəri olmadan "kirayəşin" qismində kənar şəxslərin mənzilə yerləşdirilməsi və ona məxsus əşyaların məhv edilməsi nəticəsində uzun illər ərzində fiziki və psixiki zorakılığa məruz qalaraq, oğluna məxsus olan və iddiaçının yegane yaşayış yeri olan mənzildən sərbəst şəkildə istifadə edə bilmir. Məhz bu səbəbdən, 2013-cü ildə cavabdehlər tərəfindən əşyaların qaytarılması və mənzilə köçürülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(008)-1178/2014 saylı qətnaməsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi, 22 saylı evin, 3 saylı mənzilə köçürülməsi və iddia ərizəsində göstərilən əşyaların cavabdehlərdən alınaraq ona verilməsi qət edilmişdir. Lakin qeyd edilən məhkəmə qətnaməsinin icrası onun istirablardan qutarmamışdır. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi, 22 saylı evin, 3 saylı mənzilinə köçürüldükdən sonra, hər gün təhqir və hədələrə, işiğın söndürülməsi, qazın bağlanması, sudan istifadə edə bilməməsi, ayaq yoluna küçəyə getmək məcburiyyətində qalması kimi mənəvi işgəncələrə məruz qalmasından əlavə, yenə də fiziki təzyiqlərə məruz qalmaqdadır. Hətta cavabdeh Fərid Razaxanov onu yataq yerində quraşdırıldığı kamera ilə də izləyibdir. Həmin kamera onun Sabunçu RPİ-nin 13-cü PB-nə etdiyi çoxsaylı şikayətlərindən sahə müvəkilli tərəfindən yığışdırılmışdır. Bundan əlavə, cavabdehlərin onun yaşadığı mənzildə mütəmadi olaraq münaqişələr salması, dava-dalaş etməsi, həmçinin Sabunçu Rayonu İcra şöbəsinin xx.xx.2019-cu il tarixli, 7361- 361351/3-H saylı münaqişəli ailə kimi qeydiyyata götürülməsi barədə müraciəti ilə təsdiq olunur. xx.xx.2020-ci il tarixdə ona verilmiş qısamüddətli müdafiə orderinə əsasən “Sabunçu rayon İH-də yaradılmış komissiya tərəfindən aparılmış araşdırmaya əsasən müəyyən edilmişdir ki, vətəndaş İddiaçı həqiqətən də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi, 22 saylı evin, 3 saylı mənzilində yaşayan keçmiş gəlini X9 və nəvələri Fərid və Zarına Razaxanovalar tərəfindən məişət zorakılığına məruz qalıb”. Beləliklə, cavabdehlərin hərəkətləri və davranışı onun əsas hüquq və azadlıqlarının pozulması ilə yanaşı, onda qorxu, əzab və ya çatışmazlıq hissləri oyadır. Razaxanova Xeyransat və Razaxanov Fərid tərəfindən qəsdən yaradılmış dözülməz təzyiqlər nəticəsində onun səhhətində ciddi problemlər yaranmış, o, dəfələrlə müalicə almışdır. 2012-ci ildən başlayaraq cavabdehlərin ona qarşı göstərilmiş rəftara və etdikləri hərəkətləri nəticəsində hepertonik krizləri və insult keçirdərək dəfələrlə ağır vəziyyətdə 3 mömrrəli Şəhər Kliniki Xəstəxanasında yatmış (19.11. - xx.xx.2012; 19.08. - xx.xx.2013; 28.01. – xx.xx.2015; 15.10. – xx.xx.2019; 07.11. – xx.xx.2019; 22.09.- xx.xx.2020) və 8 il ərzində ağır hepertoniya xəstəliyinə qarşı xeyli pul vəsaiti tələb edən müalicə almaq məcburiyyətindədir. Halbuki, iddiaçının yeqanə gəliri 230 manat təqaüddür. Hal-hazırda iddiaçının sol gözü tam tutulub, sol tərəfi iflic vəziyyətindədir.hazırda da ona qarşı prsixi və və fiziki zorakılıq davam edir. Cavabdehlər faktiki 3 otaqdan ibarət olan mənzilin 2 otağını qıfıl ilə bağlayaq, yalnız onun yaşadığı otaqdan ümumi istifadə edirlər. İddiaçı öz yatağına girən kimi, bütün ailə, hətta Razaxanov Fəridin həyat yoldaşı körpə uşaqla həmin otağa yığışır, televizor yandrır, uşaq ağlıyır, işıqlar səhərədək söndürülmür. Mənzilin faktiki bölgüsü aparılmadığında, həmin mənzil tam olaraq bütün qeydiyyatdaolanların ümumi istifadəsindədir. Lakin buna baxmayaraq, ona öz çarpayından başqa hər hansı əşyadan istifadə edilməsinə icazə verilmir. Bu səbəbdən də, xx.xx.2020-ci il tarixdə uzunmüddətli mühafizə orderi barədə ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir.
11. Cavabdeh X9 iddiaya qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, Bakı şəhər Sovetinin İcraiyyə Komitəsi tərəfindən 081499 saylı, 21 iyun 1988-ci il tarixli order əsasında ünvan 2 ünvanında yerləşən mənzil ailələrinin istifadəsinə verilmişdir. Orderdə istifadəçilər kimi X14, X2 və qızları Cavabdeh3 Şakirovnanın adları göstərilmişdir. 25 yanvar 1988-ci il tarixdə doğulmuş oğlu X25 isə 2004-cü ildə həmin mənzilə qeydiyyata alınmışdır. Bakı şəhəri Sabunçu rayonu Xalq Məhkəməsinin 28 avqust 1995-ci il tarixli qətnaməsi ilə X15 aralarındakı nikah ləğv edilmiş, lakin buna baxmayaraq mənzildə birlikdə yaşamağa davam etmişlər. Bakı şəhər Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü ilə Rzaxanov Şakirə ölüm cəzası təyin edilmiş, lakin sonradan ölüm cəzası ömürlük azadlıqdan mərhumetmə cəzası ilə əvəz olunmuşdur. 2005-ci ildə keçmiş qaynanası İddiaçı ona müraciət edərək mübahisəli mənzilə qeydiyyata düşmək istədiyini, buna ehtiyacı olduğunu, mənzildə yaşamayacağını və yalnız formal qeydiyyatda olacağını bildirərək, bunun üçün cavabdehlərin razılığını xahiş etmişdir. Övladlarının nənəsi kimi onun təklifi ilə razılaşaraq İddiaçı mübahisəli mənzilə qeydiyyata saldırmışdılar. Qaynanasının həmin məzildə formal qeydiyyatda olmasına baxmayaraq, qızı ilə birgə başqa ünvanda yaşamış, cavabdehlərlə normal münasibətdə olmuşdur. Lakin 2014-cü ildə qaynanası onlara gələrək, qızı ilə yola getmədiyini, bu səbəbdən də onlarla birgə yaşamaq istədiyini bildirmişdir. Bu xüsusatın doğru olmadığını bildiyinə, həmçinin aralarındakı razılaşmaya uyğun olmadığına görə onun təklifini qəbul etməmişdilər. Bundan sonra qaynanası əvvəlki razılaşmaya məhəl qoymayıb, məhkəməyə müraciət edərək, mənzilə köçürülməsini tələb etmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə İddiaçı mübahisəli mənzilə köçürülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş və icra olunmuşdur. O zamandan bəri qaynanası onlara bir an belə sakit yaşamağa imkan verməmişdir. Belə ki, onlarla daimi yaşamasa da, hərdən mənzilə gəlir, ona məxsus əşyaların oğurlandığını, bəzilərinə zərər dəydiyini söyləyir və hüquq-mühafizə orqanlarına şikayət edərək, onlara psixoloji zərbə vurmağa çalışır. Bu hərəkətlərinin qarşısını almaq məqsədilə ona mənzili özəlləşdirərək mülkiyyətdəki payını müəyyən edilərək payın dəyərinin ödənilməsi ilə mənzildən çıxmasını təklif etmişdilər. Bildirmişdilər ki, onsuzda o, bu mənzildə yaşamır, onlara da normal həyat tərzi keçirməklərinə maneəçilik törədir. Mütəmadi olaraq məhkəməyə müraciət edərək, onları daim təzyiq altında saxlamaq istəyir. Sonuncu dəfə 2020-ci ilin sentyabr ayında belə bir absurd iddia tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29008)-2527/2020 saylı mülki iş üzrə 02 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. İdidaçının məqsədi onlara narahatçılığa vadar etməkdən başqa bir şey deyil. Hesab edir ki, iddia tamamilə əsassızdır və ona görə də rədd edilməlidir.
12. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)- 1420/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X3 iddiaçıya dəymiş mənəvi ziyana görə 1000 manat və vəkillə bağladığı müqaviləyə görə ödədiyi 130 manat pul vəsaitinin alınaraq İddiaçı verilməsi, iddianın cavabdehlər X23 və X12rşı hissələrdə rədd edilməsi, ödənilmiş 30,40 manat dövlət rüsumunun cavabdeh X3 iddiaçının xeyrinə tutulması qət edilmişdir. (hakim X29)
13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehlərlə birlikdə ünvan 3 ünvanda yaşayır və cavabdeh X9 tərəfindən məişət zorakılığına məruz qalmışdır. Lakin iddiada qeyd edildiyi kimi, iddiaçının məişət zorakılığı nəticəsində yaranmış xəstəliklərdən alınan müalicə xərcləri barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçıya dəymiş maddi ziyan müəyyən edilməsi mümkün olmamış və bu hissədə iddia təmin edilməmişdir. Eyni zamanda, məhkəmə cavabdeh X9 tərəfindən iddiaçıya məişət zorakılığının tətbiq edildiyini və onun nəticəsində iddiaçının mənəvi iztirablara məruz qaldığını, digər cavabdehlərə dair sübutun məhkəməyə təqdim edilmədiyini müəyyən etmiş, lakin iddiaçının ona məhz 100.000 manat məbləğində mənəvi ziyanın dəyməsini sübut edə bilməmişdir. Odur ki, məhkəmə 1.000 mnat məbləğində mənəvi ziyana görə pulun, habelə vəkilə ödənilmiş pulun X3 tutulmasını ədalətli hesab etmişdir. Məhkəmə, mühafizə orderinin məhz X9 barəsində verilməsini nəzərə alıb, iddianı digər cavabdehlərə münasibətdə rədd etmişdir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinə, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1-ci bəndinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı qərarının aidiyyəti bəndlərinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən cavabdeh X9 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir
16. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın məzmununa uyğun olaraq əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, ididaçı onlarla daim əsalarla yaşamır, hərdən mənzilə gəlir, ona məxsus əşyalarının oğurlandığını, bəzilərinə zərər dəydiyini söyləyir və hüquq-mühafizə orqanlarına şikayət edərək, onlara psixoloji zərbə vurmağa çalışır. Bu hərəkətlərin qarşısını almaq məqsədi ilə ona mənzilin özəlləşdirilməsi və mülkiyyətində olan payının məyyən edilərək, payının dəyərinin ödənilməsi təklif edilmişdir. Belə ki, Ona bildirilmişdir ki, onsuz da, o, bu mənzildə yaşamır, onlara da normal həyat tərzi keçirməyə maneəçilik törədir. Lakin iddiaçı bununla razılaşmayaraq, mənzilin özəlləşdirilməsi üçün razılıq ərizəsini imzalamayacağını, onlara daim əzab-əziyyət verəcəyini bildirmişdir. İddia ərizəsində göstərilən xüsusatların mütləq əksəriyyəti yalandır, iddiaçı tərəfindən düşünülmüş uydurma mülahisələrdir. Belə ki, o, 2020-ci ilin sentyabr ayında belə bir absurd iddia tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2527/2020 saylı mülki iş üzrə 02 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. İddiaçının məqsədi onları narahatçılığa vadar etməkdən başqa bir şey olmamışdır. Hazırki iş üzrə məhkəmə araşdırması zamanı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2527/2020 saylı mülki iş üzrə 02 noyabr 2020-ci il tarixli qətnaməsini iddiaya etirazına əlavə edərək məhkəməyə təqdim etsə də, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.2 maddəsinin tələblərini pozaraq mübahisəni mahiyyəti üzrə araşdırmış və qeyri-obyektiv nəticəyə gəlmişdir. Bununla belə, iş üzrə icraata xitam verilməli olduğu bir halda, məhkəmə buna əməl etməmiş, əksinə, maddi hüquq normasının tələblərini pozaraq qanunsuz qətnamə qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, 81 yaşı var, artıq 2-ci ildir ki, keçirdiyi ağır xəstəlikdən sonra sol tərəfi iflic olmuş, hərəkət edə bilmir. Mal-mülk hərisliyi xəstəliyinə düçar olmuş keçmiş gəlini və onun övladları hazırda sökülmək ərəfəsində olan evdən çıxarmaq üçün növbəti tamamilə həqiqətə uyğun olmayan, saxta, yalan məlumatlarla apellyasiya məhkəməsinə şikayətin ötürülmüş müddətini bərpa etməyə nail olublar. Oğlunun ölkə başçısına müraciətinə münasibət bildirərək, ərizə Ali Məhkəməyə göndərilibdir. Oğlu 28 ildən sonra əfv oluna bilər. Oğlunun icarədarı olduğu və hazırda onun yaşadığı mübahisəli mənzildən başqa evi yoxdur. Bu səbəbdən, bu yaşında məhkəmələrdə utana-utana iştirak etmişdir. Etirazında göstərilənləri nəzərə alaraq, saxtakarlıqla ötürülmüş müddəti bərpa edərək göndərilmiş apellyasiya şikayəti əsassız olduğu üçün təmin olunmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında iştirak edən cavabdeh, o cümlədən cavabdeh X2 nümayəndəsi X25 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir.
19. Cavabdeh İddiaçı və digər cavabdeh X26 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
20. Cavabdeh X26 iddia ərizəsinə və apellyasiya şikayətinin məzmununa uyğun məzmunlu ərizə ilə (etirazla) məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir.
Tətbiq edilən maddi və prosessual hüquq normaları
21. Azərbaycan Respublikasının Konsitutsiyasının: 31-ci maddəsinin 2-ci hissəsinə əsasən qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır; 46-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır; 46-cı maddəsinin 2-ci hissəsinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz; 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir;
23. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.1-ci bəndinə əsasən, məişət zorakılığı - yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, bu Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması deməkdir; 10.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq zərər çəkmiş şəxsə qısamüddətli və ya uzunmüddətli mühafizə orderi verilə bilər; 11.1-ci maddəsinə əsasən məişət zorakılığı törətmiş şəxsin hərəkətləri cinayət məsuliyyəti yaratmadıqda, lakin bu hərəkətlər nəticəsində zərər çəkmiş şəxsin hüquqları və qanuni mənafeləri pozulduqda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxsə həmin və ya ona oxşar hərəkətlərin təkrarlanmaması barədə yazılı xəbərdarlıq edilə və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilə bilər; 11.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı müraciət edilən vaxtdan 24 saat keçənədək zorakılığı törədən şəxsə xəbərdarlıq edir və dərhal zərər çəkmiş şəxsə 30 gün müddətinədək qısamüddətli mühafizə orderi verir. Xəbərdarlıq edilməsindən məhkəməyə şikayət verilə bilər;
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
25. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarın: 2-ci bəndində izah edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Qərarın 4-cü bəndində qeyd edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Qərarın 7-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Qərarın 8-ci bəndində isə izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qərarın 10-cu bəndində izah edilmişdir ki, Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
27. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
28. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilib, iddia tələbinin rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası cavabdeh tərəfi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, o cümlədən iddiaçının apellyasiya şikayətinə etirazının məzmununu nəzərə alıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə istinadən ilk növbədə qeyd edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(008)- 1178/2014 saylı qətnaməsi ilə iddiaçının cavabdehlərə qarşı “mənzilə köçürülmə, əmlakın qaytarılması və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi, 22 saylı evin, 3 saylı mənzilinə köçürülmüş və iddia ərizəsində göstərilən əşyaların cavabdehlərdən alınaraq ona verilməsi qət edilmişdir. Bununla belə, onun iddiası “vurulmuş mənəvi zərərin əvəzinin tutulması” hissəsində rədd edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya və kasssasiya şikayətləri təmin edilməmişdir. Tərəflər arasında 2020-ci il tarixdə məhkəmə mübahisəsinin yaranması da məhz qeyd edilən qətnaməyə əsasən iddiaçıya verilməli olan əmlakların bir hissəsinin ona təhvil verilməməsi ilə bağlı olmuşdur. Belə ki, iddiaçı bu əşyaların dəyərinin əvəzinin ödənilməsini tələb etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilsə də, Bakı Apellyasiya Məhkəməsi həmin iddianın qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə iddiaçıya verilməsi nəzərdə tutulan əşyalarla bağlı olmasını və qətnamənin icrasının təmin edilməsi məqsədi ilə verilməsini nəzərə alıb, məsələnin məhkəmə qaydasında deyil, icra qaydasında həll olunmalı olması qənaətinə gəlmiş və birinci instansiya məhkəməsinin həmin qətnaməsini ləğv edərək, iş üzrə icraata xitam vermişdir. Başqa sözlə, tərəflər arasında 2020-ci ildə olan mübahisə əmlak xarakterli olmuşdur. Hazırki iddia isə tərəflər arasında mənəvi zərərin tutulmasından irəli gələn ilk mübahisədən 6 il keçdikdən sonra qaldırılmış, təqdim edilmiş sübutlar isə 2019-cu il və daha yeni dövrə aiddir. Bu baxımdan iddiaçı öz tələbində yeni əsaslardan çıxış etmişdir ki, bu da bu qəbildən olan işlər üzrə yenidən eyni şəxslərə qarşı iddia qaldırmaq hüququnu istisna etmir. Bununla belə, tərəflər arasında 2014-2015-ci illərdə və 2020-2021-ci illərdə olmuş məhkəmə mübahisələri hazırki iş üzrə icraata xitam verilməsi üçün əsas deyil.
31. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir iki, Bakı şəhəri Sabuçu rayon Polis idarəsinin aidiyyəti Polis bölməsinin sahə inspektoru tərəfindən tərəflər barəsində “Münaqişəli ailə barədə” profilaktik yığım işi açılmışdır. Bu halın mövcudluğu tərəflər arasında tez-tez mübahisələrin və münaqişələrin olmasını, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən 06 saylı, xx.xx.2020-ci il tarixli “Qısamüddətli mühafizə orderi”nin verilməsi isə bu mübahisə və münaqişələrdə məhz iddiaçının cavabdeh X9 tərəfindən məişət zorakılığına məruz qalmasını təsdiq edir. Həmin order qeyd edilən icra Hakimiyyətində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupu tərəfindən aparılmış araşdırmanın nəticələrinə uyğun olaraq, yəni iddiaçının keçmiş gəlini X9 tərəfindən məişət zorakılığına məruz qalması müəyyən edilməklə verilmişdir. Bununla belə, qeyd edilənlər, o cümlədən iddiaçının hüquq-mühafizə orqanlarına şikayətlər etməsi cavabdehin iddiaçıya qarşı hüquqa zidd əmələ yol verməsini təsdiq edir, bu əməllər çərçivəsində onu, həmçinin təhqir etməsini istisna etmir.
32. Nəzərə alınmalıdır ki, iddiaçı cavabdehlərin, o cümlədən X2 yaşadığı mənzilə məhkəmə qaydasında köçürülmüşdür. Başqa sözlə, iddiaçı həmin mənzildə qanuni əsaslarla yaşamaq hüququ əldə etmiş və bu hüququna söykənərək yaşamışdır. Bu baxımdan onlar daim təmasda olmaq məcburiyyətindədir. Tərəflər arasında mübahisələr də onların məhz birgə, yəni “bir dam altında” yaşaya bilməmələri səbəbindən yaranır. Bu hal iddiaçının iddia ərizəsinin, hüquq mühafizə orqanlarına etdiyi şikayətlərin, habelə cavabdehin etirazının və apellyasiya şikayətinin məzmunu ilə təsdiq edilir. Lakin bu vəziyyətin cavabdehi qane etməməsi (cavabdehin onunla yaşamaq istəməməsi), habelə iddiaçının məznilin özəlləşdirilməsinə razılıq verməməsi və payının dəyərini almaqdan imtina etməsi onun iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olan qanunsuz hərəkətlər etməsi, o cümlədən onun mənzildə yaşamasına maneə olması üçün əsas yaratmır. Hər bir halda, iddiaçı bu mənzilə məişət zorakılığına məruz qalması, o cümlədən şərəf və ləyaqətinin alçaldılması üçün köçməmiş və hər bir insan kimi mübahisəsiz və münaqişəsiz şəraitdə yaşamağı arzulamışdır. Qeyd edilənlər yaranmış vəziyyətdə iddiaçının mənəvi sarsıntı və stress keçirtməsini qaçılmaz edir.
33. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hüquqa zidd əməlləri (hərəkətləri) nəticəsində iddiaçı məişət zorakılığına məruz qalmış və bunun nəticəsi olaraq mənəvi sarsıntı keçirtmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının 81 (iddia qaldırılan tarixdə 79) yaşı var və o, bir sıra, o cümlədən hipertaniya xəstəliyindən əziyyət çəkir. Bu hal onun cavabdehə münasibətdə daha zəif tərəf olduğunu göstərir və ona qarşı törədilən qanunsuz hərəkətlərin onun şüurunda mənfi psixi reaksiyaya səbəb olmasını artıq şübhəsiz edir. Bu baxımdan birinci instansiya məhkəməsi haqlı olaraq, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının fiziki və mənəvi sarsıntı keçirtməsi və onun əvəzinin cavabdeh tərəfindən ödənilməli olması qənaətinə gəlmişdir. Məhkəmə məbləğ baxımından vurulmuş mənəvi zərərin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş əvəzi ilə də razılaşır və həmin məbləği ağlabatan və ədalətli hesab edir.
34. Məhkəmə iddia tələbinin vəkilə çəkilən xərclərə görə 130 manat məbləğində pulun cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsində vəkilə göstərdiyi hüquqi yardıma görə xərclərin ödənilməsi təsbit edilsə də, vəkilə ödənilməli olan məbləğin miqdarının hesablanması prinsipinin konkret meyarları müəyyən edilməmişdir. Xərclər konkret hallar və təqdim olunmuş hesab nəzərə alınmaqla ağlabatan məbləğdə müəyyən edilməli və konkret hallar dedikdə göstərilən yardımın həcmi (məhkəmə hərəkətlərinin və iclaslarının sayı), müddəti, vəkillərin sayı, baxılan işin mürəkkəbliyi və sair bu kimi amillər nəzərə alınmalıdır. Xərclərin ağlabatan məbləğ anlayışı qiymətləndirilən anlayış olub, hər bir iş üzrə konkret hallar nəzərə alınmaqla onun məzmunu müəyyən edilməlidir. Belə ki, bir mülki iş üzrə ağlabatan olan məbləğ başqa iş üzrə ya həddən artıq, ya da həddən az məbləğ kimi qəbul edilə bilər.
35. Məhkəmə kollegiyası hazırki mülki iş üzrə iddiaçıya hüquqi xidmət göstərən vəkilin ümumilikdə 2 məhkəmə iclasında iştirak etməsini nəzərə alıb, hüquqi xidmətin göstərilməsinə görə ödənilmiş pulun əvəzi olaraq cavabdehdən tutulmuş pulun məbləği ilə də razılaşır.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh X2 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır.
37. Eyni zamanda, məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti 1.130 manat təşkil etdiyindən, yəni məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh X2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-1420/2021 saylı qətnaməsi cavabdeh X2 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh X6 aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.