Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1358/2024 23.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-663/2023 saylı, 20 noyabr 2023-cü il tarixli qərardadından Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 65.000 manat pulun və ödənilmiş 285 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-663/2023 saylı, 21 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh 58.200 (əlli səkkiz min iki yüz) manat pul məbləğinin və 285 (iki yüz səksən beş) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 tərəfindən xx.xx.2023-cü il tarixdə elektron məhkəmə sistemi vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-663/2023 saylı, 21 fevral 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə verilərək, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnaməni vaxtında ala bilməmiş və sonradan müxtəlif ailə problemləri ilə qarşılaşdığından apellyasiya şikayətini vaxtında verə bilməmişdir. İş üzrə iddiaçı X2 yaxşı bilirdi ki, ondan aldığı pulu kimə verib. Həmin vaxtlarda iddiaçı şəxsən Emin Musayevlə görüşmüş və iş birliyi qurmaq barədə razılığa gəlmişlər. O, sadəcə Ziya Tarverdiyevlə işləri görməyi öhdəsinə götürmüş Emin Musayevlə tanış etmişdir. Bu gün Emin Musayev 58.200 manat pulu Tarverdiyev Ziyadan aldığını etiraf edir. Bütün bu məsələləri araşdırmaq və aydınlıq gətirmək üçün müəyyən vaxt tələb etdiyindən şikayət müddəti ötürülmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-663/2023 saylı 20 noyabr 2023-cü il tarixli qərardadı ilə 21 fevral 2023-cü il tarixli qətnamədən Cavabdeh apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair ərizəsi təmin edilməmiş, apellyasiya şikayəti və ona əlavə olunan sənədlər geri qaytarılmışdır. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-2083/2023 saylı, 18 may 2023-cü il tarixli qərarı qəbul edilən vaxtdan artıq borc tələbinə dair qətnamənin mövcud olması və həmin qətnamənin qanuni qüvvəsini alması barədə Cavabdeh məlumatlı olması təsdiq edilir. Lakin Cavabdeh həmin qətnamədən apellyasiya şikayətini xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanlamışdır. Bu isə özü-özlüyündə cavabdehin hüquqdan suiistifadə etməklə, qətnamənin icrasından yayınması kimi qiymətləndirilməlidir. Həmin qərardaddan cavabdehin nümayəndəsi-vəkili Vəkil2 şikayət verərək, qərardadın ləğv edilməsini və ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ötürülmüş müddət məsələnin araşdırılması ilə əlaqədar buraxılmışdır və nəticədə hal-hazırda həbsdə olan Emin Musayev 58.200 manat pulu aldığını etiraf edərək yazılı ərizə ilə müraciət edəcəyini bildirmişdir. O, bu səbəbdən apellyasiya şikayəti verilməsi müddətini ötürmüşdür və hesab edir ki, qərardad ləğv edilməli və müddətin ötürülməsi üzrlü hesab edilərək bərpa edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-663/2023 saylı, 22 dekabr 2023cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxslərin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə, müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya tərəfindən geri qaytarılır. Mülki işdə olan sənədlərdən müəyyən edilir ki, Cavabdeh məhkəmənin 21 fevral 2023-cü il tarixli iclasında iştirak etmiş, qətnamə tərəflərin iştirakı ilə elan edilmişdir. Həmin icra sənədi üzrə 18 aprel 2023-cü il tarixdə İcraata başlamaq haqqında qərar qəbul edilmiş, borclu Cavabdeh tələbin 10 gün ərzində könüllü icra edilməsi barədə bildiriş göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-2083/2023 saylı, 18 may 2023cü il tarixli qərarına əsasən, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 gün müddətində inzibati həbs edilmiş, həbsdə saxlama müddətinin əvvəli 18 may 2023-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-2874/2023 saylı, 20 iyul 2023-cü il tarixli qərarına əsasən isə, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 2 ay müddətində inzibati həbs edilmiş, Cavabdeh dərhal məhkəmə iclasından həbsə alınmış və həbsdə saxlama müddətinin əvvəli 20 iyul 2023-cü il tarixdən hesablanması, qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilmişdir. Beləliklə iş materiallarından müəyyən edilir ki, cavabdeh mülki iş üzrə keçirilmiş 21 fevral 2023-cü il tarixli məhkəmə baxışı iclasında iştirak etmiş, məhkəmənin qətnamə ilə gəldiyi qənaətdən məlumatlı olmuşdur. Bundan başqa məhkəmə aktının icrası haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozduğuna görə inzibati məsuliyyətə cəlb olunması üçün Cavabdeh barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və iş digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən barəsində 3(001)-2874/2023 saylı, 20 iyul 2023-cü il tarixli və 3(001)-2083/2023 saylı, 18 may 2023-cü il tarixli qərarlar çıxarıldığı iclaslarda da Cavabdeh iştirak etmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən apellyasiya şikayəti ilə vəkili və nümayəndəsinin elektron kabineti vasitəsilə 25 oktyabr 2023-cü il tarixdə müraciət edilmişdir. Halbuki cavabdeh tərəf olduğu mülki iş üzrə məhkəmənin qətnamə ilə gəldiyi qənaətdən və məzmunundan məlumatlı olmuşdur. Kollegiya onu da qeyd edir ki, qanunvericilikdə prosessual müddətin bərpa edilməsi üçün üzrlü hesab edilən halların o cümlədən, şəxsin xəstəliyi, xəstə ailə üzvlərinə qulluq, müddətli xidməti ezamiyyət və s. olması halları hazırki işdə müəyyən edilməmişdir. Cavabdehin prosessual müddətin bərpa olunması barədə ərizədə istinad etdiyi halların üzrlü hesab edilməsi isə mülki prosessual qanunvericiliyə ziddir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü-özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38). Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaəti düzgün olmuş, Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-663/2023 saylı, 21 fevral 2023-cü il tarixli qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş bir aylıq müddəti üzrlü səbəblərdən ötürməmişdir. Bu baxımdan cavabdehin hazırki şikayətində göstərilənlər qərardadın ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-663/2023 saylı 20 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-1358/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1358/2024
23.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver