Məhkəmə qərarları › İş №2(103)-1360/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1360/2025

19.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1360/2025 19.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “maddi ziyanın ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2623/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli Qərardan görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmiş, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Nəsimi RPİ DYPŞ-si vasitəsi ilə Nəsimi rayon məhkəməsinə göndərilməlidir. Həmin Qərardan görünür ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, sürücü Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 19-30 radələrində idarə etdiyi "Kia Sportage” markalı, ** OP *** dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu, Səməd Vurğun küçəsində hərəkətdə olan vaxt Mirağa Əliyev küçəsinin kəsişməsində ehtiyatsızlıq edib işıqforun qırmızı işığında kəçən vaxt Mirzağa Əliyev küçəsindən hərəkətədə olan İddiaçı idarə etdiyi “Baic D-50” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobillə işıqforun yaşıl işığında keçdiyi üçün toqquşması nəticəsində sonuncuya Yüngül bədən xəsarətlərinin almasına səbəb olmuş yol-nəqliyyat hadisəsi törətmişdir. Odur ki, Cavabdeh əməlində Azərbaycan Respublikası CM- nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi yoxdur. Lakin təqsirkar sürücü Cavabdeh öz hərəkətləri ilə yol hərəkəti qaydaları pozma inzibati xətanı törətmişdir.

2. “Gənclik” Kiçik müəsisəsi avtoservisin ekspertlərinin keçirdikləri hesablama Rəyindən görünür ki, İddiaçı məxsus “Baic D-50” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobilinə keçirilmiş texniki baxış nəticəsində dəymiş zərərin və bu zərərin aradan qaldırılması üçün görüləcək işlərin xərci 9590 manat müəyyən edilmişdir

3. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024- cü il tarixli 3-16-16/2- 9/3354/2024 nömrəli Rəyindən görünür ki, “Baic D-50” markalı 10- TK-797 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 18888,0 manat, dəyişilməli hissələrin qiyməti – 13388,0 manat, təmir-bərpa işlərinin qiyməti – 5500,0 manat, o cümlədən avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 17344,0 manat, dəyişilməli hissələrin qiyməti – 11844,0 manat; təmirbərpa işlərinin qiyməti – 5500,0 manat”.

4. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024- cü il tarixli 3-16-16/2- 9/7392/2024 nömrəli Rəyindən görünür ki, “Baic D-50” markalı 10- TK-797 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 10045,0 manat, dəyişilməli hissələrin qiyməti – 6645,0 manat, təmir-bərpa işlərinin qiyməti – 3400,0 manat, o cümlədən avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9279,0 manat, dəyişilməli hissələrin qiyməti – 5879,0 manat; təmirbərpa işlərinin qiyməti – 3400,0 manat;

5. "xxxx" MMC-yə məxsus xx.xx.2023-cü il tarixli Nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, HYUNDAİ ELANTRA MİNİK markalı **-LA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixə qədər günlük 60 (altmış) manat icarə haqqı müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-ə məxsus mədaxil qəbzindən görünür İddiaçı 8820 manat ödəmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ilə məhkəməyə müraciət edərək Cavabdeh 14,388 manat maddi zərərin əvəzinin, 5160 manat avtomobil icarəsi üçün ödənilmiş rüsumun əvəzinin 149,56 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh idarə etdiyi "Kia Sportage markalı, ** OP *** dövlət qeydiyyat nişanlı avtomobillə İddiaçı idarə etdiyi "Baic D 50" markalı ** TK *** dövlət qeydiyyat nişanlı avtomobillər xx.xx.2023-cü il tarixdə Nəsimi rayonu ərazisində toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı ona məxsus avtomobilə 19.388 manat maddi zərər dəymiş, iddiaçının sağlamlığına isə yüngül zərər dəymişdir. Məlum hadisə ilə bağlı 22 dekabr 2023-cü il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və cavabdehə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə protokol tərtib edilməsi üçün iş Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Zərərvuran avtomobilin icbari sığortası tərəfindən 5000 manat iddiaçıya ödənildiyi üçün hesab edir ki, hazırda zərərin yerdə qalan hissəsi yəni 14388 manat pul cavabdehdən tutulmalıdır, avtomobilə dəymiş zərərin müəyyən edilməsi üçün maşın təmir sexinə aparılmış, həmin sexdə maşının təmir-bərpa xərci cəmi 19388 manat hesablanmışdır, bu “preyskurant”dan da görünür, digər usta isə bir ay yarıma hazır olacağını deyib, bundan başqa avtomobili yararsız vəziyyətdə olduğu müddətdə, o başqa nəqliyyat vasitəsini icarəyə götürərək ondan istifadə etmiş və icarəyə götürdüyü həmin avtomobil üçün də icarə haqqı ödəmiş, maşına vurulmuş maddi ziyandan əlavə olaraq da avtomobil icarəsi üçün də pul ödəməklə ona maddi ziyan dəymişdir ki, həmin məbləğ də hazırda 8820 manat təşkil edir, həm vurulmuş maddi ziyan, həm də əldən çıxmış fayda cavabdehdən alınaraq ona verilməlidir. Bununla əlaqədar cavabdehə vurulmuş maddi zərərin ödənilməsi barədə təklif edilsədə cavabdeh bundan imtina etmiş, iddiaçı məcbur qalıb hüquqi yardım göstərilməsi üçün vəkillə müqavilə bağlamışdır. Sonda İddiaçı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2623/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh avtomobilə vurulmuş maddi zərərə görə 10000 manat, avtomobil icarəsi üçün ödənilmiş pulun əvəzi qismində 2700 manat, ümumilikdə 12700 manatın alınaraq İddiaçı verilməsi, dövlət rüsumunun əvəzi qismində ödənilmiş 128 manat 10 (on) qəpik Cavabdeh alınaraq İddiaçı ödənilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (yüz əlli) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim X2)

9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab etmişdir ki, cavabdehin mülki hüquqi məsuliyyətini, həmçinin dəymiş zərərin ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, dəymiş maddi ziyanın həddini müəyyən edərkən xx.xx.2024-cü il tarixli 3- 16-16/2-9/7392/2024 nömrəli ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, vurulmuş maddi ziyanın məbləği ekspertin həmin Rəy üzrə gəldiyi nəticə əsas götürülməklə hesablanmalıdır, həmin rəydə isə avtomobilin təmir-bərpa xərci təxminən 10045,0 manat, köhnəlmə faizi tətbiq edilməklə isə təxminən 9279,0 manat göstərilmişdir. Digər tərəfdən cavabdeh özü hadisə baş verdiyi tarixdə avtomobilin təmirbərpası üçün 10000 manat təkil etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, avtomobilə dəymiş zərər 10000 manatdır. iddia tələbinin “avtomobil icarəsi üçün ödənilmiş 8820 manat pulun əvəzinin tutulması “ hissəsinə münasibətdə iddiaçının bu məqsədlə irəli sürdüyü məbləğ ağlabatan hesab etmir. Belə ki, iddiaçı, cavabdehin hüquqa zidd hərəkəti nəticəsində avtomobilindən istifadə edə bilmədiyi müddətdə başqa nəqliyyat vasitəsini gündəlik 60 manata icarəyə götürdüyünə və onun üçün 8820 manat məbləğində ödəniş etdiyinə əsaslansa da, tərəflər gündəlik xərcin ağlabat olmasını qeyd etmiş, maşının bir ay yarım (45 gün) ərzində təmir olunması mümkünlüyünü bildirmişlər. Göründüyü kimi, iddiaçı tərəfindən avtomobilin təmiri məqsədilə hər hansı zəruri tədbirləri görülməməklə dəymiş zərərin həddi əsassız artmşdır. Həmin zərər barədə məhkəmə hesab edir ki, onun məbləği, avtomobilin mümkün təmir müddəti (45 gün) və ondan istifadənin gündəlik icarə haqqı (60 manat) əsas götürülməklə hesablanmalıdır ki, bu da ümumilikdə 2700 (45 gün X 60 manat) manat təşkil edir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 -ci, 21.2-ci, 1096-cı, 1097-ci, 1108.1-ci, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 119.1-ci, 217-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, İddiaçıyaicbari sığorta tərəfindən 5000 manat ödənilməsini nəzərə almamışdır. Belə ki, İddiaçının məhkəməyə “sənəd” kimi təqdim“preyskurant”da avtomobilinə dəymiş zərərin miqdarıcəmi 19388 manat hesablanmışdır. İddiaçı ona zərərvuranın avtomobilin icbari sığortasıtərəfindən 5000 manat miqdarında ödəniş edildiyi və bu səbəbdən geridə qalan 14388 manatın əsas borc kimi tutulmasını istəmişdir. Buhal mübahisəli məhkəmə qətnaməsində də öz əksini tapsa da məhkəmə yekunda həmin halı nəzərə almamışdır. Belə ki, məhkəmə iş üzrə keçirilmiş ekspertizalarla İddiaçının avtomobilinə dəymiş zərərin cəmi 10000 manat olaraq müəyyən etmişdir. O halda da qeyd edilməlidir ki, məhkəmə 10.000 manatı hadisə baş verən zaman guya Cavabdehin avtomobilə dəymiş zərərin 10000 manat təşkil etmişdir deməsini əsas götürmüşdür. Baxmayaraq ki, iş üzrə ekspert rəyində avtomobilə dəymiş zərər 10045 manat, köhnəlmə faizi tətbiq edilməklə isə təxminən 9279,0 manat olaraq göstərilmişdir. Belə olan halda məhkəmənin əsas götürdüyü və yaekspert rəyində avtomobilə dəymiş zərər kimi göstərilmiş məbləğdən (10.000 / 9279) İddiaçıya iddia ərizəsində qeyd etdiyi icbari sığorta tərəfindən ödənilmiş və 5.000 manatçıxılmalı idi. Lakin, birinci instansiya məhkəməsi mübahisəli qətnaməsində avtomobilə dəymiş zərərinmiqdarını göstərsə də, həmin məbləğdən İddiaçıyaicbari sığorta ödənişi kimiedilmiş məbləğ çıxılmamış və son olaraq heç bir əsası olmayan bir qətnamə çıxarılmışdır. Bundan əlavə, avtomobil icarəsi üçün ödənilmiş pulun əvəzi qismində 2700 manat pulun tutulmasının qət edilməsi daha biranlaşılmayan məqamdır. Belə ki, İddiaçının öz şəxsi komfortunun təmin edilməsiüçün “tutduğu” avtomobilə görə ödənişlərin xərcinin Cavabdehdən tutulması heç də birmənalı qarşılana bilməz. Ümumiyyətlə qeyd edilməlidir ki, avtomobillərin icarə dəyəri qanunla tənzimlənən qiymətlərlə müəyyən edilmir və bu halİddiaçının icarədar şirkətləsövdələşmə etməklə qiymətləri şişirtməklə göstərməsinəəsaslı şübhələr yaradır. Digər tərəfdən İddiaçının nəqliyyata zəruriehtiyacının ödənilməsi üçün ölkədə mövcud olan standart tarif qiyməti tənzimlənən ictimai nəqliyyatdan istifadə edilməsi (metro, avtobus və s.) nəzərə alına bilərdi ki, o da gündəlik ağlabatan məbləğ (məsələn gündəlik 5 manat) olaraq müəyyən edilə bilərdi. Hazırkı vəziyyətdə məhkəmə tərəfindən İddiaçının təqdim etdiyi hansısa avtomobil icarəsimüqaviləsini əsas götürməklə Cavabdehin üzərinə həmin icarə haqqının ödənilməsinin qoyulması qəbuledilməzdir. Hesab edirik ki, nəqliyyatla bağlı xərclər yalnıztənzimlənən qiymətlərin olduğu ictimai nəqliyyatdan istifadə halında mümkün ola bilər ki, belə olan halda da İddiaçı tərəfindən buna dair təsdiqedici sənədlər məhkəməyə təqdim edilməlidir. Hazırkı vəziyyətdə İddiaçı bununla bağlı hər-hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də həmin hissədə də tələbin təmin edilməsi yolverilməzdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

15. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Hazırki apellyator qətnamənin iddianın təmin edilmiş hissəsinin ləğv edilməklə iddianın tam rədd edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, birinci instansiya məhkəməsi yalnız dəymiş ziyanın məbləğinin tutulması hissəsində səhv nəticəyə gələrək, düzgün hesablama aparmamışdır. Bu səbəbdən dəymiş maddi ziyanın məbləğinin tutulması ilə bağlı hissədə qətnamə dəyişdirilməlidir.

22. Hazırkı işin faktiki hallarına əsasən “Baic D-50” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur, həmin avtomobilə xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan "Kia Sportage” markalı, ** OP *** dövlət qeydiyyat nişanlı avtomobil ilə zərər vurulmuş, sonuncu Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir, tərəflərə avtomobilin təxminən bir ay yarım müddət ərzində təmir oluna biləcəyi deyilmişdir, iddiaçı avtomobilə vurulmuş zərər qismində 14388 manat, avtomobilin təmirdə olduğu müddət ərzində ondan istifadə etmədiyi günlər üçün əldən çıxmış fayda qismində 8820 manat məbləğində tələb edir.

23. Avtomobilə dəymiş zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı iki dəfə məhkəmə ekspertizası keçirilmiş, “Gənclik KM” tərəfindən tərtib edilmiş 2023-cü il tarixli qüsur aktına əsaslanan xx.xx.2024-cü il tarixli 3-16-16/2- 9/7392/2024 nömrəli rəydən görünür ki, “Baic D-50” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 10045,0 manat, dəyişilməli hissələrin qiyməti – 6645,0 manat, təmir-bərpa işlərinin qiyməti – 3400,0 manat, o cümlədən avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9279,0 manat müəyyən edilmişdir. Bununla belə, cavabdehin mülki hüquqi məsuliyyətini, həmçinin dəymiş zərərin ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır.

24. Birinci instansiya məhkəməsi vurulmuş maddi ziyanın əvəzinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə düzgün qənaətə gəlsə də, məhkəmə yalnız xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/7392/2024 nömrəli ekspert rəyinə istinad etməklə iş üzrə zərərin məbləğini qiymətləndirirərkən iddiaçıya verilən 5000 manat məbləğində icbari sığorta məbləğini nəzərə almamışdır.

25. Halbuki “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56.1.2-ci maddəsinə əsasən, üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləği üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. Sığortalı avtomobilə vurulmuş ziyanın məbləği 5000 manatdan yuxarı olduğuna görə sığorta şirkətinin qalan məbləği ödəmək öhdəliyi olmadığından həmin məbləğ ziyan vurmuş şəxsdən, yəni Cavabdeh tutulmalıdır.

26. Apellyasiya şikayətinin avtomobilin icarəsi üçün ödənilmiş pulun tutulmasına dair dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, iddiaçı cavabdehin hüquqa zidd hərəkəti nəticəsində avtomobilindən istifadə edə bilmədiyi müddətdə başqa nəqliyyat vasitəsini gündəlik icarəyə götürmüş və birinci instansiya məhkəməsi də həmin hissədə iddia tələbini qismən təmin düzgün nəticəyə gəlmişdir. Belə ki, apellyasiya icraatı zamanı da "xxxx" MMC-yə ünvanlanan soğuya cavab olaraq bildirilmişdir ki, İddiaçı müəssisənin istifadəsində olan HYUNDAİ ELANTRA MİNİK markalı **-MZ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixə qədər idarə etmiş, avtomobilə dair icarə haqqı 8820 manat təşkil etmişdir. Həmin vəsait "xxxx" MMC-yə ödənilmişdir. Lakin qeyd edilən məbləğin tutulması iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, məhkəmə kollegiyası da birinci instansiya məhkəməsi tərəfindən tutulan məbləği ağlabatan hesab edir.

27. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası avtomobilə dəyən zərərin 10000 manat məbləğində müəyyən edildiyini, habelə İddiaçı sığorta tərəfindən sözügedən avtomobilə dəymiş zərərə görə 5000 manat məbləğində sığorta ödənişi verildiyini nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçıya vurulmuş maddi zərərin məbləği 10000-5000=5000 manat məbləğində müəyyən edilməklə Cavabdeh tutulmalıdır.

28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2623/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi maddi ziyanın məbləği hissəsində dəyişdirilməli, Cavabdeh 5000 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2623/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi Cavabdeh maddi ziyanın tutulması hissəsində dəyişdirilsin. Cavabdeh dəymiş ziyanın əvəzi olaraq 5000 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar