Məhkəmə qərarları › İş №2(103)-1364/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1364/2024

16.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1364/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mülki iş üzrə (Açar sözlər: zərər) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X13 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4354/2023 saylı 16 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1109/2019 saylı, 05 dekabr 2019-cu il tarixli hökmündən görünür ki, Cavabdeh2 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə istintaqa məlum olan tanışı Xanlar adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında İddiaçı etibarından sui-istifadə edərək, onu müxtəlif vaxtlarda müxtəlif işlər görülməsi barədə aldadaraq sonuncudan ümumilikdə 57.8742,85 manat pul alaraq ona 578742,85 manat məbləğində ziyan vurmuşdur. Həmin hökmlə törətdiyi cinayət əməlinə görə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) təqsirli bilinərək məhkum edilmişdir.

2. Eyni zamanda həmin hökmdən görünür ki, İddiaçı ilə Cavabdeh2 qohumu X8 arasında bağlanmış xx.xx.2019-cu il tarixli barışıq sazişinə əsasən İddiaçı dəymiş ziyan X8 tərəfindən tam şəkildə ödənilmiş və İddiaçı Cavabdeh2 qarşı heç bir iddia və maddi tələbi yoxdur.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli 1(102)-1702/2021 saylı Qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1109/2019 saylı, 05 dekabr 2019-cu il tarixli hökmündən zərərçəkmiş, hazırki iş üzrə iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, lakin sonuncu sonradan öz şikayətindən imtina etdiyindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 may 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-nin 396-cı maddəsinə əsasən apelyasiya şikayətinin baxılmasına xitam verilməsi barədə qərar qəbul edilmişdir.

4. Eyni zamanda Ali Məhkəmənin qərarından görünür ki, iddiaçı Bakı Apellyasiya Məhkəməsinin həmin qərarından şikayət verərək, qərarın qismən dəyişdirilərək Cavabdeh1 Cavabdeh2 iə qabaqcadan əlbir olması epizodunun öz sübutunu tampadığına görə hökmdən çıxarılması və Cavabdeh2 təyin olunmuş cəzanın dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 barəsində cinayət işinin materiallarının ayrıca icraata ayrılması səbəbindən onun əməlində cinayət tərkibinin olmaması barədə məsələyə baxılması mümkün olmamış və iddiaçının kassasiya şikayəti təmin edilməmişdir.

5. Sumqayıt ŞPİ-nin 1-ci PB-nin baş təhqiqatçısı tərəfindən qəbul edilmiş Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı Cavabdeh2 Əli oğlu tərəfindən tamah niyyəti ilə aldadılaraq pulunun ələ keçirilməsi faktı öz təsdiqini tapmamışdır.

6. Sumqayıt şəhər prokurorluğunun müstəntiqi tərəfindən qəbul edilmiş Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh2 Əli oğlunun İddiaçı tərəfindən tamah niyyəti ilə aldadılaraq pulunun ələ keçirilməsi faktı öz təsdiqini tapmamışdır.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 578.742, 85 manat pul vəsaitinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 1109/2019 saylı 5 dekabr 2019-cu il tarixli hökmünə əsasən Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh2 18 aprel 2019-cu il tarixdən 05 dekabr 2019-cu il tarixə kimi yəni 07 ay 17 gün həbsdə olduğu müddət təyin olunan cəzadan çıxmaqla üzərində qəti olaraq 04 il 04 ay 13 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Cavabdeh2 təyin edilmiş cəza 03 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, Cavabdeh2 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Cavabdeh1 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında onu böyük məbləğdə kredit götürülməsi üçün digər şəxsin adına olduğu halda Xanların əmlakı kimi təqdim edilən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini banka girov qoyacaqları adı ilə aldadıb 2014-cü ilin may ayının axırlarında 150.000 manat, daha sonra banka təqdim etmək üçün həmin daşınmaz əmlaka qiymətləndirmə aktının alınması adı ilə aldadıb 2014-cü ilin iyun ayının əvvəllərində 2.100 manat, daha sonra həmin əmlakla bağlı mülki məhkəmə mübahisələri öz xeyirlərinə həll etmək adı ilə aldadıb 2014-cü ilin sentyabr ayının əvvəllərində 100.000 manat, bundan 3 gün sonra Yasamal rayonu, “Qələbə” dairəsinin yaxınlığında yerləşən ofisdə 50.000 manat, bundan 2-3 gün sonra “Su səsi” restoranında 15.000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə ona cəmi 317.100 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Cavabdeh2 təkrarən onu qısa müddətdə qaytaracağına yalandan vəd verib şəxsi problemlərini həll etmək adı ilə aldadaraq 2014-cü ilin noyabr ayında Nəsimi rayonu, Vaqif prospekti, 11A ünvanda yerləşən “İrşad” otelində həmin dövrün məzənnəsi ilə 1961 manat təşkil edən 2.500 ABŞ dolları və 600 manat pulu alıb ələ keçirməklə ona cəmi 2561 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa Cavabdeh2 təkrarən tanışı Xanlar adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında onun etibarından sui-istifadə edib ona müəyyən vəsait qoyduğu halda Moldovadan ucuz qiymətə ət alıb Türkiyədə baha qiymətə satmaqla gəlir əldə edəcəklərini yalandan vəd edib həmin ticarətin təşkil olunması üçün 260.000 ABŞ dolları lazım olduğunu, həmin pulu verdiyi təqdirdə təminat kimi 2 daşınmaz əmlak verəcəklərini vəd verərək Türkiyədə danışıqların aparılması üçün həmin dövrün məzənnəsi ilə 1.574,85 manat təşkil edən 1.500 ABŞ dolları, 05 avqust 2015-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 209.980 manat təşkil edən 200.000 ABŞ dolları, 07 avqust 2015-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 62.982 manat təşkil edən 60.000 ABŞ dolları ələ keçirdikdən sonra ondan aldığı puldan 168.000 manatını X9 verməklə mülkiyyətində olan daşınmaz əmlak - torpaq sahəsi və fərdi yaşayış evini, 36.750 manatını isə X5 verməklə mülkiyyətində olan fərdi yaşayış evini onun mülkiyyətinə verib qalan 69.786,85 manat məbləği ələ keçirərək ona 69.786,85 manat ziyan vurmuşdur. Bundan başqa Cavabdeh2 təkrarən tanışı Xanlar adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında onun etibarından sui-istifadə edib ona Moskvada yaşayan qohumlarının Bakı şəhərinə külli miqdarda pul keçirmək istədiklərini, pulların artıq Dağıstanla sərhəddə olmaqla onları sərhəddən keçirtmək üçün müəyyən şəxslərə 175.000 ABŞ dolları vermək lazım olduğunu və pulu sərhəddən keçirilərsə ona olan bütün borcları qaytaracağını vəd verib aldadaraq ondan 19 oktyabr 2015-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 136.162 manat təşkil edən 130.000 ABŞ dollar və həmin günü onun sürücüsü X2 vasitəsi ilə həmin dövrün məzənnəsi ilə 47.133 manat təşkil edən 45.000 ABŞ dolları pulu ələ keçirib ona cəmi 183.295 manat ziyan vurmuşdur. Bundan başqa Cavabdeh2 təkrarən tanışı Xanlar adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında onun etibarından sui-istifadə edib ona olan borclarının əvəzində Xanlara məxsus olan fərdi yaşayış evini vərəcəyini, lakin evin sənədlərinin borclu olduğu başqa şəxsdə olduğunu və 5.000 manat verdiyi təqdirdə borclu olan şəxsə ödəyib evin sənədlərini götürəcəyini yalandan vəd verib aldadaraq 2016-cı ilin may ayında qohumu X1 vasitəsilə 5.000 manat pul alıb ələ keçirməklə ona 5.000 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa Cavabdeh2 təkrarən tanışı Cavabdeh1 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında onun etibarından sui-istifadə edib yalandan olaraq Cavabdeh1 ispanlarla qurduğu layihə ilə bağlı danışıqlar aparmaq üçün Moskvaya getməli olmasını bildirib yol pulu adı ilə aldadaraq ondan 2016-cı ilin dekabrının ortalarında 1.000 manat pulunu alıb ələ keçirməklə ona 1.000 manat məbləğində ziyan vurmuşdur. Beləliklə, Cavabdeh2 Cavabdeh1, Cavabdeh3 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında onun etibarından sui-istifadə edib onun cəmi (317.100+2.561+69.786,85+183.295+ 5.000+1.000=578.742,85) 578.742,85 manat pulunu ələ keçirməklə ona 578.742,85 manat məbləğində ziyan vurmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Cavabdeh2 tərəfindən yazılmış və imzalanmış ondan müxtəlif məbləğlərdə pullar alması barədə qəbzlər əlavə edilmişdir. Belə ki, 07.08 2015-ci il tarixli qəbzdə Cavabdeh2 ondan 60.000 ABŞ dolları, xx.xx.2015-ci il tarixli qəbzdə Cavabdeh2 ondan 200.000 ABŞ dolları alması göstərilmişdir. Bundan başqa xx.xx.2015-ci il tarixli qəbzdə Cavabdeh2 ona 819000 manat borcu olması, həmin pulları Cavabdeh1 və Cavabdeh3 verdiyi göstərilmişdir. Bundan əlavə xx.xx.2015-ci il tarixli qəbzdə Cavabdeh2 ondan 175.000 ABŞ dolları alması qeyd olunmuşdur. Həmin hökmdən narazı qaldığından Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli hökmünün ləğv olunaraq məhkum edilmiş Cavabdeh2 daha ağır cəza təyin edilməsini xahiş etmişdir. Verilmiş apellyasiya şikayəti üzrə məhkəmə baxışı zamanı məhkum Cavabdeh2 ona yenə də yalandan vəd verərək 3 il ərzində borcunu qaytaracağını söyləmişdir. Sonuncu Cavabdeh2la razılaşmış, yazılı ərizə ilə məhkəməyə müraciət edib Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli hökmündən verdiyi apellyasiya şikayətindən imtina etdiyini bildirərək şikayətdən imtinasının qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-885/2021-saylı xx.xx.2021-ci tarixli qərarı ilə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 dekabr 2019cu il tarixli hökmündən tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilmişdir. Lakin Cavabdeh2 vədindən 2 il 3 ay keçməsinə baxmayaraq Cavabdeh2 yenə də onu aldatmış, borcundan heç nə ödəməmişdir.

9. Cavabdeh1 iddiaya etiraz ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı istintaqa verdiyi ifadələrində göstərmişdir ki, "Valehə pul verəndə, o Xanları tanımamışdır və Xanların həmin proseslərdə heç bir iştirakı olmamışdır. O, məhkəməyə ifadə verməklə yanaşı, həm də rəsmi müraciət etməklə bildirmişdir ki, " Valeh ona vurduğu ziyanı tam ödəmişdir, ona görə də Valehə qarşı heç bir iddiası yoxdur və gələcəkdə də olmayacaqdır. Xanlara qarşı isə ümumiyyətlə heç bir iddiası yoxdur və ola bilməz, çünki o, ona nə pul verib, nə də ondan pul alınıb, Valehə pul verəndə İddiaçı onu tanımamışdır və sonuncunun həmin proseslərdə heç bir iştirakı olmamışdır. xx.xx.2020-ci il tarixdə notarial formada da təsdiqləmişdir ki, “İddiaçı Xanlara heç bir pul verməmişdir, Xanların ona heç bir borcu yoxdur, ona görə də Xanlara qarşı heç bir iddiası yoxdur və gələcəkdə də olmayacaqdır.” İddiaçı apellyasiya məhkəməsinə göndərdiyi xx.xx.2021-ci il tarixli şikayətində Xanların ona qarşı heç bir cinayət törətmədiyini, Valehə pul verərəkən onu tanımadığını, bütün pulları Valehə verdiyini, onun bu proseslərdə heç bir iştirakının olmadığını, ona pul vermədiyini, buna görə də ona qarşı hər hansı bir iddiasının olmadığını bildirməklə, Xanlarla əlaqədar epizodun hökmdən çıxarılmasını xahiş etmiş, məhkəməyə verdiyi izahatlarında da şikayətini müdafiə etmişdir. O eyni məzmunlu şikayətlə Azərbaycan Respublikası Ali Məhkəməsinə, Azərbaycan Respublikanın Baş Prokurorluğu və Bakı şəhər prokurorluğuna müraciət etmiş, Xanlar barəsində cinayət işinin xitam olunmasını xahiş etmişdir. Daha sonra, o, həm Valeh, həm də ona pul borc verən, şikayətçi-zərərçəkmiş Azər Abdllayevlə üzləşdirilmişdir. Üzləşmə zamanı hər iki şəxs ifadələrində ona qarşı heç bir iddialarının olmamasını bildirmişlər. X19 pul verəndə onu tanımamışdır, Valehin ona verdiyi pulu isə tam məbləğdə qaytarmışdır. Beləliklə, istintaq nəticəsində o azadlığa buraxılmış və həm Bakı şəhər prokururluğu, həm də Nərimanov RPİ tərəfindən haqqında qoyulmuş məhdudiyyətlər xx.xx.2017-ci il tarixdə aradan qaldırılmışdır.

10. Cavabdeh2 iddiaya etiraz ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, zərərçəkmiş şəxs İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1109/2019 saylı, 05 dekabr 2019-cu il tarixli hökmündən verdiyi apellyasiya şikayəti əsasında sözügedən cinayət işinə Bakı Apellyasiya Məhkəməsində baxılarkən zəzərçəkmiş şəxs İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, “təqsirləndirilən şəxs Cavabdeh2 tərəfindən mənə dəymiş ziyan tam şəkildə ödənilmiş, ona qarşı heç bir şikayətim və tələbim yoxdur. Həmçinin bildirmək istəyirəm ki, gələcəkdə təqsirləndirilən şəxs Cavabdeh2 qarşı heç bir şikayətim və tələbim olmayacaqdır”. Göründüyü kimi, zərərçəkmiş şəxs İddiaçı dəymiş ziyan ona tam şəkildə ödənildiyi üçün heç bir kənar təsir olmadan özü ərizə ilə məhkəməyə müraciət edərək, vermiş olduğu apellyasiya şikayətindən imtina etdiyi üçün, məhkəmə onun ərizəsini nəzərə alaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 1109/2019 saylı, 05 dekabr 2019-cu il tarixli hökmündən zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilmişdir. Lakin, buna baxmayaraq İddiaçı əsassız olaraq ondan həmin pulları yenidən tələb edir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İş materiallarından görünür ki, iddiaçı qeyd edilən pul məbləğlərini Cavabdeh2 2015-ci ildə verdiyini bildirir. İddiaçı isə hazırki iddia tələbi ilə 2023-cü ilin avqust ayında, yəni təxminən 8 il sonra məhkəməyə müraciət etmişdir. İddia ərizəsi iddia müddəti ötürüldükdən sonra məhkəməyə təqdim edildiyi üçün, İddiaçı qanunla müəyyənləşdirilmiş iddia müddətini ötürdüyündən onun iddiası əsaslı qəbul edilə bilməz və belə bir iddianın təmin edilməsi mülki hüquq münasibətlərində qeyrimüəyyənliyə, qeyri-sabitliyə gətirib çıxarar.

11. Cavabdeh3 iddiaya etiraz ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə onun təqsiri sübuta yetirilmişdir və buna görə də bu fakt məhkəmə üçün məcburidir. Halbuki Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə nəzər saldıqda cavabdehlərdən Cavabdeh2 bir neçə epizod üzrə ittiham irəli sürüldüyü, onun təqsirləndirilən şəxs qismində cəlb olunmadığını və ona qarşı ittiham irəli sürülmədiyi görünür. Cavabdeh2 pulları guya ona verməsi hər hansı bir epizodda təsdiqlənmir. Belə olan halda İddiaçı tələbi tamamilə əsassızdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə məhkum edilmişdir ona görə ki, o, İddiaçı külli miqdarda zərər vurmuşdur. Eyni hökmdən (vərəq 15, 1-ci abzas) görünür ki, İddiaçı dəymiş ziyanla əlaqədar bir neçə adda daşınmaz əmlaklar təqdim olunmuş, həmin əmlakları pul əvəzi qəbul edən İddiaçı notariat qaydasında təsdiq olunmuş ərizə yazaraq ona qarşı heç bir maddi tələbinin olmamasına dair ərizə vermişdir. Həmçinin, həmin hökmün 18-ci vərəqəsinin 2-ci abzasında qeyd olunur ki, məhkəməyədək icraat zamanı 06 may 2016-cı il tarixdə X3 ərizə ilə müraciət edərək, onun təqsirləndirilməsinə dair cinayət işi üzrə sonuncu tərəfindən İddiaçı vurulmuş ziyanın onun tərəfindən tam olaraq ödənilməsi qeyd olunmuşdur. Habelə, məhkəmə kollegiyası həmin hökmdə (vərəqə 18, abzas 6) qeyd edir ki, iş üzrə vurulmuş ziyanın tamamilə ödənilməsi, ondan - şikayət və tələbin olmaması cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Buradan belə qənaətə gəlinir ki, o, ziyanı tamamilə ödəmiş və İddiaçı heç bir borcu qalmamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündə isə qeyd olunan epizodlar 2014 və 2015ci illərdə baş vermişdir, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək isə o həbsdə olmuşdur. Başqa sözlə, 06 may 2016-cı il tarixdə İddiaçı tərəfindən yazılmış və notariat qaydasında təsdiq edilmiş ərizə ilə müəyyən olunur ki, onun sonuncuya heç bir borcu olmamışdır, həmin tarixdən sonrakı dövrdə isə həbsdə olduğundan hər hansı bir əməldə iştirakı istisna olunur. Bütün bu qeyd olunanlar ona dəlalət edir ki, iddiaçının tələbi ona münasibətdə əsassızdır, təmin oluna bilməz.

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4354/2023 saylı 16 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

13. Məhkəmə hesab etmişdir ki, Cavabdeh2 tərəfindən iddiaçıya qarşı törədilmiş dələduzluq cinayəti nəticəsində iddiaçının 578.742,85 manat məbləğində pul vəsaitinin ələ keçirilməsi müəyyən edilmişdir. Eyni zamanda məhkəmə qərarları ilə Cavabdeh2 tərəfindən iddiaçıya vurulmuş zərərin tam şəkildə ödənilməsi müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, tədqiq olunmuş sübutlarla Cavabdeh2 tərəfindən iddiaçıya vurulmuş zərərin tam şəkildə ödənilməsi müəyyən edildiyindən iddia təmin edilə bilməz.

14. Məhkəmə Azərbaycan Respublikasının MM-nin 157-ci maddələrinə istinad edərək iddia tələbini qanuni və əsaslı olması qənaətinə gəlmişdir.

Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4354/2023 saylı 16 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv olunmasını, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarının tələblərini pozmuşdur. Ona vurulmuş zərər ödənilmədiyi halda, iş materiallarında olan onu yalan vədlər verilməsi ilə aldadaraq əldə olunmuş formal sənədlərə istinad edərək məhkəmə əsassız olaraq zərərin tam ödənilməsi nəticəsinə gəlmişdir. Məhkəmə sübutları qərəzli qiymətləndirmiş, zərərin ödənilməməsi ilə bağlı sübutlara heç bir qiymət verməmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 əsassız etirazlarını mötəbər sübut kimi qəbul etmiş, guya zərərin tam ödənilməsini təsdiq edən yeganə sübut xx.xx.2019-cu il tarixli barışıq sazişinə əsaslanaraq zərərin tam ödənilməsi nəticəsinə gəlmişdir. Məhkəmə iş üzrə müəyyən edilmiş halları tam göstərməmiş, iş üzrə nəticələrini qeyri-mötəbər sübutlarla əsaslandırmış və iddianın rədd edilməsini əsaslandıran sübutlara üstünlük vermişdir. Məhkəmə zərərin tam ödənilməməsi ilə bağlı, onun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən dəfələrlə aldadılmasını təsdiq edən və cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iş üzrə mülki məsuliyyət daşımalarına dəlalət edən işin faktiki hallarını araşdırmamışdır. Nəticə etibarı ilə məhkəmə zərərin tam ödənilməsi qənaətinə gəlmiş və iddianı rədd etmişdir. Zərərin tam ödənilməsi ilə bağlı hallar sübut edilmir. Belə ki, zərər tam ödənilsə idi, o, hökmdən apellyasiya şikayəti verməzdi, Cavabdeh2 ona zərərin bir hissəsinin əvəzi olaraq Sumqayıtda iki mənzil təqdim etməzdi. Onun Cavabdeh2 qohumu barışıq sazişi bağladığı halda hökmdən apellyasiya şikayəti verməsi, apellyasiya məhkəməsi baxışında Cavabdeh2 "xxxx" MTK-nın xx.xx.2021-ci il tarixli maliyyə arayışlı mənzili ona verdikdən sonra sonuncunun apellyasiya şikayətindən imtina etməsini, xx.xx.2021-ci tarixdə apellyasiya şikayətinə baxılmasına xitam verilməsi barədə qərarın qəbul edilməsini, 2022-ci ilin mart ayında Cavabdeh2 vəd etdiyi ikinci mənzlin sənədlərinin ona təqdim edilməsi təsdiq edir ki, Cavabdeh2 ona vurduğu zərəri tam ödəməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya baxışının hədləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

21. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apelyasiya şikayətinin müdafiə edərək bildirmişdir ki, istinad edilən hökmdə qeyd edilmişdir ki, razılığa gəlinmiş, həmin 4 otaqlı mənzil verilmişdir, lakin daha sonra yenidən həmin mənzil onun özünə qaytarılmışdır. Vurulmuş ziyandan 10 min manat pul ödənilmişdir. Cavabdeh1 barəsində cinayət işi ayrılmışdır. Hökmdə bütün epizodlarda göstərilmişdir ki, Valeh Xanlar adlı şəxslə əlbir olaraq bu cinayəti törətmişdir. Cavabdeh3 barəsində olan hökmün hazırkı işlə əlaqəsi yoxdur. Cavabdeh1 hazırda bu faktla bağlı axtarışdadır. Ali Məhkəmənin qərarında Cavabdeh1 axtarışda olması qeyd edilmişdir. Cavabdeh2 tərəfindən verilən pul onun özünün deyildir, Rafiq adlı şəxsindir. İddiaçı Cavabdeh2 üzərinə gedərək pulu istəyən zaman müəyyən olunmuşdur ki, Azərə ümumiyyətlə pul verilməmişdir və verilən pullar şərikinin pullarıdır. Barışıq sazişin heç bir qüvvəsi yoxdur, dəymiş ziyandan 10 min bir, 30 mində əlavə olaraq ödənilmişdir. İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinə tək gedib və onu aldadıblar. Bu işə Sumqayıtda baxılan zaman aşkar olundu ki, həmin barışıq sazişi qanunsuzdur. İkincisi isə barışıq sazişi bağlanan zaman bağlanması əsassız çıxmışdır. Valeh həbsdə olan zaman Azərlə telefon vasitəsilə danışmışdır, Valeh bildirmişdir ki, həbsdən çıxan zaman pulu verəcəkdir. Barışıq sazişi də həmin vaxta təsadüf edir. Bu demək ki, pul alınmadan barışıq sazişi bağlanmışdır. Birinci instansiya məhkəməsi barışıq sazişinə istinad edərək borcun olmaması qənaətinə gəlmişdir. Hesab edir ki, barışıq sazişi mötəbər sübut deyildir. Çünki barışıq sazişinin tərəfi kimi Valehin qohumu çıxış edir. Cinayət qanunvericiliyin tələblərinə görə hətta barışıq sazişini təqsirləndirilən şəxsin müdafiəçisi bağlaya bilməz, mütləq şəxsin özü lazımdır. İkinci məsələ isə səs yazıları ilə bağlıdır, səs yazılarında qeyd olunur, Valeh Azərə bildirir ki, mən çıxandan sonra pulları sənə ödəcəyəm. Qeyd edilənlərdən görünür ki, barışıq sazişi formal olaraq bağlanmışdır. 2020-ci ilə qədər bütün ödənişlər edilməli idi. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, həmin maliyyə arayışı apellyasiya baxışı tarixində verilmişdir və həmin maliyyə arayışının 100 min manat qiyməti vardır. Lakin nə bu mənzil alınır, nə də növbəti mənzildən 10 min manat pul ala bildi və faktiki olaraq İddiaçı 30 min manat bir, 10 min manat da ikinci mənzilə görə almışdır, bu mənzilə görə isə heç nə əldə edə bilməmişdir. Daha sonra istəklərilə həmin mənzil X6 adına rəsmiləşdirilmişdir. Daha sonra Cavabdeh2 bildirdi ki, bunun əvəzində 28 Mayda ev verəcəkdir, lakin heç nə verilmədi. İddiaçı hər iki qərarda izahatı vardır ki, onun qardaşının evini həmin Şahin Zeynalov ələ keçirmişdir və bildirmişdir ki, pulunu geri qaytarmadığı halda həmin evi satacaq. Belə olan halda İddiaçı əl-ayağa düşür. Həmin vaxt içkili olmuşdur, qardaşının evinin satılmaması üçün məcbur olmuşdur. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda qeyd edilir ki, Şahin Zeynalovun müqavilədə imzası yoxdur, söhbət o zərərdən gedir ki, nə Şahin Zeynalov, nə də İddiaçı həmin mənzilə görə pul ödəməmişdir. Həmin mənzilə görə Şahin Zeynalov və İddiaçı pul ödəməməli idilər, çünki həmin iki mənzil Valehin istəyi ilə MTK tərəfindən Şahin Zeynalovun adına keçirilmişdir. Söhbət burada həmin zərərdən gedir, doğrudan da zərər vurulmamışdır. Zərər o baxımdan vurulmuşdur ki, Valeh qaytarmalı olduğu pulu qaytarmamışdır, sırf müqavilə baxımından MTK-ya heç nə ödənilməmişdir. İddiaçı təsir altında, içkili vəziyyətdə olması, məcbur qalması ilə bağlı izahatları vardır, bununla bağlı Sumqayıt prokurorluğunun araşdırılmasında bildirmişdir. Maliyyə arayışları 2021-ci il tarixində alınmışdır, məhz bu maliyyə arayışına görə İddiaçı imtina ərizəsi vermiş və icraata xitam verilmişdir.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçı tərəf düz 3 dəfə ərizə vermişdir, ərizəni iddiaçı özü yazmışdır. Bakı Apellyasiya Məhkəməsində iclasın gedişində ərizə iddiaçının özü tərəfindən video kameraların çəkilişi ilə yazılmışdır. İddiaçı ona dəymiş ziyanın tam şəkildə ödənildiyini və Cavabdeh2 qarşı heç bir şikayət tələbinin olmadığını bildirmişdir. Bu ərizəyə həm apellyasiya, həm də Ali Məhkəmənin qərarında hüquqi qiymət verilmişdir. Tərəf şikayət verir ki, Cavabdeh2 cəzası yüngüldür, xahiş edir ki, onun cəzasını ağırlaşdırın, ona dəyən zərər ödənilməyibdir. Yenidən tərəf məhkəməyə gələrək bildirir ki, ona dəyən zərər tam şəkildə ödənilibdir və bu məzmunda ərizə yazır, ərizə yazmasına baxmayaraq hakim ərizəni qəbul etmir və iddiaçı özü gələrək əl yazma şəklində ərizəni yazır və bundan sonra cinayət işinə xitam verilir. Pul qarşı tərəfə tam şəkildə ödənilmişdir, bununla bağlı məhkəmə qərarı vardır və həmin qərarda ərizəyə hüquqi qiymət verilmişdir. Cinayət işinin apellyasiya baxışında iddiaçı tərəf dəfələrlə ona vurulmuş zərərin tam şəkildə ödənildiyini bildirmişdir. 24.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

25. 21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 26.1096 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

27. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 29.77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. 30.82.3-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 31.88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 32.218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi birinci instansiya məhkəməsi işə baxılan zaman müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlsə də, mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə olan halda hazırki apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir.

34. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1109/2019 saylı, 05 dekabr 2019-cu il tarixli hökmündən görünür ki, Cavabdeh2 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə istintaqa məlum olan tanışı Xanlar adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında İddiaçı etibarından sui-istifadə edərək, onu müxtəlif vaxtlarda müxtəlif işlər görülməsi barədə aldadaraq sonuncudan ümumilikdə 578.742,85 manat pul alaraq ona həmin məbləğdə ziyan vurmuş, törətdiyi cinayət əməlinə görə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) təqsirli bilinmişdir.

35. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödədiyini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən çəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır.

36. Belə ki, İddiaçı ilə Cavabdeh2 qohumu X8 arasında bağlanmış xx.xx.2019-cu il tarixli barışıq sazişindən göründüyü kimi İddiaçı ona dəymiş ziyanın X8 tərəfindən tam şəkildə ödənildiyini və Cavabdeh2 qarşı heç bir iddia və maddi tələbinin olmadığını təsdiq etmişdir.

37. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına ərizə yazaraq, onun Cavabdeh2 həmin məbləğləri verən dövrdə Cavabdeh1 tanımadığını, sonuncunun bu proseslərin heç birində iştirak etmədiyini bildirmiş, həm onun, həm də Cavabdeh2 Cavabdeh1 qarşı hər hansı iddianın olmaması barədə qəbzləri notarial qaydada təsdiq etdirməklə, onları məhkəməyə təqdim etdiyini bildirmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1109/2019 saylı, 05 dekabr 2019-cu il tarixli hökmünün qismən dəyişdirilərək, Cavabdeh2 tanışı Cavabdeh1 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ona qarşı dələduzluq etməsi epizodunun öz sübutunu tapmadığına görə hökmdən çıxarılması və Cavabdeh2 təyin olunmuş cəzanın dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli 1(102)-1702/2021 saylı Qərarından görünür ki, zərərçəkmiş İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1109/2019 saylı, 05 dekabr 2019-cu il tarixli hökmündən, iş üzrə apellyasiya şikayəti vermiş, lakin sonradan öz şikayətindən imtina etdiyindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 may 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-nin 396-cı maddəsinə əsasən apelyasiya şikayətinin baxılmasına xitam verilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh1 barəsində cinayət işinin materiallarının ayrıca icraata ayrılması səbəbindən onun əməlində cinayət tərkibinin olmaması barədə məsələyə baxılması mümkün olmamış və iddiaçının kassasiya şikayəti təmin edilməmişdir. 39.Göründüyü kimi iddiaçı cinayət işinə baxılarkən məhkəməyə təqdim etdiyi barışıq sazişindən, həmçinin notarial qaydada təsdiq olunmuş ərizələrdən, qanuni qüvvəsini almış məhkəmə aktından onun Cavabdeh2 qarşı heç bir şikayəti və tələbi olmadığını, onunla barışdığını, dəymiş ziyanın könüllü olaraq tamamilə ödənildiyini göstərmiş, Cavabdeh2 dair hökmdən qabaqcadan əlbir olması epizodunun öz sübutunu tampadığına görə çıxarılmasını xahiş etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1109/2019 saylı, 05 dekabr 2019-cu il tarixli hökmündən görünür ki, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödədiyini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən çəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. 40.Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cinayət mühakimə icraatı çərçivəsində təqsirləndirilən şəxslə barışması, ona qarşı heç bir şikayəti və tələbinin olmaması ilə bağlı ərizəsi də mülki qaydada ziyan tələbinə baxılarkən tərəflərin qarşılıqlı münasibətlərinin müəyyən edilməsi baxımından hüquqi qiymət verilməli olan məsələdir. 41.Məlumdur ki, cinayət mühakimə icraatı çərçivəsində zərəçəkmiş şəxsin təqsirləndirlən şəxslə barışması və ona dəymiş ziyanı ödəməsi cəzanı yüngülləşdirən hallardan biridir. Cinayət işləri üzrə ədalət mühakiməsini həyata keçirən məhkəməyə zərərçəkən şəxsin belə bir bəyanı ədalət mühakiməsini düzgün həyata keçirilməsinə təsir edən amildir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, cinayət mühakimə icraatının hər bir iştirakçısı öz hüquqlarını və vəzifələrini vicdanla yerinə yetirməli, öz hərəkətlərinin məsuliyyətini dərk etməli, yaratdığı nəticələri qəbul etməlidir.

42. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). 43.Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir. 44.Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cinayət prosesində zərərçəkən şəxsin təqsirləndirilən şəxslə barışması, ona və digərlərinə qarşı hər hansı şikayət və tələbinin olmaması barədə cəza təyin edilərkən qanuni qüvvəyə minmiş hökmlə nəzərə alınmış ərizəsi bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş tələblərin qarşılıqlı güzəştlər əsasında həll olunması və məhkəmə tərəfindən müəyyən edilmiş kimi qiymətləndirilməlidir. Bu halda, zərərçəkmiş yalnız həmin vaxtdan sonra yaranmış zərərlə bağlı tələb irəli sürmək hüququna malikdir.

45. İddiaçı apellyasiya şikayətində Cavabdeh2 ona dəymiş zərərin tam ödənilmədiyinin birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmadığını, cavabdehin verdiyi vədə tam əməl etmədiyini qeyd etmişdir. O, həmçinin bildirmişdir ki, zərər tam ödənilmiş olsa idi, Cavabdeh2 hökmdən sonra ona zərərin bir hissəsinin əvəzi olaraq Sumqayıtda iki mənzil təqdim etməzdi, vəd etdiyi ikinci mənzlin sənədlərinin ona 2022-ci ilin mart ayında təhvil verməzdi. Bunun təsdiqi olaraq da, Sumqayıt şəhər prokurorluğunun müstəntiqi tərəfindən qəbul edilmiş Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarına istinad etmişdir. 46.İddiaçının istinad etdiyi xx.xx.2024-cü il tarixli qərardan görünür ki, araşdırma zamanı 21 nömrəli 1 otaqlı mənzilin dəyərinin əvvəlcədən ödənilməməsi, İddiaçı ilkin ödəniş kimi 30.000 manatı 2022-ci ilin mart ayının 15-i və ya 18-i, qalan 21.000 manatı isə 2022-ci ilin may ayının sonunadək ödəyəcəyini öz öhdəsinə götürməsi, lakin heç bir ödəniş etməməsi nəzərə alınmalıdır. ... 21 nömrəli mənzilin dəyərini ödəmək öhdəliyini İddiaçı üzərinə götürdüyünə görə Cavabdeh2 istəyi ilə Ş.Zeynalovun adına rəsmiləşdirməsi, ... İddiaçı ərizə və izahatında göstərdiyi xüsusatlar, yəni Cavabdeh2 məhkəmə dövründə öhdəsinə götürüdüyü 150.000 ABŞ dollarının ilkin ödəniş kimi "xxxx" MTK-nın Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində tikilən hündürmərtəbəli yaşayış evinin 1-ci bloku, 1-ci mərtəbəsində yerləşən 2 nömrəli 4 otaqlı mənzili borclu olduğu Şahin Zeynalovun adına rəsmiləşdirməsi, bir neçə ay sonra aralarında olan şifahi razılaşmaya əsasən həmin mənzilin binanın üst mərtəbəsində olan başqa bir mənzillə əvəz edilməsi üçün geri qaytarılması, lakin yeni mənzilin verilməməsi, bundan sonra 21 nömrəli mənzilin Şahin Zeynalovun adına rəsmiləşdirməsi barədə xüsusatlar araşdırma zamanı alınmış izahatlar, video görüntülərə baxış protokolu, alqı-satqı müqaviləsi, eləcə də araşdırma zamanı toplanmış digər sənədlərlə təkzib edilmişdir. 47.İşdə olan Sumaqayıt ŞPİ-nin 1-ci PB-nin baş təhqiqatçısı tərəfindən qəbul edilmiş Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh2 Əli oğlunun İddiaçı tərəfindən aldadılaraq pulunun keçirilməsi faktı öz təsdiqini tapmamışdır. Araşdırma zamanı verdiyi izahatında İddiaçı 21 saylı məzilə görə Valehə pul ödəyəcəyini, bunun müqabilində Valehin həmin mənzilin Şahin Zeynalovun adına rəsmiləşdirdiyi, bunu təsdiq edən video görüntünün mövcud olduğunu bildirmişdir. 48.Beləliklə yuxarıda qeyd edilənlər onu təsdiq edir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra Cavabdeh2la iddiaçı arasında birgə sahibkarlıq fəaliyyəti ilə əlaqədar münasibətlər davam etmiş, onlar bir-birinə borca pul vermiş və aldıqları məbləğlərin qaytaracaqlarına dair vədlər vermişlər. 49.Bununla belə məhkəmə kollegiyası işin faktiki hallarını müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxılan zaman müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlsə də mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. 50.Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqidəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin olunur, uzlaşmırsa (habelə cavabdehin etirazına və müdafiə vasitələrinə görə təmin oluna bilməzsə) rədd edilir. 51.Odur ki, iddianın qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn,sonra müqavilə münasibətlərinə oxşar (məsələn, özgə işlərini tapşırıqsız aparma), daha sonra isə qanundan irəli gələn əsaslar (məsələn, delikt, əsassız varlanma və s.) yoxlanılmalıdır. 52.İş materiallarından göründüyü kimi Cavabdeh2 tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə İddiaçı etibarından sui-istifadə edərək, onu müxtəlif vaxtlarda müxtəlif işlər görülməsi barədə aldadaraq sonuncudan ümumilikdə 57.8742,85 manat pul alaraq ona 578.742,85 manat məbləğində ziyan vurmuşdur. Yol verdiyi qanunsuz əməllərə görə Cavabdeh2 cinayət məsuliyyətinə cəlb edilmiş, iddiaçı isə sonuncu barəsində aparılan cinayət işi üzrə zərərçəkmiş şəxs qismində cəlb edilmişdir. 53.Belə olan halda birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə istinad etməklə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi 157.2ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir. 54.Mülki Məcəllənin 135.7-ci maddəsinə uyğun olaraq, başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar isə əvəzedilən əşyalar sayılır. Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. 55.Beləliklə hazırki halda əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan, qanuna zidd şəkildə yarandığından, tərəflər arasında yaranmış münasibətlərin hüquqi dəyərləndirilməsi Mülki Məcəllənin 1096.1, 1097.1, 1097.2 maddələri ilə bağlı müddəalarının tələbləri daxilində aparılmalıdır. 56.Digər iki cavabdehə də münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu iddia tələblərinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 1096 və 1097.1-ci maddələrinin tələblərinə görə, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. 57.Yuxarıda qeyd edilənlərdən göründüyü kimi iddiaçının bu iki cavabdehə münasibətdə irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığı müəyyən edilmir. Çünki iddiaçı tərəfindən baş verməsi ehtimal edilən zərərin məhz bu cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində əmələ gəlməsini təsdiq edən sübutlar təqdim edilməmiş və beləliklə də iddiaçı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Qeyd edilməlidir ki, digər cavabdehlərin iddiada göstərilən epizodlar üzrə qanunsuz hərəkətlərə yol verdiyi faktiki olaraq 1(101)-1109/2019 saylı cinayət işi çərçivəsində araşdırılmamışdır (Cavabdeh2 təqsirləndirildiyi maddə 178.3.2). 58.Beləliklə məhkəmənin gəldiyi qənaətə görə iddia bunlara münasibətdə əssasız olduğundan rədd edilməlidir. Belə ki, hazırki işdə cavabdehlər tərəfindən zərərin yaranmasına səbəb ola biləcək hərəkətə (hərəkətsizliyə) yol verilməsi və beləliklə də onların məsuliyyət daşımaları faktını iddiaçının məhkəməyə təqdim etdiyi sübutlara əsasən müəyyən etmək mümkün olmamışdır. 59.Məhkəmə həmçinin cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. 60.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bənnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar). 61.İddia müddətinin tətbiqinə dair yuxarıda sadalanan mülki qanunvericiliyin normalarından və Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddiadan imtina barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır. Beləliklə məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan məhkəmə tərəfindən iddia müddətinin tətbiqindən imtina edilməlidir. 62.Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı pul tələbinə dair iddiası rədd edilməlidir. 63.Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər. 64.Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 65.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4354/2023 saylı 16 noyabr 2023cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar