Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1368/2020 29.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Etibar Qəzənfər oğlu Nəbiyev və X4 ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı, nümayəndəsi X1, Cavabdeh1 nümayəndəsi X2 və maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə (maraqlı şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyi) qarşı “universitetə bərpa” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5446/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1nə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə (maraqlı şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyi) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh1 Hərbi Tibb Fakültəsinin “hərbi həkim işi” ixtisasına və ya “müalicə işi” ixtisasına bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5446/2019 saylı, xx xxxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş və ödənilmiş 20 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(006)-5446/2019 nömrəli xx xxxxxx 2019-cu il saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Tibb Universitetinin müalicə işi ixtisasına bərpa olunmasını xahiş etmiş, çünki sonuncu öz qəbul olunduğu hərbi tibb fakültəsindən ondan asılı olmayan səbəblərə görə oxuması, yəni səhhəti ilə bağlı tələblər həmin fakültədə oxumaq imkanı verməmişdir. Buna görə də İddiaçı Tibb Universitetinə dəfələrlə müraciət etmiş, habelə anoloji olaraq Səhiyyə nazirliyinə müraciət edərək, ondan müxtəlif səbəblərə görə bərpa olunmasından imtina edilmişdir. Hazırkı iş üzrə İddiaçı səhhəti ilə əlaqədar qəbul olunduğu Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə bərpası mümkün olmadığı halda sonuncunun bərpası məhz göstərilən halda öz ixtisası ilə eynilik təşkil edən müalicə işi ixtisasına bərpası Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2017-ci il tarixli 5/2 saylı əmri ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsil alanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ın 4.2-ci maddəsinin tələblərinə uyğun həyata keçirilməlidir. Belə ki, həmin qaydaların 1.8-ci maddəsinə əsasən tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi, xaric olunmuş şəxslərin tələbələr sırasına bərpası (əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası istisna olmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Dövlət adından təsisçi funksiyalarını həyata keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin (bundan sonra - qurum) tabeliyində olan dövlət ali təhsil müəssisələrinə köçürülməsi və bərpası tabe olduqları qurumun və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Hazırkı işdə İddiaçı müalicə işi ixtisasına bərpasına Tibb Universitetinin xx.xx.2018-ci il tarixli 01-03/92 nömrəli müraciəti əsasında Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli,02-1İ-207/15 nömrəli məktubu ilə müalicə işi ixtisası üzrə ATU-ya “müalicə işi” ixtisasına bərpa olunmasına razılıq verilmişdir. Belə halda İddiaçı Tibb Universitetinə bərpa olunmasına etiraz etməyən Təhsil Nazirliyinin Səhiyyə Nazirliyinin normativ aktı qəbul etmiş orqanın istinad etmədiyi, ümumiyyətlə həmin qaydalarda nəzərdə tutulmayan hallara istinad etməsi əslində hazırkı işdə Səhiyyə Nazirliyinin və Tibb Univeristetinin nə qədər qərəzli olduğu açıq aşkar görünür. Əgər bu belə olmasaydı iddiaçıdan asılı olmayan səbəblərə xaric olunmuş şəxsin heç bir etiraz etmədən həmin təhsil müəssisəsinə bərpa etməli olduğu halda uydurma bir əsasla imtina edilməsi ümumiyyətlə anlaşılan deyildir. Bundan əlavə hazırda iddiaçının xaric olunduğu ixtisas yəni “hərbi həkim işi” ixtisasına və ya “Müalicə işi” ixtisası mahiyyət etibarı ilə eyni olmaqla ad fərqindən başqa bir fərqi yoxdur. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi X1 ayrı-ayrılıqda apelyasiya şikayətinin dəlillərini müdafiə edərək, apelyasiya şikayətinin təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X3 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X8 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və maraqlı şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və maraqlı şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. İş materiallarında olan və məhkəmə baxışında tətqiq edilmiş sənədlərdən görünür ki, İddiaçı 2013-cü ildə Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən imtahanlarda 424 bal toplayaraq Cavabdeh1 Hərbi Tibb Fakültəsinə qəbul olunmuşdur və 2017-ci ildə tibbi şəhadətləndirmə zamanı səhhəti ilə bağlı hərbi xidmətə yararsız sayıldığı üçün o, həmin fakültənin İV kursundan xaric edilmişdir. İddiaçı 424 bal topladığı üçün və həmin ildə müalicə işi ixtisasına keçid balı 511 bal təşkil etdiyi üçün “Müalicə işi” ixtisasına bərpa olunmasından imtina olunmuşdur. Kollegiya ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2017-ci il tarixli 5/2 saylı əmri ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsil alanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ın 2.3-cü bəndinə əsasən tələbələrin bir ixtisasdan digərinə köçürülməsi o şərtlə aparıla bilər ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ixtisas üzrə minimal keçid balından az olmasın. Göründüyü kimi ixtisas üzrə minimal keçid balı ilə bağlı tələblər bir ixtisasdan digərinə köçürülmə zamanı nəzərə alınır, hazırkı tələbin mahiyyəti isə köçürülmə olmamaqla iddiaçının Cavabdeh1 Hərbi Tibb Fakültəsinin “hərbi həkim işi” ixtisasına və ya “Müalicə işi” ixtisasına bərpa olunması təşkil edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin yanaşması düzgün olmamışdır. Digər tərəfdən birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutların məhkəməyə təqdim edilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2017-ci il tarixli 5/2 saylı əmri ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsil alanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ın 1.4-cü bəndinə əsasən ali təhsilin bakalavriat səviyyəsində, əsas (baza ali) tibb təhsilində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, ixtisasının və (və ya) təhsilalma formasının dəyişməsi, tələbələr sırasına bərpası və akademik məzuniyyətdən qayıtması qış və yay tətili dövründə həyata keçirilir. Həmin qaydaların 1.5-ci bəndinə əsasən ali təhsilin magistratura səviyyəsində tələbələrin bir ixtisasdan (ixtisaslaşmadan) digərinə köçürülməsinə yol verilmir. Həmin səviyyədə təhsil alan tələbələr yalnız təhsilalma formasını dəyişmək, 1-ci tədris ilində eyni ixtisas (ixtisaslaşma) üzrə bir ali təhsil müəssisəsindən digərinə köçürülmək, xaric olunanlar isə öz ixtisası (ixtisaslaşma) üzrə əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. Bu prosedurlar bu qaydaların 1.4-cü bəndində göstərilən müddətdə həyata keçirilir. Həmin qaydaların 1.8-ci bəndinə əsasən tabeliyindən və mülkiyyət növündən asılı olamayaq tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi, xaric olunmuş şəxslərin tələbələr sırasına bərpası (əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası istisna olmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Dövlət adından təsisçi funksiyalarını həyata keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin (bundan sonra – qurum) tabeliyində olan dövlət ali təhsil müəssisələrinə köçürülməsi və bərpası tabe olduqları qurumun və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Həmin qaydaların 1.11-ci bəndinə əsasən bərpa olunan, təhsilalma formasını dəyişən və ya köçürülən (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) tələbələr təhsil alacağı qrup üçün müəyyən edilmiş məbləğə uyğun təhsil haqqı ödəyirlər. Həmin Qaydaların 4.1-ci maddəsinə əsasən ali təhsilin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. Həmin qaydaların 4.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının ali təhsil müəssisəsindən xaric olunmuş şəxsin həmin ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası onun ərizəsi əsasında bu Qaydaların 1.4-cü bəndində göstərilən müddətdə ali təhsil müəssisəsinin rektorunun əmri ilə həyata keçirilir. Bütün digər hallarda bu Qaydaların 1.5-ci, 1.11-ci və 2.1–2.8-ci bəndlərinin tələbləri gözlənilməklə tələbənin bərpası Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə ali təhsil müəssisəsinin vəsatəti əsasında həyata keçirilir. Bərpa barədə ərizəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın 1 nömrəli əlavəsində verilmiş formaya uyğun müvafiq arayış və əvvəlki təhsil haqqında sənədin əsli (əgər xaric edildiyi ali təhsil müəssisəsinə bərpa olunmursa) əlavə edilir. İş materiallarından görünür ki, İddiaçı müalicə işi ixtisasına bərpasına Tibb Universitetinin xx.xx.2018-ci il tarixli 01-03/92 nömrəli müraciəti əsasında Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli, 02-1İ-207/15 nömrəli məktubu ilə müalicə işi ixtisası üzrə ATU-ya “müalicə işi” ixtisasına bərpa olunmasına razılıq verilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının müalicə işi ixtisasına bərpa olunmasından imtina edilməsi üçün yuxarıda qeyd olunan qaydalarla hər hansı əsas müəyyən edilməmişdir. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi Cavabdeh1nə münasibətdə təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı, Cavabdeh1 rektorunun 426/T saylı xx.xx.2017-ci il tarixli əmri ilə xəstəliyi ilə bağlı təhsilini davam etdirə bilmədiyi üçün həmin fakültənin 4-cü kursundan xaric edilmişdir. Yuxarıda qeyd edilən qaydalara əsasən iddiaçının məhz hərbi tibb fakultəsinə bərpası mümkün olmadığı üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən “müalicə işi” fakultəsinə bərpa edilməsinə etiraz edilməmiş, Cavabdeh1 isə əsassız olaraq, yuxarıda qeyd edilən qaydalarda heç bir məhdudiyyət qoyulmadığı halda, iddiaçının topladığı balı əsas gətirərək (hansı ki, belə bir məhdudiyyət yalnız tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsini nəzərdə tutur) iddiaçının universitetə bərpasından imtina etmişdir. Göründüyü kimi qaydalara əsasən iddiaçının Cavabdeh1nə bərpası yalnız rektorun əmri ilə həyata keçirilə bildiyindən iddia tələbi də məhz Cavabdeh1nə münasibətdə qismən təmin edilməlidir. Belə olan halda Məhkəmə kollegiyası qanunvericiliyin müvafiq maddələrini rəhbər tutaraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5446/2019 saylı, xx xxxxxxx 2019cu il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı Cavabdeh1 “Müalicə işi” ixtisasına bərpa olunması vəzifəsi Cavabdeh1nə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2(103)-1368/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1368/2020
29.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver